Şərafət Əliyeva-Əzizova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:ŞƏliyeva-Əzizova Şərafət Kateqoriya:Şəkidən çıxmış musiqiçilərKateqoriya:Şəkidən...' ilə yarat) tərəfindən edilmiş 00:25, 5 avqust 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Şərafət Əliyeva-Əzizova
Əliyeva-Əzizova Şərafət Abbasəli qızı
Şərafət Əliyeva-Əzizova
Şərafət Əliyeva-Əzizova
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1949 (1949-10-16) (74 yaş)
Doğum yeri Zaqatala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ Azərbaycan

Musiqi aləti fortepiano

Şərafət Əliyeva-Əzizova – müəllim-konsertmeyster, 2003 – 2010-cü illərdə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) çalışmışdır, 2012-ci ildən əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirir.

Haqqında məlumatlar

16 oktyabr 1949-cu ildə Zaqatalada, hərbi həkim ailəsində anadan olub.

Təhsili

1970 – 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb.

Əmək fəaliyyəti

“Bizim böyük müəllimimiz” kitabının üz qabığı.

1975-ci ildə Şəki Musiqi Texnikumunun fortepiano şöbəsində ixtisas müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

1998-ci ilədək əmək fəaliyyətini Şəki Musiqi Texnikumunda davam etdirib, o cümlədən, 1975 – 1977-ci illərdə texnikumun fortepiano şöbəsinin müdiri olub.

1998 – 2003-cü illərdə Ədirnə-Anadolu İncəsənət Liseyində (Türkiyə),

2003 – 2010-cü illərdə isə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) müəllim və konsertmeyster vəzifəsində çalışıb.

2011 – 2012-ci illərdə Batman şəhər valiliyi nəzdindəki özəl musiqi dərnəyində dərs deyib.

2012-ci ildən əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirir.

Publisistik fəaliyyəti

“Azərbaycan”, “Mədəniyyət” və “Şəki” qəzetlərində məqalələri çap olunub. 2020-ci ildə K.K.Səfərəliyevanın XX əsr musiqi tarixindəki rolu haqqında “Bizim böyük müəllimimiz” adlı kitabı çap olunub.