Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əbdülqəni Nuxəvi

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ə{{Şəxs |Şəkil = Əbdülqəni Nuxəvi.jpg |Şəkil məlumat= |Şəkil miqyası = |Adı = ƏBDÜLQƏNİ NUXƏVİ |Tam adı = Əbdülqəni Məhəmməd...' ilə yarat) tərəfindən edilmiş 01:51, 18 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
ƏBDÜLQƏNİ NUXƏVİ
Əbdülqəni Məhəmməd əfəndi oğlu Xəlisəqərizadə
ƏBDÜLQƏNİ NUXƏVİ
Doğum tarixi 1817(1817-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki şəhəri
Vəfat tarixi 1879(1879-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Şəki şəhəri

Əbdülqəni Nuxəvi (1817-1879) — pedaqoq, kitabşünas, xəttat

Həyatı

Əbdülqəni Məhəmməd əfəndi oğlu 1817-ci ildə Şəkidə anadan olmuşdur.

XIX əsrin görkəmli ədəbiyyatşünası, pedaqoqu və kitabşünası idi. O. Azərbaycan ədəbiyyatşünaslıq elminin, peqaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf etdirilməsində məhzuldar rol oynamışdır. Onun yaradıcılığı çoxtərəfli və rəngarənc idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanmınmış dilçi, xalq kütlələrinin maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rol oynamışdı. Uzun illər boyu ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin katabxanası olmuşdur.

Yaradıcılığı

Ensiklopedik biliyə malik olan Əbdülqəni Nuxəvinin yaradıcılığı olduqca rəngarəng və çoxcəhətli idi. O, türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçılarından biri olmuşdur. Əlyazma kitab mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğındə əvəzsiz xidmətləri olan Əbdülqəni Nuxəvinin hazırda Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda iki mindən çox əlyazması saxlanılır.

"Müxtəsər əl-Qüduri"nin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan 28 əlyazma nüsxəsini nəzərdən keçirərkən onların 3-nün məhz azərbaycanlı katiblər tərəfindən köçürülmüşdüyü müəyyən edilmişdir. Sözü gedən əlyazmaların katibləri Məhəmməd ıbn Kərbəlayi Qasım Təbrizi, Seyid Hacı Məhəmməd Əsəd bin Məhəmməd Pir Ğafur Bakuyirlizadə və Əbdülğəni Nuxəvidir. Ərəb dilini mükəmməl bilməsi Ə.Nuxəviyə bu dildə Yazılmış məntiq, fəlsəfə, dil, ədəbiyyat nəzəriyyəsi və başqa elm sahələrinə aid əsərlərdən səmərəli surətdə istifadə edib Azərbaycanda yaymaq imkanı vermişdir. 5 Ə.Nuxəvinin hazırladığı "Müxtəsər əl-Qüduri"nin B-6691/8316 şifrəli nüsxəsi poleoqrafik xüsusiyyətlərinə və keyfiyyətinə görə o biri nüsxələrdən fərqlənir. Bu dəyərli əlyazmaya əsasən Ə.Nuxəvini cəsarətlə "ustad xəttat" adlandırmaq olar.Bütün xətt nümunələrinə yaxından bələd olan katib bu abidəni çox dəqiq və nəfis şəkildə hazırlamışdır ki, bu da XIX əsr əlyazma kitab nümunəsi kimi qiymətlidir.Əlyazmanın poleoqrafik xüsusiyyətlərini, üzərindəki müxtəlif qeydləri öyrənmək, tədqiq etmək maraqlı və əhəmiyyətlidir. Abidə tam oxunaqlı və keyfiyyətli vəziyyətdə dövrümüzə qədər gəlib çatmışdır.Əsər nəstəliq elementli nəsx xətti ilə köçürülmüşdür.Mətn bütövlükdə qara mürəkkəblə, başlıqlar, yarımbaşlıqlar və mövzu ilə əlaqədar verilmiş bəzi qeydlər nisbətən iri şriftlə qırmızı mürəkkəblə yazılmışdır.Əlyazmanın kağızı təbii rəngli, cilalanmış şərq istehsalıdır. Bəzi sətirlərin altından qırmızı mürəkkəblə xətt çəkilib.Şərti işarələrin yazılışında qara və qırmızı rəngli mürəkkəbdən istifadə olunmuşdur. Əlyazmanın dəyəri yalnız bədii tərtibatında deyil, eyni zamanda mətnşünaslıq baxımından olduqca əhəmiyyətlidir. Katib əlyazmanın haşiyələrində əsərdə olan bəzi sözlərin şərhini vermişdir.Mətnin haşiyələrində müxtəlif istiqamətlə yazılmış xeyli əlavələr mövcuddur.Bütün bunlar əsərin iki və daha artıq nüsxədən müqayisə edilərək köçürüldüyü qənaətinə gəlməyə səbəb olur.Əlyazma həm şərq, həm də qırmızı rəngli mürəkkəblə müasir rəqəmlərlə səhifələnib.Abidənin qiymətini artıran cəhətlərdən biri də əlyazmanın müxtəlif səhifələrində Nuxəvinin şəxsi qeydlərinin olmasıdır .Əlyazmanın ölçüsü 17,8x22 sm-dir. Sətirlərin sayı15-16,həcmi vərəqdir.Köçürülmə tarixi h.1294 (m.1877)-cü il olan abidəni Əbdülğəni əfəndi özü cildə tutulmuşdur.Əlyazmanın orijinal cildi, tünd-qəhvəyi rəngli dəridir.Onun hər iki üzü bütün ölçü boyu basma qoşa xətlərlə haşiyəyə alınmışdır.Düzbucaqlının içərisində çarpaz basma xəttlər vardır. Abidənin hər küncündə bir ədəd kiçik basmanaxış,mərkəzində isəbir qədər böyük medalyon basılmışdır. Ə.Nuxəvinin əlyazma kolleksiyasında istər tarixinin qədimliyi baxımından, istər bədii tərtibatı ilə fərqlənən,istərsə də elmi cəhətdən çox qiymətli əlyazma kitablarının olması təsadüfi olmamışdır.Bu əlyazma abidələri orta yüzilliklər Şərq xalqlarının ictimai,iqtisadi və əbədi fikir tarixini öyrənmək baxımından mötəbər mənbələrdir.

Əsərləri

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu alim, pedoqoq, kitabşünas, mətnşünas Əbdülqəni Əfəndi Nuxəvinin "Qazıxana dəftəri" kitabını nəşr etdirib. Əbdülqəni Əfəndi bu kitabı 1866-1879-cu illərdə Şəkinin baş qazısı olarkən tərtib edib.

"Nurlan" nəşriyyatında işıq üzü görən bu kitabda əsasən, həmin dövrdə nikah müqaviləsi bağlayanlar və vəfat edənlər qeydə alınıb. Şəkinin bu qazıxana dəftəri respublikanın şimal-qərb bölgəsinin, o cümlədən Azərbaycanın keçmiş tarixinin, əhalisinin, ailə hüququnun, insanların mədəni səviyyəsinin, dünyagörüşünün öyrənilməsi baxımından çox dəyərli qaynaqlardandır. Ə.Nuxəvi eyni zamanda Azərbaycan ədəbiyyati tarixində kamil bir şərqşünas, kitabşünas alim kimi də ciddi fəaliyyət göstərib, 40 illik gərgin elmi axtarışlar nəticəsində Şərqin məşhur elm və mədəniyyət xadimlərinin əlyazmalarını, əsərlərini toplayaraq üzünü köçürüb, bəzilərini müxtəlif mətnlər əsasında şərh edib. Mütəxəssislərin fikrincə, Azərbaycan kitab mədəniyyətinin əlyazma şəklində inkişaf etməsində Ə.Nuxəvinin böyük rolu olub.

Ə.Nuxəvinin əsərlərinin böyük əksəriyyəti repressiya dövründə məhv edilsə də, bir hissəsi Əlyazmalar İnstitutunda qorunub saxlanılır. Görkəmli alimin yaradıcılığının tədqiqi Azərbaycanda kitabşünaslıq və pedaqogika tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Əsəri nəşrə hazırlayan və ön sözün müəllifi filologiya elmləri doktoru Kamandar Şərifli, kitabın redaktoru isə Azadə Musayevadır

Xarici keçidlər