Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əşrəf Həsənov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əşrəf Həsənov
Həsənov Əşrəf Həsən oğlu
Əşrəf Həsənov
Əşrəf Həsənov, 1941-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1909(1909-01-24)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 9 avqust 1983 (74 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Peşəsi dirijor

Təhsili

 • Azərbaycan Dövlət Konservatoriyası, orkestr sinfi (–1932);

 • Moskva Dövlət Konservatoriyası, dirijorluq sinfi (–1938)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1959"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
"Şərəf Nişanı" ordeni

Əşrəf Həsənov (1909–1983) — tanınmış dirijor, Azərbaycan SSR xalq artisti, musiqişünas pedaqoq və dosent. Peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biridir.

Haqqında məlumatlar

24 yanvar 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Əşrəf Həsənov, 1930-cu illər.

1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfini,

1938-ci ildə isə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfini bitirib.

Əmək fəaliyyəti

Oturan: Üzeyir Hacıbəyov; Soldan sağa: Qara Qarayev, Səid Rüstəmov, Niyazi və Əşrəf Həsənov — 1941-ci il.

1932 – 1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub.

1938 – 1950-ci illərdə Azərbaycan Radio Komitəsi nəzdində sinfonik orkestrə rəhbərlik edib.

1949 – 1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib. O cümlədən,

1960-cı ildən dosent vəzifəsində çalışıb.

Digər

Hələ Moskva Konservatoriyasının son kursunda oxuyarkən – Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu ilə Böyük Teatrın səhnəsində tamaşaya qoyulmuşdu. Bu hadisəni sonralar özü belə xatırlayırdı:

" ...Ongünlüyə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, – “Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və “Koroğlu” operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram”. Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu. "

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Reynqold Qilierin “Şahsənəm”, Mixail Qlinkanın “İvan Susanin”, Cüzeppe Verdinin “Traviata”, “Aida”, “Riqoletto”, Nikolay Rimski-Korsakovun “Çar gəlini” və “Qar qız”, Jorj Bizenin “Karmen”, Rucero Leonkovallonun “Məzhəkəçilər”, Sergey Raxmaninovun “Aleko”, Aleksandr Darqomıjskinin “Su pərisi”, Pyotr Çaykovskinin “Yevgeni Onegin”, “İolanta” , “Motsart və Salyeri” operalarına, Nikolay Rimski-Korsakovun “Şəhrizad”, İqor Morozovun “Doktor Aybolit” baletlərinə də dirijorluq edib.

Təltif və mükafatları

Vəfatı

9 avqust 1983-cü il tarixdə – 74 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Fərman və sərəncamlar : [arx. 5 Dec 2010 - 12 Jan 2022] // Azərbaycan Milli Kitabxanası. — Müraciət tarixi: 23.01.2022.
  2. Əşrəf Həsənov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 213. — 80.000 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Həsənov Əşrəf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 235-236. — 1.000 nüsx.
  4. Ələsgərova G. Unudulmayan on gün: Moskvada ilk Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının 80 illiyi münasibətilə (azərb.) // Mədəniyyət : qəzet. — 2018. — В. 27 aprel. — Səh. 10. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 May 2018 - 17 Sep 2018.
  5. Əşrəf Həsənov : [arx. 16 Aug 2019 - 23 Jan 2021] // Musiqi Dünyası. — Müraciət tarixi: 23.01.2022.

Həmçinin, bax: