Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:14 aprel

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:56, 6 sentyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Kazım Məmmədov

14–15 aprel

  • Şəki şəhərinin sabiq meri Kazım Məmmədov 15 aprel 1951-ci il tarixdə Nuxada (indki Şəki) anadan olub. O, 1989–1993-cü illərdə Şəki Şəhər Xalq Deputatları Sovetinin sədri, 1991–1995-ci illərdə Şəki Şəhər Sovetinin sədri vəzifəsində çalışmış, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Şəkil: Kazım Məmmədov, 2010-cu il.



Rəna Dadaşova

14–15 aprel

  • Fizika-riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinin dosenti Rəna Dadaşova 15 aprel 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Rəna Dadaşova, 2020-ci il.



Rəsul Ələkbərov

14–15 aprel

  • Tanınmış kimyaçı alim, kimya elmləri doktoru, professor, AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun laboratoriya müdiri Rəsul Ələkbərov (1928–2000) 15 aprel 1928-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, bir müddət Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində də çalışmışdır. Elmi kadrların hazırlanmasında xidməti var.

Şəkil: Rəsul Ələkbərov.



14–15 aprel

  • Sovet Ordusunun Böyük Vətən müharibəsində həlak olmuş qvardiya mayoru İbrahim Mustafayev (1909–1944) 15 aprel 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: İbrahim Mustafayev.



14–15 aprel

  • 8 şeir kitabının müəllifi, məşhur dilçi alim, akademik Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu və oğulluğu Rövzət Dəmirçizadə (1939–2010) 15 aprel 2010-cu il tarixdə – 71 yaşında, Bakıda vəfat edib. O, 20 yaşında olarkən bədbəxt hadisə nəticəsində ömürlük şikəst olmuş və bundan sonra ancaq əlil arabası ilə hərəkət etmişdir.

Şəkil: Rövzət Dəmirçizadə.



Telman Həmidov

14–15 aprel

  • Texnika elmləri namizədi, dosent Telman Həmidov (1940–1995) 15 aprel 1995-ci il tarixdə – 55 yaşında, avtomobil qəzasında faciəli şəkildə həlak olub. O, 1963-cü ildən Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda, 1975-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1982 – 1986-cı illərdə isə Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda dərs demişdir.

Şəkil: Telman Həmidov.


<<əvvəlki gün 14 aprel sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 1  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)