Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Şahid İsmayılov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:Ş]][[Kateqoriya:Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlər (2019)]]
+
[[Kateqoriya:Ş]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlər (2019)]]
 
{{Şəxs
 
{{Şəxs
 
|Adı              = Şahid İsmayılov  
 
|Adı              = Şahid İsmayılov  

02:16, 27 iyun 2020 versiyası

Şahid İsmayılov
İsmayılov Şahid Nəzir oğlu
Şahid İsmayılov
Şahid İsmayılov
Doğum tarixi 8 yanvar 1959 (1959-01-08) (65 yaş)
Doğum yeri Baş Şabalıd, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu

Şahid İsmayılov (Şahid Nəzir oğlu İsmayılov; d.  1959, Baş Şabalıd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

1959-cü ildə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub. 1974-cü ildə Baş Şabalıd kənd səkkizillik məktəbini tərifnamə ilə bitirdikdən sonra imtahansız Şəki Pedaqoji Texnikumuna qəbul olunub. 1978-ci ildə isə həmin texnikumu fərqlənmə diplomu ilə başa vurub və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər fakültəsinə daxil olub. 1982-ci ildə inistitutu bitirdikdən sonra Şəki Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1983 – 84-cü illərdə həqiqi hərbi xidmətdə olub və ordudan tərxis olunduqdan sonra əvvəlki işinə qayıdıb. Həmin texnikumda uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Şəki Dövlət Regional Kolleci təşkil edildikdən sonra isə orada təcrübə rəhbəri kimi pedaqoji fəaliyyətini davam etdirir.

1996-cı ildən YAP-ın üzvüdür. Həmin il onun təşəbbüsü və təşkilatçılığı ilə sədr özü olmaqla Yeni Azərbaycan Partiyası Şəki təşkilatının Yuxarıbaş Ərazi İlk Təşkilatı və Baş Şabalıd Kənd Ərazi ilk Təşkilatı yaradılmışdır. YAP Şəki Təşkilatı Şurasının üzvüdür. 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.

Ailəlidir, üç övladı var.

Həmçinin, bax:

Mənbələr

Şablon:Yaxşı məqalə