Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şahid Məmmədkərimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şahid Məmmədkərimov
Məmmədkərimov Şahid Məmmədiyyə oğlu
Şahid Məmmədkərimov
Şahid Məmmədkərimov, 2013-cü il.
Doğum tarixi 7 yanvar 1939(1939-01-07)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 23 yanvar 2018 (79 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Nuxa İpəkçilik Texnikumu (1964–1967)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, qiyabi şöbə (1973–1980)
İlk əsəri Araz kənarında
facebook səhifəsi

Şahid Məmmədkərimov (1939–2018) — şair və pedaqoq, iki şeir kitabının müəllifi, həvəskar teatr aktyoru.

Haqqında məlumatlar

7 yanvar 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1958-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.

1964 – 1967-ci illərdə Nuxa İpəkçilik Texnikumunda,

1973 – 1980-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb.

Əmək fəaliyyəti

1958-ci ildə Nuxa şəhərindəki 6 №-li çörək zavodunda əmək fəaliyyətinə başlayıb.

Sonralar əmək fəaliyyətini Şəki Birləşmiş Hərbi Komissarlığında, “Nuxa fəhləsi” qəzetinin redaksiyasında, V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 2 №-li filialında davam etdirib.

1980-ci ildən Şəki 44 saylı Texniki Peşə Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

1991-ci ildən təqaüdə çıxanadək Şəki şəhər 11 saylı orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.

Ədəbi-bədii yaradıcılığı

İlk dəfə “Nuxa fəhləsi” qəzetinin 25 aprel 1960-cı il tarixli sayında “Araz kənarında” adlı şeiri çap olunub. Sonradan şeirləri Azərbaycanın bir sıra qəzetlərində, o cümlədən, “Ədəbiyyat”, “Kaspi”, “Zaman”, “Tumurcuq”, “Elitar-pres”, “Eliniz Gününüz”, “Səki təhsili”, “Şəki bələdiyyəsi”, “Region Şəki” və sair qəzetlərdə, eləcə də Azərbaycanda çıxan “Ulduz” və Türkiyədə nəşr olunan “Kumru” və “Avrasya sanat” jurnallarında, türk şairi Ahmet Kaytançının, “Azərbaycanın göz yaşları” kitabında, Azərbaycan Yazıçılar Birliyi Şəki filialının “Söz..Söz...Söz...” və Azərbaycan Folklor İnstitutu tərəfindən çapa hazırlanmış “Bənövşə çələngi” almanaxlarında, Ramiz Orsərin 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “Şəkidən gələn səslər” toplusunun I cildində, Türkiyədə çap olunan bir sıra antologiyalarda dərc edilib.

Kitabları

  • “Məhəbbətlər arasında” (2006);
  • “Tanrı pıçıltıları” (2013).

Teatr fəaliyyəti

1960-cı illərdə Nuxa Xalq Teatrı truppasının üzvü olub, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində Həsənqulu bəy, “Beş manatlıq gəlin” operettasında Nadir, Bəxtiyar Vahabzadənin “Vicdan” pyesində Əlyəsə və s. rollarda oynayıb.

Vəfatı

23 yanvar 2018-ci il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Orsər R. Şahid Məmmədkərimov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 423-426. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Kamil Adışirinov. Dağlar qoynunda keçən müəllim, şair ömrü (Şahid Məmmədkərimov yaradıcılığı).