Əbdülhəmid Həmidov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Əbdülhəmid Həmidov
Həmidov Əbdülhəmid Məcid oğlu
Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidov.
Doğum tarixi 15 may 1906(1906-05-15)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 dekabr 1979 (73 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Təhsili Nuxa Dövlət Müəllimlər İnstitutu (–1948)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Əbdülhəmid Həmidov (1906–1979) — sovet dövründə Şəkidə partiya və dövlət məmuru olmuş, həmçinin, jurnalist kimi fəaliyyət göstərmiş tanınmış şəxs; müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktoru, Nuxa şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri və digər məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

15 may 1906-cı il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1948-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutunu bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1919 – 1923-cü illərdə Nuxadakı ipək fabriklərində fəhlə işləyib.

1927 – 1929-cu illərdə qəza komsomol komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrinin müdiri vəzifəsində çalışıb.

Daha sonralar, Nuxa şəhər partiya komitəsində təlimatçı, Nuxa şəhər radio verilişlərinin müvəkkili, Nuxa şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri və sədr müavini, Nuxa şəhər partiya komitəsində təşkilat şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb. O cümlədən, müxtəlif illərdə “Gənc işçi” qəzetinin şöbə müdiri, “Nuxa fəhləsi” qəzetinin redaktoru, redaktor müavini və şöbə müdiri olub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

İctimai-siyasi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1923-cü ildə komsomol sıralarına daxil olub.

1927-ci ildən kommunist partiyasının üzvü olub.

1948-ci ildə Nuxa rayon Sovetinə, 1959-cu ildə isə Nuxa şəhər Sovetinə deputat seçilib.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

26 dekabr 1979-cu il tarixdə – 73 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Ə.M.Həmidov (nekroloq) (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —10 yanvar  c. — № 1 – 2 (1362). — Səh. 4.