Şəki Ensiklopediyası:Layihə haqqında/Bildiriş №3

Birinci bildirişimizdə 2022-ci ilin sonunadək yoxlanılmış məqalə sayını 1000-ə çatdırmaq, cəmi məqalə sayı ilə yoxlanılmış məqalə sayı arasındakı fərqi əhəmiyyətli şəkildə azaltmağı qarşımıza məqsəd qoyduğumuzu bəyan etmişdik. Biz 2022-ci ilin sonunadək yoxlanılmış məqalə sayını həqiqətən də 1000-ə çatdırdıq və cəmi məqalə sayı ilə yoxlanılmış məqalə sayı arasındakı fərqi isə əhəmiyyətli şəkildə azaldaraq 185-dən 78-ə endirə bildik...

Məlumat üçün onu da əlavə edək ki, son 12 ay ərzində (2022-ci il fevralın 1-dən 2023-cü il yanvarın 31-nə qədər olan müddətdə) internet istifadəçiləri Şəki Ensiklopediyasına 29 min 224 dəfə internet axtarış sistemlərindən daxil olublar. Yəni Googledə, yaxud Bingdə, taxud Yandexsdə və s. hansısa internet axtarış sistemindəsə hansısa sözü axtarış ediblər, nəticədə Şəki Ensiklopediyasını açıblar. Başqa sözlə, son bir il ərzində saytımızı açmış internet istifadəçilərinin 47,8 %-ni saytımıza internet axtarış sistemləri yönəltmişdir. O cümlədən, saytımız internet axtarış sistemləri vasitəsi ilə

2022-ci ilin fevral ayında 2.117 (51,5 %),
2022-ci ilin mart ayında 2.140 (49,3 %),
2022-ci ilin aprel ayında 2.353 (42,2 %),
2022-ciii ilin may ayında 2.550 (48,3 %),
2022-ci ilin iyun ayında 2.113 (41,3 %),
2022-ci ilin iyul ayında 1.901 (42,3 %),
2022-ci ilin avqust ayında 2.116 (43,9 %),
2022-ci ilin sentyabr ayında 3.322 (57,5 %),
2022-ci ilin oktyabr ayında 3.469 (38,4 %),
2022-ci ilin noyabr ayında 3.286 (47,7 %),
2022-ci ilin dekabr ayında 3.120 (42,9 %),
2023-cü ilin yanvar ayında 3.122 (55,4 %) dəfə açılıb. Buradan görünür ki, 2022-ci ilin sentyabr ayından başlamaqla 2023-cü ilin fevral ayınadək saytımız hər ay azı 3 min dəfə (orta hesabla gündə 100 dəfə) internet axtarış sistemləri vasitəsi ilə açılmışdır. Bu isə onu göstərir ki, Şəki Ensiklopediyası artıq internetdə azərbaycan dilində əhəmiyyətli bir informasiya resursuna çevrilmişdir.

Hörmətlə, Aydın Məmmədov (müzakirə) 20:54, 5 fevral 2023 (+04)