Əbdürəhman Abdullayev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 9: Sətir 9:
  |Digər adı            =  
  |Digər adı            =  
  |Doğum tarixi          = {{Doğum tarixi|1914|11|17}}
  |Doğum tarixi          = {{Doğum tarixi|1914|11|17}}
  |Doğum yeri            = [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}}
  |Doğum yeri            = [[Nuxa]] (indiki Şəki), [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, {{Rusİmp}}
  |Vəfat tarixi          = {{Vəfat tarixi və yaşı|1997|7|9|1914|11|17}}
  |Vəfat tarixi          = {{Vəfat tarixi və yaşı|1997|7|9|1914|11|17}}
  |Vəfat yeri            = Şəki, {{AZE}}
  |Vəfat yeri            = Şəki, {{AZE}}
Sətir 42: Sətir 42:


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==
17 noyabr 1914-cü il tarixdə Nuxada anadan olub.
17 noyabr 1914-cü il tarixdə [[Nuxa|Nuxada]] (indiki Şəki) anadan olub.


===Təhsili===           
===Təhsili===           
Sətir 89: Sətir 89:


===Xatirəsi===
===Xatirəsi===
1999-cü ildə Şəki şəhərindəki 21 saylı tam orta məktəbə adı verilib.
1999-cü ildə Şəki şəhər 21 saylı tam orta məktəbinə adı verilib.


==Ədəbiyyat==
==Ədəbiyyat==

17:40, 9 iyul 2021 versiyası

Əbdürəhman Abdullayev
Abdullayev Əbdürəhman Məmməd oğlu
Əbdürəhman Abdullayev
Əbdürəhman Abdullayev, 1976-cı il.
Doğum tarixi 17 noyabr 1914(1914-11-17)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 9 iyul 1997 (82 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri namizədi
Təhsili

Nuxa Pedaqoji Məktəbi (1930–1933)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1937–1941)
Uşaqları Arif Abdullazadə, Sədaqət Qasımlı
Mükafatları

"Qırmızı Əmək Bayrağı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı"Əmək veteranı" medalı

"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

Əbdürəhman Abdullayev (1914–1997) — tanınmış ədəbiyyatşünas, filologiya elmləri namizədi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.

Haqqında məlumatlar

17 noyabr 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1930 – 1933-cü illərdə Nuxa Pedaqoji Məktəbində,

1937 – 1941-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (qiyabi) təhsil alıb.

Əmək fəaliyyəti

1933 – 1937-ci illərdə Nuxa rayonunun Bideyiz kənd məktəbində müəllim,

1937 – 1941-ci illərdə Nuxa 11 №-li orta məktəbdə dərs hissə müdiri, 12 saylı məktəbdə direktor,

1941 – 1944-cü illərdə Nuxa rayon Maarif Şöbəsinin müfəttişi və Pedaqoji kabinənin müdiri,

1944 – 1945-ci illərdə Nuxa şəhər Maarif Şöbəsinin müdiri, Azərbaycan SSR Maarif Nazirliyi ibtidai orta məktəblər idarəsinin baş müfəttişi,

1945 – 1947-ci illərdə Nuxada Ümumittifaq əhəmiyyətli Məktəbyaşlı Oğlanlar Evinin direktoru,

1947 – 1950-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,

1950 – 1957-ci illərdə Azərbaycan siyasi və elmi bilikləri yayan “Bilik” cəmiyyətin Nuxa rayonlararası şöbəsinin məsul katibi,

1957 – 1961-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin katibi,

1961 – 1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasında kadrlar şöbəsinin rəisi və işlər idarəsinin müdiri,

1970-cı ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Muzeyində məktəblər şöbəsinin müdiri vəzifəsində işləyib.

İctimai-siyasi fəaliyyəti

1938-ci ildən etibarən bir neçə dəfə Azərbaycan KP Nuxa şəhər Komitəsi plenumuna üzv və Nuxa şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.

Elmi fəaliyyəti

Rəşid bəy Əfəndiyevin həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, digər mövzularda 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə çap olunub.

Təltif və mükafatları

Vəfatı

9 iyul 1997-ci il tarixdə Şəkidə – 82 yaşında, vəfat edib.

Xatirəsi

1999-cü ildə Şəki şəhər 21 saylı tam orta məktəbinə adı verilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abdullayev Əbdürəhman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 19 – 20. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə