Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:42, 22 iyun 2022 tarixli redaktə
  • 22 iyun 2022-ci il tarixdə — Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana etdiyi rəsmi səfəri zamanı, bir tədbirdə çıxış etmiş və onu salamlamış Daşkənd şəhər Mirabad rayon Dəmiryolçular məhələ komitəsinin sədri Mehriban Ziyadxan qızı Rəhimova Şəkidə anadan olduğunu və 19 yaşından Özbəkistanda yaşadığını da bildirdi.



  • 25 may 2022-ci il tarixdə Nizami Kino Mərkəzində (Bakı) görkəmli heykəltəraş-monumentalist Fuad Əbdürrəhmanov (1915–1971) haqqında “Monumental həyat” sənədli filminin təqdimatı olub.


  • 20 – 24 may 2022-ci il tarixləri arasında Lyublyanada (Sloveniya) keçirilmiş Avropa Fizika Olimpiadasında Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev bürünc medal qazanıb.


  • 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman şöbəsi müdirinin müavini İsgəndər Hikmət oğlu Şəkinski uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Məmmədəmin Şəkinskinin nəvəsi, Əkrəm Şəkinskinin isə qardaşı oğlu idi.



  • 1 may 2022-ci il tarixdən Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində işləməyə başlayıb. O, 2007-ci ildən AFFA-nın baş katibi idi.


  • 16 aprel 2022-ci il tarixdə Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyində (Bişkek) tanınmış heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb.


  • 10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində Şəki Şahmat Məktəbinin yetirməsi, FİDE Ustalığa namizədi Süleyman Süleymanlı 9 oyundan 7 xal toplayaraq turnirin qalibi olub. Bununla yanaşı Süleymanlı Süleymanlı FM (FİDE Ustası) adını da əldə edib.


Fayl:Həkim Muradov.jpg
  • 12 aprel 2022-ci il tarixdə tanınmış kimyaçı alim, Ayova Universitetinin (ABŞ) əməkdaşı Həkim Muradov – 63 yaşında, ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Roli (ing.: Raleigh) şəhərində vəfat edib.


  • 8 aprel 2022-ci il tarixdə “Lipetsksement” Səhmdar Cəmiyyətinin (Rusiya Federasiyası) baş direktoru Elvin Məmmədov Şəki rayonunun Baş Küngüt kənd qəbiristanlığında dəfn edilib. O, 3 aprel 2022-ci il tarixdə Moskvada Lipetskiyə qayıtmaq üçün dəmir yol vağzalında qatar gözləyərkən qəflətən ürək tutmasından 36 yaşında vəfat etmişdir.
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>