Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:7 iyul

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:12, 19 iyun 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Haşım bəy Əmircanov

7 iyul

  • Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunu, Rusiya İmperiyasının quberniya katibi(ru) (mülki məmur rütbəsidir) Haşım bəy Əmircanov (1879–1918) 7 iyul (25 iyun) 1879-cu il tarixdə anadan olub.

Şəkil: Haşım bəy Əmircanov.



Nəsib Kaşıyev

7 iyul

  • I Qarabağ müharibəsi şəhidi Nəsib Kaşıyev (1958–1992) 7 iyul 1958-ci il tarixdə Nuxada (indiki Şəki) doğulub. O, 1992-ci il fevral ayının 4-dən 5-nə keçən gecə, Şuşada yatdığı kazarmanın gülləboran edilməsi nəticəsində həlak olmuşdur.

Şəkil: Nəsib Kaşıyev.



Pərviz Abdulkərimov

7 iyul

  • Kumite üzrə 2-ci dan qara kəmər sahibi, Dünya kubokunun və Dünya çempionatının bürünc, Avropa çempionatının isə qızıl mükafatçısı Pərviz Abdulkərimov (1985–2020) 7 iyul 1985-ci il tarixdə Şəkidə anadan olub.

Şəkil: Pərviz Abdulkərimov.



7 iyul

  • Tanınmış pedaqoq, kimya elmləri namizədi və dosent Rüfət Əhmədov (1930–1999) 7 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, müxtəlif illərdə Şəki şəhər 8 №-li rus orta məktəbinin direktoru, ixtisasartırma kursunun direktoru, Şəki Pedaqoji Texnikumunda, Sumqayıt Dövlət Universitetində müəllim, yaxud dosent vəzifəsində çalışmışdır.

Şəkil: Rüfət Əhmədov.



İslam Hacəliyev

7 iyul

  • Yeniyetmə şahmatçı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2022-ci ildə təşkil keçirilmiş “Happy New Year” şahmat turnirinin U14 yaş kateqoriyası üzrə qalibi İslam Hacəliyev 7 iyul 2008-ci il tarixdə Şəkidə anadan olub.

Şəkil: İslam Hacəliyev.



Amil Salamov

7 iyul

  • Tanınmış rəssam-pedaqoq, Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinin rəhbəri Amil Salamov (1930–1999) 7 iyul 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Şəkil: Amil Salamov, 1970-ci il.


<<əvvəlki gün 7 iyul sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 8  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)