Şəki Ensiklopediyası:Xəbərlər arxivi/2021

Şəki Ensiklopediyası səhifəsi
Şəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosu Şəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosu Şəki Ensiklopediyasının kiçik loqosu
2021-ci il (2)
  • 7 noyabr 2021-ci il tarixdə sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr Nurəddin Həbibullahzadə (1933–2021) 88 yaşında, Şəkidə vəfat edib.

Fayl:Teymurçin Məmmədov2.jpg


  • 6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva 60 yaşının tamam olması münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.

  • 1 sentyabr 2021-ci il tarixdən Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru vəzifəsinin icrasına başlayıb. O, buna qədər həmin bankın Tacikistan bürosunun rəhbəri vəzifəsində çalışmışdır.

Ü.Hacıbəyovun heykəli, Şuşa, 2021-ci il.
Ü.Hacıbəyovun heykəli, Şuşa, 2021-ci il.
  • 29 avqust 2021-ci il tarixdə Şuşada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Üzeyir Hacıbəylinin heykəli ata-oğul – Aslan RüstəmovMahmud Rüstəmov tərəfindən hazırlanmışdır.


  • 3 iyul 2021-ci il tarixdə – günortadan sonra, 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (?–1780) qəbri (Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə idi) açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.

  • 19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafata layiq görülüb.

  • 15 may 2021-ci il tarixdə riyaziyyat üzrə elmlər doktoru, “Xəzər” Universitetinin professoru İlham Əliyev 70 yaşında Bakıda vəfat edib.
2021-ci il (1)
Qalib Rüstəmov
Qalib Rüstəmov
  • 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.

Emin Məmmədov
Emin Məmmədov
  • 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Emin Məmmədovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Əhməd-Cabir Əhmədov
Əhməd-Cabir Əhmədov

Qüdrət Məmmədov
Qüdrət Məmmədov

Fərid Əlibalayev
Fərid Əlibalayev
  • 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini Naqi Məhəmmədzadə ilə birlikdə Elmi Spektr açıq elmi platformasının Habitat Tərcümə Layihəsi çərçivəsində dijitallaşdırılaraq internetə tam yerləşdirdiklərini bəyan edib.

Sadıq Murtuzayev
Sadıq Murtuzayev
  • 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.

  • 3 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rəhman Hümmətovu Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin edib.


  • 12 yanvar 2021-ci il tarixdə kimya elmləri doktoru, professor, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Ələfsər Məmmədov 69 yaşında Bakıda vəfat edib.