Əbdürəhman Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:49, 15 iyun 2020 tarixli redaktə
Əbdürəhman Abdullayev
Abdullayev Əbdürəhman Məmməd oğlu
Əbdürəhman Abdullayev
Əbdürəhman Abdullayev, 1976-cı il
Doğum tarixi 1914(1914-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 9 iyul 1997 (83 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri namizədi
Təhsili

Nuxa Pedoqoji Məktəbi (? - 1933)

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (1937 – 1941)
Uşağı Arif Abdullazadə
Mükafatları

"Qırmızı Əmək Bayrağı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı"Əmək veteranı" medalı

"Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

Əbdürəhman Abdullayev (Abdullayev Əbdürəhman Məmməd oğlu; d.  1914-cü ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  9 iyul 1997-ci ildə, Şəki, Azərbaycan Respublikası) – filologiya elmləri namizədi (1963), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi; bir sıra məsul partiya və dövlət vəzifələrində işləmiş, 1970-cı ildən isə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Müzeyinin məktəblər şöbəsinin müdiri olmuşdur. Rəşid bəy Əfəndiyevin həyatı və yaradıcılığı haqqında “Görkəmli maarifçi və demokrat yazıçı” (Azərnəşr Elm nəşriyyatı, 1960), “Rəşid bəy Əfəndiyevin dram əsərləri” (Azərnəşr, 1961) və “Maarif pərvanəsi” (Azərbaycan Maarif nəşriyyatı, 1982) kitabları çap olunub, 40-dan artıq elmi məqalənin müəllifidir. “XVIII-XIX əsr Şəki şairləri” kitabı isə ölümündən sonra – 2020-ci ildə nəşrə təqdim edilib.

Haqqında məlumatlar

1914-cü ildə Nuxada anadan olub.

Təhsili

1933-cü ildə Nuxa Pedaqoji Məktəbini bitirib.

1937 – 1941-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda qiyabi təhsil alıb.

İş yerləri

1933 – 1937-ci illərdə Nuxa rayonunun Bideyiz kənd məktəbində müəllim,

1937 – 1941-ci illərdə Nuxa 11 №-li orta məktıbdə dərs hissə müdiri, 12 saylı məktəbdə direktor,

1941 – 1944-cü illərdə Nuxa rayon Maarif Şöbəsinin müfəttişi və Pedaqoji kabinənin müdiri,

1944 – 1945-ci illərdə Nuxa şəhər Maarif Şöbəsinin müdiri, Azərbaycan SSR Maarif Nazirliyi ibtidai orta məktəblər idarəsinin baş müfəttişi,

1945 – 1947-ci illərdə ildə Nuxada Ümumittifaq əhəmiyyətli məktəb yaşlı oğlanlar evinin direktoru,

1947 – 1950-ci illərdə Azərbaycan KP Şəki şəhər Komitəsinin təbliğat və təşviqat şəöbəsinin müdiri,

1950 – 1957-ci illərdə ildə Azərbaycan siyasi və elmi bilikləri yayan “Bilik” cəmiyyətin Nuxa rayonlararası şöbəsinin məsul katibi,

1957 – 1961-ci illərdə ildə Azərbaycan KP Şəki şəhər Komitəsinin katibi,

1961 – 1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasına kadrlar şöbəsinin rəisi,

1970-cı ildən Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat Müzeyində məktəblər şöbəsinin müdiri vəzifəsində işləyib.

İctimai fəaliyyəti

1938-ci ildən bir neçə dəfə Azərbaycan KP Nuxa şəhər Komitəsi plenumuna üzv və Nuxa şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.

Vəfatı

1997-cı ildə Şəki şəhərində dünyasını dəyişib.

Adının əbədiləşdirilməsi

1999-cü ildə Şəki şəhərindəki 21 saylı orta məktəbə Əbdürəhman Abdullayevin adı verilib.

Mükafatları

  • “Qırmızı Əmək Bayrağı” ordeni;
  • “Qafqazın müdafiəsi” medalı;
  • 1941 – 1945-ci illərdə əməkdə fərqlənməyə görə” medalı;
  • “1941 – 1945-ci illər Böyük Vətən müharıbəsində qələbənin 20 illiyi” medalı (1965);
  • “1941 – 45-ci illər Boyük Vətən müharıbəsində qələbənin 40 illiyi” medalı (1985);
  • “Əmək veteranı” medalı;
  • 1974-cü ildə “Azərbaycan SSR qabaqcıl maarif xadimi” nişanı (1974);
  • “Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi” fəxri adı (1990).

Şablon:Yaxşı məqalə