Şəkinin Vətən müharibəsi şəhidlərinin siyahısı
Şəkinin Vətən müharibəsi şəhidlərinin bu siyahısı Şəki Şəhər İcra Hakimiyyətin saytında yerləşdirilmiş “44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur” adlı səhifədəki məlumatlar əsasında tərtib olunmuş e-cədvəl şəklindədir. 56 nəfər şəhid haqqında məlumatların sıralandığı və həmin 56 nəfər şəhid haqqında Şəki Ensiklopediyasında olan məqaləyə keçidin verildiyi bu e-cədvəl 10 sütundan ibarətdir və sütunlardan 8-i oxucu tərəfindən fərdi qaydada artan, yaxud azalan ardıcıllıqla sıralanabiləndir.
Bəzi ümumi statistik nəticələr
Şəkinin Vətən müharibəsi şəhidlərindən 38-i sıravi əsgər, 6-sı çavuş, 4-ü gizir, 1-i miçman, 7-si isə zabit olub.
Şəkinin Vətən müharibəsi şəhidlərinin hamısı ölümündən sonra “Vətən uğrunda” medalı ilə və digər medallarla təltif olunublar. O cümlədən, onlardan 7 nəfəri həm də ordenlə təltif olunub.
Şəkinin Vətən müharibəsi şəhidlərindən ən yaşlısı 12 dekabr 1978-ci il tarixdə (baş gizir Tapdıq Qurbanəliyev (1978–2020)), ən gənci isə 20 iyun 2002-ci il tarixdə (Rəşadət Musayev (2002–2020)) anadan olmuşdur.
Şəkinin Vətən müharibəsi şəhidlərindən 13 nəfər Şəki şəhərində, 4 nəfər Şəki rayonunun Qayabaşı kəndində, 3 nəfər Bakı şəhərində, 3 nəfər Şəki rayonunun Əliyar kəndində, 2 nəfər Şəki rayonunun Baş Göynük, 2 nəfər Çayqaraqoyunlu, 2 nəfər Orta Zəyzid, 2 nəfər Oxud, 2 nəfər Qoxmuq, 2 nəfər Suçma kəndində, 1 nəfər Mingəçevir şəhərində, 1 nəfər Rusiya Federasiyasının Sverdlovski vilayətindəki Krasnoturınsk şəhərində, 19 nəfər isə Şəki rayonunun 19 digər müxtəlif yaşayış məntəqəsində anadan olmuşdur.
Şəkinin Vətən müharibəsi şəhidlərindən 6-sı 8 noyabrda, 5-i 15 oktyabrda, 3-ü 22 oktyabrda, 3-ü 13 oktyabrda, 3-ü 9 oktyabrda şəhid olub...
Şəkinin Vətən müharibəsi şəhidlərindən 19-u Şəki şəhərindəki müxtəlif qəbiristanlıqlarda dəfn edilib. O cümlədən, 19 şəhiddən 13-ü Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Cədvəl
Şəkli, familiyası, adı, atasının adı və məqaləyə link | Rütbəsi | Təvəllüd tarixi | Anadan olduğu yer | Şəhid olduğu tarix | Şəhid olarkən yaşı | Dəfn olunduğu tarix | Dəfn olunduğu yer | Ordeni | Medalları |
---|---|---|---|---|---|---|---|---|---|
120px Abbasbəyli Həmid Cavanşir oğlu |
zabit, baş leytenant |
1991.11.17 | Bakı şəhəri | 2020.10.19 | 28 | 2020.10.29 | Bakı şəhəri, II Şəhidlər Xiyabanı | ||
Abışıov Ülvi Bayram oğlu |
əsgər, sıravi |
1997.04.23 | Şəki rayonu, Turan qəsəbəsi | 2020.11.08 | 23 | 2020.11.17 | Şəki rayonu, Turan qəsəbəsinin qəbiristanlığı | ||
Allahverdiyev Namaz Baxış oğlu |
zabit, kiçik leytenant |
2000.06.13 | Şəki rayonu, Suçma kəndi | 2020.11.08 | 20 | 2020.11.17 | Şəki rayonu, Suçma kəndinin qəbiristanlığı | ||
Allahverdiyev Vilayət Valeh oğlu |
əsgər, sıravi |
2000.08.19 | Şəki rayonu, Birinci Biləcik | 2020.10.28 | 20 | 2020.12.08 | Şəki rayonu, Birinci Biləcik kəndinin qəbiristanlığı | ||
Babazadə Yolçu Bəhruz oğlu |
əsgər, sıravi |
2002.01.20 | Şəki rayonu, Qozlubulaq kəndi | 2020.10.05 | 18 | 2020.10.07 | Şəki rayonu, Qozlubulaq kəndinin qəbiristanlığı | ||
Cabbarzadə Məmmədiyə Məhəmməd oğlu |
gizir-miçman, gizir |
1986.12.10 | Şəki şəhəri | 2020.10.23 | 33 | Şəki şəhəri, Çöl qəbiristanlığı | |||
Daşdəmirov Taleh Fərhad oğlu |
əsgər, sıravi |
1998.02.05 | Şəki rayonu, Qoxmuq kəndi, | 2020.11.08 | 22 | 2020.12.25 | Şəki rayonu, Qoxmuq kəndinin qəbiristanlığı | ||
Əhmədov Asif Vasif oğlu |
əsgər, sıravi |
2001.04.04 | Şəki rayonu, Oxud kəndi | 2020.10.21 | 19 | 2020.10.25 | Şəki rayonu, Oxud kəndinin qəbiristanlığı | ||
Əhmədov Qalib Rəşid oğlu |
əsgər, sıravi |
2001.09.10 | Şəki rayonu, Əliyar kəndi | 2020.10.10 | 19 | 2020.10.22 | Şəki rayonu, Əliyar kəndinin qəbiristanlığı | ||
Əhmədov Rəşad Ələkbər oğlu |
əsgər, sıravi |
2002.06.17 | Şəki şəhəri | 2020.10.01 | 18 | 2000.12.30 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | ||
Əhmədli Aydın Mustafa oğlu |
əsgər, sıravi |
2002.03.12 | Şəki rayonu, Orta Zəyzid kəndi | 2020.10.08 | 18 | 2020.10.09 | Zaqatala rayonu, Qandaq kəndinin qəbiristanlığı | ||
Ələsgərzadə Sənan Muxtar oğlu |
çavuş |
1995.10.10 | Şəki rayonu, Əliyar kəndi | 2020.10.19 | 25 | 2020.10.20 | Şəki rayonu, İbrahimkənd kəndi, Şeyx Osman qəbiristanlığı | ||
Əliyev Zaur Eldar oğlu |
əsgər, sıravi |
1989.07.24 | Şəki şəhəri | 2020.10.15 | 31 | 2020.10.15 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | ||
Əsgərzadə Xəyal İsrafil oğlu |
çavuş, kiçik çavuş |
1995.12.25 | Şəki rayonu, Qayabaşı kəndi | 2020.10.09 | 24 | 2020.10.19 | Şəki rayonu, Sarıca kəndinin qəbiristanlığı | ||
Əzizov Əziz Məmmədvəli oğlu |
əsgər, sıravi |
2000.03.01 | Şəki rayonu, Qayabaşı kəndi | 2020.11.04 | 20 | 2020.11.06 | Şəki rayonu, Qayabaşı kəndinin qəbiristanlığı | ||
Hüseynov Fərid Ehtibar oğlu |
əsgər, sıravi |
1994.06.11 | Şəki rayonu, Qayabaşı kəndi | 2020.10.29 | 26 | 2020.11.12 | Şəki rayonu, Qayabaşı kəndinin qəbiristanlığı | ||
Həmidov Vasif Natiq oğlu |
əsgər, sıravi |
1987.06.04 | Şəki şəhəri | 2020.10.26 | 33 | 2020.10.27 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | ||
Həmidzadə Hüseyn Akif oğlu |
əsgər, sıravi |
1995.10.15 | Bakı şəhəri | 2020.11.01 | 25 | 2020.11.02 | Şəki rayonu, Oxud kəndinin qəbiristanlığı | ||
Hacı-İsmayılov Rahib Məmmədemin oğlu |
əsgər, sıravi |
1991.09.17 | Şəki şəhəri | 2020.10.20 | 29 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | |||
Hacıyusifov Əhməd Teymur oğlu |
əsgər, sıravi |
2001.06.23 | Şəki rayonu, Baş Göynük kəndi | 2020.11.08 | 19 | 2020.11.09 | Şəki rayonu, Baş Göynük kəndinin Kəndbaşı qəbiristanlığı | ||
Xasıyev Röyal Abuzər oğlu |
zabit, baş leytenant |
1993.04.19 | Şəki rayonu, İkinci Biləcik kəndi | 2020.10.07 | 27 | 2020.10.08 | Şəki rayonu, İkinci Biləcik kəndinin qəbiristanlığı | ||
İbrahimov Elşən Cahangir oğlu |
əsgər, sıravi |
2002.03.27 | Şəki şəhəri | 2020.10.04 | 18 | 2020.10.04 | Şəki şəhəri, Qışlaq qəbiristanlığı | ||
İbrahimov Elsevər (Elsəvər) Etibar oğlu |
əsgər, sıravi |
1999.11.06 | Şəki rayonu, Aşağı Layısqı kəndi | 2020.11.09 | 21 | 2020.11.15 | Şəki rayonu, Aşağı Layısqı kəndinin Mərdanlar qəbiristanlığı | ||
İbrahimli Məhərrəm Şərif oğlu |
əsgər, sıravi |
2001.04.09 | Şəki rayonu, Oxud kəndi | 2020.10.07 | 19 | 2020.10.25 | Şəki rayonu, Oxud kəndinin qəbiristanlığı | ||
İmamverdiyev Nicat Məhərrəm oğlu |
əsgər, sıravi |
1995.02.19 | Şəki şəhəri | 2020.10.16 | 25 | 2020.10.22 | Şəki şəhəri, Yuxarıbaş qəbiristanlığı | ||
İsgəndərli Səbuhi Yaşar oğlu |
əsgər, sıravi |
2001.06.25 | Tərtər şəhəri | 2020.10.22 | 19 | 2020.10.29 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | ||
İsmayılov Elnur Arif oğlu |
əsgər, sıravi |
2001.02.24 | Şəki rayonu, Baş Küngüt kəndi | 2020.10.22 | 19 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | |||
İsmayılov Hüseyn Fərman oğlu |
əsgər, sıravi |
1996.06.26 | Şəki rayonu, Qayabaşı kəndi | 2020.11.05 | 24 | 2020.11.05 | Şəki rayonu, Qayabaşı kəndinin qəbiristanlığı | ||
İsmayılov Sakit İsmayıl oğlu |
çavuş, kiçik çavuş |
1985.01.07 | Şəki rayonu, Beşevlər (indiki Aran) kəndi | 2020.10.13 | 35 | 2020.10.23 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | ||
İsrafilov Kənan Faiq oğlu |
zabit, kapitan |
1990.11.08 | Şəki rayonu, Şirinbulaq kəndi | 2020.10.05 | 29 | 2020.10.07 | Şəki rayonu,Şirinbulaq kəndinin kənd qəbiristanlığı | ||
İzzətli Fərid Aydın oğlu |
zabit, leytenant |
1994.03.21 | Şəki şəhəri | 2020.10.21 | 26 | 2020.10.22 | Şəki şəhəri, Qışlaq hissəsindəki qəbiristanlıq | ||
Kərimov Eltun Zaur oğlu |
əsgər, sıravi |
2001.02.01 | Krasnoturınsk, Sverdlovski vilayəti, Rusiya Federasiyası | 2020.09.29 | 19 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | |||
Qənimətov Ətraf Oktay oğlu |
zabit, leytenant |
1997.03.20 | Şəki rayonu, Dəmiryol köçkünlər qəsəbəsi | 2020.10.13 | 23 | 2020.10.30 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | ||
Qurbanəliyev Tapdıq Dövlətxan oğlu |
gizir-miçman, baş gizir |
1978.12.21 | Şəki rayonu, Aydınbulaq kəndi | 2020.09.30 | 41 | 2020.10.16 | Şəki rayonu, İbrahimkənd kəndinin Şeyx Osman qəbiristanlığı | ||
Mahmudov Murad Mahir oğlu |
əsgər, sıravi |
1995.04.12 | Şəki rayonu, Çayqaraqoyunlu kəndi | 2020.10.09 | 25 | 2020.10.10 | Şəki rayonu, Çayqaraqoyunlu kəndinin qəbiristanlığı | ||
Mehdizadə Mərdan Əhməd oğlu |
gizir-miçman, baş miçman |
1979.03.25 | Şəki rayonu, Göybulaq kəndi | 2020.10.12 | 41 | 2020.10.13 | Şəki rayonu, Göybulaq kəndinin qəbiristanlığı | ||
Məmmədov Pənah İslam oğlu |
əsgər, sıravi |
2000.08.26 | Şəki rayonu, Orta Zəyzid kəndi | 2020.11.08 | 20 | 2020.11.17 | Şəki rayonu, Orta Zəyzid kəndinin qəbiristanlığı | ||
Məmmədov Elməddin Mikayıl oğlu |
əsgər, sıravi |
1995.07.30 | Şəki rayonu, Şəki kəndi | 2020.10.06 | 25 | 2020.11.02 | Şəki rayonu, Turan qəsəbəsinin qəbiristanlığı | ||
Məmmədov Əlihüseyn Elşad oğlu |
əsgər, sıravi |
1998.01.24 | Bakı şəhəri | 2020.10.09 | 22 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | |||
Məmmədov Xəyal Ağabəy oğlu |
zabit, mayor |
1986.11.18 | Şəki şəhəri | 2020.10.20 | 33 | Şəki şəhəri, Çöl qəbiristanlığı | |||
Məmmədov İbrahim Nakam oğlu |
gizir-miçman, gizir |
1985.04.03 | Şəki şəhəri | 2020.10.25 | 35 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | |||
Məmmədov Ramin Aydın oğlu |
əsgər, sıravi |
1997.11.14 | Şəki rayonu, Babaratma kəndi | 2020.10.15 | 22 | 2020.10.18 | Şəki rayonu, Babaratma kəndinin qəbiristanlığı | ||
Məmmədov Rövşən Müşfiq oğlu |
əsgər, sıravi |
1995.10.29 | Mingəçevir şəhəri | 2020.10.13 | 27 | 2020.10.24 | Şəki rayonu, Böyük Dəhnə kəndinin Şəhidlər xiyabanı | ||
Məmmədov Saleh Mustafa oğlu |
çavuş, baş çavuş |
1995.02.09 | Şəki rayonu, Abbas kəndi | 2020.10.22 | 25 | 2020.10.24 | Şəki rayonu, Abbas kəndinin qəbiristanlığı | ||
Məmmədsalahov Kazım Sahib oğlu |
əsgər, sıravi |
1989.05.07 | Şəki rayonu, Qoxmuq kəndi | 2020.10.15 | 31 | Şəki rayonu, Qoxmuq kəndinin qəbiristanlığı | |||
Musayev Rüfət Ülfət oğlu |
əsgər, sıravi |
2001.10.08 | Şəki rayonu, Suçma kəndi | 2020.10.12 | 19 | 2020.10.18 | Şəki rayonu, Suçma kəndinin qəbiristanlığı | ||
Musayev Rəşadət Vüqar oğlu |
əsgər, sıravi |
2002.06.20 | Şəki rayonu, Baş Göynük kəndi | 2020.10.24 | 18 | 2020.10.25 | Şəki rayonu, Baş Göynük kəndinin qəbiristanlığı | ||
Nadirov Elçin Nadir oğlu |
çavuş, baş çavuş |
1987.12.05 | Şəki şəhəri | 2020.10.15 | 32 | 2020.10.17 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | ||
Nağıyev Toğrul Həsənbala oğlu |
əsgər, sıravi |
2000.06.08 | Şəki şəhəri | 2020.10.14 | 20 | Şəki şəhəri, Sona qəbiristanlığı | |||
Nurullayev Elnur Fərhad oğlu |
əsgər, sıravi |
2000.10.08 | Şəki rayonu, Kiş kəndi | 2020.10.15 | 20 | 2022.12.25 | Şəki rayonu, Kiş kəndinin qəbiristanlığı | ||
Rəhimov Asif Həsrət oğlu |
əsgər, sıravi |
1993.04.17 | Şəki rayonu, Çayqaraqoyunlu kəndi | 2020.11.03 | 27 | 2020.11.09 | Şəki rayonu, Çayqaraqoyunlu kəndinin qəbiristanlığı | ||
Sadıqov Ruslan Amiraslan oğlu |
çavuş, baş çavuş |
1987.12.31 | Şəki rayonu, Təpəcənnət kəndi | 2020.11.07 | 32 | 2020.11.10 | Şəki rayonu, Cəfərabad kəndinin qəbiristanlığı | ||
Səlimli Bakıxan Alim oğlu |
gizir-miçman, baş gizir |
1993.08.31 | Şəki rayonu, Əliyar kəndi | 2020.10.24 | 27 | 2020.10.29 | Şəki rayonu, Əliyar kəndinin qəbiristanlığı | ||
Surxayzadə Zəfər Şəmsəddin oğlu |
əsgər, sıravi |
2001.08.05 | Şəki rayonu, Baltalı kəndi | 2020.11.08 | 19 | 2020.11.10 | Şəki rayonu, Baltalı kəndinin qəbiristanlığı | ||
Soltanlı Şahmar Qinyaz oğlu |
əsgər, sıravi |
1996.02.20 | Şəki şəhəri | 2020.10.17 | 24 | Şəki şəhəri, Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsi | |||
Umudlu Elmir Pərviz oğlu |
əsgər, sıravi |
2001.03.25 | Şəki rayonu, İnçə kəndi | 2020.10.28 | 19 | 2020.10.31 | Şəki rayonu, İnçə–Zunud kəndlərinin qəbiristanlığı |
Ədəbiyyat
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu cədvəl Şəki Ensiklopediyasının yoxlanılmış siyahısılarından biridir. |