Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

"Ədəbiyyat:1820-ci ci ildə Nuxada olmuş ispaniyalı Don Xuan Van Qalenin (1788 – 1864) xatirələri" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
 
Sətir 1: Sətir 1:
 
[[Kateqoriya: Əd.]][[Fayl:Xuan Van Qalendir (1788 – 1864).jpg|220px|thumb|Xuan Van Qalendir.]]
 
[[Kateqoriya: Əd.]][[Fayl:Xuan Van Qalendir (1788 – 1864).jpg|220px|thumb|Xuan Van Qalendir.]]
[[Fayl:Zəminə Rəsulova2.jpg |230px|thumb|left|[[Zəminə Rəsulova]].]]
+
[[Fayl:Zəminə Rəsulova2.jpg |130px|thumb|left|[[Zəminə Rəsulova]].]]
 
Yerləşdiyi coğrafi mövqeyinə, tarixi və inzibati əhəmiyyətinə görə Şəki müxtəlif dövrlərdə bir çox avropalı səyyahların xəritəsində və qeydlərində yer alan şəhərlərdən biridir. Şəki ilə bağlı elmi məqalələrin, kitabların və məlumatların hazırlanması zamanı tez-tez belə mənbələrə müraciət olunur. Ancaq elə mənbələr, elə müəlliflər var ki, diqqətdən kənarda qalıblar. Onlardan biri hələ Aleksandr Dümadan da əvvəl Şəkidə olmuş avropalı, öz xatirələrində şəhərimizə yer ayırmış İspan inqilabçı '''Xuan Van Qalendir''' (1788 – 1864). 1818-ci ildə doğma vətəni İspaniyadan sürgün edilən '''Xuan Van Qalen''' ('''Juan Van Halen''') 18 ay çar ordusunda xidmətdə olmuş (1819 – 1820), Qafqazın çar Rusiyasına birləşdirilməsində bilavasitə iştirak etmişdir. Sürgün müddətindəki xatirələrini qələmə alan '''Don Xuanın''' əsərinin orjinal ispan əlyazması “''Don Esteban''” və “''Sandoval''”ın müəllifi tərəfindən redaktə edilərək 1828-ci ildə Nyu-Yorkda ingilis dilində “''J. and J.Harper''” tərəfindən “''Don Xuan Van Qalenin Rusiyaya səfəri və Qafqaz ordusu ilə yürüşü və 1821 ci ildə İspaniyaya qayıdışı əlavə olunmaqla Madriddə İnkvizisiya zindanında həbsdə olması və 1817 və 1818 ci illərdə qaçıb xilas olması povesti”'' adı ilə nəşr olunmuşdur. Böyük həcmli kitabda Azərbaycanla bağlı çox maraqlı və dəyərli məlumatlar var. Ancaq nədənsə, '''Aleksandr Dümanın''' “''Qafqaz səfəri''”ndən fərqli olaraq '''Don Xuanın''' xatirələrinə çox az müraciət olunub. Şəki şəhəri haqqında olan faktların öyrənilməsi məqsədilə kitabın Şəki ilə bağlı olan hissəsi Azərbaycan dilinə tərcümə etdik.
 
Yerləşdiyi coğrafi mövqeyinə, tarixi və inzibati əhəmiyyətinə görə Şəki müxtəlif dövrlərdə bir çox avropalı səyyahların xəritəsində və qeydlərində yer alan şəhərlərdən biridir. Şəki ilə bağlı elmi məqalələrin, kitabların və məlumatların hazırlanması zamanı tez-tez belə mənbələrə müraciət olunur. Ancaq elə mənbələr, elə müəlliflər var ki, diqqətdən kənarda qalıblar. Onlardan biri hələ Aleksandr Dümadan da əvvəl Şəkidə olmuş avropalı, öz xatirələrində şəhərimizə yer ayırmış İspan inqilabçı '''Xuan Van Qalendir''' (1788 – 1864). 1818-ci ildə doğma vətəni İspaniyadan sürgün edilən '''Xuan Van Qalen''' ('''Juan Van Halen''') 18 ay çar ordusunda xidmətdə olmuş (1819 – 1820), Qafqazın çar Rusiyasına birləşdirilməsində bilavasitə iştirak etmişdir. Sürgün müddətindəki xatirələrini qələmə alan '''Don Xuanın''' əsərinin orjinal ispan əlyazması “''Don Esteban''” və “''Sandoval''”ın müəllifi tərəfindən redaktə edilərək 1828-ci ildə Nyu-Yorkda ingilis dilində “''J. and J.Harper''” tərəfindən “''Don Xuan Van Qalenin Rusiyaya səfəri və Qafqaz ordusu ilə yürüşü və 1821 ci ildə İspaniyaya qayıdışı əlavə olunmaqla Madriddə İnkvizisiya zindanında həbsdə olması və 1817 və 1818 ci illərdə qaçıb xilas olması povesti”'' adı ilə nəşr olunmuşdur. Böyük həcmli kitabda Azərbaycanla bağlı çox maraqlı və dəyərli məlumatlar var. Ancaq nədənsə, '''Aleksandr Dümanın''' “''Qafqaz səfəri''”ndən fərqli olaraq '''Don Xuanın''' xatirələrinə çox az müraciət olunub. Şəki şəhəri haqqında olan faktların öyrənilməsi məqsədilə kitabın Şəki ilə bağlı olan hissəsi Azərbaycan dilinə tərcümə etdik.
  

Səhifəsinin 09:05, 16 sentyabr 2021 tarixinə olan son halı

Xuan Van Qalendir.

Yerləşdiyi coğrafi mövqeyinə, tarixi və inzibati əhəmiyyətinə görə Şəki müxtəlif dövrlərdə bir çox avropalı səyyahların xəritəsində və qeydlərində yer alan şəhərlərdən biridir. Şəki ilə bağlı elmi məqalələrin, kitabların və məlumatların hazırlanması zamanı tez-tez belə mənbələrə müraciət olunur. Ancaq elə mənbələr, elə müəlliflər var ki, diqqətdən kənarda qalıblar. Onlardan biri hələ Aleksandr Dümadan da əvvəl Şəkidə olmuş avropalı, öz xatirələrində şəhərimizə yer ayırmış İspan inqilabçı Xuan Van Qalendir (1788 – 1864). 1818-ci ildə doğma vətəni İspaniyadan sürgün edilən Xuan Van Qalen (Juan Van Halen) 18 ay çar ordusunda xidmətdə olmuş (1819 – 1820), Qafqazın çar Rusiyasına birləşdirilməsində bilavasitə iştirak etmişdir. Sürgün müddətindəki xatirələrini qələmə alan Don Xuanın əsərinin orjinal ispan əlyazması “Don Esteban” və “Sandoval”ın müəllifi tərəfindən redaktə edilərək 1828-ci ildə Nyu-Yorkda ingilis dilində “J. and J.Harper” tərəfindən “Don Xuan Van Qalenin Rusiyaya səfəri və Qafqaz ordusu ilə yürüşü və 1821 ci ildə İspaniyaya qayıdışı əlavə olunmaqla Madriddə İnkvizisiya zindanında həbsdə olması və 1817 və 1818 ci illərdə qaçıb xilas olması povesti” adı ilə nəşr olunmuşdur. Böyük həcmli kitabda Azərbaycanla bağlı çox maraqlı və dəyərli məlumatlar var. Ancaq nədənsə, Aleksandr DümanınQafqaz səfəri”ndən fərqli olaraq Don Xuanın xatirələrinə çox az müraciət olunub. Şəki şəhəri haqqında olan faktların öyrənilməsi məqsədilə kitabın Şəki ilə bağlı olan hissəsi Azərbaycan dilinə tərcümə etdik.

Zəminə Rəsulova,

“Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun ekskursiyaçısı.

1820-ci ci ildə Nuxada olmuş ispaniyalı Don Xuan Van Qalenin (1788 – 1864) xatirələri[HTML redaktə]

"

Ertəsi gün yolumuz əhalisi çox olan və yaxşı becərilmiş bir mahaldan düşdü. Yanından ötüb keçdiyimiz çoxsaylı kəndlərin birində bir məscidə doğru uzanan hər tərəfdən ağaclarla əhatəyə alınmış və sakinlərin yaxşı zövqünü nümayiş etdirən və bir neçə fəvvarə bəzədilmiş gəzinti yeri gördük. Onların evlərinin daxili təmizliyi Şuşa evlərinin natəmizliyi ilə təzad təşkil edirdi. Və bolluca düyü bitən torpağın ümumi becərilməsi Nuxa sakinlərinin əlverişli sənaye və sərvətinin olduğu təəssüratını yaradırdı. Şəhərə çatmağa bir-neçə verst qalmış vilayətin komendantı Mayor Badarski ilə və Madatovu qarşılamağa gələn bir neçə tatar rəsmiləri ilə qarşılaşdıq. Nuxadan uzanan bir-neçə verstlik çoxsaylı bağlar Qafqaz sıra dağlarının ətəyində amfiteatr formasında tikilmiş və ona qovuşmuş şəhər möhtəşəm perspektiv vəd edir. Biz səhər saat 10-da Nuxaya daxil olduq və mənzilləri bizim üçün hazırlanmış mərhum xanın sarayına daxil olduq. Vilayətin xanı 1819-cu ildə özündən sonra varis qoymadan öldüyündən[1] o birbaşa Rusiya dövlətinin tabeliyinə keçmişdi və general Yermolov idarəetməyə təyin edilmişdi. O, Tiflis hökuməti ilə əlaqəni qorumaq üçün ora göndərilmiş səkkiz – on kazakdan başqa heç bir qoşunun yardımı olmadan başlıca əmr saxlanılmaqla nüfuzlu məmur Mayor Badarskiyə əmr edir və bu gözəl vilayətin becərilməsinə uğurla dəstək verirdi. Bu müdrik və mülayim idarəetmə, sakinlərin indi vermiş olduğu xəracların azalması eyni zamanda xanların xəsisliyini dəstəkləmənin və Rusiya İmperiyasına verməli olduqları xəracların dayandırılması mahiyyətcə onların əmin-amanlıq və firavanlığına töhfə verirdi. Digər tərəfdən general Yermolov tərəfindən leytenantların ən cüzi qüsurlarına belə ciddi nəzarət olunması və ümumiyyətlə onlardan yaxşı seçim etməsi istənilən qoşunu yararsız hala salmaqla yanaşı sakinlərin yeni hökumətin onlara inandığını görməsi onları yaltaqlaşdırırdı.

Xan sarayı müxtəlif vaxtlarda, müxtəlif memarlar tərəfindən tikilib. Bu binanın knyaz Madatov tərəfindən işğal olunmuş xalça və qoblenlərlə döşənmiş əsas hissəsində diqqətəlayiq bir şey yox idi. Vilayət komendantının mənzilləri tikilinin ən müasir hissəsi idi, divarları və tavanları güzgülərlə bəzədilmiş, zövqlü bitkilərlə əhatələnmiş, mərhum xan tərəfindən on il əvvəl işlə təmin olunmuş bir italyan tərəfindən Çin qaydaları ilə rəsmlər çəkilmiş və laklanmış qalereyaya bitişik otaqlar dəstindən ibarət idi. Bu qalereya, içərisində onu bəzəyən və təravətləndirən fəvvarələrin suyundan bir neçə şəlalə yaranmış bağa baxırdı. Böyüklərin və generalın mənzilləri arasında əvvəlkindən daha geniş başqa bir bağ da vardı. Və hərəmxananın daxili pilləkənlərinin əks tərəfində on addım diametri olan ağ mərmər bir hovuz var; hansı ki mənə İbnsərracların başının kəsildiyi Qranadadakı (Moorish palace) Mavritaniya sarayını xatırlatdı. Əslində iqlim, təmiz səma və hətta Nuxanın mövqeyi İspaniyanın bir parçası kimi böyük bənzərlik daşıyır. Xanlardan heç biri özlərindən sonra ölkənin tacir və mülkədarlarını özbaşına, taleyin sərəncamına ataraq topladıqları sərvətə baxmayaq, İspaniyanın cənubundakı iki əsas paytaxtda Mavritaniyalıların ucaltdıqları ilə zövq və əzəmətdə müqayisə edilə biləcək heç bir abidə qoymayıblar. Nuxanın əhalisi dörd min nəfərdən çoxdur. Nuxada ticarətin əsas əmtəəsi, böyük miqdarının köynəklərə və digər iç geyimlərinə istifadə olunmasına baxmayaraq ipəkdir və ölkənin illik istehlakından çoxdur.

Gəlişimizdən bir gün sonra knyaz Madatov bir neçə məmurun müşayiəti ilə özünü Divanda təqdim etdi. Knyazın oturduğu yerin üzərində İmperator Aleksandrın portreti yerləşdirilmişdi, onun yanında ictimai məmurlar tatarların digər çoxsaylı toplantılarında olduğu kimi qəbul başa çatana kimi ayaq üstə dayandılar. Knyaz bu toplantının məqsədi olan bəzi şübhələri ədalət idarəsinə iltifat edərək izah etdi, nəticədə biz hamımız bizi öz gözəl qalereyasında qonaqlığa dəvət edən Mayor Badarskigilə getdik. Sarayın qarşı tərəfində Knyaz Madatovun Nuxa kontingentini təşkil edən və dərhal Dağıstana getmələri üçün əmr alan üç yüz atlıya nəzər saldığı bir gəzinti meydançası vardı. Bu adamların komendantı bu vilayətin ən yüksək təbəqədən olan ailələrindən birinə mənsub olan cəmi iyirmi üç yaşlı gənc bir tatar idi. Əvvəlki il buna bənzər bir ekspedisiyada o özünü fərqləndirmiş və rus ordusunda zabit vəzifəsini tutmuşdur. Avropada silahları bu kontingentə təqdim edilən silahlardan daha yaxşı qaydada olan müntəzəm bir korpus tapmaq çox çətin olardı. Bunların çoxu bir çox nəsillərdən miras olduğu üçün çox qədim idi. Bütün tatar vilayətlərində burada xidmət etməkdən başqa dolanışıq qazanmaq vasitəsi olmayan kişilər var. Tatarlar arasında zabitlər rütbələri nə olur olsun, istər ön cəbhə, istərsə də evdə kənd təsərrüfatı məşğuliyyəti olanları əvəz edən xüsusi şərti əvəzedicilər olsun, yalnız qılınclarının gümüş kordonu və qəbzəsinə dolanmış saçaq ilə fərqləndirilirdilər. Bu əvəzedicilər özlərini silahlanmış, formalaşmış və çox cüzi bir mükafat üçün hərəkətə keçməyə hazır kimi təqdim edirlər. Onların arasında altmış yaşlarında muşket, qılınc və xəncərlə silahlanmış atının tərkində gitar və qatıldığı döyüşdə qazandığı, müxtəlif yerinə qan bulaşmış və onun ehtiyatla təmir etdiyi ağır kəsiklər almış kubok daşıyan bir kişi vardı. Bu kişi ahıl yaşına baxmayaraq, çox fəal və möhkəm idi və ilk andan təkcə görkəmi ilə deyil, həm də dərhal onu təlxək kimi xarakterizə edən jestləri və zarafatları ilə də hamının diqqətini cəlb etmişdi. Knyaz Madatov əmr verdi ki, onu tanıyan gürcülərin içindən birinin qulluğuna qoşulsun və səyahətimizdə bizi müşayiət etsin, lakin bu, bizi əyləndirməkdən daha çox bu təlatümlü qocanın sıralarda səbəb olacağı mübahisələrin qarşısını almaq üçün idi. Yeməyimiz əsnasında mərhum xanın hərəmxanasında rəqqasə olmuş iki çox çirkin tatar qadın bizim əylənməyimiz üçün müxtəlif rəqslər və şücaətlər nümayiş etdirdilər, lakin bununla bərabər biz əyləndik. Ancaq mənim əsas əyləncə mənbəyim salonu bəzəyən və qədim xəyali bir qəhrəman olan iranlıların Orlandosu Runstadın (Çox güman ki, Rüstəmi nəzərdə tutub, – Z.R) ekstravaqant qəhrəmanlıqlarını təsvir edən rəsmlər idi. Rəsmlər və təsvirlır onun igid əməllərinə həsr olunmuş balladanın misraları kimi qeyri-mükəmməl və həddindən artıq təmtəraqlı idi. Mayın 24-ü səhər biz Nuxanı tərk etdik, çox hissəsi Qafqaz sıra dağları boyunca uzanan yolla Şirvana tərəf yönəldik. Nuxanın bu tərəfi də daxil olduğumuz tərəf kimi yaxşı becərilmişdi...

"

Qeydlər və istinadlar[HTML redaktə]

  1. İsmayıl xan Xoyski nəzərdə tutulur, 1814 – 1819-cu illərdə Şəki xanı olub.