Şahid Məmmədkərimov
Şahid Məmmədkərimov (1939–2018) — şair və pedaqoq, iki şeir kitabının müəllifi, həvəskar teatr aktyoru.
Şahid Məmmədkərimov | |
---|---|
Məmmədkərimov Şahid Məmmədiyyə oğlu | |
Şahid Məmmədkərimov, 2013-cü il. | |
Doğum tarixi | 7 yanvar 1939 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfatı | 23 yanvar 2018 (79 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Təhsili |
• Nuxa İpəkçilik Texnikumu (1964–1967) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, qiyabi şöbə (1973–1980) |
İlk əsəri | Araz kənarında |
facebook səhifəsi |
Haqqında məlumatlar
7 yanvar 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1958-ci ildə Nuxa şəhər 11 №-li orta məktəbini bitirib.
1964 – 1967-ci illərdə Nuxa İpəkçilik Texnikumunda,
1973 – 1980-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb.
Əmək fəaliyyəti
1958-ci ildə Nuxa şəhərindəki 6 №-li çörək zavodunda əmək fəaliyyətinə başlayıb.
Sonralar əmək fəaliyyətini Şəki Birləşmiş Hərbi Komissarlığında, “Nuxa fəhləsi” qəzetinin redaksiyasında, V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 2 №-li filialında davam etdirib.
1980-ci ildən Şəki 44 saylı Texniki Peşə Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.
1991-ci ildən təqaüdə çıxanadək Şəki şəhər 11 saylı orta məktəbində azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.
Ədəbi-bədii yaradıcılığı
İlk dəfə “Nuxa fəhləsi” qəzetinin 25 aprel 1960-cı il tarixli sayında “Araz kənarında” adlı şeiri çap olunub. Sonradan şeirləri Azərbaycanın bir sıra qəzetlərində, o cümlədən, “Ədəbiyyat”, “Kaspi”, “Zaman”, “Tumurcuq”, “Elitar-pres”, “Eliniz Gününüz”, “Səki təhsili”, “Şəki bələdiyyəsi”, “Region Şəki” və sair qəzetlərdə, eləcə də Azərbaycanda çıxan “Ulduz” və Türkiyədə nəşr olunan “Kumru” və “Avrasya sanat” jurnallarında, türk şairi Ahmet Kaytançının, “Azərbaycanın göz yaşları” kitabında, Azərbaycan Yazıçılar Birliyi Şəki filialının “Söz..Söz...Söz...” və Azərbaycan Folklor İnstitutu tərəfindən çapa hazırlanmış “Bənövşə çələngi” almanaxlarında, Ramiz Orsərin 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “Şəkidən gələn səslər” toplusunun I cildində, Türkiyədə çap olunan bir sıra antologiyalarda dərc edilib.
Kitabları
- “Məhəbbətlər arasında” (2006);
- “Tanrı pıçıltıları” (2013).
Teatr fəaliyyəti
1960-cı illərdə Nuxa Xalq Teatrı truppasının üzvü olub, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində Həsənqulu bəy, “Beş manatlıq gəlin” operettasında Nadir, Bəxtiyar Vahabzadənin “Vicdan” pyesində Əlyəsə və s. rollarda oynayıb.
Vəfatı
23 yanvar 2018-ci il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Orsər R. Şahid Məmmədkərimov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 423-426. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Kamil Adışirinov. Dağlar qoynunda keçən müəllim, şair ömrü (Şahid Məmmədkərimov yaradıcılığı).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |