Şəki Ensiklopediyası:Müəlliflik hüququ

Şəki Ensiklopediyasının loqosu (yeni)

Hal-hazırda − 24 aprel 2024-cü il tarixdə, UTC vaxtı ilə saat 17:07 radələrində, Şəki Ensiklopediyasında cəmi 1.201 məqalə var ki, bunlardan da 1.182 məqalə YM (Yoxlanılmış Məqalə) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə YM statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopedik tələblərə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələri ensiklopedikləşdirməyə çalışırıq.

Həmçinin, bax: Layihə haqqında.