Köməkçi səhifə:Ədəbiyyat:Dağlar qoynunda keçən müəllim, şair ömrü (Şahid Məmmədkərimov yaradıcılığı): Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
# {{Şəkilçi/dir|Salam}}
[[kateqoriya:Əd.]][[Kamil Adışirinov]]
# {{Şəkilçi/dir|Əhməd}}
 
# {{Şəkilçi/dir|Aydın}}
==Dağlar qoynunda keçən müəllim, şair ömrü (Şahid Məmmədkərimov yaradıcılığı)==
# {{Şəkilçi/dir|Məmməd}}
 
# {{Şəkilçi/dir|Əli}}
''XX əsr Şəki ədəbi mühitinin layiqli təmsilçilərindən biri Şahid Məmmədkərimov olmuşdur. 1960-cı ildən o, “Şəki fəhləsi” qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinin sıralarına daxil olmuş, ilk şeirləri həmin illərdən qəzetin səhifələrində dərc olunmuşdur. Əsərlərini “Məmmədkərimov” imzası ilə yazır.''
# {{Şəkilçi/dir}}
 
# {{Şəkilçi/dir|Əlihüseynzadə}}
Şahid Məmmədiyyə oğlu Məmmədkərimov 1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. Atası Məmmədiyyə Məmmədkərimov 1941-ci ildə Böyük Vətən müharibəsində həlak olmuş, balaca-iki yaşlı Şahid anasının və ana nənəsinin himayəsində böyümüşdür. Yeddinci sinfədək Şəki şəhər 12 saylı orta oğlan məktəbində (həmin dövrdə oğlan və qız məktəbləri ayrı olmuşdur-K.A) oxuyan Şahid sonra oğlan və qız məktəbləri birləşdirildiyi üçün təhsilini 11 saylı orta məktəbdə davam etdirmişdir. 1958-ci ildə orta təhsilini başa vuraraq Şəki 6 saylı çörəkxanada əmək fəaliyyətinə başlamışdır. Daim təhsil almaq arzusu ilə yaşayan gənc şair 1964-67-ci illərdə Şəki İpəkçilik Texnikumunun “Parçaların boyanması və pardaxlanması” fakültəsində qiyabi yolla təhsil alaraq “Texnik-texnoloq” ixtisasına yiyələnmişdir.
 
Sonralar əmək fəaliyyətini Şəki Birləşmiş Hərbi Komissarlığında, “Nuxa fəhləsi” qəzetinin redaksiyasında, Şəki İpək İstehsalı Birliyinin 2 saylı baramaaçan fabrikində davam etdirmişdir. Şair 1973-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin ( indiki-Bakı Dövlət Universiteti) filologiya fakültəsində qiyabi yolla ali təhsil almışdır. Universitet mühiti, xüsusilə poeziya dahisi Bəxtiyar Vahabzadədən təhsil almaq şairin ədəbiyyata- poeziyaya vurğunluğunda böyük rol oynamışdır. Ali təhsilini başa vuran gənc müəllim çoxdan arzuladığı müəllimlik fəaliyyətinə 1980-ci ildə Şəki 44 saylı Texniki Peşə Məktəbində başlamış, 1991-ci ildən təqaüdə çıxanadək orta təhsil aldığı Şəki şəhər 11 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
 
Poeziyaya vurğunluq və şeir korifeylərini sevə-sevə tədris etmək Ş.Məmmədkərimovun bədii istedadını daha da formalaşdırmış, yaradıcılığına yüksək təkan vermişdir. Şairin ilk mətbu şeiri “Araz kənarında” adlanır ki, bu əsər ilk dəfə “Nuxa fəhləsi”qəzetinin 25 aprel 1960-cı il tarixli sayında dərc olunmuşdur. Sonralar Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının üzvü olan şairin əsərləri mərkəzi və yerli mətbuat orqanları olan “Ədəbiyyat”, “Zaman”, “Elitar-press”, “Elimiz-günümüz”,“Şəki fəhləsi”, “Şəki”, “Şəki təhsili”, “Region-Şəki”,“Şəki bələdiyyəsi” kimi dövri nəşrlərdə dərc edilmişdir. Şairin əsərləri həmçinin “Ulduz” və Türkiyədə nəşr olunan “Kumru” jurnallarında, türk şairi Ahmet Kaytançının “Azərbaycanın göz yaşları” kitabında, “Avrasiya şairləri antologiyası”nda, Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının “ Söz...,söz...,söz...” və AMEA-nın Folklor İnstitutu tərəfindən hazırlanan “Bənövşə çələngi” almanaxlarında da nəşr edilmişdir. Şahid Məmmədkərimov həmçinin Şəki teatrı ilə də bağlı sənətkar olmuşdur. O, 1960-cı illərdə Şəki Xalq Teatrı truppasının üzvü olmuş, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində Həsənqulu bəy, “Beş manatlıq gəlin” operettasında Nadir, Bəxtiyar Vahabzadənin “Vicdan” pyesində Əlyəsə və s. obrazları səhnədə canlandırmışdır. 2006-cı ildə şairin “Məhəbbətlər arasında”, 2013-cü ildə isə “ Tanrı pıçıltıları” adlı kitabları nəşr olunaraq oxucuların istifadəsinə verilmişdir.
 
Yaradıcılığı: Ş.Məmmədkərimovun ədəbiyyat yolu saf, təmiz, məntiqli, bədii-fəlsəfi düşüncələr yoludur. Məlumdur ki, bədii üslubda fərdilik şairin kimliyini ortaya qoyan əsas meyardır. Ədəbiyyat bir gülüstanı xatırlatsa da, buradakı hər gülün öz ətri, öz rayihəsi var.
 
XX əsr Şəki ədəbi mühitinin aparıcı parlaq simalarından olan, istedadlı şair Vaqif Aslan çox doğru olaraq yazır: “Şahid Məmmədkərimovun ən ümdə cəhəti yaradıcılığındakı üslubi özəlliklərdir. Adi danışıq tərzinin şirinliyini poetik şəkildə canlandırmaq, ədəbi dilimizin qanunlarına riayət etmək şərti ilə Şəki şivəsinin dadını-duzunu saxlamaq... Bütün bunlar poetik ovqatı daha da cilalandırır”.
 
Ş. Məmmədkərimovun mövzu qalareyası olduqca zəngindir. Təbiət, məhəbbət, vətənpərvərlik, əxlaqi-didaktik, əməksevərlik və.s. motivlər onun poeziyasının canını təşkil edir. Əməyin şan-şöhrət, xoşbəxtliyin təməli olması hamıya məlumdur. İnsanın tərləməsi adi fizioloji haldır. “Tər”, “tərləmək” anlayışları müxtəlif baxımdan mənalandırıla bilər. Ş.Məmmədkərimovun “tər” sözünə münasibəti isə tamamilə poetikdir. Şair “Tər” adlı şeirində müdriklik nümayiş etdirərək “İnsan xöşbəxtliyə yalnız alın təri tökməklə qovuşa bilər” qənaətini təsdiqləmişdir:
 
Bağban ağac əkdi gözləri güldü,
Neçə calaq vurdu tumurcuqlardan.
Suyun əvəzinə tər tökülürdü,
Torpağı çevirib əkdiyi zaman.
 
Aylar ötüb keçdi min bar yetirdi,
Həm alma, həm üzüm, həm nar oldu tər.
Loğmantək sağaltdı çarəsiz dərdi,
Qəlbləri oxşayan bahar oldu tər .
 
Ş. Məmmədkərimov şeirin son bəndində bədii manevr edərək “tər”sözünə didaktik məna verir. İnsanı, xüsusilə, gənc nəsli əməksevər görmək istəyən şair onların alnında pis əməllərin nəticəsi kimi xəcalət tərini görmək istəmir:
 
:::Hər an muncuq-muncuq axıb gələydi,
:::Əməyin qədrini biləndən bəri.
:::Deyirəm heç zaman görünməyəydi,
:::Təki alnımızda xəcalət təri .
 
“Düşünürəm” adlı şeirində şair təbiət detalı olan “bulud” anlayışına fəlsəfi aspektdən yanaşaraq xeyirlə-şər kontekstində qüvvətli təzad yaradır. Buludun yağışa çevrilərək susuzluğa çarə olması şairi sevindirirsə, onun ildırım olub çaxaraq haralarısa yandırması qəm-qüssə, kədər yaradır. Şair yazır:
 
:::Göy üzündə görünəndə,
:::Bircə topa qara bulud,
:::Düşünürəm hardan gəlir?
:::İndi gedir hara bulud?
:::Bəlkə, susuz bir səhraya üz çevirib,
:::Olacaqdır çara bulud.
:::Bəlkə...bəlkə gurlayacaq bir dərədə,
:::İldırımlar çaxacaqdır.
:::Simşək olub bu dərəyə,
:::O dərəyə axacaqdır.
:::Nə biləsən haraları yandıracaq,
:::Haraları yaxacaqdır?.
 
Yoxsul, acınacaqlı həyata şair baxışı və bu baxışdakı fəlsəfi ovqat Ş. Məmmədkərimovun “Yamaq” adlı şeirində də diqqətçəkicidir. Şeir bir növ avtobioqrafik səciyyə daşısa da, bədii qayə baxımından zamanın acınacaqları ilə oxucunu tanış etmək məqsədi daşıyır. Şeirin ikinci bəndinin sonuncu iki misrasında da kədərlə sevinc üz-üzə dayanıb:
 
:::Yamaq böyüklərə kəskin kədər, qəm,
:::Uşaq dünyasının sevinci idi .
 
Misraların məna yükü o qədər anlaşıqlıdır ki, oxucu dərin düşüncəyə dalmadan şairin nə demək istədiyini anlayır. Bu bədii nümunədə həmçinin şairin vətənsevərlik duyğuları da diqqətçəkicidir. Əsərin sonuncu iki bəndində Ş. Məmmədkərimovun ən müqəddəs arzusu vətənini yamaqlı görməməkdir:
 
:::Hər an düşünürəm, deyirəm ki, kaş,
:::Nənəmin vurduğu yamaq duraydı.
:::Ondan bətərinə dözərdim, qardaş,
:::Vətənimə yamaq vurulmayaydı .
 
Ş. Məmmədkərimovun vətənpərvər poeziyasında dil məsələləri, ona sevgi və bağlılıq, zaman və insan, vətəndaş adlanan şəxslərin vətənə münasibəti, xüsusilə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş alıb gedən xaos şairin müşahidələrindən kənarda qalmamış müxtəlif məzmunlu bədii nümunəyə şevrilərək yaradıcılıq fondunu bəzəmişdir. Dilim mənim” şeirində şair doğma ana dilini qılıncdan kəsərli sözü, tarixlərdə izi, el içində müdrikliyi, özü sanaraq fəxrlə yazır:
 
:::Dilim mənim-
:::Tarixlərdə izim mənim.
:::Laylalarda şəkər-şirin,
:::El içində müdrikliyim.
:::Düşmənlərin qarşısında,
:::Kəsən qılınc sözüm mənim.
:::Dilim mənim
:::Həm keçmişim, həm sabahım, həm bu günüm.
:::Qısa desək, özüm mənim .
 
“ Hara aparır zaman” şeiri şair qəlbinin kədərini ölçən bir tərəzi kimi oxucunun diqqətini cəlb edir:
 
:::Bir günün içində,
:::Dura bilmirəm bir ölçüdə, bir biçimdə.
:::Həyat çalxalanır içimdə.
:::Gah təndir kimi
:::Yandırıb yaxır məni,
:::Gah da titrəyirəm soyuqdan...
:::Vətən satan, kəfən satan,
:::Halalı harama qatan...
:::Əyrisini, düzünü satan,
:::Doğru, yalan sözünü satan
:::Heç nəyi olmayanda
:::İstəsən özünü satan,
:::Beləcə çirkaba batan,
:::Bədbəxt insan.
:::Yapış pulun yaxasından,
:::Səni hara aparır zaman?!.
 
Ş. Məmmədkərimov milli kökə bağlı, folklor və etnoqrafik mədəniyyətimizi gözəl bilən bir şairdir. O, uzun illər gəncliyi tərbiyə edən bir müəllim olaraq millətin gələcək təmsilçilərini ağıllı, milli adət-ənənələri gözəl bilən bir qüvvə kimi görmək istəmiş, ustad bir müəllim kimi dərslərini həmişə bu xüsusiyyətlər üzərində qurmuşdur. Bildiyimiz kimi, hörüklər milli qızlarımıza malik əsas xüsusiyyətlərdəndir. Əbəs deyildir ki, möhtəşəm sənət abidəmiz olan “ Kitabi- Dədə Qorqud” dastanlarında qadınlarımız öyülərkən “ Yeriyəndə ayağına dolaşan qara saçlım” müraciətləri işlədilmişdir. Lakin imperiya əsarətində yaşadığımız illərdə müasirlik əlaməti kimi qadınlarımızın saçlarının kəsilməsinə start verilmiş, bu mənfi təzahirə qarşı münasibət bir sıra milli düşüncəli şairlərimizin yaradıcılığında bildirilmişdir.
 
XX əsr Şəki ədəbi mühitində hörüklər mövzusunda şeirlər Yusif Şükürlünün və Muxtar Qiyasinin yaradıcılığında da vardır. Lakin mövzu eyni olsa da, hər bir şairin obyektə yanaşma tərzi başqadır. Ş. Məmməkərimovun “ Hörüklər” şeiri 1961-ci ildə yazılmışdır. Şeir o dövrdə “Səbuhi” ədəbi məclisində oxunmuş, lakin nədənsə, şairin milli mövqeyi məclis üzvləri tərəfindən dəstəklənmədiyi üçün çap edilməmişdir. Bakıda yaşamasına baxmayaraq Şəki ədəbi mühitini daim izləyən dahi şair Bəxtiyar Vahabzadə məclis üzvləri ilə Şəkidə görüşərkən “Hörüklər” şeirini dinlədikdən sonra şeirin dərcini tövsiyə etmiş, şeir “Nuxa fəhləsi” qəzetinin səhifələrində dərc edilmişdir. Şeirin məzmun və forma gözəlliyini əsas tutaraq büsbütün oxucuların diqqətinə çatdırırıq:
 
:::Görünmür qızların gərdənlərində,
:::Görən necə olub qara hörüklər?
:::Razıyam topuğa çatıb hər səhər,
:::Məni oddan-oda sala hörüklər.
 
:::Qızlar səhər xırda hördüyü anda,
:::Gəlində baş-başa qoşa duranda,
:::Meh əsib sinəmə hərdən vuranda,
:::Məni ilan kimi çala hörüklər.
 
:::Anamın, nənəmin bağı, baharı,
:::Bizə bəxş etdiyi bir yadigarı,
:::Qızlar tərk eylədi, yoxsa qızları,
:::Tərk edib qaçırdı hara hörüklər?
 
:::Sözümü almışam min bir könüldən,
:::Qızlar incisə də deyəcəyəm mən,
:::Ayrı dolanmayıb obadan,eldən,
:::Hələ milyon illər qala hörüklər
 
:::Şahidəm, hər arzum açsın gül-çiçək,
:::Bilirəm qış gedib bahar gələcək,
:::Nigarın, Həcərin hörükləritək,
:::Əsri kəməndinə sala hörüklər .
 
Şər insana məxsus eybəcər mənəvi-əxlaqi keyfiyyətdir. Ş Məmmədkərimov gəncliyi hər zaman bu xüsusiyyətdən kənar olmağa çağıraraq, “Şər” adlı şeirində özünün folklor görüşlərini də oxucusu ilə bölüşür. El sözü olan “ İki adamın arasından keçən şərə düşər” deyiminin poetik ilməsini aşağıdakı kimi vurur:
 
:::Adlarını bilmədiyi
:::İki adam arasından
:::Heç bir zaman
:::Keçməz idi nənəm mənim
:::Şərə düşər.
:::Hər addımda onun ilə şər görüşər.
:::Ox ay nənə
:::Qurban olum adətinə .
 
Şahid Məmmədkərimovun məhəbbət dünyası da sirli-soraqlıdır. Şairin bu mövzuda çoxlu şeirləri vardır. Hansı janrda yazılmasına baxmayaraq bu əsərlərin hər birində məzmun rəngarəngliyi və forma gözəlliyi var. Şairin təbiətə və insana sevgisi tükənməz olduğundan bu ünvanlı şeirlər onun bədii fondunda çoxluq təşkil edir. Bu silsiləyə “Ayrılmayaq”, “Mənim sevincim”, “Ürəyimcəsən”, “Qara rəng”, “Siləndə sən”, “Olum”, “ O sənsən, sən özünsən”, “Neyləyim”, “Sevməyə nə var ki”, “Dəmli, qəmli, nəmli göz”, “Səpələnibdir”, “Yar”, “Tələs, tələs”, “Qalıb”, “İstəyir”, “ Edəcəksən” , “Səni gözləyirəm mən” , “Məni dəli etmisən”, “Mənim məhəbbətim, ilk məhəbbətim”, “Toxunma qəlbimə”, “Qəlbimdə gizlənmisən” və s. şeirləri daxildir.
 
Ş. Məmmədkərimovun poeziyasında poema janrına da müraciət edilmiş, şairin istedadlı qələmindən “Ərizənin cavabı” və “ Axşam düşüncələri” [ 639] adlı poemalar da çıxmışdır. Birinci poema dahi dramaturq M.F. Azxundzadənin həyatına , ikinci əsər isə Böyük Vətən müharibəsi illərində arxa cəbhədə yaşayan insanların güzəranına həsr olunmuşdur. Hər iki əsər lirik-epik səciyyə daşıyır.
Ş. Məmmədkərimovun bədii fondunda balaca uşaqların da öz payı vardır. Uzun illər uşaqlarla işləyən şair gənc nəslin təlim-tərbiyəsinə dair də bir sıra uşaq əsərləri yazmışdır. Onun “ Ayselin söhbəti”, “Lalənin cavabı”, “Beşikdəki körpələr”, “Qabların şikayəti”, “Tərif deyənimiz var” və s. şeirlərində uşaq dünyasının sirli- soraqlı tərəfləri verilmişdir.
 
Ş.Məmmədkərimovun yaradıcılıq laboratoriyası təkcə lirik və lirik-epik səpgili əsərlərlə məhdudlaşmamış o, bir ədəbiyyat mütəxəssisi kimi həyatı müşahidələrini epik və dramatik növün müvafiq janrlarında da aparmışdır.
 
Yazıçı hələ 60-cı illərdə “Səbuhi” ədəbi məclisinin sıralarında böyük sənət yolu keçərkən çağdaşları kimi qələmini kiçik həcmli hekayələr və dram janrı sahəsində də sınamışdır. Açığını desək, onun süjeti yığcam, dili şirin, zəngin və sadə, mövzuca müasir olan hekayələrinə nisbətən dram nümunələri zəif təsir bağışlayır. Bu yazıçının qələminin heç də kəsərinin aşağı olması ilə ölçülməyib, dövrün tələblərindən irəli gələn bir məsələdir. Belə ki, yazıçı bir müəllim kimi əsas məqsədlərini gənc nəslin tərbiyəsi üzərində ümumiləşdirdiyindən çap imkanlarını nəzərə alaraq müasirləri kimi yaradıcılığında həmişə kiçik həcmli, dolğun ideyalı əsərlərə üstünlük vermişdir. Ş. Məmmədkərimovun epik fondunda mühafizə olunan “Arxadan gələn səs”, “Eynək əhvalatı”, “Təsadüfi ortaq”, “ Burda insan yaşayır” və.s kimi hekayələrində janrın tələbləri qorunmaqla həyata olan obyektiv baxış, realist
əksetdirmə diqqətçəkicidir.
 
Yazıçının “ Arxadan gələn səs” adlı hekayəsində ideya daha qüvvətlidir. Müəllif Gülgəz adlı bir qızın ağır zəhmətdən-tütün sahəsindən evə qayıtması fonunda cəmiyyətin müxtəlif tərəflərinə səyahət etmişdir. O, qəhrəmanının yol əhvalatını onun düşüncələr boxçasından açıb ortaya qoyaraq sovet cəmiyyətində olan çatışmazlıqları açıb göstərmək istəmişdi. Gülgəzin düşüncələri arxadan gələn, ancaq görünməz olan səs sahibi ilə bağlıdır. Yazıçı sahibsiz səs fonunda oxucuya həzin məhəbbət notları da çalır. Qəhrəmanının keçmişi, sevgilisi Murad, onun işsizlik ucbatından kəndin digər cavanları kimi yad ölkəyə-Rusiyaya getməsi, bəlkə yad təsirlər altında vətənə qayıtmaq istəməməsi də Gülgəzin xəyalları vasitəsilə oxucuya çatdırılır. Əslində bu mənzərə Şahid Məmmədkərimovun XX əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyimiz ağır iqtisadi güzəranın bədii təsviri idi. Yazıçının təsvirləri ürək ağrıdıcıdır: “...Murad hərbi xidmətdən qayıtdı. Ancaq necə deyərlər, Murad pul tapmırdı ki, el adətincə toy eləsin. Yaxınları da kömək edə bilmirdilər. Zaman elə gətirmişdi ki, bir loxma yavan çörək birtəhər əldə edilirdi. Odur ki, Murad qoşuldu kənd cavanlarına, yollandı Rusiyaya ki, toy pulu əldə etsin..”.
 
Hekayədə yazıçı digər ictimai kəm-kəsirləri də hekayənin süjetində əritməyi bacarmışdır. Yuxarıda sözügedən illərdə tez-tez təsadüf edilən enerji qıtlığı da oxucunun diqqətindən yayınmır: “...Kəndin işıqları yanmırdı. Amma pəncərələrdən lampa və şam işıqlarının solğun parıltısı görünürdü..”. Gülgəzi yolboyu müşayiət edib gözə görünməyən, onu qorxu içərisində saxlayan “arxadan gələn səs”in açılması oxucuda müəllif qayəsinə böyük məhəbbət oyadır. Hekayədən oxuyuruq: “... Addım səsləri yenə eşidildi və qapının ağzında kəsildi. Gülgəz həyəcanla qapıya tərəf çevrildi. Kimsə qapını toxaladı... O, bütün qüvvəsini toplayıb qapının arasından diqqətlə çölə baxdı: - Aman, Allah!-deyib qapının kilidini açdı. Ayaqları sözünə baxmadı, büküldü. Özünü birtəhər küncdəki daşın üstünə çatdırdı, dizlərini qucaqlayıb hönkürtü ilə ağladı. Qapı açıldı. Atasının ölümündən sonra başlı-başına buraxılmış yabı tövləyə keçib yerini rahatladı və kişnədi”.
 
Müəllifin oxucuya təlqin etdiyi məqsəd çöldə uzun müddət sahibsiz dolaşan bir heyvanın- atın yurda bağlılığı ilə öz doğma yerinə qayıtması epizodu ilə açılır. Müəllif oxucularını yurdsevər, vətənpərvər olmağa çağırır.
 
Ş. Məmmədkərimovun “Eynək əhvalatı” və “Təsadüfi ortaq” hekayələri satirik səpgidə yazılmışdır. XX əsrin 60- cı illərində “Səbuhi” ədəbi məclisinin üzvlərinin yaradıcılığında özünü göstərən realist satirik nəsrə meyl, gənc yazıçı Ş.Məmmədkərimovun yaradıcılığında da özünü biruzə vermişdi.
 
“Eynək əhvalatı” hekayəsində yazıçı adını gizlətdiyi müdir surəti ilə zəmanəsinin rüşvətxor idarə rəhbərlərinin, təlxək Nadir surəti ilə isə yaltaq insanların obrazını yaratmışdır. Ş.Məmmədkərimov eynək əhvalatı ilə məqsədini açıqlayaraq bədii düyümünü Nadirin müdirə dediyi: - Nə danışırsan, ay müdir, düz otuz ildir burada işləyirəm. Neçə-neçə müdir üzü görmüşəm. Bəyəm indiyə kimi öyrənməmişəm ki, müdirə verilən eynək geri alınmaz?!. Eynək sizindir!”- sözləri ilə vurmuşdur.
 
“Təsadüfi ortaq” satirik hekayəsində irəli sürülən ideya daha dərindir. Müəllif nəzarətsizlik ucbatından, yaxud idarə rəhbərlərinin himayədarlığı ilə dövlət əmlakını dağıdan ünsürlərə özünün satirik münasibətini bildirmişdir. Hekayədə hadisələr Şəkinin Qışlaq ərazisində Usta Fərruxun evində baş verir. Bədii uslubun obraz dilini və hadisələrin cərəyan etdiyi məkan xüsusiyyətlərini gözəl bilən müəllif obrazların dilində nəinki Şəki dialektini, hətta dialektin şivə xüsusiyyətlərini də incəliklə oxucusuna diktə edir: “Əə, Fərrux, sən öl, belə getsə sən dəli olacaxsan. Əə, mən səni də yaxşı tanıyıram, oğlun Fuadı da. Bu gün sabah oğlunu aparacaxlar əsgərə. Nə bilim ursiyətin harasına düşücax, onda nağarıcaxsan?”
 
Əsərin mənfi qəhrəmanlar qütbünü oğrular qrupunun təmsilçiləri olan Xəsis Rəsul və Kərpickəsən Nurəli təmsil edirlər. Onlar adəti üzrə idarənin anbarından oğurladıqları taxta ilə yüklənmiş maşını sorğusuz-filansız iş yoldaşları Usta Fərruxun qapısına sürmüşlər. Oğruları həyəcanlandıran onları milis əməkdaşlarının təqib edib etməməsidir. Bu gözlənilməz hadisədən baş açmayan Fərrux nə edəcəyini bilmir və oğruların təhriki ilə “yoxlama əməliyyatı”na göndərilir.
 
Müəllif hekayənin süjetini daha maraqlı etmək və oğruların iştahını boğazlarında qoymaq üçün Fərruxun oğlu Dülgər Fuad surətini də meydana gətirir. Usta Fərrux küçədə milis izi axtararkən milislərdən daha təhlükəli hesab edilən “Agent” ləqəbi ilə tanınan Mustafa ilə rastlaşır. Hadisələr hələlik oğruların xeyrinə cərəyan edir. Oğrular bir maşın taxtanı Usta Fərruxun evinə boşaldıb məmnun halda oranı tərk edirlər. Bu əhvalatın üzərindən bir neçə ay keçir. “Köməkliyinə” görə Usta Fərruxun maaşı birdən-birə artaraq 400-450 manat olur. Günlərin bir günü Fərruğun qapısı döyülür. Gələn oğurluq malın keçmiş sahibləri olan Xəsis Rəsul və Kərpickəsən Nurəlidir. Müəllifin ifşa oxu artıq hədəfə tuşlanıb. Əvvəl ayaq açdıqları evin çürük taxtalarının parıltılı təzə taxtalarla əvəz edilməsini gördükdə oğruları dəhşət bürüyür. Necə deyərlər: “Oğrudan-oğruya halaldır”- deyib atalar. Məlum olur ki, Usta Rəsulun oğlu Dülgər Fuad yaranmış vəziyyətdən ustalıqla istifadə etmiş, oğruların malına ortaq olaraq taxtaları evlərinin abadlaşdırılması üçün istifadə etmişdir. Fuad tərəfindən milisə təqdim ediləcək şəkilləri gördükdə oğrular dəli olmaq dərəcəsinə çatırlar.
 
Ş. Məmmədkərimovun istedadlı yazıçı qələmindən çıxan bu maraqlı bədii nümunə mövzuca XX əsr Şəki ədəbi mühitinin qüdrətli nümayəndələrindən olmuş Məmmədiyyə Süleymanlının “Yarımçıq Həmid” felyetonunu xatırladır. Sözügedən felyetonda da taxta məsələsi əsas təsvir obyektidir. Fərq bundadır ki, Ş. Məmmədkərimovun əsərində taxta oğruları oğurluq hadisəsini gizli şəkildə həyata keçirirlərsə, “Yarımçıq Həmid”də oğurluq hadisəsi “qanun çərçivəsində” yüksək vəzifəli məmurlar tərəfindən açıq-mədəni şəkildə həyata keçirilir.
 
Ş. Məmmədkərimovun “Gözübağlılar”, “Səməni, ay səməni” və “Qonaq” əsərləri dramatik səpgidə qələmə alınmış, birinci əsərdə müəllif görkəmli komediyanəvis Sabit Rəhmanın sənətinə məhəbbətini bildirmiş, gənc nəsli mütaliəyə həvəsləndirmək məqsədini güdmüşdür. İkinci əsərdə Novruz bayramı qədim tarixi köklərə malik olan bir bayram kimi səciyyələndirilmişdir. “Qonaq” əsərində müəllif doğma yurdunun tarixini və təbii gözəlliklərini qələmə almışdır.
 
Ş.Məmmədkərimov həmçinin kəsərli qələmə məxsus bir publisist kimi də ədəbi mühitdə tanınır. Onun XX əsrin görkəmli alim-yazıçısı Arif Abdullazadənin, şair Vaqif Aslanın, Aşıq Sakitin, Mayis Səlimin, Abbas Əmbalanın, şairə Ruhangiz Rəhimlinin yaradıcılığı ilə bağlı yazmış olduğu elmi məzmunlu məqalələr onu mükəmməl ədəbiyyat bilicisi kimi təqdim edir. Şair-müəllim həmçinin çağdaşları olan görkəmli ictimai-siyasi şəxsiyyətlər olan Şahid Abdulkərimov, Mustafa Əhmədov, Əhmədiyyə Cəbrayılov haqqında yazmış olduğu oçerklərlə bədii publisistikanın mükəmməl nümunələrini yaratmışdır. Ş.Məmmədkərimov hazırda ömrünün müdriklik dövrünü yaşayır. Siması həmişə nurlu olan bu qocaman yazıçı özünün həyatın sınağından çıxmış kəlamları ilə də oxucularını mənəvi kamilliyə çağırır.
 
“Ş. Məmmədkərimov” imzası Şəkidə tanınan və sevilən imzalardandır. Şair artıq iki dəfə oxucularının qəlbini fəth edib. İnanırıq ki, şair-nasirin oxucuları ilə üçüncü görüşü də uğurlu olacaq, onun kiçik həcmli, ancaq dərin məzmuna malik hekayələri, oçerk və publisistik məqalələri oxucular tərəfindən sevilə-sevilə oxunacaqdır.

01:23, 8 yanvar 2022 versiyası

Kamil Adışirinov

Dağlar qoynunda keçən müəllim, şair ömrü (Şahid Məmmədkərimov yaradıcılığı)

XX əsr Şəki ədəbi mühitinin layiqli təmsilçilərindən biri Şahid Məmmədkərimov olmuşdur. 1960-cı ildən o, “Şəki fəhləsi” qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinin sıralarına daxil olmuş, ilk şeirləri həmin illərdən qəzetin səhifələrində dərc olunmuşdur. Əsərlərini “Məmmədkərimov” imzası ilə yazır.

Şahid Məmmədiyyə oğlu Məmmədkərimov 1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. Atası Məmmədiyyə Məmmədkərimov 1941-ci ildə Böyük Vətən müharibəsində həlak olmuş, balaca-iki yaşlı Şahid anasının və ana nənəsinin himayəsində böyümüşdür. Yeddinci sinfədək Şəki şəhər 12 saylı orta oğlan məktəbində (həmin dövrdə oğlan və qız məktəbləri ayrı olmuşdur-K.A) oxuyan Şahid sonra oğlan və qız məktəbləri birləşdirildiyi üçün təhsilini 11 saylı orta məktəbdə davam etdirmişdir. 1958-ci ildə orta təhsilini başa vuraraq Şəki 6 saylı çörəkxanada əmək fəaliyyətinə başlamışdır. Daim təhsil almaq arzusu ilə yaşayan gənc şair 1964-67-ci illərdə Şəki İpəkçilik Texnikumunun “Parçaların boyanması və pardaxlanması” fakültəsində qiyabi yolla təhsil alaraq “Texnik-texnoloq” ixtisasına yiyələnmişdir.

Sonralar əmək fəaliyyətini Şəki Birləşmiş Hərbi Komissarlığında, “Nuxa fəhləsi” qəzetinin redaksiyasında, Şəki İpək İstehsalı Birliyinin 2 saylı baramaaçan fabrikində davam etdirmişdir. Şair 1973-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin ( indiki-Bakı Dövlət Universiteti) filologiya fakültəsində qiyabi yolla ali təhsil almışdır. Universitet mühiti, xüsusilə poeziya dahisi Bəxtiyar Vahabzadədən təhsil almaq şairin ədəbiyyata- poeziyaya vurğunluğunda böyük rol oynamışdır. Ali təhsilini başa vuran gənc müəllim çoxdan arzuladığı müəllimlik fəaliyyətinə 1980-ci ildə Şəki 44 saylı Texniki Peşə Məktəbində başlamış, 1991-ci ildən təqaüdə çıxanadək orta təhsil aldığı Şəki şəhər 11 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.

Poeziyaya vurğunluq və şeir korifeylərini sevə-sevə tədris etmək Ş.Məmmədkərimovun bədii istedadını daha da formalaşdırmış, yaradıcılığına yüksək təkan vermişdir. Şairin ilk mətbu şeiri “Araz kənarında” adlanır ki, bu əsər ilk dəfə “Nuxa fəhləsi”qəzetinin 25 aprel 1960-cı il tarixli sayında dərc olunmuşdur. Sonralar Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının üzvü olan şairin əsərləri mərkəzi və yerli mətbuat orqanları olan “Ədəbiyyat”, “Zaman”, “Elitar-press”, “Elimiz-günümüz”,“Şəki fəhləsi”, “Şəki”, “Şəki təhsili”, “Region-Şəki”,“Şəki bələdiyyəsi” kimi dövri nəşrlərdə dərc edilmişdir. Şairin əsərləri həmçinin “Ulduz” və Türkiyədə nəşr olunan “Kumru” jurnallarında, türk şairi Ahmet Kaytançının “Azərbaycanın göz yaşları” kitabında, “Avrasiya şairləri antologiyası”nda, Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının “ Söz...,söz...,söz...” və AMEA-nın Folklor İnstitutu tərəfindən hazırlanan “Bənövşə çələngi” almanaxlarında da nəşr edilmişdir. Şahid Məmmədkərimov həmçinin Şəki teatrı ilə də bağlı sənətkar olmuşdur. O, 1960-cı illərdə Şəki Xalq Teatrı truppasının üzvü olmuş, Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində Həsənqulu bəy, “Beş manatlıq gəlin” operettasında Nadir, Bəxtiyar Vahabzadənin “Vicdan” pyesində Əlyəsə və s. obrazları səhnədə canlandırmışdır. 2006-cı ildə şairin “Məhəbbətlər arasında”, 2013-cü ildə isə “ Tanrı pıçıltıları” adlı kitabları nəşr olunaraq oxucuların istifadəsinə verilmişdir.

Yaradıcılığı: Ş.Məmmədkərimovun ədəbiyyat yolu saf, təmiz, məntiqli, bədii-fəlsəfi düşüncələr yoludur. Məlumdur ki, bədii üslubda fərdilik şairin kimliyini ortaya qoyan əsas meyardır. Ədəbiyyat bir gülüstanı xatırlatsa da, buradakı hər gülün öz ətri, öz rayihəsi var.

XX əsr Şəki ədəbi mühitinin aparıcı parlaq simalarından olan, istedadlı şair Vaqif Aslan çox doğru olaraq yazır: “Şahid Məmmədkərimovun ən ümdə cəhəti yaradıcılığındakı üslubi özəlliklərdir. Adi danışıq tərzinin şirinliyini poetik şəkildə canlandırmaq, ədəbi dilimizin qanunlarına riayət etmək şərti ilə Şəki şivəsinin dadını-duzunu saxlamaq... Bütün bunlar poetik ovqatı daha da cilalandırır”.

Ş. Məmmədkərimovun mövzu qalareyası olduqca zəngindir. Təbiət, məhəbbət, vətənpərvərlik, əxlaqi-didaktik, əməksevərlik və.s. motivlər onun poeziyasının canını təşkil edir. Əməyin şan-şöhrət, xoşbəxtliyin təməli olması hamıya məlumdur. İnsanın tərləməsi adi fizioloji haldır. “Tər”, “tərləmək” anlayışları müxtəlif baxımdan mənalandırıla bilər. Ş.Məmmədkərimovun “tər” sözünə münasibəti isə tamamilə poetikdir. Şair “Tər” adlı şeirində müdriklik nümayiş etdirərək “İnsan xöşbəxtliyə yalnız alın təri tökməklə qovuşa bilər” qənaətini təsdiqləmişdir:

Bağban ağac əkdi gözləri güldü, Neçə calaq vurdu tumurcuqlardan. Suyun əvəzinə tər tökülürdü, Torpağı çevirib əkdiyi zaman.

Aylar ötüb keçdi min bar yetirdi, Həm alma, həm üzüm, həm nar oldu tər. Loğmantək sağaltdı çarəsiz dərdi, Qəlbləri oxşayan bahar oldu tər .

Ş. Məmmədkərimov şeirin son bəndində bədii manevr edərək “tər”sözünə didaktik məna verir. İnsanı, xüsusilə, gənc nəsli əməksevər görmək istəyən şair onların alnında pis əməllərin nəticəsi kimi xəcalət tərini görmək istəmir:

Hər an muncuq-muncuq axıb gələydi,
Əməyin qədrini biləndən bəri.
Deyirəm heç zaman görünməyəydi,
Təki alnımızda xəcalət təri .

“Düşünürəm” adlı şeirində şair təbiət detalı olan “bulud” anlayışına fəlsəfi aspektdən yanaşaraq xeyirlə-şər kontekstində qüvvətli təzad yaradır. Buludun yağışa çevrilərək susuzluğa çarə olması şairi sevindirirsə, onun ildırım olub çaxaraq haralarısa yandırması qəm-qüssə, kədər yaradır. Şair yazır:

Göy üzündə görünəndə,
Bircə topa qara bulud,
Düşünürəm hardan gəlir?
İndi gedir hara bulud?
Bəlkə, susuz bir səhraya üz çevirib,
Olacaqdır çara bulud.
Bəlkə...bəlkə gurlayacaq bir dərədə,
İldırımlar çaxacaqdır.
Simşək olub bu dərəyə,
O dərəyə axacaqdır.
Nə biləsən haraları yandıracaq,
Haraları yaxacaqdır?.

Yoxsul, acınacaqlı həyata şair baxışı və bu baxışdakı fəlsəfi ovqat Ş. Məmmədkərimovun “Yamaq” adlı şeirində də diqqətçəkicidir. Şeir bir növ avtobioqrafik səciyyə daşısa da, bədii qayə baxımından zamanın acınacaqları ilə oxucunu tanış etmək məqsədi daşıyır. Şeirin ikinci bəndinin sonuncu iki misrasında da kədərlə sevinc üz-üzə dayanıb:

Yamaq böyüklərə kəskin kədər, qəm,
Uşaq dünyasının sevinci idi .

Misraların məna yükü o qədər anlaşıqlıdır ki, oxucu dərin düşüncəyə dalmadan şairin nə demək istədiyini anlayır. Bu bədii nümunədə həmçinin şairin vətənsevərlik duyğuları da diqqətçəkicidir. Əsərin sonuncu iki bəndində Ş. Məmmədkərimovun ən müqəddəs arzusu vətənini yamaqlı görməməkdir:

Hər an düşünürəm, deyirəm ki, kaş,
Nənəmin vurduğu yamaq duraydı.
Ondan bətərinə dözərdim, qardaş,
Vətənimə yamaq vurulmayaydı .

Ş. Məmmədkərimovun vətənpərvər poeziyasında dil məsələləri, ona sevgi və bağlılıq, zaman və insan, vətəndaş adlanan şəxslərin vətənə münasibəti, xüsusilə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş alıb gedən xaos şairin müşahidələrindən kənarda qalmamış müxtəlif məzmunlu bədii nümunəyə şevrilərək yaradıcılıq fondunu bəzəmişdir. Dilim mənim” şeirində şair doğma ana dilini qılıncdan kəsərli sözü, tarixlərdə izi, el içində müdrikliyi, özü sanaraq fəxrlə yazır:

Dilim mənim-
Tarixlərdə izim mənim.
Laylalarda şəkər-şirin,
El içində müdrikliyim.
Düşmənlərin qarşısında,
Kəsən qılınc sözüm mənim.
Dilim mənim
Həm keçmişim, həm sabahım, həm bu günüm.
Qısa desək, özüm mənim .

“ Hara aparır zaman” şeiri şair qəlbinin kədərini ölçən bir tərəzi kimi oxucunun diqqətini cəlb edir:

Bir günün içində,
Dura bilmirəm bir ölçüdə, bir biçimdə.
Həyat çalxalanır içimdə.
Gah təndir kimi
Yandırıb yaxır məni,
Gah da titrəyirəm soyuqdan...
Vətən satan, kəfən satan,
Halalı harama qatan...
Əyrisini, düzünü satan,
Doğru, yalan sözünü satan
Heç nəyi olmayanda
İstəsən özünü satan,
Beləcə çirkaba batan,
Bədbəxt insan.
Yapış pulun yaxasından,
Səni hara aparır zaman?!.

Ş. Məmmədkərimov milli kökə bağlı, folklor və etnoqrafik mədəniyyətimizi gözəl bilən bir şairdir. O, uzun illər gəncliyi tərbiyə edən bir müəllim olaraq millətin gələcək təmsilçilərini ağıllı, milli adət-ənənələri gözəl bilən bir qüvvə kimi görmək istəmiş, ustad bir müəllim kimi dərslərini həmişə bu xüsusiyyətlər üzərində qurmuşdur. Bildiyimiz kimi, hörüklər milli qızlarımıza malik əsas xüsusiyyətlərdəndir. Əbəs deyildir ki, möhtəşəm sənət abidəmiz olan “ Kitabi- Dədə Qorqud” dastanlarında qadınlarımız öyülərkən “ Yeriyəndə ayağına dolaşan qara saçlım” müraciətləri işlədilmişdir. Lakin imperiya əsarətində yaşadığımız illərdə müasirlik əlaməti kimi qadınlarımızın saçlarının kəsilməsinə start verilmiş, bu mənfi təzahirə qarşı münasibət bir sıra milli düşüncəli şairlərimizin yaradıcılığında bildirilmişdir.

XX əsr Şəki ədəbi mühitində hörüklər mövzusunda şeirlər Yusif Şükürlünün və Muxtar Qiyasinin yaradıcılığında da vardır. Lakin mövzu eyni olsa da, hər bir şairin obyektə yanaşma tərzi başqadır. Ş. Məmməkərimovun “ Hörüklər” şeiri 1961-ci ildə yazılmışdır. Şeir o dövrdə “Səbuhi” ədəbi məclisində oxunmuş, lakin nədənsə, şairin milli mövqeyi məclis üzvləri tərəfindən dəstəklənmədiyi üçün çap edilməmişdir. Bakıda yaşamasına baxmayaraq Şəki ədəbi mühitini daim izləyən dahi şair Bəxtiyar Vahabzadə məclis üzvləri ilə Şəkidə görüşərkən “Hörüklər” şeirini dinlədikdən sonra şeirin dərcini tövsiyə etmiş, şeir “Nuxa fəhləsi” qəzetinin səhifələrində dərc edilmişdir. Şeirin məzmun və forma gözəlliyini əsas tutaraq büsbütün oxucuların diqqətinə çatdırırıq:

Görünmür qızların gərdənlərində,
Görən necə olub qara hörüklər?
Razıyam topuğa çatıb hər səhər,
Məni oddan-oda sala hörüklər.
Qızlar səhər xırda hördüyü anda,
Gəlində baş-başa qoşa duranda,
Meh əsib sinəmə hərdən vuranda,
Məni ilan kimi çala hörüklər.
Anamın, nənəmin bağı, baharı,
Bizə bəxş etdiyi bir yadigarı,
Qızlar tərk eylədi, yoxsa qızları,
Tərk edib qaçırdı hara hörüklər?
Sözümü almışam min bir könüldən,
Qızlar incisə də deyəcəyəm mən,
Ayrı dolanmayıb obadan,eldən,
Hələ milyon illər qala hörüklər
Şahidəm, hər arzum açsın gül-çiçək,
Bilirəm qış gedib bahar gələcək,
Nigarın, Həcərin hörükləritək,
Əsri kəməndinə sala hörüklər .

Şər insana məxsus eybəcər mənəvi-əxlaqi keyfiyyətdir. Ş Məmmədkərimov gəncliyi hər zaman bu xüsusiyyətdən kənar olmağa çağıraraq, “Şər” adlı şeirində özünün folklor görüşlərini də oxucusu ilə bölüşür. El sözü olan “ İki adamın arasından keçən şərə düşər” deyiminin poetik ilməsini aşağıdakı kimi vurur:

Adlarını bilmədiyi
İki adam arasından
Heç bir zaman
Keçməz idi nənəm mənim
Şərə düşər.
Hər addımda onun ilə şər görüşər.
Ox ay nənə
Qurban olum adətinə .

Şahid Məmmədkərimovun məhəbbət dünyası da sirli-soraqlıdır. Şairin bu mövzuda çoxlu şeirləri vardır. Hansı janrda yazılmasına baxmayaraq bu əsərlərin hər birində məzmun rəngarəngliyi və forma gözəlliyi var. Şairin təbiətə və insana sevgisi tükənməz olduğundan bu ünvanlı şeirlər onun bədii fondunda çoxluq təşkil edir. Bu silsiləyə “Ayrılmayaq”, “Mənim sevincim”, “Ürəyimcəsən”, “Qara rəng”, “Siləndə sən”, “Olum”, “ O sənsən, sən özünsən”, “Neyləyim”, “Sevməyə nə var ki”, “Dəmli, qəmli, nəmli göz”, “Səpələnibdir”, “Yar”, “Tələs, tələs”, “Qalıb”, “İstəyir”, “ Edəcəksən” , “Səni gözləyirəm mən” , “Məni dəli etmisən”, “Mənim məhəbbətim, ilk məhəbbətim”, “Toxunma qəlbimə”, “Qəlbimdə gizlənmisən” və s. şeirləri daxildir.

Ş. Məmmədkərimovun poeziyasında poema janrına da müraciət edilmiş, şairin istedadlı qələmindən “Ərizənin cavabı” və “ Axşam düşüncələri” [ 639] adlı poemalar da çıxmışdır. Birinci poema dahi dramaturq M.F. Azxundzadənin həyatına , ikinci əsər isə Böyük Vətən müharibəsi illərində arxa cəbhədə yaşayan insanların güzəranına həsr olunmuşdur. Hər iki əsər lirik-epik səciyyə daşıyır. Ş. Məmmədkərimovun bədii fondunda balaca uşaqların da öz payı vardır. Uzun illər uşaqlarla işləyən şair gənc nəslin təlim-tərbiyəsinə dair də bir sıra uşaq əsərləri yazmışdır. Onun “ Ayselin söhbəti”, “Lalənin cavabı”, “Beşikdəki körpələr”, “Qabların şikayəti”, “Tərif deyənimiz var” və s. şeirlərində uşaq dünyasının sirli- soraqlı tərəfləri verilmişdir.

Ş.Məmmədkərimovun yaradıcılıq laboratoriyası təkcə lirik və lirik-epik səpgili əsərlərlə məhdudlaşmamış o, bir ədəbiyyat mütəxəssisi kimi həyatı müşahidələrini epik və dramatik növün müvafiq janrlarında da aparmışdır.

Yazıçı hələ 60-cı illərdə “Səbuhi” ədəbi məclisinin sıralarında böyük sənət yolu keçərkən çağdaşları kimi qələmini kiçik həcmli hekayələr və dram janrı sahəsində də sınamışdır. Açığını desək, onun süjeti yığcam, dili şirin, zəngin və sadə, mövzuca müasir olan hekayələrinə nisbətən dram nümunələri zəif təsir bağışlayır. Bu yazıçının qələminin heç də kəsərinin aşağı olması ilə ölçülməyib, dövrün tələblərindən irəli gələn bir məsələdir. Belə ki, yazıçı bir müəllim kimi əsas məqsədlərini gənc nəslin tərbiyəsi üzərində ümumiləşdirdiyindən çap imkanlarını nəzərə alaraq müasirləri kimi yaradıcılığında həmişə kiçik həcmli, dolğun ideyalı əsərlərə üstünlük vermişdir. Ş. Məmmədkərimovun epik fondunda mühafizə olunan “Arxadan gələn səs”, “Eynək əhvalatı”, “Təsadüfi ortaq”, “ Burda insan yaşayır” və.s kimi hekayələrində janrın tələbləri qorunmaqla həyata olan obyektiv baxış, realist əksetdirmə diqqətçəkicidir.