Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəki Ensiklopediyası
Loqo.png
Şəki Ensiklopediyasının loqosu.

Yaranma tarixi 2019
Rəsmi dili azərbaycan
Fəaliyyət göstərdiyi yer internet
Qurucusu Aydın Məmmədov
https://sheki.org/
(əvvəlki: https://shaki.info/)

Şəki Ensiklopediyası Şəkiyə dair azərbaycanca interaktiv bir veb-ensiklopediya və hər kəs tərəfindən redaktə edilə bilən açıq bir viki-saytdır.

Bu, 25 may 2019-cu il tarixdə yaradılmış,

8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş,

26 mart 2021-ci il tarixdən shaki.info domenində (bu domendə 2027-ci ilədək fəaliyyət göstərəcəkdir),

11 mart 2024-cü il tarixdən isə sheki.org domenində fəaliyyət göstərməyə başlamışdır.

Şəki Ensiklopediyasında hamı ensiklopediklik meyarlarını və daxili üslubu gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 16 aprel 2024-cü il tarixdə, UTC vaxtı ilə saat 06:19 radələrində, Şəki Ensiklopediyasında cəmi 9.182 səhifə var ki, bunlardan da yalnız 1.200-ü məqalə, yerdə qalan 7.982-si isə köməkçi səhifələrdir (fayl, şablon, modul, ədəbiyyat və s.).

Məqalələrdən 1.182-si YM (Yoxlanılmış Məqalə) statusu daşıyır. Yerdə qalan məqalələrdə YM statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Hal-hazırda Şəki Ensiklopediyasında 19 məqalənin ensiklopedikləşdirilməsi işi başa çatmamış vəziyyətdədir və bunların arasında YM statuslu məqalələrin də ola bilməsi istisna deyil.

Məqalələrlə yanaşı, bizim saytda 174 KM (Köməkçi Məqalə) də var ki, bunlardan da hələlik yalnız 31-i YKM (Yoxlanılmış Köməkçi Məqalə) statusuna malikdir. Onlar Şəkiyə dair olmayan məqalələrdir (əsasən, təltif, orden-medallar haqqında və s.) və onlardan 153-nün ensiklopedikləşdirilməsi işi hələ başa çatmamışdır.

Hörmətlə, Aydın Məmmədov,

Şəki Ensiklopediyasının sahibi və baş redaktoru.

E-mail: admin@sheki.org.

Tel.: +994 55 793 23 83.

Maliyyə dəstəyi Facebook qrupumuz Facebook səhifəmiz

Həmçinin, bax:

Şəki Ensiklopediyasının tarixinə dair videolar