Şablon:6 may

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:36, 4 may 2022 tarixli redaktə

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Ramil Babazadə
Ramil Babazadə

6 may

  • KAİST Universitetinin (Cənubi Koreya) tələbəsi Ramil Babazadə 6 may 2001-ci il tarixdə Şəkidə anadan olub. O, orta məktəb şagirdi olarkən – 2016–2018-ci illərdə, beynəlxalq fənn olimpiyadalarında 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmış, həmçinin, 2017-2018-ci illərdə Respublika Fənn Olimpiadasının qalibi olmuşdur.

Şəkil: Ramil Babazadə.



Baba Babazadə
Baba Babazadə

6 may

  • Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Baba Babazadə (1955–2011) 6 may 2011-ci il tarixdə – 56 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şəkil: Baba Babazadə.



Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şeyxəlibəyov

6 may

  • Tərcüməçi, diplomat və dövlət xadimi Zaman bəy Şeyxəlibəyov (1838–1904) 6 may (23 aprel) 1904-cü il tarixdə – 65 yaşında, Daşkənddə vəfat edib. O, müxtəlif illərdə dörd dövlətə xidmət etmiş, həmçinin, Rusiya İmperiyasının dövlət müşaviri (rus.: статский советник) mülki məmur rütbəsinı daşımışdır, hansı ki bu general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun idi.

Şəkil: Zaman bəy Şeyxəlibəyov.



Əfsər Abdullayev
Əfsər Abdullayev

6 may

  • Sovet dövründə Şəkidə ticarətin və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş Əfsər Abdullayev (1926–2010) 6 may 2010-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilmişdir.

Şəkil: Əfsər Abdullayev.




<<əvvəlki gün 6 may sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)