Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Əbdüləzəl Dəmirçizadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 75: Sətir 75:
  
 
=== Əmək fəaliyyəti===
 
=== Əmək fəaliyyəti===
1940–1943-cü illərdə S.M.kirov adına Azər­baycan Dövlət Universi­tetində,  
+
1940 – 1943-cü illərdə S.M.kirov adına Azər­baycan Dövlət Universi­tetində,  
  
1943-cü ildən ömrünün sonuna qə­dər isə V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunda azər­baycan dilçiliyi kafed­rasının müdiri olub.
+
1943 – 1979-cu illərdə V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunda azər­baycan dilçiliyi kafed­rasının müdiri olub.
 +
 
 +
==== İkinci iş yerləri====
 +
1951 – 1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda azərbaycan dilinin tarixi şöbəsinin müdiri olub.
  
 
=== Təltif və mükafatları ===
 
=== Təltif və mükafatları ===

01:14, 10 aprel 2021 versiyası

Əbdüləzəl Dəmirçizadə
Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu
Əbdüləzəl Dəmirçizadə
Əbdüləzəl Dəmirçizadə.
Doğum tarixi 8 iyul 1909(1909-07-08)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 10 aprel 1979 (69 yaşında)
İş yeri V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutu, azər­baycan dilçiliyi kafed­rası (müdir)
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
Uşağı Rövzət Dəmirçizadə
Üzvlüyü Azərbaycan SSR EA-nın müxbir üz­vü
Mükafatları “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı — 1973Azərbaycan SSR dövlət mükafatı — 1974

Əbdüləzəl Dəmirçizadə (1909–1979) — filologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üz­vü, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunun azər­baycan dilçiliyi kafed­rasının müdiri.

Haqqında məlumatlar

8 iyul 1909-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

Nuxada ibtidai və or­ta təh­sil alıb.

Nuxa Müəllimlər Se­mi­nariyasını bitirib.

1929-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin peda­qoji fakültə­sinə,

1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1925-ci ildən Nuxa şəhər 2 saylı mək­tə­bində müəl­lim işləyib.

Ədəb-publisistik fəaliyyəti

1925-ci ildə ilk məqaləsi «Yeni Məktəb» məc­muəsində dərc olunub.

Gəncliyində bədii yaradı­cılığa bö­yük həvəs göstərib, bir sıra şeirlər, heka­yə­lər və oçerklər yazıb.

Elmi fəaliyyəti

1936-cı ildə «Türk dili» adlı ilk elmi kitabı,

1938-ci ildə «Azər­bay­can ədəbi dili tarixinin xüla­sə­ləri» adlı ikinci kitabı çap olunub.

1940-cı ildə filolo­giya elmləri nami­zə­di elmi dərəcəsini alıb.

1944-cü ildə «Azərbaycan di­linin ta­rixi (qədim dövr)» mövzusunda dok­tor­luq disser­ta­siyası müdafiə edib.

1945-ci il­də professor elmi adını alıb.

1955-ci il­də Azərbaycan SSR EA-nın müxbir üz­vü seçil­ib.

Onun 20-dən çox ki­tabı, 200-dən artıq elmi və elmi-me­to­dik məqa­ləsi çap olun­mub. Bu əsər­lərdə yenilikçi alim ki­mi daha çox Azər­baycan dilçiliyinin iş­lə­nil­mə­miş sahələri (fonetika, orfoepiya, eti­mo­lo­gi­ya, üslubiy­yat, dil tarixi və s.) araş­dı­rıl­mış­dır. Alimin «Azərbaycan dili tarixi xü­la­sə­lə­ri», «M.F.Axundov dil haq­qında və Axun­do­vun dili», «Azər­baycan dilinin tarixi», «Azər­bay­can ədəbi dilinin inkişaf yolları», «Kitabi-Dədə Qorqud» dastanının dili», «Azəri ədəbi di­linin tarixi», «Azərbaycan di­li­­nin tarixi qram­matikası» və ölümün­dən sonra çap olun­muş «Azərbaycan ədəbi dilinin tarixi (II his­sə)», «Azər­baycan dili orfoepi­yasının əsasları» ki­­tabları yalnız Azərbaycan dilçi­liyi­ni deyil, ümu­milikdə türkologiya elmini zən­gin­ləş­dir­miş­dir. Görkəmli alim etimoloji tədqi­qat­lar sahəsində də xey­li iş görmüş, araş­dırmalarını ümu­mi­ləş­di­rə­rək 1962-ci ildə «50 söz» adlı orijinal kitab nəşr etdirmişdir.

AMEA-nın müxbir üzvü Əbdüləzəl Də­mir­çizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Əmək fəaliyyəti

1940 – 1943-cü illərdə S.M.kirov adına Azər­baycan Dövlət Universi­tetində,

1943 – 1979-cu illərdə V.İ.Lenin adına Azər­baycan Pedaqoji İnsti­tutunda azər­baycan dilçiliyi kafed­rasının müdiri olub.

İkinci iş yerləri

1951 – 1960-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda azərbaycan dilinin tarixi şöbəsinin müdiri olub.

Təltif və mükafatları

Vəfatı

10 aprel 1979-cu il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.

Xatirəsi

Bakıda bir küçəyə adı verilib.

Bakıda vaxtilə yaşadığı evin divarına memorial lövhə vurulub.

Ədəbiyyat

  1. Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III  cild. — Səhifələrin sayı:  628. — Səh.: 406. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Dəmirçizadə Əbdüləzəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 103 – 106. — 1.000 nüsx.
  3. Mete Ə. Ana dili başqa dillərin açarıdır, azərbaycan dilinin qüdrətli alimi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 182 – 185. — 500 nüsx.
  4. Dəmirçizadə Əbdüləzəl // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI  c. — Səh. 557. — ISBN 978-9952-441-11-6.
  5. "Vəfat etmiş müxbir üzvlər/Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyas. 18 Sep 2018 – 17 Jan 2021 tarixində arxivləşdirilib.