Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:6 noyabr

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '<noinclude>{{doc-inline}} '''Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana s...' ilə yarat) tərəfindən edilmiş 03:59, 6 noyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Coşqun Qarabulud

5 noyabr

  • Tanınmış türk şairi və sabiq türk bank işçisi Coşqun Qarabulud 5 noyabr 1956-cı il tarixdə Türkiyənin Qars ilinin Sarıqamış ilçəsində doğulub. Onun ana babası vaxtilə Şəkidən Türkiyəyə köçənlərdən biri olub və bu səbəbdən də 2017-ci ilin oktyabr ayının 8-də Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycana gəlib, o cümlədən, oktyabr ayının 10-da Şəkidə olub və Şəki şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən qəbul edilib. Oktyabrın 11-də isə Şəki Dövlət Regional Kollecində Coşqun Qarabuludun şərəfinə musiqili proqram nümayiş etdirilmişdir.

Şəkil: Coşqun Qarabulud.



Nadir Ələkbərov

5 noyabr

  • Kimya elmləri namizədi, dosent, AMEA Polimer Materialları İnstitutunun polimer qarışıqları laboratoriyasının müdiri Nadir Ələkbərov (1940–2018) 5 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Nadir Ələkbərov.



Yusif Abdurrahmanov

5 noyabr

  • Sovet dövründə Şəkidə bir sıra istehsal müəssisələrinə rəhbərlik etmiş Yusif Abdurrahmanov (1937–2005) 5 noyabr 1937-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.

Şəkil: Yusif Abdurrahmanov.



5 noyabr

  • Şəki xanları nəslinin davamçılarından biri Mustafa ağa Şəkixanov (1831–1895) 5 noyabr 1895-ci il tarixdə özünə məxsus Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilib və Xan qəbiristanlığında dəfn olunub. O, “Şəki tarixi” adlı bir tarix əsərini və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunmuşdur.


Şəkil: Mustafa ağa Şəkixanov.



Hüseyn İsmayılov

5 noyabr

  • Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Hüseyn İsmayılov Vətən müharibəsində – 5 noyabr 2020-ci il tarixdə, Şuşanın işğaldan azad edilməsi zamanı 24 yaşında şəhid olub.

Şəkil: Hüseyn İsmayılov.



Hüseyn İsmayılov

5 noyabr

  • Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Hüseyn İsmayılov Vətən müharibəsində – 5 noyabr 2020-ci il tarixdə, Şuşanın işğaldan azad edilməsi zamanı 24 yaşında şəhid olub.

Şəkil: Hüseyn İsmayılov.


<<əvvəlki gün 6 noyabr sonrakı gün>>