Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şəki Ensiklopediyası:Müəlliflik hüququ

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:34, 9 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının loqosu (yeni)

Hal-hazırda − 20 aprel 2024-cü il tarixdə, UTC vaxtı ilə saat 09:31 radələrində, Şəki Ensiklopediyasında cəmi 1.200 məqalə və siyahı var ki, bunlardan da yalnız 1.182 məqalə “Yoxlanılmış məqalə” (“YM”), 32 siyahı isə “Yoxlanılmış siyahı” (“YS”) statusu daşımaqdadır və bu statusa malik bütün məqalə və siyahıların müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. Yerdə qalan məqalə və siyahılarda “YM”, yaxud “YS” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz onların məzmununa cavabdeh deyilik. Belə məqalə və siyahılardan bəzilərinin ensiklopedik tələblərə uyğun olmaması, qaralama vəziyyətində olması da mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə onları ensiklopedikləşdirməyə çalışırıq.

Həmçinin, bax: Layihə haqqında.