Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:58, 15 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının loqosu (yeni)

Qısa məlumat

Şəki Ensiklopediyası Şəkiyə dair ensiklopedik sayt və açıq bir viki-ensiklopediyadır. Burada hamı ensiklopedik meyarları gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 17 oktyabr 2021-ci il tarixdə, UTC vaxtı ilə saat 14:53 radələrində, Şəki Ensiklopediyasında cəmi 806 məqalə var ki, bunlardan da yalnız 617 məqalə “Yoxlanılmış məqalə” (“YM”) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə “YM” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopedik tələblərə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələrin ensiklopedikləşdirməyə çalışırıq. Nəzərə alın ki, bu sayt 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş (25.05.2019-cu il tarixdə yaradılmışdı), 26 mart 2021-ci il tarixdən isə www.shaki.info domenində fəaliyyət göstərməyə başlamışdır.

Ümumiyyətlə, Şəki Ensiklopediyasında məqalə sayını bir neçə il ərzində 3000 – 3500-ə çatdırmağı nəzərdə tutmuşuq. 2021-ci il üçün isə hədəfimiz “YM” statuslu məqalə sayını 2020-ci ilin sonuna nisbətən, 2021-ci ilin sonunadak 3 dəfə artırmaq və 1000-ə çatdırmaqdır. 2021-ci il üçün başqa planımız yoxdur.

Hörmətlə, Şəki Ensiklopediyasının Redaksiya Heyəti.

WikiSysop (müzakirə) 20:21, 4 aprel 2021 (UTC)

E-mail: admin@shaki.info

Həmçinin, bax:

Şəki Ensiklopediyasının tarixinə dair videolar