Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şəki Dövlət Təbiət Yasaqlığı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
2003-cü ildə buraxılmış poçt markaları.

Şəki Dövlət Təbiət Yasaqlığı 26 fevral, 1964-cü il tarixində yaradılmışdır. Sahəsi 10350 hektardır. Əyriçayın hövzəsində Yevlax – Şəki və Şəki – Oğuz şosse yolları arasında yerləşir.

Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları, qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Burada canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, samur, meşə dələsi, sincab kimi məməlilər, qırqovul, turac, meşə göyərçini, alabaxta, bekas, bildirçin, yaşılbaş ördək kimi quşlar da var.

Ərazi zəngin bitki örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi ağaclardan ibarətdir. Çay dərələrində meşə əmələ gətirən ağaclarla birlikdə yemişan, əzgil, böyürtkən, kolları keçilməz sahələr yaradıb.

Ədəbiyyat

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Şəki Dövlət Təbiət Yasaqlığı". eco.gov.az (azərb.). eco.gov.az. 30 Sep 2019 - 28 Nov 2019 tarixində arxivləşdirilib.