Şablon:5 sentyabr
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
Pravoslav kilsə xadimi, 1894 – 1896-cı illərdə Nuxa Üçmüqəddəs kilsəsində zəbur oxuyan (rus.: псаломщик), 1943-cü ildə Sevastopol Pokorov kilsəsinin keşişi olmuş Qavriil Peçenski (1877–1943) 5 sentyabr (24 avqust) 1877-ci il tarixdə Siqnax qəzasının (Tiflis quberniyası, Rusiya İmperiyası) Krasnıye Kolodsı kəndində anadan olub. Şəkil: Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il.
|
Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Aviasiya Akademiyanın fizika kafedrasının professoru, AMEA Radiasiya Problemləri İnstitutunun yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri Rəhim Mədətov 5 sentyabr 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Şəkil: Rəhim Mədətov.
|
|
Azərbaycan sovet partiya və dövlət məmuru, tanınmış pedaqoq Səyyarə Vahabova (1920–1997) 5 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1956 – 1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü, 1959 – 1963-cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1960 – 1980-cı illərdə Nuxa/Şəki şəhər 3 №-li orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Şəkil: Səyyarə Vahabova, 1956-cı il.
|
II dərəcəli dövlət qulluqçusu, Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xatirə Səlimli 6 sentyabr 1963-cü il tarixdə Nuxada anadan olub. Şəkil: Xatirə Səlimli.
|
|
1783 – 1795 və 1797 – 1805-ci illərdə Şəki xanı olmuş Məhəmmədhəsən xan (≈1760–1831) 5 sentyabr (24 avqust) 1831-ci il tarixdə – 71 yaşında, Həştərxanda vəfat edib. Ölümündən sonra qalıqları Nuxaya gətirilmiş və Xan qəbristanlığında dəfn edilmişdir. Şəkil: Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.
|
|
Həmçinin, bax:
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)