Əbdüləli bəy Əmircanov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 75: Sətir 75:
''Anası:'' Fatma xanım,  [[Mustafa ağa Şəkixanov|Mustafa ağa Şəkixanovun]] qızı.
''Anası:'' Fatma xanım,  [[Mustafa ağa Şəkixanov|Mustafa ağa Şəkixanovun]] qızı.


XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub.
XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub. Murad və Fuad adlı oğulları, Valiyə və Məryəm adlı qızları olub. Valiyənin qızı [[Alev Ebuzziya-Siesbye]] bədii keramika sahəsində dünyada tanınmış rəssam və dizaynerdir.


==Ədəbiyyat==
==Ədəbiyyat==

20:59, 29 may 2021 versiyası

Əbdüləli bəy Əmircanov
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu
Əbdüləli bəy Əmircanov.
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi (18)  30 may 1874(1874-05-30)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1948(1948-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (74 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Atası Şirləli bəy Əmircanov
Anası Fatma xanım (Mustafa ağa Şəkixanovun qızı)
Həyat yoldaşı Səltənət xanım
Uşaqları Valiyə, Məryəm, Murad, Fuad
Təhsili Aleksandrovsk Müəllimlər İnstitutu (–1888, Tiflis)

Əbdüləli bəy Əmircanov (1874–1948) — Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü; həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Haqqında məlumatlar

30 (18) may 1870-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1876 – 1883-cü illərdə Nuxa şəhər məktəbində təhsil alıb.

1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1888-ci ildən Nuxa şəhər məktəbində müəllim işləyib.

XIX əsrin axırlarında Lənkərana köçüb və orada müəllim işləyib.

XX əsrin əvvəllərində Bakıya köçmüş və rus-tatar məktəblərində dərs deyib; həmçinin, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışıb, “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin və “Nəşri-Maarif” cəmiyyətinin işlərində yaxından iştirak edib.

1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.

1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862 – 1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir.

1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olub və mart-aprel aylarında daşnak-bolşeviklər tərəfindən həyata keçirilmiş müsəlman qətliamının qarşısını almağa çalışan ziyalılardan biri idi.

1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin parlamentində bitərəflər qrupunun üzvü olub.

1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.

1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

Digər

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.

Vəfatı

Əmircanovların ailəvi qəbiri, – Fəriköy məzarlığı, İstanbul. Türfkiyə.

1948-ci ildə İstanbulda vəfat edib və İstanbuldakı Fəriköy məzarlığında dəfn olunub.

Ailəsi

Atası: Şirləli bəy Əliəşrəf bəy oğlu Əmircanov (1847-1922) quberniya katibi(ru) mülki məmur rütbəsinə malik idi və və bir sıra məsul vəzifələrdə işləmişdir.

Anası: Fatma xanım, Mustafa ağa Şəkixanovun qızı.

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub. Murad və Fuad adlı oğulları, Valiyə və Məryəm adlı qızları olub. Valiyənin qızı Alev Ebuzziya-Siesbye bədii keramika sahəsində dünyada tanınmış rəssam və dizaynerdir.

Ədəbiyyat

  1. Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 455-463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.

Aidiyyəti linklər

  1. Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018.
  2. ƏMİRCANOV Əbdülәli bәy Şirәli bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
  3. Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.

Şablon:Yaxşı məqalə