Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 11:02, 26 noyabr 2021 tarixli redaktə
  • 7 noyabr 2021-ci il tarixdə sənaye və mülki tikinti sahəsi üzrə tanınmış mühəndis və rəhbər kadr Nurəddin Həbibullahzadə (1933–2021) 88 yaşında, Şəkidə vəfat edib.


Fayl:Teymurçin Məmmədov2.jpg



  • 6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva 60 yaşının tamam olması münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub.


  • 1 sentyabr 2021-ci il tarixdən Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru vəzifəsinin icrasına başlayıb.


Ü.Hacıbəyovun heykəli, Şuşa, 2021-ci il.
Ü.Hacıbəyovun heykəli, Şuşa, 2021-ci il.
  • 29 avqust 2021-ci il tarixdə Şuşada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Üzeyir Hacıbəylinin heykəli ata-oğul – Aslan RüstəmovMahmud Rüstəmov tərəfindən hazırlanmışdır.



  • 3 iyul 2021-ci il tarixdə – günortadan sonra, 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın (?–1780) qəbri (Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə idi) açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.


  • 19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafata layiq görülüb.
Şablondan istifadə təlimatı[yarat]
Arxiv>>