Şəki Hava Limanı - Azərbaycan Respublikasının Şəki şəhərində yerləşən hava limanı. 1932-ci ildə fəaliyyətə başlamışdır[1]. 1997-ci ildən bəri normal vəziyyətdə olsa da fəaliyyət göstərmir. 132 hektar sahəni əhatə edir və 4 təyyarəni eyni vaxtda qəbul etmək imkanı var. Aeroportun radiotexniki avadanlıqları saz vəziyyətdədir, uçuş-enmə zolağı 1600 metrdir. Şəki hava limanının fəaliyyətinin yenidən bərpası isə 2015 – 2018-ci ilin Dövlət Proqramında nəzərdə tutulmuşdu[2].

Şəki Hava Limanı
IATA: noneICAO: none
İcmal
Aeroport növümülki
YeriŞəki
Xəritə
Şəki Aeroportu (Azərbaycan)
Şəki Aeroportu
Aeroportun Azərbaycan xəritəsində yeri
 41°09′N 47°10′E / 41.150°N 47.167°E / 41.150; 47.167

İstinadlar Redaktə

  1. Xəzər TV (28.04.2018). "Şəki aeroportu bərbad vəziyyətdədir" (azərb.). Youtube.com. İstifadə tarixi: 2018-04-28.
  2. "Şəki Hava Limanı niyə fəaliyyət göstərmir?" (azərb.). islamazeri.az. 2016-12-24. 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-27.

Xarici keçidlər Redaktə