Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əbdürrəşid Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış həkiml...' ilə yarat) tərəfindən edilmiş 20:06, 6 yanvar 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əbdürrəşid Əfəndizadə
Əfəndizadə Əbdürrəşid Xəlil oğlu
Əbdürrəşid Əfəndizadə
Əbdürrəşid Əfəndizadə.
Doğum tarixi ?
Vəfat tarixi 1951(1951-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Dəfn yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Təhsili

 • Tibb İnstitutu

 • Pedaqoji İnstitut

Əbdürrəşid Əfəndizadə (?–1951) — “Nuxa fəhləsi” qəzetinin (indiki “Şəki” qəzeti) ilk redaktoru, həkim və pedaqoq.

Haqqında məlumatlar

Təhsili

Nuxada (indiki Şəki) əvvəl mollaxanada, sonra isə rus-türk məktəbində təhsil alıb.

Daha sonralar isə Tibb İnstitutunu və Pedaqoji İnstitutu bitirib.

Həyat və fəaliyyəti

Qardaşı Məcid bəy və yaxın qohumu Əyyub kimi Cümhuriyyət illərində (1918–1920) “Hürriyyəzi-Maarif” cəmiyyətinin yaradılmasında fəal iştirak edib.

1921-ci ildə Nuxada çap edilən vərəqələrin redaktoru Nurəddin Tofiq vəfat etdikdən sonra onun gördüyü iş Əbdürrəşid Əfəndizadə tapşırılıb. Əbdürrəşid Əfəndizadə isə bu vərəqələrin əvəzinə “Nuxa fəhləsi” adlı qəzet çap etməyə başlayıb.

1923-cü ildə həyat yoldaşı Sürəyya ilə birlikdə Bakı şəhərinə köçüb (Sürəyya Rəcəb Əfəndizadənin əmisi Hacı Zəkəriyyə bəyin qızı idi).

Ömrünün sonuna kimi həm həkimlik edib, həm də texnikumda kimyadan dərs deyib.

1951-ci ildə Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Qəzetəmizin keçub gəldiyi yollar // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. 25 oktyabr. — № 48 (897). — Səh. 5.
  2. Əfəndizadə Əbdürrəşid // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz MürşüdovaKamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 309. — 500 nüsx. — ISBN 5-8066-1708-4.