Köməkçi səhifə:Ədəbiyyat:Şəki xan sarayının tikilmə tarixi və memarı haqqında A R A Y I Ş: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
(Eyni redaktor tərəfindən edilmiş 8 ara dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
[[Kateqoriya: Əd.]]
[[Kateqoriya: Əd.]][[Fayl:Şəki_xan_sarayı.jpg|300px|thumb|Şəki xan sarayı.]]
[[Fayl:Şəki_xan_sarayı.jpg|300px|thumb|Şəki xan sarayı.]]
<center><poem>AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun
Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru,
dosent [[:az:Güntəkin Nəcəfli|'''Güntəkin Cəmil qızı Nəcəfli''']]</poem></center>
 
Xanlıqlar dövründə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi, şərq memarlığının incilərindən sayılan [[Şəki xan sarayı|Şəki xan sarayının]] üzərində onun tikilmə tarixi haqqında məlumatın olmaması tədqiqatçılarda bu haqda müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur.
Xanlıqlar dövründə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi, şərq memarlığının incilərindən sayılan [[Şəki xan sarayı|Şəki xan sarayının]] üzərində onun tikilmə tarixi haqqında məlumatın olmaması tədqiqatçılarda bu haqda müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur.
Belə ki, “Şəki” adlı tarixi-memarlıq oçerkinin müəllifləri sarayın 1762-ci ildə, çoxcildlik “Azərbaycan tarixi”ndə 1763-cü ildə, “Şəki xanlığı” adlı monoqrafiyanın müəllifləri 1764-cü ildə, bu abidənin tədqiqi ilə məşğul olmuş memarlar isə [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən xanın (1784-1795)]] hakimiyyəti dövründə tikildiyini bildirirlər.


Belə ki, “Şəki” adlı tarixi-memarlıq oçerkinin müəllifləri sarayın 1762-ci ildə, çoxcildlik “Azərbaycan tarixi”ndə 1763-cü ildə, “Şəki xanlığı” adlı monoqrafiyanın müəllifləri 1764-cü ildə, bu abidənin tədqiqi ilə məşğul olmuş memarlar isə Məhəmmədhəsən xanın (1784-1795) hakimiyyəti dövründə tikildiyini bildirirlər.
Şəki xan sarayının Məhəmmədhəsən xan tərəfindən tikdirilməsi fikri bir sıra mənbələrlə təsdiq edilmişdir. Belə ki, Məhəmmədhəsən xan 1790-cı ildə özü üçün nəzərdə tutulan sarayın inşasına başlamaq haqqında əmr vermiş və bu iş 1797-ci ildə başa çatdırılmışdı. Həcm etibarı ilə elə də böyük olmayan bu sarayın tikintisinin 7 ilə başa gəlməsinin bir səbəbini onun inşası zamanı çox incə, eyni zamanda ağır və xeyli vaxt tələb edən şəbəkə üsulundan geniş istifadə edilməsi ilə bağlamaq lazımdır. Təkcə onu göstərmək kifayətdir ki, sovet hakimiyyəti dövründə sarayın yalnız xanlıqlar dövründən qalmış şəbəkələrinin bərpası üçün 10 ildən artıq vaxt sərf olunmuşdu. Digər tərəfdən XVIII əsrin 90-cı illərinin ortalarında xanlıqda Məhəmmədhəsən xanla qardaşı [[Səlim xan]] arasında hakimiyyət uğrunda qızışan mübarizə də xan sarayının tikintisində bir neçə il davam etmiş fasilənin yaranmasına gətirib çıxarmışdı. 1795-ci ilin dekabrında qardaşlar arasında baş vermiş döyüşdə qalib gələn və hakimiyyəti ələ keçirən Səlim xan özünün iqamətgahını Şəki şəhərindən “Gələsən-görəsən” qalasına köçürmüşdü. Şübhəsiz ki, bu hadisə xan sarayının tikintisinə təsirsiz ötüşməmiş və bu işdə müəyyən fasilə yaranmasına səbəb olmuşdu. Sarayın tikintisində yaranmış bu fasilə Məhəmmədhəsən xanın 1797-ci ildə şamaxılı Mustafa xanın köməyi ilə hakimiyyətini yenidən bərpa etməsinə qədər uzanmışdı. Görünür, sarayın tikintisinin əsas işləri 1795-ci ilə qədər görüldüyündən Məhəmmədhəsən xan 1797-ci ildə yenidən hakimiyyətə gələn kimi onun tamamlanıb istifadəyə verilməsinə nail olmuşdu. Rus məmurlarının Şəki xanlığının ləğv edildiyi ildə (1819) tərtib etdikləri sənəd də sarayın Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi fikrini təsdiq edir. Bununla belə, Məhəmmədhəsən xanın dövründə sarayın bütün bəzək işlərini tamamlayıb başa çatdırmaq mümkün olmamışdı. Bunu birinci mərtəbənin yan otaqlarının divarlarında konturları qırmızı, göy və yaşıl rənglərlə çəkilmiş panno və panellərin iç bəzəkləri ilə doldurulmaması təsdiq edir.  
 
Şəki xan sarayının Məhəmmədhəsən xan tərəfindən tikdirilməsi fikri bir sıra mənbələrlə təsdiq edilmişdir. Belə ki, Məhəmmədhəsən xan 1790-cı ildə özü üçün nəzərdə tutulan sarayın inşasına başlamaq haqqında əmr vermiş və bu iş 1797-ci ildə başa çatdırılmışdı. Həcm etibarı ilə elə də böyük olmayan bu sarayın tikintisinin 7 ilə başa gəlməsinin bir səbəbini onun inşası zamanı çox incə, eyni zamanda ağır və xeyli vaxt tələb edən şəbəkə üsulundan geniş istifadə edilməsi ilə bağlamaq lazımdır. Təkcə onu göstərmək kifayətdir ki, sovet hakimiyyəti dövründə sarayın yalnız xanlıqlar dövründən qalmış şəbəkələrinin bərpası üçün 10 ildən artıq vaxt sərf olunmuşdu. Digər tərəfdən XVIII əsrin 90-cı illərinin ortalarında xanlıqda Məhəmmədhəsən xanla qardaşı Səlim xan arasında hakimiyyət uğrunda qızışan mübarizə də xan sarayının tikintisində bir neçə il davam etmiş fasilənin yaranmasına gətirib çıxarmışdı. 1795-ci ilin dekabrında qardaşlar arasında baş vermiş döyüşdə qalib gələn və hakimiyyəti ələ keçirən Səlim xan özünün iqamətgahını Şəki şəhərindən “Gələsən-görəsən” qalasına köçürmüşdü. Şübhəsiz ki, bu hadisə xan sarayının tikintisinə təsirsiz ötüşməmiş və bu işdə müəyyən fasilə yaranmasına səbəb olmuşdu. Sarayın tikintisində yaranmış bu fasilə Məhəmmədhəsən xanın 1797-ci ildə şamaxılı Mustafa xanın köməyi ilə hakimiyyətini yenidən bərpa etməsinə qədər uzanmışdı. Görünür, sarayın tikintisinin əsas işləri 1795-ci ilə qədər görüldüyündən Məhəmmədhəsən xan 1797-ci ildə yenidən hakimiyyətə gələn kimi onun tamamlanıb istifadəyə verilməsinə nail olmuşdu. Rus məmurlarının Şəki xanlığının ləğv edildiyi ildə (1819) tərtib etdikləri sənəd də sarayın Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi fikrini təsdiq edir. Bununla belə, Məhəmmədhəsən xanın dövründə sarayın bütün bəzək işlərini tamamlayıb başa çatdırmaq mümkün olmamışdı. Bunu birinci mərtəbənin yan otaqlarının divarlarında konturları qırmızı, göy və yaşıl rənglərlə çəkilmiş panno və panellərin iç bəzəkləri ilə doldurulmaması təsdiq edir.  
Şəki xan sarayının tikilmə tarixi kimi, onu inşa etmiş memarın kimliyi məsələsi haqqında olan fikirlər də yekdil olmayıb daha çox fərziyyə xarakteri daşıyır. Abidənin memarlıq və bəzək xüsusiyyətlərini tədqiq etmiş müəlliflərin əksəriyyəti onun memarının Ustad Abbasqulu olduğunu güman edirlər. Bu zaman onlar sarayın ikinci mərtəbəsindəki zalın ornamentli kompozisiya ilə işlənmiş plafonu üzərində yazılmış “Ustad Abbasqulu” ifadəsini əsas götürürlər. Lakin nəzərə alsaq ki, orta əsrlər dövründə tikinti işlərinə rəhbərlik edən şəxs öz adını, qarşısında “memar”, “mühəndis” və s. nisbələr göstərilməklə, tikdirdiyi binanın divarlarının çöl tərəfdən daha çox görünən yerində həkk etdirirdi, onda Şəki xan sarayının memarı hesab edilən Abbasqulunun adının binanın daxilində ornamentli kompozisiya ilə işlənmiş plafonun üzərində həkk olunması sual doğurmaya bilməz. Bu məntiqlə çıxış etsək, ustad Abbasqulunun Şəki xan sarayının XVIII əsrin sonlarında, Məhəmmədhəsən xanın hakimiyyəti dövründə yerinə yetirilmiş ilk bəzək işlərinin müəllifi olması fikrini də irəli sürmək olar.  
Şəki xan sarayının tikilmə tarixi kimi, onu inşa etmiş memarın kimliyi məsələsi haqqında olan fikirlər də yekdil olmayıb daha çox fərziyyə xarakteri daşıyır. Abidənin memarlıq və bəzək xüsusiyyətlərini tədqiq etmiş müəlliflərin əksəriyyəti onun memarının Ustad Abbasqulu olduğunu güman edirlər. Bu zaman onlar sarayın ikinci mərtəbəsindəki zalın ornamentli kompozisiya ilə işlənmiş plafonu üzərində yazılmış “Ustad Abbasqulu” ifadəsini əsas götürürlər. Lakin nəzərə alsaq ki, orta əsrlər dövründə tikinti işlərinə rəhbərlik edən şəxs öz adını, qarşısında “memar”, “mühəndis” və s. nisbələr göstərilməklə, tikdirdiyi binanın divarlarının çöl tərəfdən daha çox görünən yerində həkk etdirirdi, onda Şəki xan sarayının memarı hesab edilən Abbasqulunun adının binanın daxilində ornamentli kompozisiya ilə işlənmiş plafonun üzərində həkk olunması sual doğurmaya bilməz. Bu məntiqlə çıxış etsək, ustad Abbasqulunun Şəki xan sarayının XVIII əsrin sonlarında, Məhəmmədhəsən xanın hakimiyyəti dövründə yerinə yetirilmiş ilk bəzək işlərinin müəllifi olması fikrini də irəli sürmək olar.  
Şəki xan sarayının memarının kimliyi məsələsi haqqında birmənalı məlumat yalnız yuxarıda qeyd etdiyimiz AMEA Tarix İnstitutunun Elmi arxivindən qorunub saxlanılan Ə.Nəbiyev tərəfindən toplanılmış materiallarda verilmişdir. Burada sarayın Şirazdan dəvət edilmiş memar Xadalı Zeynalabdin tərəfindən inşa edildiyi göstərilir. Lakin hələlik bu məlumatın səhihliyini təsdiq edə biləcək digər mənbələrə təsadüf edilməmişdir.
Şəki xan sarayının memarının kimliyi məsələsi haqqında birmənalı məlumat yalnız yuxarıda qeyd etdiyimiz AMEA Tarix İnstitutunun Elmi arxivindən qorunub saxlanılan Ə.Nəbiyev tərəfindən toplanılmış materiallarda verilmişdir. Burada sarayın Şirazdan dəvət edilmiş memar Xadalı Zeynalabdin tərəfindən inşa edildiyi göstərilir. Lakin hələlik bu məlumatın səhihliyini təsdiq edə biləcək digər mənbələrə təsadüf edilməmişdir.


AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent [[:az:Güntəkin Nəcəfli|'''Güntəkin Cəmil qızı Nəcəfli''']].
Ətraflı məlumat üçün bax: Şəki: Ən qədim zamanlardan günümüzədək. Bakı, 2021, s.217-219.


==Ədəbiyyat==
==Ədəbiyyat==
Sətir 18: Sətir 21:
# Nuxa qəzası: tarixi-etnoqrafik materiallar (tərtib edən Ə.Nəbiyev) // AMEA TİEA, f.1, siy.13, iş 5822, s.1
# Nuxa qəzası: tarixi-etnoqrafik materiallar (tərtib edən Ə.Nəbiyev) // AMEA TİEA, f.1, siy.13, iş 5822, s.1
# ARDTA, f. 24, siy.1, iş72, v.75.
# ARDTA, f. 24, siy.1, iş72, v.75.
# Ətraflı məlumat üçün bax: Şəki: Ən qədim zamanlardan günümüzədək. Bakı, 2021, s.217-219.

23:05, 28 aprel 2022 versiyası

Şəki xan sarayı.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun
Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru,
dosent Güntəkin Cəmil qızı Nəcəfli

Xanlıqlar dövründə Azərbaycanda saray tikintisinin ən gözəl nümunəsi, şərq memarlığının incilərindən sayılan Şəki xan sarayının üzərində onun tikilmə tarixi haqqında məlumatın olmaması tədqiqatçılarda bu haqda müxtəlif fikirlərin yaranmasına səbəb olmuşdur. Belə ki, “Şəki” adlı tarixi-memarlıq oçerkinin müəllifləri sarayın 1762-ci ildə, çoxcildlik “Azərbaycan tarixi”ndə 1763-cü ildə, “Şəki xanlığı” adlı monoqrafiyanın müəllifləri 1764-cü ildə, bu abidənin tədqiqi ilə məşğul olmuş memarlar isə Məhəmmədhəsən xanın (1784-1795) hakimiyyəti dövründə tikildiyini bildirirlər.

Şəki xan sarayının Məhəmmədhəsən xan tərəfindən tikdirilməsi fikri bir sıra mənbələrlə təsdiq edilmişdir. Belə ki, Məhəmmədhəsən xan 1790-cı ildə özü üçün nəzərdə tutulan sarayın inşasına başlamaq haqqında əmr vermiş və bu iş 1797-ci ildə başa çatdırılmışdı. Həcm etibarı ilə elə də böyük olmayan bu sarayın tikintisinin 7 ilə başa gəlməsinin bir səbəbini onun inşası zamanı çox incə, eyni zamanda ağır və xeyli vaxt tələb edən şəbəkə üsulundan geniş istifadə edilməsi ilə bağlamaq lazımdır. Təkcə onu göstərmək kifayətdir ki, sovet hakimiyyəti dövründə sarayın yalnız xanlıqlar dövründən qalmış şəbəkələrinin bərpası üçün 10 ildən artıq vaxt sərf olunmuşdu. Digər tərəfdən XVIII əsrin 90-cı illərinin ortalarında xanlıqda Məhəmmədhəsən xanla qardaşı Səlim xan arasında hakimiyyət uğrunda qızışan mübarizə də xan sarayının tikintisində bir neçə il davam etmiş fasilənin yaranmasına gətirib çıxarmışdı. 1795-ci ilin dekabrında qardaşlar arasında baş vermiş döyüşdə qalib gələn və hakimiyyəti ələ keçirən Səlim xan özünün iqamətgahını Şəki şəhərindən “Gələsən-görəsən” qalasına köçürmüşdü. Şübhəsiz ki, bu hadisə xan sarayının tikintisinə təsirsiz ötüşməmiş və bu işdə müəyyən fasilə yaranmasına səbəb olmuşdu. Sarayın tikintisində yaranmış bu fasilə Məhəmmədhəsən xanın 1797-ci ildə şamaxılı Mustafa xanın köməyi ilə hakimiyyətini yenidən bərpa etməsinə qədər uzanmışdı. Görünür, sarayın tikintisinin əsas işləri 1795-ci ilə qədər görüldüyündən Məhəmmədhəsən xan 1797-ci ildə yenidən hakimiyyətə gələn kimi onun tamamlanıb istifadəyə verilməsinə nail olmuşdu. Rus məmurlarının Şəki xanlığının ləğv edildiyi ildə (1819) tərtib etdikləri sənəd də sarayın Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi fikrini təsdiq edir. Bununla belə, Məhəmmədhəsən xanın dövründə sarayın bütün bəzək işlərini tamamlayıb başa çatdırmaq mümkün olmamışdı. Bunu birinci mərtəbənin yan otaqlarının divarlarında konturları qırmızı, göy və yaşıl rənglərlə çəkilmiş panno və panellərin iç bəzəkləri ilə doldurulmaması təsdiq edir. Şəki xan sarayının tikilmə tarixi kimi, onu inşa etmiş memarın kimliyi məsələsi haqqında olan fikirlər də yekdil olmayıb daha çox fərziyyə xarakteri daşıyır. Abidənin memarlıq və bəzək xüsusiyyətlərini tədqiq etmiş müəlliflərin əksəriyyəti onun memarının Ustad Abbasqulu olduğunu güman edirlər. Bu zaman onlar sarayın ikinci mərtəbəsindəki zalın ornamentli kompozisiya ilə işlənmiş plafonu üzərində yazılmış “Ustad Abbasqulu” ifadəsini əsas götürürlər. Lakin nəzərə alsaq ki, orta əsrlər dövründə tikinti işlərinə rəhbərlik edən şəxs öz adını, qarşısında “memar”, “mühəndis” və s. nisbələr göstərilməklə, tikdirdiyi binanın divarlarının çöl tərəfdən daha çox görünən yerində həkk etdirirdi, onda Şəki xan sarayının memarı hesab edilən Abbasqulunun adının binanın daxilində ornamentli kompozisiya ilə işlənmiş plafonun üzərində həkk olunması sual doğurmaya bilməz. Bu məntiqlə çıxış etsək, ustad Abbasqulunun Şəki xan sarayının XVIII əsrin sonlarında, Məhəmmədhəsən xanın hakimiyyəti dövründə yerinə yetirilmiş ilk bəzək işlərinin müəllifi olması fikrini də irəli sürmək olar. Şəki xan sarayının memarının kimliyi məsələsi haqqında birmənalı məlumat yalnız yuxarıda qeyd etdiyimiz AMEA Tarix İnstitutunun Elmi arxivindən qorunub saxlanılan Ə.Nəbiyev tərəfindən toplanılmış materiallarda verilmişdir. Burada sarayın Şirazdan dəvət edilmiş memar Xadalı Zeynalabdin tərəfindən inşa edildiyi göstərilir. Lakin hələlik bu məlumatın səhihliyini təsdiq edə biləcək digər mənbələrə təsadüf edilməmişdir.

Ətraflı məlumat üçün bax: Şəki: Ən qədim zamanlardan günümüzədək. Bakı, 2021, s.217-219.

Ədəbiyyat

  1. Salamzadə Ə., İsmayılov M., Məmmədzadə K. Şəki (tarixi-memarlıq oçerki). Bakı, 1988, s.114.
  2. Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı, 1999, s.483.
  3. İsmayılov M., Bağırova M. Şəki xanlığı. Bakı, 1997, s.71
  4. Аскерова Н. Дворец шекинских ханов. Москва, 1979, c.8.
  5. Nuxa qəzası: tarixi-etnoqrafik materiallar (tərtib edən Ə.Nəbiyev) // AMEA TİEA, f.1, siy.13, iş 5822, s.1
  6. ARDTA, f. 24, siy.1, iş72, v.75.