Əbdürrəhim Hacızadə

Əbdürrəhim Hacızadə (1920–1991) — coğrafiya elmləri doktoru, professor; uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Görkəmli dövlət xadimi, Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi olmuş Nazim Hacıyevin (1924–1962) qardaşı, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi Hikmət Hacızadənin (1954–2020) isə atasıdır.

Əbdürrəhim Hacızadə
Hacızadə Əbdürrəhim Məmmədiyyə oğlu
Əbdürrəhim Hacızadə.
Doğum tarixi 10 fevral 1920(1920-02-10)[1]
Doğum yeri Nuxa (indiki Şəki)[1], Şəki qəzası, Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 3 oktyabr 1991 (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi coğrafiya
Elmi dərəcəsi coğrafiya elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, geologiya-coğrafiya fakültəsi
Uşağı Hikmət Hacızadə və Orxan Hacızadə
Tanınır “Ağa müəllim” adı ilə
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı — 1945"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945

Haqqında məlumatlar Redaktə

 
Əbdürrəhim Hacızadənin hərbi sənadlərindəki gənclik dövrünə aid fotoşəkli.

10 fevral 1920-ci il tarixdə Nuxada (indiki Şəki), müəllim ailəsində anadan olub.

Təhsili Redaktə

Nuxada orta təhsil alıb.

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirib.

Hərbi xidmətdə Redaktə

1941-ci ilin iyul ayında orduya çağırılıb. Böyük Vətən müharibəsi iştirakçısıdır.

23 noyabr 1946-cı il tarixdə ordudan tərxis edilib.

Elmi fəaliyyəti Redaktə

1950-ci ildə «Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi» mövzusunda namizədlik dissertasiyasını,

1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1959-cu ildə dosent,

1973-cü ildə isə professor elmi adını alıb.

190-dan çox elmi əsərin müəllifidir. 14 elmlər namizədinin elmi rəhbəri olub.

Əmək fəaliyyəti Redaktə

1960 – 1989-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri olub.

Təltif və mükafatları Redaktə

Vəfatı Redaktə

3 oktyabr 1991-ci il tarixdə – 71 yaşında, Bakıda vəfat edib.

İstinadlar Redaktə

Ədəbiyyat Redaktə

  1. Гаджи-Заде Абдурахим Мамедия-оглы : [arx. 01.10.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.10.2021.
  2. Həsənov T., Hacızadə Ə. Coğrafiya tarixi. — Bakı Universitetinin Nəşriyyatı, 2001. — Səh.: 82 – 83. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 30 Aug 2017 - 26 Nov 2019.
  3. Məmmədov Ə., Xalıqov F. Hacızadə Əbdürrəhim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 208-209. — 1.000 nüsx.