Köməkçi səhifə:Ədəbiyyat:Qriboyedov və Şərq

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (WikiSysop Ədəbiyyat:Qriboyedov və Şərq səhifəsinin adını Kitabxana:Qriboyedov və Şərq olaraq dəyişdi.) tərəfindən edilmiş 14:55, 28 mart 2020 tarixli redaktə
“Qribiyedov və Şərq” kitabının üz qabığı; Tərcümə və tərtib edəni: Firəngiz Saleh qızı Əsgərzadə.

İ.K. Yenikolopov.

QRİBOYEDOV VƏ ŞƏRQ

Yerevan. Aypetrat 1954


Müəllifdən

“Ağıldan bəla” komediyasının yaradıcısı, dahi rus yazarı A.S.Qriboyedovun qəfil öldürülməsindən bizi ayıran 125 il nəinki onun bədii-ədəbi şöhrətini azaltmış, əksinə, zəmanəmizdə məşhurlaşan bir çox materialların öyrənilməsi nəticəsində onu, həm də böyük dövlət xadimi kimi, təqdim etmək imkanını yaratmışdır.

A.S.Qriboyedovun Şərqdə çoxşaxəli fəaliyyəti Rusiyanın ictimai-siyasi və sosial həyatıyla sıx əlaqədar olmuşdur. Dekabristlərin siyasi baxışlarını tam bölüşən, Arakçeev üsulu ilə idarə olunan çar mütləqiyyətinə nifrət edən Qriboyedov, rus xalqını ürəkdən sevir, onun daxili gücünə inanır və ərz edirdi ki “Mənə- Rusiyaya hörmət, onun tələblərinə tabe olmaq lazımdır”.

Qriboyedovun bədii yaradıcılığında və dövlət xidmətindəkı fəaliyyəti onun doğma xalqının və Çar Rusiyası ərazisində yaşayan bütün xalqların taleyini dərindən düşünən, zəmanəsinin ən savadlı, ziyalı şəxsiyyətlərdən biri olduğuna dəlalət edir. Buna sübut olaraq “Rusiya Zaqafqaziya kompaniyasının yaradılması barədə yazılar” və həmin kompaniyanın fəaliyyəti üçün hazırladığı “Nizamnaməsinə” girişdə cənubi Qavqazda yaşayan xalqların ehtiyacları və onların təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilmə üsulları, rusların yeni vətəndaşlarla “dostluq düyünlərinin yaranıb bərkidilməsi” nəzərdə tutulmuşdu. Bunların hamısı feodal-mülkədarlıq şəraitində yaşayan rəsmi dövlət siyasətindən kəskin surətdə fərqlənirdi.

Ermənilərin İrandan Rusiya ərazisi daxilinə - Ararat vadisinə köçürülməsi tədbiri də böyük diqqətə layiqdir. Bu tədbirin həyata keçirilməsinin təşəbbüskarlığında və uğurla başa çatdırılmasında Qriboyedovun xüsusi xidməti olmuşdur.

Özünün müasir cəmiyyətinin həyat şəraitini öyrənərkən A.S.Qriboyedov hesab edirdi ki, bu həyat şəraitini dəyişmək ancaq xalqın əsas maraqlarını həyata keçirmək uğrunda mübarizə aparan qabaqcıl qüvvələrlə birləşmək nəticəsində mümkündür. Taktiki nöqteyi-nəzərdən müxtəlif formada təklif olunan heç bir rütbə, tutduğu vəzifə Qriboyedovun şəxsi baxışlarını dəyişə bilməzdi. Dövlət xidmətində fəaliyyət göstərdiyi bütün illər ərzində A.S.Qriboyedov çar üsul idarəsinin qatı əleyhdarı olmuş, başqa sözlə “Ağıldan bəla” dahi ifşaedici əsərin müəllifi, əvvəllər olduğu əqidəsinə sadiq qalmışdı. Sovet dövründə Qriboyedovun həyatı və miras qoyub getdiyi yaradıcılığının tədqiqatı bir qədər irəliləmişdir, ancaq onun həyat yolunun bəzi tərəfləri bu günə qədər tam açıqlanmamışdır.

Tərəfimdən Gürcüstanın və Ermənistanın Dövlət mərkəzi arxivlərində A.S. Qriboyedovun xidməti yazılarının qaralamalarında aparılmış tədqiqat işləri, onun çap edilməmiş məktubları və qafqazşünaslıqda oxuculara az məlum olan, mətbuatda çap olunmuş materiallar, dahi rus yazıçısının bioqrafiyasında bəzi əhəmiyyətli boşluqları doldurmaq imkanı yaradır.

BİRİNCİ FƏSİL

A.S.Qriboyedovun İranda Rusiya diplomatik nümayəndəliyinin katibi vəzifəsinə təyin edilməsi. Peterburq – Mozdok – Tiflis - Yerevan köçü. Diplomatik fəaliyyətdə ilk addımlar. İran-Türkiyə müharibəsinin törəməsi.

A.S.Qriboyedov Dövlət Xarici İşlər Kollegiyasına xidmətə daxil olduqdan bir il sonra İranda Rusiya diplomatik nümayəndəliyiynin katibi vəzifəsinə təyin edilmişdi. Bu təyinat barədə o dostu S.N.Beqiçevə yazırdı: (15 aprel 1818-ci il): ” Təsəvvür et ki, məni mütləq harasa göndərmək istəyirlər, özü də hara-Persiyaya, orada yaşamaq şərtilə. Mən nə qədər müqavimət göstərirəmsə də heç nə edə bilmirəm.”

Həmin zamanda da İranda nümayəndəliyinin başçısı vəzifəsinə Şərq barədə məlumatı nə vaxtsa Yermolovla birlikdə həkim qismində İrana səyahətindən qalmış təəsüratlardan ibarət olan, kollegiya şurasının məsləhətçisi S.İ Mazaroviçin namizədliyi irəli sürülmüşdü. Bu təyinatdan asılı olaraq diplomatiya sahəsindəki işlərindən tam xəbərsiz olan rəisə fəaliyyətində müvafiq köməklik göstərə biləcək, müəyyən bilik və savada malik katib seçmək zərurəti yaranmışdı.

Kollegiyada o zaman A.S.Qriboyedovdan savadlı və istedadlı adamın olmadığından seçim onun üzərində dayanmışdı. İyul ayının 16-da artıq Yermolova məlumat göndərilmişdi ki, İranda nümayəndəliyin başçısı Mazaroviç, onun yanında katib-tərcüməçi Qriboyedov, kargüzarlıq işlər üzrə müdir isə Amburger təyin olunur.

A.S.Qriboyedovu, özü dediyi kimi “həyatının çiçəklənən dövründə könüllü olaraq sürgünə” getməyə və ağır diplomatlıq fəaliyyətinə başlamağa razılıq verməyinin səbəbi nə idi?

Peterburqu tərk etmək kimi çətin qərarı o sekundantı olduğu A.P.Zavadovskilə V.V.Şeremetovun arasında baş vermiş duelin faciəvi nəticənin təsiri altında qəbul etmişdi. Sekundantlar Qriboyedov və A.İ.Yakuboviç arasında baş verəcək duelin müddəti sonuncunun Qafqaza sürgün olunması səbəbindən, təxirə salınmışdı. Puşkinin “Ərzuruma səyahət”ində bu zamana aid dərin mənalı sözləri: “Qriboyedovun həyatı buludlarla qaranlıqlaşmışdı: bu isə coşqun ehtirasın və güclü şəraitin nəticəsiydi. O hiss etmişdi ki birdəfəlik və həmişəlik öz gəncliyi ilə hesablaşmalı və həyatını kəskin surətdə dəyişməlidir” bu təyinatla əlaqədardır.

Nümayəndənin şərqə yola salınmasının vaxtı avqusta qədər uzanırdı. Ancaq Qriboyedov vaxtını boş keçirmirdi və Peterburq Universitetinin ən məşhur şərqşünaslarının köməkliyi ilə fars və ərəb dillərinin öyrənməklə məşğul idi. Özünün güclü zehni və yaddaşıyla o tez bir zamanda böyük uğurlar əldə etdi və tezliklə sırf ərəb əlifbasında öz adını - “İskəndər Qriboyedov” düzgün yazmağa nail oldu. Bundan başqa gənc diplomat Rusiyayla İran arasında yazışmalarla tanış olmaq imkanına nail olmuşdu, kollegiyanın arxivindən lazımi materialları çıxara bilirdi; o əsasən Şərq ölkələrinin tarixinə, coğrafiyasına və iqtisadiyyatına aid ədəbiyyatı toplayıb öyrənməyə çalışırdı.

Sonrakı məktublarından göründüyü kimi, Qriboyedov A.Oleariyanın məşhur “Moskoviyaya və Persiyaya səyahəti” (1647) əsərilə, Malkolmun çoxcildli “Persiyanın tarixi” (1815), fransız səyyahı Şardenin Gürcüstan və Ermənistana səyahəti zamanı yazdığı qeydləri və başqa kitablarla yaxından tanış olmuşdu.

Qriboyedov xidməti yazılarla da tanış olmaya bilməzdi: o cümlədən V.Zubovun “Asiya ilə ticarətin ümumi görünüşü”, N.Mordvinovun- İranla ticarət barədə yazılarıyla maraqlanmışdı.

A.S.Qriboyedovun diplomatik fəaliyyətə başlanğıcı zamanı Rusiyayla İran arasında münasibətlər 1804-1813 illərdə aparılmış müharibə nəticəsində imzalanmış “Gülüstan sülh müqaviləsilə” tənzimlənirdi. Barışıq haqqında danışıqlar İran ordusuna başçılıq edən şahzadə Abbas Mirzənin təşəbbüsüylə hələ 1812-ci ildə başlamışdı və elə İran tərəfinin arzusu ilə də dayandırılmışdı. Danışıqlar 1813-cü ilin yayında İran ordusunun Əndəluz ərazisində ağır döyüşlərdə təslim olduqdan sonra, yenidən bərpa olunmuşdu. Danışıqların nəticəsində “ Hər tərəfin bu vaxta qədər mövcud olduğu öz torpaqlarında, xanlıqlarında və əyalətlərində qalması” qərara alınmışdı.

Gülüstan sülh müqaviləsi əsasında Rusiya İmperiyasına daxil olan Dağıstan, Gürcüstanın böyük hissəsi, həm də Qarabağ, Gəncə, Şəki, Şirvan, Quba, Dərbənd, Bakı xanlıqları və Talış xanlığının böyük hissəsinin Rusiya imperiyasına tam daxil edilməsi qərara alınmışdı.

Müqavilənin beşinci bəndində “Xəzər dənizi ərazisində Rusiyaya məxsus gəmilərin hərbi bayrağının tam sərbəstliyi nəzərdə tutulur, İran ticarət gəmilərinə isə Xəzərdə üzərək Rusiya sahillərinə yan almaq hüququ” verilmişdi.

İki ölkə arasında ticarət münasibətləri müqavilənin VIII, IX və X bəndlərilə tənzimlənmişdir. Həm Rusiya həm İran tacirləri azad ticarət etmə hüququnu qazandılar. Rus tacirləri gömrük rüsumundan və daxili idxal vergilərindən azad edilir. İdxal edilən mallara qoyulan rüsum onun dəyərinin 5 faizini təşkil edirdi.

İran tərəfinin təkidi və tələbi nəticəsində müqaviləyə xüsusi -İran şahının öz səfiri vasitəsilə Rus imperatoru ilə birbaşa əlaqə yaratmaq hüququnu nəzərdə tutan akt əlavə olunmuşdu. Ancaq 1814-cü ilin yayında Peterburqa getmiş İranın fövqəladə səfiri Mirzə Əbülhəsən xan, hətta ingilis səfirinin vasitəçiliyinə baxmayaraq, heç nə əldə edə bilməmişdi və onun I Aleksandr ilə görüşü ancaq 1815-ci ilin sonunda baş tutmuşdu. Ancaq bu görüşün də vilayətlərin sərhədlərlə bölünməsi məsələsində heç bir əhəmiyyəti olmamış, sülh sazişinin özü isə 1815-ci il sentyabrın 15-də Tiflisdə ikitərəfli imzalanma mərasiminin keçirildiyinə baxmayaraq, uzun müddət xalqa elan edilməmiş qalmışdır.

Bütün mübahisəli məsələləri həll etmək və iki ölkə arasında mehriban qonşuluq münasibətlərini yaratmaq məqsədilə İrana xüsusi səlahiyyətlə general Yermolov ezam olunmuşdu. O İranla birlikdə Türkiyəyə qarşı müştərək birlik yaratmaq, ingilis təsirinə müqavimət göstərmək və İranda Rusiya səfirliyini yaratmaq tapşırığını almışdı.

İran hökuməti ingilislərin təsiri altında müxtəlif bəhanələrlə bu təklifləri rədd edərək, Tehranda ancaq kiçik nümayəndəlik yaratmağa razılıq verdi. Buradan İrandakı yeni diplomatik münasibətlərin qurulduğu bir dövrdə Rusiya nümayəndəliyinin, o cümlədən gənc diplomat A.S.Qriboyedovun qarşısında necə böyük və məsuliyyətli vəzifənin durduğu aydın olur.

1818-ci ilin avqust ayının sonunda missiyanın yola düşməsilə əlaqədar bütün hazırlıq işləri başa çatmışdı və Qriboyedov öz iş yoldaşı Amburgerlə birlikdə yola düşdü.

Bu səfərin bir aydan artıq müddətini onlar yola sərf etdilər, sərt Qafqaz onları ancaq oktyabr ayının ortalarında qarşıladı.

Mozdokdan Tiflisə qədər məsafəni qət edərkən, Qriboyedov təbiətin gözəlliyi barədə məftunluqla yazırdı: “İşıqlı bir gündür. Qarlı dağların zirvələri buludlar arasından işıq saçır; onların rəngi mavi ilə qarışıq açıq-buludludur. Terek çox sürətlidir, burada keçid var...”.

Terekin sol sahili boyunca Yekaterinoqrad qəsəbəsindən başlayaraq çayın ağzına qədər, üzük qaşı ətrafındakı kimi birləşən sərhəd istehkamları yaratmış çoxlu kazak qəsəbə və kəndlərindən ibarət “Qafqaz xətti” keçirdi. Mozdok da bu “xəttə” daxil idi və buradan sonralar “Hərbi-Gürcüstan” adıyla məşhurlaşmış Gürcüstana doğru yol başlayırdı.

Birinci keçidin sonuna yaxın Qriboyedov Mozdokun birinci dayanacağında Qabarda səngərinə gəlib çatmışdı. Bu yolun çox qorxulu vəziyyətdə olduğuna görə bu səngər “həm gəlib-gedən ağalar, həm də mal aparıb-gətirən tacirlər üçün nəzərdə tutulmuş,” içərisində kazarmalar və iki qonaq məhəlləsi yerləşən bir istehkam idi.

İkinci keçid səhər səngərdən çıxmaqla başlayır. “Getdikcə daha çox dağlara qalxırıq, yol çox sürüşkəndir, palçıqlıdır, hər tərəfə şaxələnir, nəhayət, sonda meşəyə çevrilən kolların sıxlığı daha da artır. Fəsillər bir-birinə qarışır; istidir və mən soyunuram; sonra soyuq olur, üstdəki yarpaqların üzərində don yatır, yaşıllıqlar bir-birinə qarışır.”

Üçüncü keçid zamanı səyyahlar Vladiqafqaza çatırlar, dördüncüdə - Dəryal dərəsində gecələməli olurlar. Qriboyedov yazırdı: “Daryalda gecə: - həddindən artıq hündür qayalıqlardan adam dəhşətə gəlir, Terekin səsi gəlir, kazarmalarda gecələməli oluruq”. Terekin ən dərin yeri olan dərənin uzunluğu 15 verst təşkil edir (1 verst=11/15 km-ə bərabərdir). Dəryal (Dəri alan), yəni “Alan qapıları” uzun əsrlər boyu şimal istiqamətdən Zaqafqaziyanın cənub bərəkətli vadilərinə keçid olmuşdur. Qələmə aldığımız dövrlərdə burada kazarmalarla təchiz olunmuş istehkamlar mövcud olmuşdur, onların izləri indi də qalmaqdadır. Səyyahlar Kazbeki, Sion kəndlərini keçib böyük çətinliklərlə Xaç dağına çatırlar. Xaç dağından enəndən sonra (indiki Mleti-yə doğru yolundan fərqli olaraq) Şeytan dağı adıyla məşhur olan dar vadiylə aşırımın ən hündür zirvəsi olan Hud dağına (2740 metr) dırmanmaq lazım idi. Yol Hud dağına dırmanaraq Qafqazın ən hündür zirvələrinə aparırdı. Qriboyedov deyirdi: “Təəcüblənirəm ki necə olur bizim balaca faytonumuz və yük arabamız dərəyə yuvarlanmır?.” Sonra böyük yoxuş - enmə başlayırdı. Dörd verst boyu Kayşaur gözətçi postuna qədər yol sıldırım ziqzaqlarla aşağıya doğru gedir. Gözətçi postundan başqa rabitə dayanacağı olan Kayşauri kəndindən yol Araz çayından keçərək Kvişeti kəndinə doğru aparır, bununla da dağ yollarıyla keçid sona çatır.

Qriboyedovun diqqətini “Gürcüstanın gur təbiətinin gözlənilməyən şən mənzərəsi, qalaların görünüşü, gürcülərin valehedici səhər nəğmələri” cəlb edir. Qriboyedovun Gürcüstan təəsüratları şairin təkcə yol yazılarında deyil, həm də “Ağıldan bəla” əsərinin birinci redaksiyasında əks edilmişdir. Belə ki 4-cü pərdədəki monoloqunda əsas qəhrəman olan Çatskiy (10-cu görünüş) müqayisə edərkən Qafqaz dağlarındakı dağıdıcı uçqunun sürəti və qüvvəsini misal gətirmişdir:

Mən elə dağ görmüşəm ki, uğultulu qar uçqunu qayaları qoparır, Qarlı qaya yıxılarkən hər bir şeyi ovuclayır, həm özüylə aparır, Xırdalayır, daşı külə döndərir, ətrafı da guruldadıb həm dəhşətə yetirir”.

Ancaq Qriboyedov təkcə Qafqazın təbiətinin gözəlliklərini görmürdü: xalqın həyatının ağır tərəfi, çar məmurlarının özbaşınalıqları, ərzaq məsələlərinə cavabdeh olan “vaxtında çörəyi almayıb onun ucuzlaşmasını gözləyən komissarlarının alçaq tamahkarlıqları” onun gözündən yayınmırdı. “Vaxt gedir, onlar qış aylarında uzaq kəndlərdən donmuş çörəyi minlərlə kəl arabalarına yükləyirlər, vaxtında qidalanmayan kəllər acından yolda qırılırlar. Toz sataraq pul qoparırlar. Əhali xəstələnir, ordudakı əsgərlər də vaxtlı-vaxtında qidalanmırlar”.

Qriboyedovun Tiflisə birinci gəlişi uzun çəkməmişdi: O Gürcüstanın paytaxtına 1818-ci il oktyabrın 21-də gəlib 1819-cu il yanvarında oradan İrana yola düşmüşdü.

O günə kimi Tiflis hələ Ağa Məmməd xanın dağıdıcı hücumundan tam özünə gəlməmişdi. Şəhərdə o zaman orada yerləşdirilmiş ordu hissələri ilə birlikdə 40 min əhali yaşayırdı. Şəhərin bir çox yerlərində əvvəlki küçələrin yerində ya boş sahələr, yaxud keçmış divarların dağıntıları görünürdü. Əhali üç min evlərdə yaşayırdılar ki, onların da ancaq üçdə biri yaşayış üçün yararlı idi. Tiflisin əhalisi Kür çayının sol sahilində, əvvəllər düşmənlərin vaxtaşırı hücumuna məruz qalan hissəsində yurd salmaqdan ehtiyat edərək, əsasən şəhərin mərkəzi hissəsində yerləşirdilər. Əhalinin darısqallığı bir qədər də burada saxlanılan ordu hissələrinin yerləşdirilməsi, əsgərlərin böyük hissəsinin şəhər əhlinin evlərində məskunlaşması səbəbindən baş verirdi. Bunların hamısı başçıları şəhəri tikintilərlə genişləndirməyə vadar etmişdi. Həmin illərdə daşdan hörülmüş kazarmaların, ordu qərargahı binasının, ərzaq anbarının tikintisinə başlanmışdı. Şəhərdə yerləşən sarayın yenidən qurulmasına da həmin illərdə başlanmışdı.

Bu mənada Qriboyedovun “Vətən oğlu” (“Sın oteçestva”) redaktoruna 21yanvar 1819-cu ildə yazdığı məktubda “şəhər yeni binalarla xeyli gözəlləşir” yazdığı sözlər tam haqlı idi. O öz məktubunda Tiflis barədə təəssüratını bölüşürdü. “Bazarın üstüörtülü küçələrində sənaye çoxlu insanları toplayır, bəzilərini satış üçün, başqalarını –alış üçün...karvan -saraya isə zəhmətlərinin bəhrəsini, İmeretiyadan keçirərək Qara Dəniz vasitəsilə gətirilən bəzək əşyalarını gətirirlər. Şəhərin kənarlarında Virtemberq köçkünləri[1] heç nədən çəkinməyərək yurd salırlar...”.

Tiflisdə olduğu müddət ərzində Qriboyedov təkcə idarəetmə aparati məmurları ilə deyil, həm də yerli əhali arasında tanışlıqlar yaradır.

Qriboyedovun Tiflisə gəlməyi barədə xəbər yayılan kimi Tiflis ətrafında yerləşdirilmiş Nijniy Novqorod draqun (yarım atlı) alayının zabiti Yakuboviç, N.N.Muravjevdan əvvəlcədən onun sekundantı olmasına razılığını alaraq, Tiflisə tələsdi. Vaxtilə Peterburqda baş tutmayan duel oktyabr ayının 23-nə təyin olunur. Rəqiblər aradakı səddə yaxınlaşdıqda Yakuboviç zarafatla: ”Sən fortepianoda çalmağı sevirsən, bax bundan sonra çalmayacaqsan” deyərək bilərəkdən rəqibin əlini nişan götürdü. Güllə əzələni yaralayaraq sol əlin çiçələ barmağını götürdü. (sonralar məhz bu əlamətə görə Tehranda Qriboyedovun meyitini ayırd etmək mümkün olmuşdu). Atmaq növbəsi Qriboyedova çatdı, onun atdığı güllə Yakuboviçdən yan keçir.

Baş vermiş duel barədə məlumatın yayılmaması üçün bütün tədbirlərin görüldüynə baxmayaraq, bu hadisə bütün şəhərə bəlli olmuşdu. Yakuboviçi “qaupvaxtaya” saldılar və qulluq etdiyi məskənə göndərdilər, Qriboyedovu isə məsuluyyətli vəzifə xidmətinə görə bağışladılar. Qavqazda Rusiyanın baş rəisliyini həyata keçirən Yermolovun Tiflisə qısa ekspedisiyadan qayıdışından sonra o Qriboyedovu yanına çağıraraq onu duelə görə dostcasına tənbeh etdi. Ancaq qəzəb çox uzun çəkmədi. Yermolovun təşkil etdiyi təntənəli axşam tədbirinə Qriboyedov da dəvət olunmuşdu. O özünün xoş rəftarı, şənliyi və hazırcavablığıyla hamını heyran etmişdi. Bu axşamda Qruboyedov Tiflisin köklü ziyalı vətəndaşlarıyla tanış olmuşdu. Onlar fasilələrlə şairi öz evlərinə dəvət edir, onun şərəfinə müxtəlif ziyafətlər, yığıncaqlar təşkil edir, özünün dediyi kimi, “həmin tədbirlərdə o rəqs etməyi kart oynamaqdan daha üstün tuturdu”. Səsli-küylü kübar həyata baxmayaraq 21 yanvar 1819-cu il Qreçə göndərdiyi məktubdan göründüyü kimi, Qriboedov özünü heç də şən hiss etmirdi. İrəlidə onu naməlum həyat gözləyirdi.

Şimali Qavqazda “Qroznaya” qalasını inşa etdirən Yermolov, uzun müddətə uzaqlaşmışdı, bu səbəbdən nümayəndəlik Tiflisdə yanvarın sonuna qədər qalmalı olmuşdu.

Bu günlər ərzində Qriboyedov diplomat kimi Qavqazdakı vəziyyətə dair mediada çap edilmiş məqaləyə rəsmi etiraz yazmalı olmuşdu. Bu barədə o “Vətən oğlu” (“Sin Oteçestva”) nəşriyyatına göndərdiyi məktubda yazırdı “Əyər məqalədə yazılan məsələ mənim bir Asiya İqamətgahı nəzdində tutduğum vəzifə üçün çox vacib olmasaydı, mən qəzet səhvlərini düzəltmək kimi səmərəsiz işlə məşqul olmağı boynuma götürməzdim”. 1819-cu il yanvarın 28-də diplomatik nümayəndəlik Tiflisdən təyin olunmuş məkana yola düşdü.

Tiflisdən Təbrizə köçün getməsi bütün təfərrüatıyla Qriboyedovun S.Beqiçevə göndərdiyi çoxsaylı məktublarında yazılmışdı. Nümayəndəliyin yola düşdüyi karvan 25 nəfər insanlardan, müxtəlif şəxsi əşyalar və şaha təqdim olunacaq hədiyyələrlə yüklənmiş çoxsaylı atlardan ibarət idi. Səyyahlar ən qısa yol olan Gürcüstanı Ermənistanla birləşdirən Dilican dərəsindən keçən yolu seçmişdilər.

Birinci olaraq Qriboyedovun diqqətini X11 əsrdə Xram çayının üzərində Kürə tökülən hissəsinin yaxınlığında qırmızı kərpicdən yarımdairə şəklində hörülmüş, onun dediyinə görə “gözəl memarlıq əsəri “ olan və rənginə görə “qırmızı körpü” adlandırlmış körpü cəlb etmişdi.

Bu körpüdən keçənlərin hamısını onun gözəlliyi, möhkəmliyi, hər iki başında geniş karvansaraların olması məftun edirdi.

Böyük körpüdən bir qədər aralıqda başqa, nisbətən kiçik ölçülü körpünün tikildiyi də gözdən qaçmamışdı, bu da Qriboyedovda sual doğururdu: “Nə üçün belə yaxınlıqda, nə üçün inşası başa çatdırılmayıb, nə üçün belə kiçik bir çayın üzərindən belə körpülər tikilirdi, halbuki Strabonun “Tsiruqa” adlandırdığı Kür çayının üzərində belə tikili yoxdur?”

Müşahidəçilik qabiliyyəti və ətrafa diqqətli maraq gənc diplomatı başqalarından fərqləndirirdi. Ancaq bir narazılığını yazırdı: - “ Bir bəla var ki, bu vilayətlər barədə heç bir məlumatımın olmaması məni addım başı əsəbiləşdirir. Ancaq mən nə vaxtsa Şərqə gedəcəyimi fikirləşirdimmi?”

Akstafa çayı, Dilican dərəsi boyu Ararat dağının ətəklərinə qədər Qriboyedov nəzərini karvansaraların dağıntıları, iri dağ qayalarının, uçulub dağılmış qəsrlərin, qalaların üzərində saxlayır. O qeyd edir ki,”Yerevan ətrafındakı hündürlüklər Gürcüstandan xeyli yüksəklikdə yerləşir, və daha istidir”, “buradakl düzənliklər arxada qalmış dərələrdən və hündürlüklərdən daha darıxdırıcıdırlar “, buradakl – fasad-(qabaq) hissəsi həyət tərəfə tikilmiş və daxildə müxtəlif naxışlarla bəzədilmiş evlər “arxa tərəfdən təbiətin rəngini qoruyan materiallardan tikilmişlər”.

Öz təəsüratları və hissiyatlarıyla bölüşərək Qriboyedov məktublarında yazırdı: “Bilmirəm nə üçün dünən yol boyu mənim başımdam gülməli faciəvi şeir heç yadımdan çıxmırdı: “ Du centre des deserts de I”antique Armenie”[2]

Bunun davamı olaraq şair əsrarəngiz təbiət mənzərəsinə heyrətlənir:

“...Sərhədsiz vadi üzərində üzən dumanın üzərindən qəflətən qarşımızda uzaqda iki dağ zirvəsi görünür,-- birincisi bizə yaxın olan qeyri-adi zirvəyə malikdir. Nə Stefan Tmind[3], nə başqa Qavqaz ucalıqları böyüklüyülə məni belə təəcübləndiməmişdi; onların hər ikisi horizontun böyük hissəsini tutmuşdu- bu iki təpəlı Ararat idi, dayandığımız yetmiş verstlik məsafədə bizi belə ovsunlamışdı və birinci dəfə idi ki belə məhtəşəm görünürdü. Hələ dünən onun zirvələri göy rəngdə idi. İlahi əfsanələr qarşısında heyrətlənən hər kəsin xatirələrindən başqa, bu dağın bircə görünüşü izah olunmayacaq təəcüblə insanı valeh edir. Mən uzun müddət hərəkətsiz dayanmışdım....”

Fevralın 3-də nümayəndəlik Yerevana çatmışdı və şəhər sərdarı Hüseyn xanın ətraf əyyanları tərəfindən qarşılanmışdı. O zaman Yerevan xanlığı müstəqil feodal bölgə olaraq İranın tabeçiliyində idi.

Rusiya hərbçilərinin Yerevana yürüşünün (1804 və 1807 il) bütün təfərrüatlarını dərindən öyrənən A.S. Qriboyedov, 1817-ci ildə rəsmi surətdə “Persiya bir zaman Arazla bizim aramızda yerləşən vilayətləri itirdiyini başa düşməlidir. O ilk olaraq oranı bizim əlimizə verməlidir” fikrini ərz edən Yermolovun bu məsələyə aid nəzər nöqtəsini yaxşı bilirdi.

Yerevan vilayətinin Rusiyaya birləşəndən sonrakı vəziyyətini öz xüsusi tədqiqatında İ.Şopen[4] təsvir etmişdi. Onun bir çox müşahidələri Qriboyedovun yol təəsüratlarıyla eynidir.

Şopen tərəfindən təsvir olunmuş Yerevanın görünüşü belədir: “Şəhərin görünüşü yekrəngli idi. Əyri, dar küçələr bir-birinə iti bucaq yaratmadan birləşirdilər. Çiy kərpicdən, kollardan, bir çox halda isə sadəcə palçıqdan yapışdırılmış iki sıra alçaq, formasız, bəzi yerlərdə alçaq, daima möhkəm qapalı qapılarla bölünən divarlar mövcuddur. Əsas yollar boyu balaca çay axırdı ki, onun suyu külli miqdarda arxlarla məhəllələrdəki baxçalara bölünürdü.. Evlərin daxili görünüşü daha yaraşıqlı idi: bir çox hallarda evlərin səliqəli, sahəsi daş döşəməli həyətinin mərkəzində daşdan hörülmüş hovuz və geniş baxçası olurdu. Bu üsulla tikilən evlər küçə tərəfdən diqqəti cəlb etməmək məqsədilə belə tikilir, evlərin üz hissəsi- “fasadı” isə həyətə doğru tikilirdi. Evlərin işıqlanması üçün həyət tərəfə iri ölçülü, yuxarıya tərəf açılan, müxtəlif rəngli şüşələrdən yığılmış “şəbəkələrlə” yığılan, otağa xüsusi gözəllik verən pəncərələr olurdu”.

Varlı vətəndaşların evlərinin otaqları səliqəli şəkildə suvaqlanır və Avropa saraylarının bəzəyi ola biləcək çözəl yapışdırılma naxışlarla bəzədilirdi. Peçlər yox idi, divarlarda onları əvəz edəcək qəşəng kaminlər- “buxarılar” hörülürdü, onlarda əsasən evə xüsusi gözəllik verirdilər, evi qızdırmaq üçün çox nadir hallarda istifadə olunurdu- vətəndaşlar adətən evləri manqallarda qızdırılmış kömürlə qızdırmağa üstünlük verirdilər.

Nümayəndəliyin Hüseyn xanla görüşü memarlıq üslubuyla səyyahların dərin təəcübünə səbəb olan sərdarın sarayında baş tutmuşdu. Sarayın gözəlliyini çox geniş, şəhəri isə qısa təsvir edən Qriboyedov ümumi rəylə tam razılaşaraq onu “erməni paytaxtı” adlandırırdı.

İnsanlarla ünsiyyətdə Qriboyedova tərcüməçi Şamir bəy, doğrusu onu müşayiət edən, Qavqazda baş komandanın diplomatik dəftərxanasında xidmət edən Şamir Firudin oğlu Məlik-Bəylərov yardım edirdi.

Qriboyedov ilk vaxtlar vaxtın məhdudluğu səbəbindən müşahidələr aparmaq və yerli adət və ənənələr barədə fikir söyləmək üçün çətinliklər çəkməsinə baxmayaraq, yenə də yazılarında iradlarını çox dəqiq əks etdirmişdir.

Hüseyn xan tərəfindən torpaqdan əldə olunan hər bəhrənin böyük hissəsini öz əlinə aldığı Qriboyedovun gözündən yayınmamışdı, xan öz əlindəkini satmamış heç bir tacirə alver etməyə başlamaq ixtiyarı verilmirdi. Qriboyedovun zənniycə, bu vəziyyət təkcə daxili deyil, həm xarici ticarəti də məhdudlaşdırırdı. O zaman Yerevan səkkiz karvansaraya malik iri ticarət mərkəzi idi. İrana doğru aparan ötürücü tranzit xətti bu şəhərdən keçirdi. Burada Şaha ödəmək üçün adi vergi sistemi yox idi,ancaq Qriboyedovun qeyd etdiyi kimi, “Şah özü elə bir vergi nəzəriyyəsi quraşdırmışdı ki,mən onun tabeçiliyində olanların bu nəzəriyyədən razı olduğuna inanmıram.”

İnsanların alçaldılmış şəxsiyyətlərinə baxdıqda, Qriboyedov başa düşürdü ki, “sərdarın mənfəəti hamının mənfəəti demək deyil, ətrafda quldarlıq və geniş vüsat almış özbaşınalıq hökm sürür”.

Proqressiv dünyagörüşünə malik insan olan Qriboyedov despotizmi, haqsızlığı tez anlamışdı. “ Bu kor-koranə quldarlıq yaltaqlığı fasiləsiz olaraq bəyə, xana, bəylərbəyə, kaymaqama (əyalət valisi) qədər aşağıdan yuxarıya doğru getməkdədir. Bu yaxınlarda bir vilayət rəisini 30 il çalışdığına, bəyaz saqqalına və əliquranlı olmasına baxmayaraq məhkəməsiz dabanlarına döyürdülər. Avropada isə hələ özlərinə konstitusiya da qazanmamış xalqlarda hamının fikrincə günahı olana belə mütləq məhkəmə qurmaq tələb olunur, və həmin məhkəməyə də hörmət edilir. Məhkəmələr düzmü, əyrimi, yaxud istədikləri kimi deyil- tələb olunduğu kimi qərar çıxardıqda, məhkum olunan özünə bəraət tələb etmək hüququna malikdir. Persiyanın sərhəddindən keçməyim cəmi bir neçə gün olduğuna baxmayaraq, hələ ölkə daxilinə çatmamış bir neçə belə hadisəylə rastlaşmışam”.

Hüseyn xanla bəzi məsələlər barədə qısa diplomatik söhbət nəticəsində Qriboyedovun “əlahəzrətin hərtərəfli haqlı olmadığı” barədə qərarına gəlməsinə səbəb oldu. Məsələn, fikir müxtəlifliyi Qavqazın başqa vilayətlərindən yerli vətəndaşların İran ərazisinə köçməsinə sövq edilməsi, tacirlərin sıxışdırılması və b. məsələlər də mövcud idi.

Elə birinci rəsmi görüşlərdəki riyakarcasına gülərüzlülük, göstərmə hörmətlilik və İran əyyanlarının boşboğazlığı Qriboyedovda müəyyən təsəvvür yaratmışdı. “Bu nə şişirtmələrdir (ifratdır)? - deyə o öz fikrini bildirirdi, - Mənəviyyatçıların həmişə mənəviyyatın korlanmasında ittiham etdikləri Avropada heç kəs belə utanmaz şəkildə yaltaqlanmır!! Can, Ürək, Hissiyat sözləri burada gənc gözəllərə həsr olunan albom şeirlərindəkindən qat-qat artıq tətbiq olunur!”

Göstərmə hörmətin nümunəsi kimi Qriboyedov belə bir hadisəni misal gətirir: Mazaroviçlə söhbət əsnasında Məhməd bəy ərz edib ki, əyər qonaq şənlənmək xətrinə burada iştirak edən bütün nökərlərin, hətta bəyin öz qardaşının başını kəsmək istəsə belə - ev yeyəsinə böyük zövq vermiş olarmış (?!).

Qriboyedov burdakı saray əhlinin dəbdəbəli təriflənmə adətini qeyd edərək yazır ki,”onların tarixçiləri də məddahdırlar”. Q belə bir misal gətirir: saray şairlərinin başçısı Məlik əş Şüari (Şairlərin Məliki) fəxri adına layiq görülmüş Fəth-Əli xanın ağzına şah bircə tərifnamə şeirinə görə bir ovuc brilliantın qoyduğunun şahidi olmuşdur.

Qriboyedovun bu müşahidələrinin və ifadələrinin arxasında, hər fikrini sərrast və ləyaqətlə izah etməyi bir vəzifə kimi qarşısına qoymuş ifşaedici şair, bacarıqlı diplomatın durduğu hiss olunur.

Yerevanda A.S. Qriboyedov dörd gün qaldı. O elə o vaxtdan əlyazmalar şöbəsinə malik zəngin kitabxanasıyla məşhur olan Eçmiadzin məbədinə getməyi də nəzərdə tutmuşdu, ancaq kəskin soyuqlar onun yolunu dəyişib bu arzusunu yerinə yetirməyə imkan vermədilər. Fevralın sonuna Qriboyedov nəhayət Naxçıvandan keçərək öz vəzifəsini icra edəcək məkana- Təbriz şəhərinə gəldi.

İrandakı Rusiya nümayəndəliyi İngilis nümayəndəliyi kimi daima – Azərbaycan vilayətinin o vaxtkı baş şəhəri, şahzadələrin yaşadığı, o zamanlar isə şahın oğlu, bütün xarici siyasətə başçılıq edən Abbas-Mirzənin yaşadığı Təbrizdə qalmalıydı.

Qriboyedovun Təbrizdəki ilk günlərinin təəsüratları barədə onun Beqiçevə yazdığı çox təəcüblü dərəcədə qısa, konkret və lakonik məktublarından bilmək olar:Çoxlu sayda Bazarlara və karvansaraylara sahib olan Təbriz. Görüşlər, hörmətlə qarşılanmalar. Fətəli xan yerli başçıdan çəkinir. Ser Robert Porter. Şahzadənin gəlişi, təntənəli başçəkmə, ingilislər- bizim Persiya ilə münasibətlərdə mənim onlar barəsində mülahizəm. Tiflisdəkilərlə müqaytisədə hamamlar və iqlim. Donmuş meyvələr. Müsiqi və rəqslər.”

“Fətəli xan yerli başçıdan çəkinir” deyilən sözlər Qriboyedovun tez bir zamanda diplomat roluna daxil olduğuna və şəraitə uyğunlaşdığına dəlalət edir. Fətəli xan Təbrizin hərbi qubernatoru idi. Ağa Məhəmməd şahın əmrilə öldürülmüş Hədəst xan Rəştlinin oğlu olan Fətəli, Abbas Mirzənin yaxın qohumu idi. İran Azərbaycanında ən yüksək vəzifə, yəni vilayətin başçısı – qaymakam vəzifəsini daşıyan, şahın xüsusi etimadına malik və Abbas Mirzəyə güclü təsiri olan Mirzə Bezyurk idi. Fətəli xanla Mirzə Beyurk arasındakı gərginliyə səbəb, Qriboyedovun qeyd etdiyi kimi, Fətəli xanın Rusiyaya olan hörməti, Bezyurkun isə əksinə -kəskin nifrəti və düşmənçiliyi olmuşdur. Sonralar Rusiya - İran müharibəsi günlərində (1826-1828) Fətəli xan rus ordusunun hərbi komandanlığı ilə gizli münasibətlərdə olmuşdu.

Hələ yol üstü Yerevanda olarkən, Qriboyedov sərdarın sarayında daima hər şeyə qarışan, hamıya göstəriş verən ingilis nümayəndəsinin olduğunu qeyd etmişdi. Qriboyedov yazırdı : “O bizi son dərəcə darıxdırır, bəzən bilmirik ki ondan necə yaxa qurtaraq”.

İngilis zabiti burada İran nizami ordusu batalyonlarına təlim keçir və ingilis -“albion”[5] təlimatlarını fars dilinə tərcümə etməklə məşqul idi.

Qriboyedov sonralar da iranlıların ingilislərin yardımı ilə avropa sayağı ordu yaratmaq cəhdlərinə fikir vermişdi. Məlumdur ki, bu cəhdlər müvafiq sosial-iqtisadi bazanın olmaması səbəbindən baş tutmamış, ancaq Avropa hərbi sisteminin kor-koranə təqlid edilməsinə çevrilmişdi. Sonralar İranda baş tutmayan hərbi- təşkilatçılıq reformalarının aparılmasını təhlil edən Engels yazırdı: ” Persiyada hərbi təşkilatçılığının Avropa sistemi Asiya barbarlığına peyvənd edilmişdi”[6].

Təbrizə gəldikdə Rusiya nümayəndələri hər addım başı ingilislərin İran rəhbərlərinə təsiri faktlarını qeyd edirdilər.

Təbrizdəki İngilis nümayəndəliyini orada ailəsilə birlikdə yaşayan kapitan Villok, Abbas Mirzəyə təsirilə məşhur olan mühəndis-polkovnik Montis, həkim Kormik və başqalarılə təmsil olunurdu. Rus nümayəndələrinin ingilislərlə diplomatik normalara uyğun olan dostluq münasibətləri qurulmuşdu. Təbrizdə zahirən xoş qarşılandıqdan bir qədər sonra nümayəndə heyəti şahla görüşmək və, adəti üzrə qəbul olunduğu kimi, ona hədiyyələr təqdim etmək məqsədilə, Tehrana yola düşdü.

Tehranda onları daha artıq səviyyəli dəbdəbə ilə qarşıladılar və Fətəli xanla görüş vaxtı təyin olundu. Şahın yanında avqusta qədər qaldığı müddətdə Qriboyedov bütün saraylarla, şahın ətrafındakılarla yaxından tanış olmaq, şahın yay sarayında- Sultaniyyədə olmaq, yerli adət və ənənələri öyrənmək imkanını əldə etdikdən sonra, yenidən Təbrizə qayıtdı.

Zəmanəsinə görə bu şəhər xeyli səliqəli görkəmə malik idi. Bundan əlavə o hərbi nöqteyi-nəzərdən də möhkəmlənməkdə davam edirdi. 1817- sonrdan 1827 -cu illərdə Təbrizdə olmuş N.N.Muravyev öz “qeydlərində” yazırdı: “Təbrizin əhalisi çoxdur; mən zənn edirəm ki burada 70-90 min adam yaşayır. Farsların sənayeyə və alverə qabiliyyətini nəzərə alaraq bu şəhəri varlı adlandırmaq olar. 1817-ci ildə bizim nümayəndəliyimiz Persiyaya getdiyi zaman Təbriz açıq şəhər idi və onun divarları möhkəm istehkamlara oxşamırdı; ancaq 1827-ci ildə bu paytaxt şəhəri artıq tam mükəmməl bərkidilmiş bir istehkam olmuşdu....” Ordu təlimatçılığına və ən məsuliyyətli hərbi vəzifələrə Abbas Mirzə xarici zabitləri dəvət etmişdi. Beləliklə Təbrizdə Abbas Mirzənin iqamətgahında təşkil etdiyi müxtəlif görüşlərdə tez-tez toplaşan xaricilərin yaşadığı böyük məhəllə yaranmışdı.

Qriboyedov, İran şahzadəsi Abbas Mirzənin ətrafındakılardan Azərbaycan vilayətindəki xristianların idarə olunmasını tapşırdığı Ağa Əlı bəy Yenikolopovu xüsusi qeyd etmişdi.

Vəzifəsilə əlaqədar bir çox təxirəsalınmaz tapşırıqların olduğuna baxmayaraq, Qriboyedov İrana ilk gəlişində yeni ölkə əhalisinin həyat tərzi və xüsusiyyətlərilə yaxından tanış olmaq, çoxsaylı təəsüratlarını nizama salmaq imkanından istifadə edə bilmişdi. Onu həm təbiət, həm insanlar, qədim rəvayətlər, xalq inancları, qədim və ona müasir olan ədəbiyyat maraqlandırırdı. Yollarda dayandıqca o müxtəlif məlumatları toplayır , ös təəsüratlarını cəmləşdirirdi.

Təbrizdə Qriboyedov fars və ərəb dillərinin, Şərq ölkələrinin tarixini, öyrənməsini davam edir, və tezliklə bilik səviyyəsini göstərmək məqsədilə öz dostu P.A.Kateninə ərəb dilində məlum deyimi yazır: “Ölkələrdən ən pisi dostunun olmadığı yerdir!”.

Qriboyedovun diplomatik fəaliyyətinin əsas məsələsi Rusiyayla İran arasında uzunmüddətli ticarət münasibətlərinin qurulması idi. Xarici İşlər Naziri Nesselrode tərəfindən imzalanmış, bəzi iradlar əlavə olunmuş təlimatda “İranın özündə bir sıra dəqiq məlumatların toplanmasının vacib olduğu” göstərilirdi:

1) Xanlıqların, şəhərlərin, kəndlərin, xalqların sayı və hər xanlığın idarə olunduğu üsul idarəsi barədə məlumatlar.
2) Vergi yığılma növləri.
3) Persiyada hansı ərzaqlar əsas hesab edilir və hara göndərilir.
4)Yollar barədə məlumatlar.
5) Hansı məntəqələrdə bizim ticarət idarələrini yerləşdirmək daha səmərəli və sərfəlidir. Və s.

Təlimatda belə qeyd də var idi: “Hər məkanda bu təlimatda nəzərə alınmamış daha çox növlər, bölünmələr ola bilər”.

Yermolov sərt və qətiyyətli siyasət aparmağı məsləhət gördüyü halda, Xarici işlər Kollegiyası yumşaq “elastik” siyasət aparılmasını məqsədəuyğun hesab edirdi. Belə vəziyyət nümayəndəliyi “ikiüzlü “ vəziyyətə salmış olurdu.

Müvəqqəti böyük nüfuz sahibi Arakçeevin namizədi olan Yermolov nazirlikdən çıxan sənədlərə fikir vermirdi. Belə ki, İrana yola düşməzdən əvvəl (1817 il) Abas Mirzə ilə gələcək Şah kimi rəftar edilməsi barədə göstərişin verildiyinə baxmayaraq (şahlığa namizədlik barədə Gülüstan müqaviləsində xüsusi maddədə qeyd olunmuşdu) o öz bildiyini etmişdi. İrana gəldikdən sonra o şahın böyük oğlu, vərəsəlik uğrunda mübahisə aparan Məmmədəli Mirzəylə gizlin danışıqlar aparmışdı. Yermolov bunu gələcəkdə Abas Mirzə şah olduqda, ona qarşı çıxmaq məqsədilə etmişdi.

Siyasi hesablamaları qurarkən Yermolov heç də həmişə müəyyən olunmuş baxışlara reayət etmir, Abbas Mirzə məsələsində və bir neçə başqa hallarda olduğu kimi, rəyini bir neçə dəfə dəyişirdi. Yermolovun xarici siyasətə münasibətində belə hadisələrlə ilk növbədə Qriboyedov hesablaşmalı olurdu. Yermolovdan asılılıq Qriboyedovun diplomatlık vəzifəsində elə ilk zamanlardan özünü biryzə verirdi, xüsusən də bu münasibətlər rus hərbi əsirlərinin İrandan çıxarılması məsələsində özünü qabarıq şəkildə göstərmiş oldu.

Qriboyedov özündən qabaq bu istiqamətdə aparılmış uğursuz danışıqlarının nəticəsi barədə məlumatlı olmasına baxmayaraq, 1819-cu ildə məqsədinə çatmasına nail oldu, İran iqtidarının müqavimətini sındıra bildi. Ancaq kiçik də olsa kəskin addımlardan çəkinən Xarici İşlər Kollegiyası “diplomatik məmurun belə addımın atmasına lüzum olmadığını” qeyd etmişdi.

İran iqtidarı hədə-qorxu, rüşvət və aldatma yolu ilə əsirlərdən ibarət xırda dəstələr təşkil edib sonradan onları “Rus batalyonu” adı ilə birləşdirmişdi. Yermolov İranda səfir qismində qulluq etdiyi dövrdə bu batalyonun buraxılmasını İran dövlətindən tələb etmiş və rədd cavabı almışdı.

İran Dövlətinin bu məsələdə dönməz qərarı öz daxili qüvvəsinin əsasında deyil, ingilislərin havadarlığı nəticəsində formalaşmışdı, onlar barəsində isə Qriboyedov özlüyündə artıq müəyyən rəy formalaşdırmışdı. Bunu onlara hiss etdirmək lazım idi. Mazaroviçin müəyyən tapşırıqla qısa müddətə Tehrana getməsindən istifadə edən Qriboyedov, Rusiya nümayəndəliyinə başçılıq edərək geniş fəaliyyət göstərməyə başlayır. Onun rəsmi xidməti məktubları zəmanımizə qədər gəlib çatmamışdır,ancaq baş qərargah rəisi Yermolovun onlara cavabından görünür ki, Yermolov Qriboyedovun fəaliyyətindən razıdır. 1820-ci ilin 29 sentyabr tarixli Yermolovun ona göndərdiyi məktubda yazılmışdı: “Siz mənə çox mənfəətli məlumatlar vermisiniz. Sizin xidməti fəaliyyətinizə hörmət etmək,eyni zamanda bu fəaliyyətin necə ağılla həyata keçirildiyini qeyd etmək mənə çox xoşdur....Mən kağızlardan görürəm ki, səlahiyyətli nümayəndənin iştirak etmədiyi bir dövrdə onun yaratdığı qaydalara tam rəayət olunduğunu qeyd və ancaq ədalətə rəayət edərək sizi tərifləmək qalır”.

Qriboyedovu belə qiymətləndirən Yermolov əlbəttə onun Villoka göndərdiyi kəskin notasını nəzərə alırdı. Rusiya nümayəndəliyinin sərbəst şəkildə Villoka kəskin nota göndərilməsi çox cəsarətli, şəxsən Qriboyedovun özü üçün riskli addım idi. Bu sənəd bir çox nöqteyi-nəzərdən maraqlıdır. O zəif İran Dövlətinə qarşı deyil, daha çox Rusiyanın Xarici İşlər Kollegiya rəhbərlərinin diplomatiya nöqteyi nəzərindən “müttəfiqlik” münasibətlərini saxlamaq öhdəsini yerinə yetirmək naminə xoş münasibətlər saxlamağa çalışdığı güclü ingilis müstəmləkəçiliyinə qarşı yönəlmişdi.

Qriboyedovun İngiltərənin səlahiyyətli nümayəndəsinə göndərdiyi Notası[7] belə başlayır:

“Aşağıda imzalayan Ümumrusiya İmperatorunun Persiya Dövlətində təmsil olunan Nümayəndəliyinin katibi Britaniya Kralının qeyd olunmuş ölkədə səlahiyyətli Səfiri cənab kapitan Villok barəsində heç də xoş olmayan məlumatı çatdırmağı borc bilərək ....”

Sonra məsələnin məğzi - artilleriya kapitanı Eduard Villokun (İngiltərənin müvəqqəti Səfirinin qardaşı) və onun nökərlərinin rus əskərlərini vətənə xəyanət etmək, hətta iki nəfər aldanmış əskərin Təbrizə aparılması kimi təxribatçı hərəkətləri barədə məlumat verilir.

Bəzi hallarda çar hökümətində qulluq edən hər kiçik bir günaha görə bütün sıra qarşısında addımlamağa, günəşin altında arxa çantasının altından keçməyə məcdur edilən, min cür cəzalara məruz qalan əskərlər, xidmətin ağır şəraitinə dözməyərək qulluq etdikləri hissəni tərk edib İran dövləti tərəfindən qurulmuş tələyə düşürlər. Belə əskərlər burada daha artıq formada əzab-əziyyət çəkməli olur və 1804-1813-cü illərdə baş vermiş İran-Rusiya müharibəsində İranlılara əsir düşmüş əskərlərin qismətlərini bölmüş olurdular.

“Aşağıda imza atan – deyə Qriboyedov davam etmişdi,- şəxsən cənab səfirin qardaşıyla tanış olduğumdan inanıram ki, o bu hərəkətlərilə ziyan vurmaq fikrində olmayıb, ancaq qısamüddətli, fikirləşmədən etdiyi hərəkəti nəticəsində ağır sonluqlar baş vermişdir. Hər halda cənab müvəqqəti Səfirdən xahiş olunur ki, Gürcüstana getməyə hazırlaşan başqa İngilis zabitlərinə, gələcəkdə açıq dünya miqyaslı problemlərin yaranmaması naminə, belə hərəkətlərdən uzaq olmaq tapşırılsın.

1) Müasir düşüncə vəziyyətinə əsasən Avropada belə fikir yarana bilər ki, bir rus ingilisə öz kralına qanuni xidmət etməkdən azad olunmasına yardım etmişdir, və əksinə.
2) Əyər hökümət nə vaxtsa baş vermiş hadisə barədə məlumatlı olsaydı, bəzən buradan Tiflisə gedən cənab İngilis zabitləri özlərinə, rütbələrinə layiq olduqları kimi qəbul olunmazdılar, bu da cənab Mazaroviç və onun işçiləri tərəfindən hər zaman məmnunluqla verdikləri təqdimatların haqlı olmadıqlarını göstərmiş olardı.
3) Rusiyayla dostluq münasibətlərində olan bir Avropa ölkəsi tərəfindən həvəsləndirilən və güzəştlik hiss edən İranlılar, belə münasibətdən ruhlanaraq düşmən tərəfinə keçən rus əskərlərinə qarşı mənfi qiymətləndirən münasibətdə özlərinə haqq qazandırmayacaqlarmı?

Yüksək zəkalı insanlara bircə izahedici kəlmənin deyilməsi kifayətdir ki, insanlar bir-birini düzgün başa düşsün və heç nə əlavə etmədən aşağıda imza atanın İngiltərənin Dövlət Səfirinə öz dərin hörmətini ifadə edir.”

Bu notanı alandan sonra İngilis Səfiri Villok öz ışçıləri Kormik və Xart-a Qriboyedovla görüşməyi və İngilis zabitinin hərəkətlərinə dair belə notanın verilməsindən peşmançılıq keçirdiklərini ona çatdırmağı tapşırmışdı, eyni zamanda onlar- əyər cənab Qriboyedov bu məsələni ona şəxsi görüşdə demiş olsaydı onu narahat edən şübhələr də vaxtında seyrəlmış olardı,-fikrini də ona çatdırmalı idilər, ünsiyyətin bu forması iki dost ölkə arasında mövcud olan sülhpərvər münasibətlərə daha uyğun olardı.

Cavab məktubunda Villok hər yolla öz qardaşını müdafiə etməyə çalışır. Onun əsas bəraət qazandırıcı dəlili ondan ibarət idi ki, Qriboyedovun “nökər” adlandırdığı şəxs əsla nökər deyil, Abbas Mirzənin xidmətçisi Sadıx bəydir. Şahzadə onu kapitan Villoka yolda müşayiət edən mehmandar kimi təqdim etmişdir. (məşhur insanları, əsasən xarici qonaqları- “mehmanları” yolda müşayiət edən şəxs belə adlandırılır).

İki əskərin Təbrizə gətirilməsi barədə məlumat isə, notada göstərilmiş başqa məlumatlar kimi, səfir tərəfindən tam inkar edilir. Ancaq nəticə etibarı ilə ingilis diplomatının heç də bütün bəhanələri rus nümayəndəliyi tərəfindən qəbul edilməmişdi.

Diplomatik fəaliyyətdə bu toqquşmadan sonra Qriboyedov özünün yol təəsüratlarında yazırdı: Avqustun 23. Əsrlər üçün çalışmalar. Qəzəb və dərd-qəm. “Bədbəxt vətəndaşlarımın yolunda başımdan keçərəm”. Əsir rus əskərlərini dəstəylə satırdılar, hər cür təhqir edirdilər. Onların taleində Qriboyedov Rusiyanın ləyaqətinə vurulmuş təhqiri görürdü və buna görə onların vətənə qaytarılması yolunda daha artıq qətiyyətlə çalışırdı.

70 nəfər əsir düşmüş əskərlərdən ibarət ilk dəstəni toplayaraq Qriboyedov onlarla birlikdə avqustun 30-da naib-sultan Abbas Mirzənin hüzuruna gəlmişdi. Bu görüş barədə bizim zəmanəyə Qriboyedovun öz şəxsi yazısı şəklində gəlib çatmış söhbət belə başlamışdı:

“İkinci dəfədir ki əskərləri şahzadənin hüzuruna gətirirəm, o onları bir-bir ibadətə aparır, rüşvət təklif edir, ancaq heç-bir uğur qazanmır,özündən çıxır.
Naib sultan: Siz nə üçün bura gələn başqa rus məmurlar kimi etmirsiniz? Onlar mənə ancaq öz tapşırıqlarını elan edirdilər.
Mən: Biz müqavilədə (Gülüstan müqaviləsi) nəzərdə tutulduğu kimi rəftar edirik .
Naib sultan:. Əyər Mazaroviç belə davam edəcəksə, onda gedin Təbrizə.
Mən: Biz öz xoşumuzla Tehrana gəlməmişik,sizin əmrinizlə gəlmişik.
Naib sultan: Siz bu hovuzu görürsünüzmü? Əyər oradan bir neçə damcı axarsa- çox böyük itki olmaz. Mənim Rusiyadan olan ruslarım da belədir.
Mən: Əyər o damcılar hovuza qayıtmaq istəyirlərsə, onlara nə üçün mane olmaq lazımdır?
Naib sultan:. Mən rusların vətənə qayıtmalarına mane olmuram.
Mən: Mən bunu aydın görürəm. Ancaq onların qapısını bağlayırlar, bizim yanımıza qoymurlar.
Naib sultan:. Onların bizdə nə işi var? Qoy mənə desinlər, mən bütün istəyənləri sizə qaytarım.
Mən: Bəlkə siz əlahəzrət belə hiss edirsiniz. Ancaq sizin ətrafındakılarınız başqa cür: onlar hətta bizim tabeçiliyimizdə olanları da öz tələlərinə salır, qızıl verməyi söz verirlər, müxtəlif məktublar atırlar və s.
Naib sultan:. Yalandır. Siz mənim xalqımı şərləyirsiniz. Bizdə hamı düzgün hərəkət edir.
Mən: Siz Əlahəzrət, görmək istəyirsiniz? Məndə sizin məmurların məktubları var.
Naib sultan: Bu sirr deyil. Bunu mən özüm onlara əmr etmişəm.
Mən: Çox təəsüf. Mən zənn edirdim ki bu işdən sizin xəbəriniz yoxdur. Siz bizim yalançılığımızdan narazısınız. Hanı, necədir, nədə ifadə olunur o yalan? Buyurun göstərin.
Naib sultan: Siz pul verib cür bə cür yalanlar pıçıldayırsınız.
Mən: Soruşun,biz onlara heç olmasa on manat vermişikmi? Pıçıldamağı isə heç vəchlə edə bilmirik, çünki bizim evlərimizə bitişik bütün tinlərdə qarovullar qoyulmuşdur. Onlar bizi bağlı qapı dalında saxlayırlar, biz heç bir-birimizlə bərkdən söhbət də edə bilmirik.
Naib sultan: Siz nə üçün özünüzü İngilislər kimi aparmırsınız. Onlar sakit səssiz-səmirsiz oturublar. Mən onlardan çox razıyam.
Mən: İngilislər və başqa heç kim bizə nümunə deyil.

Abbas Mirzəylə aparılan söhbəti Qriboyedov Rusiyanın İrandakı Nümayəndəliyinin tam müstəqilliliyini nümayiş etdirərək, Rusiyanın hörmətini qoruyaraq, həm diplomatiya sayəsində özünün fövqəladə qabiliyyətini nümayış etdirərək yüksək səviyyəli ləyaqətlə davam etdirirdi.

Qriboyedov yetmiş nəfər seçilmiş əskərlərlə yanaşı vətənə qayıtmaq arzusunda olan başqa rus əskərlərinin də siyahısını təqdim etdi. Onda Abbas Mirzə “batalyon” komandiri “Samson-xan” kimi tanınmış Samson Makintsevi dəvət etməyi əmr verdi, ancaq Qribiyedov vətən xainini görmək istəmədiyini bildirdi. “ O mənim nökərimdir”- deyə Abbas Mirzə öz yaxın adamını müdafiə etdi. Buna cavab olaraq Qriboyedov qəti cavab verdi: “O sizin lap generalınız da olsa mənim üçün o satqın Vətən xaini, şeytandır. Mən onu görməli deyiləm. “Abbas- Mirzəylə söhbətin sonunu Qriboyedov bir kəlmə ilə çatdırır. “Burda o çox hirsləndi, başladı mənə ağzına gələni yağdırmağa, mən ona ikiqat cavab verdim, o mənimlə artıq söhbətin uzanmasını istəmədi və biz ayrıldıq”.

Ancaq Qriboyedov fəaliyyətini dayandırmadı, o təkidlə rus əskərlərinin vətənə qaytarılması yolunda çalışırdı, və sentyabrın 4-də bir dəstə rus əsir əskərlərilə birlikdə Təbrizi tərk etdi. Vətənə qayıdanların sayı 150 nəfərdən ibarət idi. Onlar Tiflisə kimi bir neçə dağ keçidlərindən ibarət çətin və ağır yol qət etməlidilər. İran dövləti tərəfindən öyrədilmiş təxribatçılar onları daşa basırdılar. Ancaq indi heç nə vətənə qayıdan əsirlərə mane ola bilməzdi. Ruslar bu vaxta qədər bu yerlərdə heç vaxt səslənməyən mahnıları oxuyurdular : “Kak za reçenkoy sloboduşka”, “V pole dorojenka”, “Soldatskaya duşeçka , zaduşevniy druq” və başqaları.

Bu mahnılar Qriboyedov üçün zəhmətinə verilən ən böyük qiymət idi, və o yazırdı “İstər-istəməz gözlərim yaşarırdı....”.

Keçidlər təxminən bir aya qədər davam etdi. Qriboyedov bu yürüşdə bütün yol çətinliklərini əskərlərlə bölüşərək onları Tiflisə qədər müşayiət etdi. Yermolov bu zaman Çeçenistanda “ekspedisiyada “ idi . O bütün təfərrüatları öyrənmək məqsədilə Qriboyedovu yanına çağırıb ona təşəkkürünü bildirdi. 1817-ci ildən İran Dövləti tərəfindən kəskin müqavimətlə qarşılanan məsələnin uğurla həll olunması Yermolovu qane etmişdi. Qriboyedovun qaneçilik hissiyatı daha dərin idi. O əsir düşmüş əskərlərin simasında öz bəxtinin ixtiyarına buraxılmış, heç bir müdafiəsi olmayan sadə rus xalqını görür və xalqına olan məhəbbətinin təsiri altında hərəkət edirdi. Geriyə qayıtdıqda Mozdokdan Tiflisə kimi əvvəllər Yermolovun fövqəladə səfirliyi nəzdində xidmət etmiş və İrandakı vəziyyətlə yaxından tanış olan D. Bebutovla yol yoldaşı olmuşdu. Bebutov xatirələrində qeyd etdiyi kimi, A.S. Qriboyedov yol uzunu ona özünün çoxsaylı şeirlərini, o cümlədən o zaman hələ layihədə olan “Ağıldan bəla “ komediyasından parçalar oxuyurmuş.

Yolüstü Tiflisə gələn Qriboyedov bayramları burada keçirmiş, yeni tanışlıqlar yaratmış və yanvarın 10-da yoluna davam etmişdir. Təbrizə gedərkən o nəhayət çoxdankı arzusunu yerinə yetirərək Eçmiadzin kilsəsinə baş çəkir, onun görməli yerlərinə tamaşa edir, erməni kilsəsinin başçısı ilə görüşmüşdür. Monastırı seyr edərkən “burada 3 dəzgahlı mətbəənin mövcud olduğuna” diqqət yetirir. 1771-ci ildə katalikos Simeon tərəfindən əsası qoyulmuş mətbəə burada inşa edilmiş kağız fabrikilə birlikdə 1780-cı ilə qədər mövcud olmuşdur. Bu mətbəədə 30-a yaxın kitab, o cümlədən İosif Flaviyin “Tarixi”, Simeonun özünün “Əsərləri” çap olunmuşdu.

1820-ci il fevralın əvvəllərində özünü Qriboyedovun özü-özünü adlandırdığı “sərkərdan missiyanın katibi” kimi artıq Təbrizdə idi. Dostlardan uzaqlarda, ”oxumalı bir kəsin olmadığı” yeknəsək bir şərait artıq Qriboyedovu cana gətirmişdi və o Mogilevskiyə məktubla müraciət edərək onu bu “qulluqdan azad etməyi”, yaxud bu “qəmli ölkədən” çıxarmağı xahiş etmişdi.

Ancaq Təbriz həyatının şairin həyatına müsbət təsiri də var idi: O ciddi şəkildə çoxdan arzuladığı əsərin -“Ağıldan bəla” komediyasının yaradılmasına başlamışdı.

Qriboyedovun qaralama yazılarının arasından tapılmış məktubdakı (Təbriz, ,1820-ci ilin noyabrın 20-si) yazılar bunu təsdiq edir. Necə olur olsun, Qriboyedov artıq komediya üzərində işləyirdi.

Qriboyedovun yaradıcı şəxsiyyəti onun xidməti illərində, Rusiyada ictimai fikir irtica qüvvələri tərəfindən amansızcasına boğulduğu zamanda müəyyənləşmişdi. Ancaq satirik yazıçıya məxsus üsullarla mütləqiyyət quruluşuyla idarə olunan ölkənin dəhşətlərini bir qədər açıqlamaq mümkün, kobud istismarla mübarizə etmək olmurdu. Bir sıra məsələlər barədə yazıçı öz qabaqcıl baxışlarını, müstəqil mövqeini xidməti yazılarının vasitəsilə ifadə etmək imkanını əldə edirdi. Onunla bərabər Mazaroviçi yaxından daha çox tanıdıqdan, onun Nümayəndəlikdəki vəziyyətinin ikimənalı olduğunu hiss etdikdən sonra, Qriboyedov İranda olmağından getdikcə daha artıq sıxılırdı.

A.İ.Rıxlevskiyə məktubunda şair yazırdı: ”Persiyanın yalanları və mənasızlıqlarının axtarışları daxilində Simon Mazareviçin və onun xaçpərəstlərinin siyasi mövcudluğu çox xırda görünür. Bu nə həyatdır ?!”. Buna baxmayaraq, Qriboyedov Türkiyə ilə İran arasında İngiltərənin xarici siyasi hesablanmalarını qarışdıracaq müharibənin yaranması məsələsində diplomat kimi qeyri-adi qabiliyyətini biruzə verə bilir.

İngilislərin İrana güclü müdaxilə etməsi təkcə Napoleonun hərəkətlərinə cavab tədbiri deyil, həm də müstəqil müstəmləkəçilik siyasəti idi. Napoileonun rus çarı 1-ci Aleksandra məktubunda Hindistanın zəbt olunması məqsədilə rus-fransız korpusunun yaradılmasının təfsilatlı planı nəzərdə tutulurdu. Bu planın həyata keçirilməsi üçün Napoleon hətta general Qardanı səfirliklə birlikdə İrana ezam etmişdi. Bu planın pozulması və Qardanın getməsi, İngiltərəyə bu ölkəni öz təsiri altına almaq imkanını yaratmış oldu. 1812-ci ilə kimi İngiltərənin İrana təsiri o dərəcəyə çatmışdı ki, o Tehranla müqavilə bağlamaq qərarına gəlmişdi. Həmin müqaviləyə əsasən “hər hansı bir Avropa milləti” İrana daxil olarsa, İran İngiltərənin daxil olmasını tələb edəcək, Hindistanın general-qubernatoru isə İran dövlətinin xahişilə mümkün və münasib olarsa, İrana borc olaraq lazımi miqdarda silahlı qüvvələri göndərəcəyi, əyər ordu göndərə bilməsə İrana bütün müharibə illəri boyu ildə 200 000 tümən (800 000 rubl gümüşlə) göndərilməsi nəzərdə tutlurdu.

Bu gizlin müqavilənin mövcudluğu barədə Rusiyanın Xarici İşlər Kollegiyasının məlumatı var idi. Bununla əlaqədar olaraq, Yermolova göndərilmiş təlimatda (1816 il) deyilirdi ki “ İngiltərə öz üzərinə Rusiya ilə müharibə illəri ərzində İrana əhəmiyyətli miqdarda subsidiya (maddi yardımın) ödənilməsini, sülh bağlandığından sonra isə bizim zəbt etdiyimiz bütün torpaqların qaytarılmasına səy göstərəciyini öhdəsinə götürmüşdür.”

İngiltərə bu müqavilənin sırf müdafiə xüsusiyyətli olduğu barədə cümləsilə sığortalanmasına baxmayaraq, ona tam əks xüsusiyyət verməyi bacarmışdı. O Təbrizin müdafiəsini bərkitməkdə, ona zəmanəsinə uyğun alınmaz qalaya çevrilməsində yardım göstərir, İran ordusunu silahlandırırdı. Bu da Qriboyedovun gözündən qaçmır və 1820-ci ildə yazırdı: ” Abbas Mirzə Londondan silah işləri üzrə ustaları, sərracları və müxtəlif fəhlələri çağırtdırıb”.

İngiltərə İran ordusunu düşmənləriylə müharibədə ingilis silahlarıyla təchiz olunmuş görmək istəyirdi, həyatda isə belə oldu ki, İran 1821-ci ildə o zamanlar bütövlükdə İngiltərənin təsiri altında olan Türkiyə ilə müharibəyə girişdi.

Müharibəyə hazırlıq elə sirrli şəraitdə və elə qısa müddətdə aparılmışdı ki, ilk vaxtlar heç İngiltərənin ondan xəbəri də olmamışdır. Ancaq Rusiya nümayəndəliyi elə ilk gündən hadisələrin gedişatını izləyirdi. Hələ 1819-cu ildə şahla birlikdə İranı səyahət edərkən qeyd etmişdi ki, “10 000 nəfər İraqa türklərin əleyhinə yola salındı.”

Hətta rus xarici siyasətinin başçısı Nesselrode Yermolova göndərdiyi məktubda təəcüblənirdi “ Türklər üçün çox acınacaqlı nəticyələ bitə biləcək farsların belə hücumuna İngiltərənin razılıq verdiyinə inanmaq çətindir .”

Müharibənin başlanmsıyla əlaqədar Trapezund - Təbriz ticarət yolu üzrə hərəkət dayandırılmışdı və bunun nəticəsində İngiltərə mallarının şimali İrana aparılması dayandırılmışdı. Bu şəraiti nəzərə alan rus nümayəndəliyi Yermolovun adına göndərdiyi sirrli məlumatında yazırdı: “ Biz indi bu ölkə ilə bu günə qədər heç zaman mümkün olmayan ticarət münasibətlərini yaratmaq imkanını qazanmışıq.”[8]

Tezliklə Zaqafqaziyadan İrana elə ilk gündən iri miqyaslı ticarət əlaqələri nizama salınmışdı. Bu tədbirin həyata keçirilməsində Qriboyedovun böyük rolu danılmazdır, çünki Nümayəndəliyin bütün yazışmaları onun əlindən keçirdi.

Elə həmin dövrdə Qriboyedovun bir diplomat kimi nüfuzu günü gündən artır, Mazaroviçin hörməti isə enməkdə idi. Təsadüfi deyil ki öz müasirləri onu “hoqqabaz” (“avantürist”) (V.Andreev) və “rüşvətxor” (Y.Vatsenko) adlandırmış, diqqəti onun Təbriz bazarında malların alınmasıyla əlaqədar şübhəli “ticarət fəaliyyətinə” yönəltmişlər.

Müharibəylə əlaqədar yaranmış yeni şərait, Yermolova çoxdan nəzərdə tutulan Gürcüstandan keçərək Rusiyanın Qərbi Avropa və İranla tranzit ticarət yolunun yaradılması layihəsinin həyata keşirilməsini tezləşdirmək imkanını yaratmışdı.

Kontinentin daxili sistemindən çox ziyana düşmüş Rusiya, 1817 və 1819-cu illərin tarif qiymətləriylə xarici malların ölkə daxilinə gətirilməsi üçün geniş şərait yaratmış oldu.

Yaranmış yeni şəraiti nəzərə alan fransız taciri Qamba 1818-ci ildə Yermolova Tiflis və Yerevandan keçərək Avropanın İranla tranzit ticarət yolunu tənzimləmək təklifilə müraciət edir, 1820-ci ilin iyun ayında isə Qamba artıq Fransanın Baş Konsulu vəzifəsində Tiflisə təşrif buyurur.

Onunla birlikdə bir neçə fransız tacirləri gəlmişdi. Bundan xəbər tutan Qriboyedov Təbrizdən Yermolovun adyutantı, Qafqazda baş verən bütün məsələlərdən xəbərdar olan N.A.Kaxovskiyə yazır: “Mənə elə gəlir ki indiyə kimi keçməz hesab olunan torpaqlara pullu adamların gəlməsi indiki idarə edənlərə şərəf gətirir”...

Şübhə yoxdur ki, Qriboyedovu Təbrizdən Tiflisə transit ticarət barəsində müqavilə layihəsinin hazırlanmasında iştirak etməsi məqsədilə çağırmışdılar. S.Beqiçevin dediyinə görə, İranda olduğu üç il ərzində Qriboyedov tez-tez Tiflisə baş çəkirdi.

Müqavilə layihəsinin hazırlanmasıyla əlaqədar olaraq, Tiflisə Abbas Mirzənin katibi Mirzə Məsud və İran ordusunda təlimatçı –zabit simasında çalışan fransız Etye də iştirak edirdilər. Etye Konstantinopoldakı Fransa səfirliyilə və əlbəttə ki, səfir kimi Qamba ilə də əlaqə saxlayırdı.

Qriboyedovun əlinin altında Gülüstan müqaviləsinin olmadığından o kiçik yazıyla Etyenə müraciət edərək xahiş etmişdi: “Əziz dost, ən kiçik müddətə mənə Gülüstanınızı verin”. Bu fakt Gülüstan müqaviləsinin əsas şərtlərindən olan – “ Həm Rusiya həm də İran vətəndaşlarına xarici ölkələrin ərazisində sərbəstlik hüququ verilməsi barədə” bəndinin (maddə 8) həyata keçirilməsinin əsas şərtlərindən olan İranla güzəştli ticarətə dair qaydaların hazırlanmasında Qriboyedovun da bilavasitə iştirakını təsdiq edir.

Bu iş çox məxfi şəkildə aparılırdı, “ancaq İngilislərin zirəkliyi sayəsində rus hökümətinin bu mənfəətdən istifadə edilməsinə yol verməmək qorxusu sovuşmadan, Yermolov tərəfindən bu iş elə sürətlə aparılmışdı ki, ingilis diplomatiyası ona müqavimət göstərməyə imkan tapmamışdı.”[9]

Tiflisdə hazırlanmış tranzit ticarətin şərtlərini Mazaroviç Peterburqa apardı, Yermolov və əlbəttə ki Qamba artıq orada idilər. Onların təqdim etdikləri materiallara Nesselrode və Speranskinin iştirakıyla baxılırdı, nəticədə 1821-ci il oktyabrın 8-də on illik müddətə tranzit ticarəti haqqında Sərəncam imzalandı.

11 maddədən ibarət Sərəncamda Avropadan, o cümlədən İrandan gətirilən mallara elan olunmuş dəyərinin ancaq 5% qismində rüsum alınması nəzərdə tutulmuşdu. Təqdim olunmuş imtiyazlar malların topdan satış növünün, Zaqafqaziyada ticarət evlərinin açılmasına, anbar binalarının tikintisinin inkişafına təkan vermiş oldu.

Tiflis-Yerevan tranzit ticarət xəttinin mövcudluğunu Trapezund- Təbriz xəttinin bağlanılmasıyla əlaqələndirən Rusiya nümayəndəliyi İranın ticarət dövriyyəsinə və müharibədən əvvəl Konstantinopoldan gətirilən malların çeşidinə daha artıq maraq göstərməyə başlamışdı.

Nümayəndəliyin 12 sentyabr 1821-ci il tarixli “məxfi” sənədində ticarət dövriyyəsinə aid rəqəmlər göstərilmişdi və deyilirdi ki “Türklər keçən il “Padşah şəhəri”ndən[10] buraya gətirdikləri mallardan üç million onluq qazanıblar. Onun qarşısında Tiflisdən bizə sadiq gürcü, erməni və tatarlar (azərbaycanlılar) cəmi 319 923 rublluq[11] mal gətiriblər.

Qriboyedov Təbrizdən 1821-ci ilin sonunda İran-Türkiyə müharibəsinin ən qızğın vaxtında Yermolova İrandakı vəziyyət barədə məlumat vermək məqsədilə çıxmışdı.

Yolda o qolunu sındırmışdı. Sınığın uzunmüddətli müalicəsi, Mazaroviçlə birlikdə işləməkdən tamamilə bezən Qriboyedova İranı tərk edərək Yermolovun köməkliyilə Tiflisdə qalmaq imkanı yaratmışdı. Ona görə də Yermolov Qriboyedovun köçürülməsinin əsl səbəbini göstərməyərək, Nesselrodeyə yazırdı:

“Çox təəsüf edirəm ki, mən onu (Qriboyedovu) tutduğu vəzifədən ayırmalıyam, ancaq bu cavan oğlanın əla qabiliyyətə malik olduğunu bilərək və onun fars dili sayəsində əldə etdiyi nailiyyətlərindən istifadə etmək məqsədilə, mən dərin minnətdarlıq hissiylə onu mənim yanımda xarici işlər üzrə katib təyin etməyinizi xahiş edirəm.”

Xahiş yerinə yetirilmiş və Qriboyedov 1822-ci il fevralın 22-dən baş rəısin kargüzarlıq şöbəsi nəzdində diplomatik işlər üzrə katib vəzifəsinin icrasına başlamışdı.

Üç illik fəaliyyəti nəticəsində Qriboyedovun rütbəsi artırılmış,həm də İran tərəfindən təltif olunduğu “Şir və Günəş” ordenini gəzdirmək icazəsini almışdı.

A.S.Qriboyedov bir çoxlarından fərqli olaraq çar rütbələrinin, daha çox İran hökümətinin ordeninin qiymətini yaxşı bilirdi. Şəraiti tam aydınlıqla dərk edərək, o Abbas Mirzə barəsində yazırdı : “Mənim dahi düşmənim”. Təsadüfi deyildi ki, Abbas Mirzə də Qriboyedovun İrana gələn başqa rus məmurları kimi hərəkət etmədiyindən narazı idi. Hər halda İran hökmdarları Qriboyedovun simasında böyük fəal qüvvə, prinsipial və sözünün üstündə təkidlə duran diplomatı hiss etmişdilər, ancaq saray davranışı naminə ona olan münasibətlərini zahirən hörmətli görünüş yaradırdılar.

İKİNCİ FƏSİL

Qriboyedovun Tiflisdə “diplomatik tərəfdən” xidməti fəaliyyəti. İki kiçik yazı. “Ağıldan bəla” komediyası üzərində çalışma. Peterburqa səyahət.Qavqaza dönüş. Qriboyedovun “dekabrist lərin işi üzrə” həbsi. Rusiya–İran müharibəsinin başlanması. Qriboyedovun diplomatik və ictimai fəaiyyəti.

Tiflisə köçəndən sonra Qriboyedov öz xidməti vəzifəsinin yerinə yetirilməsinə, xüsusən də 1821-ci ildə tranzit ticarətə dair verilmiş Sərəncamın icra olunmasına çox vaxt sərf edir ( Trapezund- Təbriz yolu əvvəlki kimi karvanlar üçün bağlı ıdı).

Ancaq dövlət məmurlarının rəsmi yanaşmaları nəticəsində ticarətin geniş inkişafına yaranmış imkanlardan tam istifadə olunmurdu. Qaydalar üzrə nəzərdə tutulmuş rüsumun tutulmasında məmurlar tacirlərdən müxtəlif növ vergilərin yığılması adətlərindən əl çəkmirdilər, bu da hətta fransız konsulu Qambanı Yermolova şikayət etməyə məcbur etmişdi.

Qriboyedova çatmış bu şikayət rus dilinə tərcümə olunmuş və Yermolova təqdim olumuşdu, o da bu barədə Maliyyə nazirilə yazışma yaratmışdı. Bir sıra çətinliklərə baxmayaraq, tranzit ticarət inkişaf etməkdə davam edirdi. Onun geniş yayılması “Mütaliə üçün kitabxana” dərgisində qeyd edilmişdi : “ Onların ( Avropa mallarının) Redut Qaladan[12] keçərək Tiflisə çatdırılmasının birinci təcrübəsi 1823 ildə baş vermişdir...

Bu alverin uğuru Zaqavqaziya ticarətində çevrilişə səbəb olmuşdur. Gələn il Tiflis erməniləri mal almaq üçün Odessaya gəldilər, sonradan Leypsiq yarmarkalarına ayaq açmışdılar və buradan Asiya zövqünə uyğun külli miqdarda manufaktura mallarını alırdılar.”

İrandan Avropaya malların daşınması da səhmana düşürdü. Bu barədə Yermolov maliyyə nazirinə yazırdı: “xaricilərdən biri İrandan bir qədər ipək alaraq imkan olduqda onu Fransaya göndəmək üçün Tiflisə göndərmişdir...”

Rus tacirlərini tranzit ticarətə cəlb etmək üçün Qriboyedov xeyli zəhmət çəkməli idi, ancaq ticarətin geniş vüsat almasına Hərbi- Gürcüstan və Volqa boyu ticarət yolunun bərbad vəziyyətdə olması, Həştərxanda lazımi səviyyədə limanın olmaması mane olurdu (burada liman ancaq 1826-cı ildə inşa edilmişdi). Bununla əlaqədar olaraq, Qriboyedov məşhur “zavodçu“ Volqa paroxod təsərrüfatının və bir sıra sənaye müəssisələrinin yaradıcısı A. Vsevolojskiylə yazışmalar yaradır. 1823-cü ildə İranla mal mübadiləsi məqsədilə ticarət müəssisəsinin yaradılması layihəsilə əlaqədar, Qriboyedov ona müraciət edərək soruşurdu “bu il Nijniy Novqorod yarmarkasında farslarla mal mübadiləsi nə səviyyədə olmuşdur?” və “məhz hansı malların istehsalına və gətirilməsinə daha çox ehtiyac duyulur?”.

Qara Dəniz Donanmasının rəisi admiral Qreyqə Odessadan Redut Qalaya paroxodların təhlükəsiz hərəkətlərini təmin etmək tapşırılmışdı; Redut Qaladakı liman və Tiflisə gedən yollar səliqəyə salınırdı . Tiflisdə mehmanxanaların və karvansarayların inşası işlərinin başlanması geniş vüsat almışdı. Platon Zubov “Gürcüstan və Tiflis barədə altı məktub” unda yazırdı : “Zaqavqaziya diyarının Rusiyayla ticarətin mərkəzi olan Tiflis bu məqsədlə Asiya və Avropa tacirlərini özünə cəlb edirdi.”

O zamankı Tiflisin həyatından Qamba çox maraqlı məlumatlar vermişdir:

“Bəzən Tiflisə eyni gündə Parisdən məşhur tacirlər, Peterburqdan kuryerlər, Konstantinopoldan tacirlər, Kalkutta və Mədrəsdən ingilislər, Smirn və Uyezddən ermənilər, Buxaradan özbəklər təşrif buyururlar , belə ki bu şəhəri Asiyayla Avropa arasında qovşaq nöqtəsi hesab etmək olar.”

Əlbəttə Qambanı bu diyarın təsərrüfatını inkişafı düşündürmürdü. Onu daha çox maraqlandıran Redut Qalada paroxodlardan boşaldılan xam ipək, pambıq və başqa malların Fransaya daşınması idi. Tranzit ticarət əsnasında yaranmış vacib məsələlər Yermolovu maliyyə nazirilə birbaşa əlaqə yaradılmasına məcbur etdi. Fərz eləmək olar ki,məhz elə bu səbəbdən 1823-cü ilin martında Qriboyedov “diplomatik işlərə görə” məzuniyyət alaraq dörd aylıq Peterburqa yola düşür.

Qriboyedovun ədəbi irsində iki böyük yazı – “Gilan barədə” və “Tiflis şəhərinin yenidən qurulmasının ən yaxşı üsulları” böyük diqqətə layiqdirlər. Şairin qaralama dəftərinə malik olan D.A.Smirnov 1859-cu ildə bu yazıları çap etdirərkən onların müharibədən əvvəlki 1822-23-cü illərdə, məhz Tiflisdə tərtib olunduqları qənaətinə gəlmişdir.

Qriboyedovun əsərləri toplusunu Elmlər Akademiyasının nəşrində redaktə edən N.K.Piksanov hər iki yazını 1827-ci ilə aid etmişdir. Məhz bu tarixin müəyyən edilməsinə əsas olaraq Gilana aid yazıda Qriboyedovun Yermolov barəsində sözlərinin üçüncü şəxs barəsindəki kimi və keçmiş zamanda olduğu göstərməsi idi, bu da 1822-23-cü illərdə mümkün deyildi. Halbuki Yermolov barəsində üçüncü şəxs və keçmiş zamanda deyilərkən, Qriboyedov Yermolovun 1817-ci ildə fövqəladə səfir qismində İran səfəri zamanı baş vermiş bir epizodu nəzərdə tutmuşdu.

O zaman Qavqazda baş verən hadisələri nəzərə alaraq “Gilan barəsində” yazının tarixini dəqiq müəyyən etmək mümkündür. 1822-23-cü illərdə tranzit ticarəti diqqət mərkəzində idi, və 8 oktyabr 1821-ci ildə verilmiş, maddələrinin birində Rusiyanın İranda konsulluğunun təsis edilməsi olan Sərəncam, hələ qüvvədə idi. Konsul vəzifəsinə saray məsləhətçisi Y.Vatsenko təyin edilmişdi və bu xəbəri Gilan varidi Mirzə Məhəmməd Rzaya Qriboyedovun xarici işlər üzrə katib olduğu Yermolovun dəftərxanası çatdırmışdı. Bundan sonra konsulun harada məskunlaşacağı barədə uzun sürən yazışmalar başlamışdı. Vatsenko bir dəstə məmurların müşayiətilə 1822-ci ilin payızında Bakıya təşrif buyrur.

Qeyd etmək lazımdır ki, bu zaman Gilanın varidi artıq Mirzə Məhəmməd Rza deyil (Qriboyedovda Rza Mirzə), şahın vərəsəsinin böyük oğlu Mirzə Yaqça (Yahya ) idi. “Gilan barəsində “ yazıda onu yad edərkən Qriboyedov qeyd edirdi:” Biz onunla yeni yaranan konsulluğun harada yerləşəcəyi barədə müzakirələrlə əlaqədar tez-tez görüşürdük”. Aydın olur ki, Konsula təqdim olunacaq arayış kimi hazırlanan “Gilan barəsində” yazı 1822-ci ilin ikinci yarısında,1823-ün birinci yarısında tərtib olunub.

Bu arayışda Qriboyedov özünü bu diyarın gözəl bilicisi kimi göstərərək onun iqtisadiyyatını, tarixini, coğrafiyasını, etnoqrafiyasını tam və düzgün açıqlamağı bacarmışdır. Qriboyedov tərəfindən buranın siyasi xadimlərinə uzaqgörənliklə verilən qiymət çox dəqiq olaraq sonralar rus siyası rəhbərlərinə çox mənfəət gətirmişlər.

“Gilan barəsində “ arayış Qriboyedovun kiçik xalqlara olan münasibətini göstərmək nöqteyi - nəzərindən çox vacib sənəddir. Təsadüfi deyil ki o yazının sonluğunda Qriboyedov belə məsləhət verir:, “Əyər orada bizim hökmranlığımız təsdiq olunmuş olsa da, biz oranı özlərinin, yerli adət-ənənələrinə uyğun idarə etməliyik”.

Sonradan (görünür 1827-ci ilin sonlarında) yazılmış yazı olan “Tiflis şəhərinin yenidən qurulmasının ən yaxşı üsulları” şairi maraqlandıran məsələlərin dairəsinin genişliyini göstərir.

Qriboyedov bu tikintini yerli yaşayış tərzi xüsusiyyətlərini, milli memarlıq ənənələrini nəzərə almaqla aparılmasını təklif edir. Məsələn,o evlərin ətrafında hörülən və “ buranın isti iqlimində xilasedici kölgənin saxlanmasına və kərpicin qızmasının qarşısının alınmasına yardım edən, divardan bir arşın və daha artıq məsafədə dam örtüyünə bərkidilmiş üstüörtülü eyvanların və taxtadan hörülmüş dəhlizlərin saxlanılmasını” təklif edir.

Yazıda əsksini tapmış körpülərin inşasına dair məsələnin ifadəsi daha maraqlıdır. O zamanlar Tiflisdə ancaq bir ədəd Metex qəsrinin yanındakı körpü var idi ki, bu da bir çox narahatlıqlar yaradır, həmin körpüyə çatmaq üçün şəhər əhalisini böyük məsafəni qət etməyə məcbur edirdi. Qriboyedov “erməni monastırının, ya da ki topçuların evinin qarşısında, yaxud bu iki binanın arasındakı bir nöqtədə əlavə bir körpünün inşa edilməsinin qeydinə qalmağı” məsləhət görürdü. Onun bu göstərişi sonralar həyata keçirilmişdi : Muxran (indiki Barataşvili adına) körpüsü, vaxtilə “erməni monastırı” yerləşən məkana yaxın, “Vorontsov” (indiki K.Marks ad) körpüsü isə -(artilleriya) “topçular evinin” yaxınlığında inşa edilmişdir.

Şəhərin qədim hissəsində yerləşən Kale hissəsini təsvir edən Qriboyedov oradakı yenidənqurmanın nə üçün belə çətinliklə baş verdiyini izah edərək yazırdı: “ burada torpağın hər arşını baha qiymətləndirilir, yeni planı həyata keçirmək istədikdə hər addım başı onların yeyəsinin haqqları tapdanırdı, bununla da haqlı narazılıqlar yaranırdı.”

Xüsusilə şərəfli çoxəsrlik tarixə malik Tiflisin qədim qala divarlarının sökülməsi sakinlərin haqlı narazılığına səbəb olmuşdu. Qala divarlarını sökərək Yermolov oranın tikinti materiallarından Metexidə ikimərtəbəli türmənin tikintisində istifadə etmişdi. Qriboyedovun dediyi kimi, “Gürcüstanın qədim memarlıq abidəsinin sökülməsi zamanı yaranmış narazılıq elə yüksək səviyyədə idi ki, hərbi qubernator Sipyaqin “Tiflis şəhərində qala divarları qalıqlarının sökülməsinə və oradan əldə olunan tikinti materiallarından istifadə edənlərə qarşı ciddi ölçü götürülməsinə dair xüsusi Sərəncam verməyə məcbur olmuşdu.”[13]

Tiflisdə yaşamaq cəld hərəkətli və enerjili Qriboyedovun fəaliyyətinə xoş təsir bağışlamışdı, o özü üçün yeni olan bu ölkəni dərin maraqla izləyirdi. Bu ölkə barəsində ümumi rəy yaradılmasında külli miqdarda material mənbəi olan o zamankı Tiflis şəhəri sırf özünəməxsus təəsürat yaratmaq imkanını yaradırdı. A.Qriboyedovun həyat və yaradıcılğının tədqiqatına bir sıra işlər həsr etmiş A.Berje, şairin Tiflisdə yaşadığı mənzilin yerini müəyyən etmişdir: “Erməni bazarındakı balaca, iki mətəbəli evin üst mərtəbəsində, pəncərələri şimala açılan və Böyük Qavqaz dağlarının ətəklərinə baxan iki otaqdan ibarət evi kirayəyə götürən Qriboyedov, əsas vaxtını evdə keçirirdi.....”. Qriboyedovun ilk bioqraflarından biri olan D.Eristavi göstərirdi ki, həmin ev Ekzaşer meydanında (hal-hazırda II İrakli ad. meydan) , Aleksandr Orbelianinin evinin yaxınlığında yerləşirdi.

Bu məlumat Qriboyedovun qaralama dəftərində 1822-ci il 5 mart tarixli yazısında onun qonşularının “şahzadənin oğulları olması” barədə məlumat təsdiqini tapır. Məlumdur ki, şahzadə Tekle Baqrationi (11 İrakliyin qızı) Vaxtanq Orbelianinin arvadı olmuşdur və oğlanları Aleksandr, Dmitriy və Vaxtanqla birlikdə Ekzaşer meydanında yaşamışdır. Qriboyedov da onlar barəsində yazmışdır.

Qriboyedovun Tiflisdəki həyatı barədə öz yazılarında N.Muravyev məlumat vermişdir:

1822-ci il fevralın 2-si. “ Qriboyedov bizə nahara gəldi; nahardan sonra biz məşqul olmağa oturduq və onbirin yarısına qədər oturduq: mən ona türk dilini, o isə mənə fars dilini öyrədirdi. Onun tək başına,heç bir kitab olmadan, çünki o vaxtlar onda kitab yox idi, fars dilini belə tam öyrənməsi çox təəcüblüdür. O fars dilini sərrast bilir, indi isə ərəb diliynən məşquldur. Mən onun çox dəyişdiyini müşahidə etdim, dünən o mənim çox xoşuma gəldi.” Fevralın 3-ü. “Qriboyedov bizə səhər tezdən gəldi və biz onunla axşam saat 5-ə qədər məşqul olduq...”.

Fevralın 5-i ” Mən günün bir hissəsini Qriboyedovun yanında, şərq dillərinin ğyənməsilə məşqul olduq....”. Fevralın 10-u: “Mən təxminən bütün günü evdə idim və məşqul idim. Mən Qriboyedova kiçik məkub yazıb izah etdim ki, işdə çox məşqul olduğumdan onunla şərq dillərini öyrənməklə davam etmək imkanım yoxdur və şənbə günü bizim son məşqələmiz olacaq. Axşamdan xeyli keçmiş o bizə gəldi və gecə yarısına qədər oturdu. Onun təhsili və ağlı qeyri-adidir....”.

19 mart. “Mən günün bir hissəsini Qriboyevla keçirdim.,nahar etdim və onunla türk dilinin maarifilə məşqul oldum.

V.K.Küxelbekerin də Tiflisdə olduğu dövrlərdə həmin günlərə təsadüf edir. O 1821-ci ilin sonunda Yermolovun nəzdində xüsusi tapşırıqlar üzrə məmur vəzifəsinə təyin edilmişdi və 1822-ci ilin mayına kimi Tiflisdə qalırdı. Küxelbeker Qriboyedovla yaxınlaşmışdı və sonralar sürgün illərində öz gündəliyindəki qeydlərdə onu tez-tez xatırlayırdı. Bu xatirələrdən Qriboyedovun Küxelbekerə həm ədəbi həm mənəvi cəhətdən necə dərin təsir göstərdiyi bəlli olur. Ancaq Küxelbeker də Qriboyedova həm mənfəətli həm də dəyərli dost idi. Ona Qriboyedov öz düşüncələrini və ədəbi planlarını etibar edə bilirdi. Tiflisə gəlməkdən bir neçə ay əvvəl Küxelbeker Parisdə, Nitsada (Pyemont inqilabi dövründə) , və Almaniyada olmuşdu.

Küxelbekerin Gürcüstana təyin olunmasının şəraiti tam aydın deyil. Bir versiyaya görə etibardan düşmüş şairin Qavqaza köçürülməsinə o zaman general Yermolovun Peterburqda olmasından istifadə edərək dostları təşkil etmişdilər (Yermolovun Küxelbekerə güman edilən münasibətinin xoş olduğuna şairin özüdə inanırmış). N.Muravyevun isə bu barədə rəyi tam əksinədir: o şahidlik edirmiş ki, Yermolov Küxelbekeri işə qəbul edərkən ondan yaxa qurtarmaq əmrini alıbmış.

“Attestat” dan göründüyü kimi Küxelbekerdən iş vəzifəsinin icrasında az istifadə olunurdu, bu səbəbdən də onun xidməti fəaliyyətində bacarıq və qabiliyyəti öyrənilməmişdi.[14] Qriboyevla tanışlığının elə ilk günlərindən Küxelbeker ona şeir həsr edərək onu uğurlu gələcək gözlədiyini deyir. A.S.Qriboyedov Tiflisin görkəmli sakinlərinin evlərində təşkil olunan ailə dərnəklərində iştirak edir, V.Q. Mədətovun və dostluq əlaqələri saxladığı R.İ.Xovenin evlərində tez-tez qonaq olur.

Elə o illərdə Xovenin sədrliyilə Gürcüstanın feodal qanunları külliyatı (kodeksi) olan “Vaxtanq şahın göstərişləri”ni rus dilinə “tam və aydın tərcümə olunması “ tapşırığı almış xüsusi komissiya təşkil olunmuşdu . Komissiyanın üzvləri Y.Çilyayev (Çiladze) ,N.Palavandov (Palavandişvili) və b. idi. Fərz etmək olar ki, Xovenin yanında tez-tez olan Qriboyedov bu sənədlə maraqlanmaya bilməzdi.

Vəzifəsini icra edərkən Qriboyedov “tərcüməçi” rütbəsində fəaliyyət göstərən dəftərxana məmurları ilə tez-tez görüşməli olurdu, onlardan şərq dillərini yaxşı bilən və Yermolovun barəsində “podpolkovnik Mirza Apriam Yenikolopov - baş və ən yaxşı tərcüməçidir” dediyi Mirzə Apriamla daha çox ünsiyyətdə olurdu. Heç bir təhsil ocağı Qriboyedova şərq barəsində Mirzə Apriam, Azərbaycan tarixini qələmə almış AbasQulu ağa Bakıxanov, Tumanişvili qardaşları və b. kimi iş yoldaşlarından aldığı məlumat və bilikləri o səviyyədə verə bilməz idi.

Berjenin göstərdiyi kimi, rəislərinin evindən başqa Qriboyedov tez-tez çox isti qəbul olunduğu xanım Haqverdiyevanın (Axverdova) evində qonaq olurdu. F.İ.Haqverdiyev əvvəlcə “Gürcüstanın valisi “ sonralar isə Qavqaz korpusunun rəisi vəzifəsini tuturdu. Çox zəngin olaraq,o müxtəlif ziyafətlər təşkil etməyi xoşlayırdı. Onun evinə iş yoldaşları,məmurlar və hərbçilər toplaşırdılar.

F.İ. Haqverdiyevin vəfatından (1820) sonra onun həyat yoldaşı[15] həmin ənənələri saxlamışdı. O vaxtlar onun evində Qriboyedovun gələcək həyat yoldaşı Nina Çavçavadze tərbiyə alırdı, onlar ilk dəfə elə həmin evdə tanış olmuşdular.

Ninanın atası- A.Q.Çavçavadze o zaman ailə malikanəsinin yaxınlığında Sinandalinin Qaraağac kəndində məskunlaşan Nijni Novqorod draqun alayına komandanlıq edirdi, dostları və tanışları buraya onun yanına tez-tez qonaq gəlirdilər.

Tamara Davidovna Qruzinskaya tez-tez mənə Qriboyedovun sevimlisi olan atasının[16] dediklərindən söhbət edirdi ki, şair bir neçə dəfə Sinandalidə olmuş, buranın füsunkar təbiətindən və evin eyvanından bütövlüklə görünən Alazan çayından zövq almışdır.

Qriboyedovun Kaxetiyada, Tsinandali malikanəsində olması onun sonralar qələmə aldığı, görünür hələlik qaralama kimi mövcud olan şeirində özünü əks etdirmişdi: Səh.44-45.

Şavçavadzenin evində rus və fransız dilləri eşidilir, evladları müasir rəqsləri, royalda çalmağı öyrənir, teatr və bədii ədəbiyyatla maraqlanırdılar. Sinandaliyə baş çəkmiş səfir Qamba malikanəyə, xüsusən də onun “Avropanın ən gözəl qəsrlərindən heç də geri qalmayan bu möcüzəvi qəsrinə valeh olmuşdu.” Tsinandalidə Tiflis ziyalılarının nümayəndələrinə rast gəlmək mümkün idi. Burada tez-tez Nijni Novqorod alayının zabitlərini, Gürcüstanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinə rast gəlinirdi (şairlər Q.Orbeliani, Q.Eristavi və başqaları.)

Tiflisin həyatı barədə təəsüratlarını Küxelbekerlə bölüşən Qriboyedov yazırdı (1 oktyabr 1822-ci il) : “ İndicə Kaxetiyaya Klends şəhərinə gedəcəyim barədə göstərişə imza atmışam; Bu bizim ayrılığımızdan sonra baş verən üçüncü səyahətdir....”. Qriboyedovun Kaxetiyaya ilk iki səyahəti barədə onun bioqrafiyasının müəllifləri susurlar. Layolanın “Rusiyaya, Krıma, Qavqaza və Gürcüstana səyahət” kitabıyla tanışlıq bu boşluğu doldurmaq imkanını yaratmışdır.

Layol ilə Qriboyedov Tiflisdən 1822-ci ilin 22 iyunda çıxaraq Kaxetiyaya yola düşürlər. İori çayını keçərək səyyahlar Qomboriyə gəldilər, burada yerli ictimaiyyət onları hərarətlə qarşıladı. Telaviylə hərtərəfli tanışlıqdan sonra gecəni Eniseldə keçirib Qriboyedovla Layol Kvareliyə gəldilər. Burada Çavçavadzenin qədim evində gecələdilər ; qonaqpərvər ev yeyəsi onları “sonsuz yeməklərlə və yerli çaxırla müşayiət olunan şam yeməyinə qonaq etdi”. İyunun 26-da onlar Alazan vadisi boyu qədim Qremi qalasının dağıntılarına doğru yola düşdülər. Ertəsi gün qalanın və Allahverdi monastırının tamaşasına həsr olundu, bu monastıra çatmaq üçün onlar Alazan çayını keçməli oldular.

Tiflis həyatının müxtəlifliyinə və tez-tez baş tutan Qavqaz səyahətlərinə baxmayaraq, ədəbi ünsiyyətin, teatrın, qəlb dostlarının olmaması Qriboyedovu üzürdü. Küxelbekerə məktubunda o öz tənhalığından şikayət edir: “ İndi mən ədəbi məşqulatlarımda ancaq divarlara etibar edirəm, bəzən onlara özümdən ya başqalarından nə isə oxuyuram, insanlara isə heç kimə heç nə”. Küxelbekerə ünvanlanmış başqa məktubda daha qüssəli ifadələr yer alır.

Öz gündəliyində Küxelbeker “Ağıldan bəla” komediyası üzərində Qriboyedovun ış prosesini təfsilatlı təsvir edərkən yazırdı : “Qriboyedov “Ağıldan bəlannı demək olar ki mənim yanımda yaradırdı, hər halda hər yeni pərdəni yazdıqca həmin an o ilk olaraq onu ayrıca mənə oxuyurdu”.

A.Berje tərəfindən 1821-23-cü illərdə Qriboyedovun Tiflisdə yaşadığı dövrdə şairlə görüşən dostları və tanışlarından topladığı xatirələrin çox böyük dəyəri vardır.

Berje yazırdı: “ Öz evində şair adəti üzrə qədim arxalıq geyinərək məşhur komediyası üzərində işləyir ya musiqiylə məşqul olmaqla əylənirdi....” Öz komediyasını məhz Tiflisdə başa vurmasına işarə edən bir sıra məlumatlar mövcuddur. Belə ki F.Bulqarin yazırdı ki, komediya Qriboyedovun bütün əyləncə vaxtını tutmuşdu və o onu Tiflisdə 1822-ci ildə tamamladı.

Qriboyedovu yaxşı bilən ədəbiyyatçı K.Polevoy komediyanın ikinci dəfə çapa hazırlandığı vaxt giriş sözündə yazırdı : “Bütün “Ağıldan bəla“ komediyası bütövlükdə Tiflisdə yazılmışdı, ancaq bu qaralama yazısı idi, çünki Moskvaya qayıtdıqdan sonra müəllif onu, demək olar ki, tamamilə dəyişdirmiş, və bir çox səhnələri yeniləşdirmişdi.”

Nəhayət V.Q.Belinskiy “Ağıldan bəlanın “ məhz Qavqazda yazıldığını təsdiq etmişdir.

X1X əsrin sonları Gürcüstanın ictimai xadimi Q. Sadzaqlişvili gürcü qəzeti “İveriya”da ( 1893-cü il 188-ci nömrəsində), sonradan isə “Sadzagelov- İverieli” imzasıyla “Bütün Qavqaz“ toplusunda oxucuları Qori vilayətinin Tirdznisi kənd sakinləri Sulxanişvili ailəsinə məxsus “Ağıldan bəla”nın bütöv siyahısıyla tanış etmişdir. Burada o əlyazmanın birinci səhifəsindəki komediyanın Gürcüstanda 1822-ci ildə yazıldığı barədə məlumatı da dərc etmişdir. (bu da Gürcü əlifbasının dörd hərfilə ifadə olunmuşdur)[17]

Moskvadakı Baxruşin ad. Dövlət teatr müzeyində də “Ağıldan bəla” nın əlyazması mövcuddur ki, onun da ilk səhifəsində komediyanın “Tiflisdə 1822-ci ildə” tamamlandığını göstərən yazı mövcuddur.

Halbuki öz dostunun həyatına dair danışılası bir çox maraqlı hadisələri açmaq imkanına malik S. Begiçev, faktlara başqa nöqteyi-nəzərdən baxır. Onun sözlərilə “Ağıldan bəla” komediyasından ancaq iki pərdə yazılmışdı. - “ O mənə ancaq birincisini oxudu,mən öz iradlarımı bildirdim , o mübahisə etdi, və mənə elə gəldi ki o hətta bunu pis qarşıladı.” ... “ağıldan bəla”nın son pərdələri mənim bağımda, talvarda yazılıb. Bu zamanlar o günəşlə bir oyanır, nahara yaxın bizə yaxınlaşır, hər dəfə də çox tez gedirdi və ancaq çay süfrəsinə qayıdırdı, axşamları bizlərlə keçirir və yazdığı səhnələri oxuyurdu. Biz bu saatları səbirsizliklə gözləyirdik.....”. Ola bilsin, pyesin üzərində sonlama işlərinin aparılmasını S.Begiçev yeni səhnələrin yazılması kimi qəbul etmişdir.

Diplomatik fəaliyyətilə əlaqədar vaxtaşırı Moskvaya və Peterburqa gələn şair komediyanı ədəbiyyatçılar və teatr ictimaiyyəti əhatəsində oxuyurdu, onun səhnəyə qoyulmasına çalışırdı, ancaq faydası olmurdu: senzura əsəri Moskvaya həcv kimi qəbul edərək səhnəyə çıxarılmasına qadağa qoydu. Ancaq Bulqarinin işgüzarlıq əlaqələri sayəsində çox böyük çətinliklərlə onun “Russkaya taliya”” məcmuəsində komediyanın birinci pərdəsinin 7-10-cu səhnələri və üçüncü pərdəsi bütövlükdə çap edilmişdi.

Qriboyedovun həyatının bu dövrü yeni tanışlıqlarla, gələcək dekabristlərlə görüşlərlə yadda qalmışdır. Peterburqda o əsasən daha çox qohumu olan A.Odoyevskilə, həmdə geniş yayılmış “Polyar ulduzu” almanaxını nəşr etdirən K. Rıleev və A. Bestujevlə yaxınlaşmışdı. Getenin “Faust” faciəsinin giriş səhnəsinin tərcüməsini də Qriboyedov məhz bu almanaxda çap etdirmişdi.

1825-ci ilin mayında Qriboyedov paytaxtı tərk edir. Qavqaza yola düşərkən o dolama yolu seçərək Kiyevdən ötür. Kiyevdə şair gələcək dekabristlər - S.Muravyev-Apostol, A.Muravyev, Bestujev-Ryumin, Trubetskoy və b. görüşür. Bunun dalıyca o Krıma səyahət edir. Ancaq sentyabrın sonunda o yenidən Qavqaza çatır. “Ekspedisiya“ zamanı yolun böyük hissəsini general A.A.Venyaminovun dəstəsilə birlikdə keçirən şair bu yol keçidi təəsüratlarını “Çegemdən olan yırtıcılar” şerində belə sual etmişdir:

Səh.48.

Bu şeirin, sonralar senzura tərəfindən pozulmuş doqquzuncu sətrində şair dağlıların əsirlik həyatındann söhbət açaraq deyirdi :” “Evdə zəncirdir !, qürbətdə-əsirlik”.

Şairin yazılarından hiss olunduğu kimi, onu dağlıların həyat tərzi və məişəti maraqlandırırdı.“ Kuban ətrafı çərkəzlərin dilinin lüğətini tapmaq mümkün deyilmi?- deyə Qriboyedov soruşur.- Gildenştedtdə qabardin dilinin lüğəti var; bu yolla çərkəz dilinin müxtəlif ləhçələrini ayırd etmək olardı”.

Eyni zamanda Yermolovun ancaq qisas almaq və izləməklə məşqul olan zülmkarlığı Qriboyedovu özündən çıxarırdı. “İki nəfəri elə mənim gözümün qabağında tapancadan vurdu- deyə Qroboyedov Begiçevə yazırdı: “ bəzilərini falakkaya salaraq sıra qarşısında addımladırlar; üç gün bundan əvvəl çay qırağında bir səhnəyə rast gəldim -asılmışdı, külək də onun cəsədini ehmalca o yana-bu yana yellədirdi... Qorxu və hədiyyələrlə ancaq müəyyən müddət hərəkət etmək olar; ancaq bircə sərt qanunvericilik fəth edilmiş xalqları qalibin bayrağıyla barışmağa məcbur edir....Burada təkcə özgə qərarları həyata keçirən deyil, öz rəftarını özü yaradan, hər şeyi görüb ayırd edə bilən, ağıllı və mətanətli hərbi adam lazımdır; burada Davıdov çox işlərdə A.P.-nin (Yermolovun) səhvlərini düzəldə bilərdi.”

A.S. Qriboyedov Qroznoye qalasında olduğu zaman hərbi qasid hərbi Nazirin əmrini Yermolova çatdırır : “ Təcili olaraq şəxsən sizin yanınızda qulluq edən məmur Qribayedovu son dərəcədə ehtiyatla ki, o kağızlarını ləğv etmək imkanını əldə edə bilməsin, kağızlarıyla birlikdə dərhal həbs edin və ciddi nəzarətin müşayiətilə bir başa əlahəzrət İmperatorun sərəncamına yola salın “. Şair belə sonluğu hiss etmişdi. Hələ sentyabrda Simferopoldan (general Ermolovun əsas mənzili) Begiçevə öz ünvanını məlum edərkən o əlavə etmişdi : “ Nə üçün mən oraya ürək sıxıntısı ilə gedirəm? Görəcəksən, məni orada yaxşı heç nə gözləmir, mənim başımın üstündən Küxelbeker onu hər yerdən çıxaran atmosferinin hansısa ağır buxarları üzür ...”. Bu dövrdə Qriboyedov bütün düşüncələrilə öz həmrəy dostlarılə birlikdə olurdu.

1825-ci olin dekabr üsyanı bir çox dekabristləri yaxından tanıyan Qriboyedova toxunmaya bilməzdi.

İlk dəfə Qriboyedovun soyadı dekabristlərin işi üzrə tədqiqat aparan istintaq komissiyası dindirilməsinin 23 dekabr tarixli protokolunda çəkilir. S.P.Trubetskoy onun adını gizli təşkilatın Rıleev tərəfindən cəlb edilmiş üzvü kimi çəkmişdi. Ertəsi gün K.F.Rıleev dindirilmə zamanı göstərmişdir: “ Mən Qriboyedovu cəmiyyətə qəbul etməmişəm; mən onu sınamışdım ancaq o hökümətin devrilməsinin mümkünsüz olduğunu bildirdikdən sonra ondan əlimi üzdüm; Əyər o cəmiyyətə qəbul edilibsə- bunu birlikdə yaşadığı knyaz Odoyevski, yaxud cənubda olduqları zaman başqa yoldaşlardan biri qəbul etmiş olardı ”.

İstintaq sənədlərinin hərtərəfli öyrənilməsi nəticəsində bu məsələnin tədqiqatçısı M.V.Neçkina elə nəticəyə gəlir ki,dekabristlər Qriboyedovla siyası əlaqələrində belə istedadı təhlükə altına salmaq istəmədikdən Rıleev onu cəmiyyətə şərti, “tam olmayan üzv” şəklində qəbul etmişdir, halbuki onun barəsində bir neçə dəfə “o bizimkidir” demişdir. Bu da istintaq zamanı Qriboyedova cəmiyyətə heç bir aidiyyatı olmadığını ərz etmək imkanı yaratmışdı.

N.V.Şimanovski öz xatirələrində Qriboyedovun həbsinə dair maraqlı təfsilatları danışır: “Talızin, Sergey Yermolov və mən hərbi qasidi dəvət edərək atlarla düz Qroznoye qalasının komendantının evinə doğru çapdıq . Aleksey Petroviç (Yermolov) böyük masa ətrafında əyləşərək , indiki kimi yadımdadır, pasyans kartlarını paylayırdı. Onun sol tərəfində ağzında çubuq olan Qriboyedov əyləşmişdi. Biz ona gəldiyimizi və özümüzlə hərbi qasidi – feldyegeri gətirdiyimizi ərz edən kimi,onu içəri gətirməyimizi əmr etdi. Uklonskiy çantasından hərbi qərargah rəisi Dibiçdən gələn nazik konverti çıxarıb ona uzatdı. General konverti cırdı, kağızda bir neçə sətir var idi, ancaq general oxuduqda Talızin onun kreslosunun arxasından gözucu baxaraq Qriboyedovun soyadını görmüşdü. Sonra general Uklonskidən Peterburqda baş verən hadisələr barədə məlumatları söyləməyi xahiş etdi. Uklonski çox ağıllı və təfsilatlı danışırdı. Mən Qriboyedova fikir vermədim, ancaq Talızin mənə sonradan söhbət etdi ki, onun rəngi ağ vərəq kimi ağarmışdı. Mən bizə ayrılan evin harada yerləşdiyini öyrənmək məqsədilə çölə çıxdım, o yaxınlıqda alçaq balaca, zabitlər üçün, dördümüz – mən, podpolkovnik Jixarev, Sergey Yermolov və Qriboyedov üçün nəzərdə tutulmuş bir ev idi.

Mən dəhlizdə Talızinlə rastlaşdım, o generalın köməkçilərindən birinə, Qavqaz alayının kiçik zabiti (uryadnik) Rassvetayevə göstəriş verirdi ki, “o tez araba hazırlasın, Qriboyedovun arabasını tapsın və qalaya çapsın. Mən ondan fransızca soruşdum: Bu nə deməkdir? Talızin cavab verdi ki- “Sonra deyərəm.” Mən yarımşubamı çıxarıb A.P. Yermolovun yanına qayıtdıqda Qriboyedov otaqda yox idi. O harasa çıxmışdı, ancaq tezliklə qayıtdı, sakit görünürdü, çox saylı tutulanlardan danışan Uklonskini dinləyirdi. Şam yeməyinin gətirilməsinə göstəriş verildi...”.

Şam yeməyindən sonra Qriboyedovun həbs olunması və onun çemodanlarının nəticəsiz axtarışları səhnəsini təfsilatıyla söyləyən Şimanovski davam edir: “ Burada bizim əşyalarımız olan arabaya qayıtmaq lazımdır. Uryadnik (Kazak ordusunun kiçik zabiti) Rassvetayev ona verilən tapşırığı cəldliklə yerinə yetirdi. O arabanı tapdı, onu sıradan ayırdı və öküzləri çapmağa məcbur etdi, beləki biz tezliklə bizim üçün ayrılmış evə çatdıq. Burada bizim çoxsaylı adamlarımıza tezliklə Qriboyedovun ancaq üzərində “Ağıldan bəla” yazılmış yoğun dəftəri saxlamaq şərtilə, bütün kağızlarının yandırılması əmri verildi.

Qriboyedovun köməkçisi Aleksaşa ağasının sənədlərini yaxşı tanıyırdı; o bu işə başçılıq edirdi, yarım saat ərzində bütün kağızları Kozlovskinin mətbəxində yandırdılar, çemodanları isə arabadakı əvvəlki yerinə qoydular.

Qriboyedov üçün vacib olan bu hadisə belə başa çatmışdı, ona görə də o bizimlə vidalaşanda əminliklə demişdi “Mən sizin yanınıza qayıdacam”. Əyər onun kağızları qalsaydı bu olmaya da bilərdi...”.

Axtarış zamanı məlum olmuşdu ki, Qriboyedovun əşyaları iki bağlı çemodanda Vladiqavqazda, Oqaryevun evində saxlanılır. Yermolov dərhal Vladiqavqazın komendantı polkovnik Skvortsova həmin çemodanları bağlatdırıb Yekaterinoqrada göndərməyi, Yekaterinoqradın hərbi rəisinə isə onları bir neçə zabitin və hərbi qasid Uklonskinin qarşısında açmağı əmr verdi.

Bütün rəsmiyyətləri bitirdikdən sonra yanvarın 23-də Qriboyedov və Uklonskiy Qroznojye-dən çıxıb Yekaterinoqrada gəldilər və orada çemodanların gəlməsini gözlədilər. Ayın 30-da çemodanlar gəlib çatdı, möhürlənmiş kağızlar isə Uklonskiyə təqdim olundu.

Qriboyedovun Qroznoyedə və Yekaterinoqradda baxış keçirilmiş çemodanlarında ondan artıq , o cümlədən Şərqə aid kitab: Gürcüstanın və Qavqazın coğrafi və statistik vəziyyətinə aid, Əbülqazi tatarlarının (azərbaycanlıların) törəmə tarixinə aid kitablar aşkar edilmişdi.

Qriboyedovu Qavqazdan yola salarkən Yermolov baron Dibiçə yazmışdı: “ Qriboyedovu sizin əlahəzrətliyinizə göndərməklə şərəf duyuram. O elə həbs edilmişdi ki, yanında olan kağızları ləğv edə bilməzdi, ancaq onda belələri tapılmamışdır, onun yanında olan bəzilərindən başqa, onlar da onunla birlikdə göndərilir. Əyər gələcəkdə belələri aşkar edilərsə mən onları sizə çatdıracam.

Nəticədə sizin alicənablığınıza onu da çatdırmağı özümə şərəf bilirəm ki, Qriboyedov Persiya sarayındakı bizim nümayəndəliyimizdə qulluq etdiyi dövrdə də və, sonralar mənim yanımda da həm mənəvi cəhətdən həm qayda-qanuna rəayət etməkdə əxlaqsız olmamış və bir çox yaxşı keyfiyyətlərə malikdir.”

1826-cı ilin fevralında Qriboyedovu Peterburqa gətirdilər, və qalada boş yer olmadığından onu Baş qərargah nəzdindəki “qauptvaxt”aya saldılar. Onu bir neçə dəfə dindirdilər, hər dəfə də o özünün hər hansı bir gizli cəmiyyətə məxsus olduğunu inkar edir, ancaq boynuna almışdı ki, bəzi dekabristlərlə görüşmüş, mövcud quruluşa dair söhbətlər etmiş, “mənfi cəhətləri tənqid etmiş, ziyanlı saymış və daha yaxşısını arzulamışdır.” Dekabristlərin də Qriboyedov barəsində verdikləri ifadələr onun üçün sərfəli idi, ancaq çar 1 Nikolay şairi azad etməyə tələsmirdi- O Qavqaza- İrana xüsusi tapşırıqla göndərdiyi knyaz Menşikovdan xəbər gözləyirdi. Menşikov yolüstü Qriboyedov barəsində məlumat toplamağı qarşısına məqsəd qoymuşdu:- onun əxlaqı necədir, onun barədə nə danışırlar və s. Eyni zamanda Menşikova “ordunun və onun rəislərinin “nəfəsinə göz qoymaq” tapşırılmışdı. Nikolayın belə tapşırığı görünür ordunun Qavqaz korpusunda hansısa gizli təşkilatın olması barədə şübhələrin yaranması məcbur etmişdi.

Menşikovun dəstəsinə aid edilmiş polkovnik Bartolomey Yermolova Çervonnıy kəndində baş çəkmişdi və elə orada Yermolovun özünün “ sadiqlik hisslərinin“ idarə etdiyi korpusun isə “etibarlılığının” şahidi olmuşdur. Bu sakitləşdirici məlumatlar Qriboyedovun istintaq işinin gedişatına təsir etmişdi. 1826-cı ilin iyunun 2-də onu, nəhayət, “təmizləyici attestat”ın təqdim edilməsilə azad etdilər. Ondan əlavə ona “nəzərdə tutulmayan” illik məvacib və qayıtmaq üçün yol pulunu da verdilər.

Ancaq Qriboyedova və Qavqaz korpusuna qarşı birbaşa günahlandırıcı dəlillərin olmaması I Nikolayın şübhələrini tam yayındıra bilməmiş və hətta gələcəkdə Yermolova qarşı ədavətli münasibətin artmasına səbəb olmuşdu. 1827-ci il martın 28-də Yermolov korpus komandirliyi vəzifəsindən azad edilib. Onun yerini imperatorun sevimlisi general Paskeviç tutur.

Qavqaz şünas Vaydenbaum “Yermolov və gizli cəmiyyət “ adlı məqalə hazırlayırdı, ancaq onu başa çatdırmadı. Onun əliylə yazılmış məqalənin qaralaması Gürcüstan Muzeyində onun arxivində saxlanılır. Məqalədə qaldırılmış məsələnin tarixi maraqlıdır.

Çənub cəmiyyətinin üzvləri arasında guya Tiflisdəki Baş mənzildə Rusiyada siyasi çevriliş hazırlamağı qarşısına məqsəd qoyan cəmiyyətin mövcudluğu barədə söz yayılmışdı. Cənub cəmiyyətinin fəal üzvlərindən biri S.Q. Volkonskiy Ali dumanın bu söz-söhbətin doğru olub olmaması barədə məlumatın toplanması tapşırığın yerinə yetirlməsini öz üzərinə götürmüşdü. 1824-cü ildə Volkonskiy Qavqaz Mineral Sularında (KMV) istirahət edirdi. Burada o A.Yakuboviçə rast gəlmişdi. Bu şayiənin doğru olduğu barədə xəbəri təsdiqləyən A.Yakuboviç hətta onu inandırmışdı ki,həmin cəmiyyətin sədri elə Yermolovun özüdür.

Volkonskiy Ali Dumanı sevindirməyə tələsdi. Ancaq sonralar sürgündə birlikdə yaşadıqları zaman Volkonskiy Yakuboviçin ağıl səviyyəsilə yaxından tanış olduqdan sonra, onun hekayətlərinin xəyallarının bəhrəsi olduğuna əmin oldu. Sonradan öz “xırda yazılarında” S.Q.Volkonskiy yazırdı :-“ –“Bu ancaq onun ağıl istiqamətinin əfsanəsi idi” . Görünür bunların hamısını aydınlaşdırdıqdan sonra Vaydenbaum öz məqaləsindən vaz keçmişdir.

“Dekabristlərin üsyanı” materiallarının X tomundakı yazılara əsasən, Qavqazda hansısa gizli təşkilatın olması və onun Yermolovla əlaqəsi barədə yayılmış şayiə dekabristlərin özləri tərəfindən kəskin surətdə rədd edilmişdir.

İyul ayının ortalarında Rusuya- İran müharibəsinin başlanmasına baxmayaraq, həbsdən azad edilmiş Qriboyedov Qavqaza səfərini uzun müddət uzadırdı. Onu ağır hisslər təqib edirdi: dostları dekabristlərin edam və sürgün edilməsi ağır qəlb böhranına səbəb olmuşdu.

Ancaq sentyabrın 3-də Tiflisə gələn Qriboyedov müharibəyə səbəb olmuş hadisələrlə tanış olmağa başlamışdı.

Gülüstan müqaviləsinin imzalandığı gündən İran Höküməti qisas almaq məqsədini güdən siyasət aparırdı. Şah tacının varisi Abbas Mirzə xarici məsləhətçilərin yardımıyla Avropa üsulunda təlim görmüş ordusunu ən yeni texnikayla silahlandırmış, öz valisi olduğu Təbrizi isə hərbi nöqteyi-nəzərdən daha da gücləndirmişdi.

1826-cı ildə Tehrana Menşikov başda olmaqla Rusiya Səfirliyi təşrif buyurur. Onun əsas məqsədi olan Gülüstan müqaviəsinin ımzalandığından sonra yaranmış Rusiya- İran sərhədlərinə dair mübahisənin həll olunmasından başqa , səfirlik Rus dövlətinin başına 1 Nikolayın gəldiyini məlum etməkdən ibarət idi.

Menşikovun Səfirliyi uğur qazana bilməmişdi. Onun gəlişi nəinki vəziyyəti yumşaltmadı - əksinə daha çox qızışdırmış oldu. Rusiya dövlətinin sülhpərvər addımı isə şah tərəfindən rus dövlətinin zəifliyi kimi qiymətləndirilmişdi. N.Murayevun öz “yazılarında” qeyd etdiyi kimi, İranlılar Menşikova kobud, təkəbbürlə cavab verir, eyni zamanda silahlı qüvvələri sərhəddə doğru yaxınlaşdırırdılar.

İranın işğalçılıq siyasəti Gürcüstandan keçən tranzit ticarət xəttinin dayandırılmasına çalışan ingilis nümayəndəliyinin iftiralarıyla baş verirdi. İngilislər tərəfindən qızışdırılan İranın baş dini rəhbərliyi Rusiya ilə cihadın başlanmasını elan etdi. 1826-cı ilin 16 iyulda İran silahlı qüvvələri müharibə elan etmədən rusiya sərhəddini keçdi. Bambak sərhədd vilayətinin rəisi Sevarsamidze öz tabeçiliyində cəmi iki batalyona malik idi. Düşmənin hücumunun qarşısını almağa çalışaraq o Bambak dağının arxasına keçməli oldu.

Güclü müqavimətlə qarşılaşmayan İran ordusu tezliklə böyük bir sahəni zəbt etməyə nail oldu. Ciddi təhlükə Tiflisə yaxınlaşırdı ,düşmən hərbçiləri alman koloniyası olan Yekaterinenfeldə çatmağa nail olmuşdular. Onu tamamilə dağıdaraq sakinlərin çoxunu əsir aparmışdılar.

Silahlı qüvvələri döyüşə daxil etməzdən əvvəl Yermolovun hərbi hərəkətləri düşmənin qarşısının alınmasına yönəlmişdi. Ancaq Peterburqdan təcili və qətiyyətli “Şəraitə uyqun olaraq... mütləq hücuma keçmək ....” əmrini alandan sonra Yermolov Mədətova hücuma keçmək əmrini vermişdi.

Eyni zamanda 1 Nikolay general Paskeviçin tezliklə Qavqaza qələcəyi barədə Yermolovu xəbərdarlıq edərək yazırdı: “ O mənim etibarımdan istifadə edərək sizin bütün tapşırıqlarınızı mənə çatdıracaq”. Bu göstərişi alan Yermolov Paskeviçin Qavqaza gəlməsinin mənasını anlamışdı. O başa düşürdü ki, bu onun getməsi deməkdir, ancaq mübarizəsiz əl çəkmək fikrində də deyildi. Hərbi hissələrin Şamxor ətrafındakı qələbəsindən sonra o kinayə ilə general Mədətova yazırdı:” “ Nə yaxşı oldu ki, mən Paskeviçin gəlməsindən qabaq hücuma keçmək əmrini verdim. Onlar elə bilirdilər ki, biz qorxmuşuq və heç nə edə bilmirik...”.

Yermolovun Paskeviçlə gərgin münasibətləri dövründə onların hərəkətlərində də birlik gözləmək mümkün deyildi. Tezliklə iri anlaşılmazlıqlar və fikir müxtəliflikləri yarandı, Qriboyedov bunlar barəsində Begiçevə yazdığı məktubda belə izahat verirdi: “ Mən müharibəyə düşmədim, ona görə ki A.P-də ( Yermolov) ora düşmədi. Indi başqa növ müharibə gedir. İki böyük generallar dalaşır, onların tabeçiliyində olanların tükləri isə göydə uçur”.

Yermolovun müqəddəratı həll olunmuşdu. Bütün xalqın gözü qarşısında meydanda satqın Mollanın edam olunması onun gedişini bir az da sürətləndirdi. Bu edam barəsində məlumat Peterburqa çatdı və Yermolov çiddi töhmət aldı[18].

Bu arada rus ordusu gen. Paskeviçin rəhbərliyilə Yelisavetpolu azad etdi və düşmənin zəbt etdiyi bütün torpaqları geri qaytardı. Rusiya silahlı qüvvələri qışı Qarabağda başa vurduqdan sonra yeni yürüşlərə hazırlaşırdı.

“Əlahəzrətin əmrilə Yermolov silahlı qüvvələrin komandanlığından azad edildi. Martın 28-də Paskeviç vəzifəsinin icrasına başladı və artıq aprelin 4-də Qriboyedov ondan göstəriş aldı:” “Gürcüstan üzrə baş iş icraçısı vəzifəsinə keçərək sizə Türkiyə və İranla bütün xarici münasibətlərə dair yazışmaları kargüzardan və arxivdən qəbul etməyi, lazımi tərcüməçilərdən istifadə etməyi həvalə edirəm”.

Bu təyinat Qriboyedov üçün gözlənilməz deyildi, çünki o Tiflisə qayıdan andan bütün diplomatik yazışmalarla məşqul olmuşdu, Ancaq təkcə Paskeviçin vaxtında bu yazışmalarda öz şəxsi təşəbbüsündən istifadə etmək haqqına nail olmuşdu, çünki Yermolovun vaxtında rəisin hər kiçik məsələyə belə qarışmaq xasiyyəti bu imkanı yaratmırdı. Nahaq yerdən Yermolovun vaxtında xidmətinin icrası barədə yazmırdı: “Aleksey Petroviçin zamanında mənim boş vaxtım çox idi, yeganə qazancım o oldu ki, doyunca mütaliə etdim”.

Həmişə ancaq hərbi işlərlə məşqul olan Paskeviç, özünün boynuna aldığı kimi, mülki işlərin daxilinə qarışmaq imkanından məhrum idi və bu işlərlə ancaq arada bir məşqul olurdu.

A.Berje “Qavqaz coğrafi arxeoloji komissiyasının sənədləri” –nin giriş sözündə qeyd edirdi: “Qraf Paskeviçdən çıxan sənədlərin əsas dəyərlərindən biri onların çox aydın və yüksək dərəcədə səviyyəli yazıldığında idi. Məlumdur ki, onun özünün yazısı o dərəcədə zəif idi ki, Qriboyedov və başqaları təkcə əmrlər və sərəncamlar deyil, hətta onun şəxsi məktublarını yazırdılar”.

Yermolovun vəzifəsindən uzaqlaşdırılandan, onun yerinə Paskeviçin təyin edildiyindən sonra vilayətin idarə edilməsinə yerli həyatla tanış olmayan başqa, rütbəli şəxslər gəldilər. Belə şəraitdə Qavqazın xüsusiyyətlərini yaxşı öyrənmiş və onun tələbatlarını bilən Qriboyedovun rolu xüsusilə böyük idi. Qriboyedov Qavqazın öyrənilməsinin davam etdirilməsini vacib olduğunu hesab edirdi. “ Yoxsa bu avam məmurlarla ömründə heç nə öyrənə bilməzsən, onların özləri də heç nə bilməyəcəklər.”– deyə o şikayətlənirdi.

Paskeviçin dəftərxanasından Maliyyə Nazirliyinə “ bu diyarın statistik, etnoqrafik, topoqrafik və maliyyə cəhətdən öyrənilməsi məqsədilə təcrübəli məmurların ezam olunması xahişilə” məktub göndərilmişdir. Bundan başqa bu diyarın ehtiyacları barədə yazı təqdim olunur. Bulqarinə göndərdiyi məktubdan (16 aprel 1827 il tarixli) göründüyü kimi, Qriboyedov buranın vilayətləri barədə müxtəlif geniş, ən son və keyfiyyətli sistemlə hazırlanmış statistik məlumatların toplanması məsələsinə çox həvəslə başlamışdır.

Qriboyedovun fəaliyyət dairəsinə Gürcüstanda ipəkçiıiyin, üzümçülük və başqa sahələrin inkişafı yolunda dəyərləndirilən tədbirlərin keçirilməsi daxil idi. Diplomat həm də kommersiya bankının açılması, yaxud Tiflisdə kütləvi kitabxananın təşkil olunması kimi məsələlərlə də məşqul olurdu. Qriboyedovu həm də rayonlarda müxtəlif peşə məktəblərinin açılması, xalqın təhsil alması məsələləri də maraqlandırırdı.

Tiflisdə qəzet nəşr edilməsinə dair çalışmaları da o zamanlara aiddir. Qəzetin nəşr edilməsinə dair sənədlər də Qriboyedovun başçılıq etdiyi diplomatik idarədən keçirdi.

Qəzetin icra edilməsinin vacibliyini əsaslandırmaq üçün əsas dəlil olaraq İranla müharibənin gedişatı barədə əhaliyə lazımi məlumatın çatdırılmasının vacibliyi olmuşdu. Bu təşəbbüs Paskeviç tərəfindən müdafiə edildi və 1837-ci ilin iyulun sonunda Qriboyedovun baş komandan olduğu günlərdə , “Tiflisskiye vedomosti” (“Tiflis xəbərləri”) başlığı altında qəsetin buraxılmasına icazə almaq üçün müraciət edilmişdi. İcazə verildikdən sonra qəzetə nəzarət etmək general Sipyaginin rəhbərliyilə təsis edilmiş xüsusi komitəyə tapşırılmışdı[19].

Paskeviçin göstərişilə qəzetdə “rəsmi xəbərlər, müxtəlif elanlar, bu diyar üçün maraqlı yeniliklər və ümumiyyətlə dövlətin nəzəri ilə razılaşmış müxtəlf xəbərlər “ çap olunmalı idi.

“Tiflis xəbərləri”nin birinci nömrəsi 1828-ci ilin iyulun 4-də çapdan çıxmışdı[20]. Qəzetin zahiri görünüşü o günlər üçün qaneedici idi. O həftədə bir dəfə dörd səhifədə, adi formatda, iki sütunla çap olunurdu. Dövlət elanları və göstərişlərilə yanaşı, onda həm də daxili və xarici xəbərlər, bədii kiçik hekayələr (təsvirlər), tarixi və etnoqrafik xüsusiyyətli məqalələr çap olunurdu. “Tiflis xəbərlərinin” bəzi məqalələri paytaxt mətbuatının diqqətini cəlb edirdi və onlar rus cəmiyyətini onlar üçün yeni və maraqlı olan diyarla tanış etmək məqsədilə bu qəzetin materiallarından istifadə edirdilər.

Məqalələrin bir çoxlarının müəllifləri müxtəlif psevdonimlərdən istifadə edərək, yaxud heç ad göstərmədən öz adlarını gizlədirdilər. Əyər o zaman Tiflisdə Qavqaza sürgün olunmuş çoxlu sayda dekabristlərin yaşadığı nəzərə alınsa, “Tiflis Xəbərlərinin “ işinin onlarsız keçinmədiyini əsaslı olaraq təsdiq etrmək mümkündür. Bu qəzetlə dekabr üsyanına qoşulmuş Suxorukovun[21] əməkdaşlığı barədə Uşakov “Asiya Türkiyəsində 1828-29-cu illərdə hərbi hərəkətlərin tarixi” əsərində (Varşava,1843) qeyd etmişdi. Dekabrist Bestujev (Marlinskiy) qəzetdə hərbi məişətə dair maraqlı hekayətlər çap etdirmişdi.

Qriboedov hətta İrana getdikdən sonra da qəzetlə maraqlanmaqla davam edirdi. Belə ki, 1828-ci il dekabrın 3-də Təbrizdən Paskeviçə yazırdı:

“Burada Tiflis qəzetləi üçün bir neçə sətir əlavə edirəm ,əyər siz icazə versəniz.”

1827-ci ilin may ayının ortalarına kimi Qriboyedov Tiflisdə olub və özünü bütövlükdə xidmətə həsr etmişdir. “Məndən şeir gözləmə- deyərək o dostu Bulqarinə yazırdı: - “dağlılar, farslar, türklər, idarənin işləri, mənim indiki rəisimin həddindən artıq çoxsaylı yazışmaları mənim bütün diqqətimi cəlb edir ”.

O zamanlar müharibəylə əlaqədar Kür çayı boyunca gəmiçiliyin inkişafının böyük əhəmiyyət kəsb etdiyindən, bu məsələ geniş müzakirələrə səbəb olmuşdu. Bu layihə çoxdan meydana çıxmışdı. Hələ 1796-cı ildə general Zubovun yürüşü zamanı Rusiya ordusu üçün azuqə Jevata qədər Kür çayı vasitəsilə çatdırılırdı. 1814-cü ildə general Rtişşev “ Kür çayı vasitəsilə Həştərxan, Bakı və Talış, Şirvan və Şəkiilə Elizavetpol vilayətinə və ondan daha hündürə - Samuxa qədər ta Gürcüstana kimi su kommunikasiyaların qurulmasına dair fikirlərini” təqdim etmişdi. Elə o vaxtlar müxtəlif təcrübələr və tədqiqatlar aparilmasına başlanmışdı və qərara gəlinmişdi ki Kür çayı başlanğıcından Samux limanına qədər (Alazan çayının töküldüyü yerə qədər) Gəmiıçiliyin inkişafı üçün yararlıdır və onun üzərindən “rəsmi dövlət yüklərinin” daşınması mümkündür, ancaq bununçün çayın dibinin müxtəlif ağac qırıntılarından, daş-kəsəkdən təmizlənməsi vacibdir.

O zamanlar “Gürcüstanda və onun ətrafındakı vilayətlərdəki vəziyyət “barədə tərtib olunmuş “Bəzi Gümanlarda“ geniş işıqlandırılan mülkədarlıq dövrünün davam etməsi, Qriboyedova da məlum idi, bununla belə müəllif “Gürcüstanda mülkədarlığın ləğv oluimnası, yaxud heç olmazsa onu bir qədər azaltmağın, canı möhkəm insanları ailələrdən və doğma torpağından qoparıb satmağın, çıxarmağın yaxud köçürülməsinin qadağan olunmasının vacib olduğunu “ qətiyyətlə söyləyirdi.

“Bəzi gümanlarda” Ermənistanın qurulmasına çox yer ayrılır və onun tarixi barədə maraqlı məlumatlar verilirdi: Anna İoannovnanın” Şahlığı dövründə qeyri sabit olan “erməni Şkvadronu” təşkil edilmişdi.

I Pyotrun şahlığı dövründə isə erməni məliklərinin rəhbərliyi altında erməni ordusu yaranırdı. Həmin Gümanların davamında “ daxili qorunma qoşunlarının yaradılmasının” və ermənilərin İrandan Rusiya ərazilərinə köçürülməsinin vacibliyi barədə qeydlər mövcuddur. “Əlbəttə “Bəzi Gümanlar” Qriboyedovu maraqlandırmaya bilməzdi, çünki onlar onun xidməti vəzifəsini yerinə yetirərək birbaşa məşqul olduğu məsələlərə də toxunurdu.

ÜÇÜNCÜ FƏSİL

Yürüşlərdə. Milli hissələrin iştirakı. Abbas Mirzə ilə danışıqlar. Yerevanın azad edilməsi. Yerevan qalasına hücumda və azad edilməsində iştirak edən dekabristlər. Təbrizin alınması. İran Azərbaycanının idarə olunmasına dair sərəncam. “Ağıldan bəlanın” ilk tamaşası.. Deykarqanda və Türkmənçayda danışıqlar. Sülh müqaviləsinin imzalanması. Müqavilə mətnilə Peterburqa gediş. İrana göndərilən diplomata təlimat mətninin tərtib olunması. Qriboyedovun İranda səlahiyyətli Nazir vəzifəsinə təyin olunması. Qriboyedovun N.Çavçavadzeyə evlənməsi. Tiflisdəki son günlər.


1827-ci ildə İrana qarşı hərbi hadisələr Gen.Benkendorfun qabaqcıl dəstəsinin göndərildiyi Yerevan xanlığının ərazisində baş verirdi. Aprelin 13-də müqavimətsiz Eşmiadzin götürülmüşdü. Benkendorfu yürüşdə müşayiət edən Nerses Rusiya ordusunu dəstəkləmək çağırışı ilə çıxış etdi. Bu zaman gen. Paskeviçin komandanlığı ilə əsas hərbi qüvvələr Tiflis ətrafında toplaşaraq çıxışı gözləyirdilər. Komandanlıqla birlikdə Qriboyedov da hücuma hazırlaşırdı.

Mayın 12-də rus ordusu Yerevan istiqamətində hücuma keçdi,ondan bir gün əvvəl isə Paskeviç keçən il olduğu kimi “Əlahəzrətin nəzərinə” milli hərbi hissələrinin formalaşmasına dair öz təkilflərini təqdim etmişdi. İyul ayını əvvəllərində Baş qərargah rəisi Dibiç tərəfindən imzalanmaış erməni və gürcü milli hərbi müqavimət hissələrinin yaranmasına dair müraciətə cavab olaraq məlumat daxil oldu ki, həmin silahlı dəstələrin yaranmasına icazə “ ancaq hərbi vəziyyət zamanı verilə bilər, erməni hərbi qoruyucu birləşmələrin yaranması barədə gələcəkdə xüsusi göstərişlər ola bilər.”[22].

Qeyd etmək lazımdır ki, milli –erməni və gürcü hərbi dəstələrin yaranması xüsusi icazə alınmadan yaranmağa başlamışdı. Mayın 14-ə kimi xüsusi erməni alayı yaranmışdı. Ona and içdirdilər və Ararat dağının rəsmi çəkilmiş bayrağını təsis etdilər. Bu hadisəylə əlaqədar gen. Sipyaqin tərəfindən çap etdirilmiş bəyannamədə qeyd edilmişdir ki, “keçən il Persiya hərbçiləri sərhədləri keçərkən ermənilər mərdlilklərilə, daim sabit itki verməklərilə seçilirdilər. ”

Erməni və Gürcü xalqlarının İran Ordusu ilə döyüşlərdə göstərdikləri qəhrəmanlıq və fədakarlıqlarını nəzərə alan rus hərbi komandanlığı, milli hərbi dəstələrinin yaranmasını tezləşdirdi. Müqavimət dəstələrinə daxil olmaq istəyənlər üçün xüsusi qaydalar hazırlanmışdı. Xalq qoşunu adlandırılan müqavimət dəstələrinə daxil olmaq könüllülük əsasında aparılırdı. 18 yaşından böyük və 30 yaşından kiçik olan şəxslər qəbul olunurdu. Ancaq, bəzi hallarda müəyyən insanın yürüşü keçirmək üçün gücünün olması kifayət etdiyindən, istisnalar da mümkün idi. Xalq qoşunu dəstəsinin üzvləri xidmətdə olduqları müddətdə, bu isə müharibənin müddətilə ölçülürdü, ailələrilə birlikdə müxtəlif növ vergilərdən azad olunurdu. Xidmətə qəbul edilən əskərləri and içməyə məcbur edir, onlara Birinci Pyotr tərəfindən təsdiq edilmiş Nizamnaməni pozduqda hansı cəzalara məruz qalacaqları barədə onun əsas maddələrini oxuyurdular. Xüsusi göstəricilərə görə ümumi qaydada təltif olunurdular.

Batalyonda 800 sıravi, 80- orta rütbəli zabit, 27 başqa rütbələr, və 40 nəfər qeyri hərbi qulluqçular nəzərdə tutulmuşdu. Batalyon 8 yüzlük(sotnya) yaxud “drujinalara” , hər yüzlük isə 10 “desyatkaya”-onluğa bölünürdülər. Hər əskərə dövlətə məxsus tüfəng, bel kəmərinin üzərinə bağlanmış çanta, 30 ədəd döyüş patronu və 10 ədəd çaxmaq verilirdi. Hər sıravi əskərin özünün xəncəri və dörd günlük azuqə üçün çiynindən asılmış kətan çantası olmalı idi. Xalq ordusunun tərtib olunması üçün nəzərdə tutulmuş qaydalarda ermənilər və gürcülər üçün vahid geyim forması da nəzərdə tutulmuşdu: boz rəngli mahud parçadan tikilmiş çuxa, tünd rəngli burmetdən (sonralar “diaqanal” adlanan parça) uzunqol köynək və arxalıq, gürcü papağı və yapıncı (burka) nəzərdə tutulmuşdu. Məvacib və azuqə bütün ordu üçün nəzərdə tutulduğu kimi verilirdi.

Hər on nəfər döyüşçüyə bir yük atı, çadır, qazan və iki pud iyirmi beş funt quru çörək nəzərdə tutulmuşdu. Döyüşçülərə hərbi təlim keçirilirdi. Onlar qarovul və ovçuluğun əsas müddəalarını bilməli, nişana aldıqları nöqtəyə atmağı, bölmələrin və çaxmaq çəkmək növbəsinin, hücuma keçmək və cəzalandırmaq üçün sıraların qurulmasını bilməlidilər. Bununla belə onları mürəkkəb sıra quruluşlarından və sıra səliqələrinin qurulmasından azad edirdilər.

Bu qaydalar 1827-ci ilin mayın 24-də ordu komandanı general –adytant Cipyagin tərəfindən imzalanmışdı,anca hələ 1826-cı il döyüşlərinin gedişatında tətbiq olunurdular.

Şuşa qalasının alınmasında xalq ordusunun nə boyda rolu olduğu məlumdur. Bu ordu 6 həftə ərzində İranlıların qüvvələrini sıxışdırmışdır, bu zaman ərzində hər tətəfdən yığılmış rus ordusu bir yerə toplaşaraq düşmənə güvvətli zərbə endirmişdir. Bu epizod barəsində rəsmi məlumatlarda[23] belə yazılmışdı:

“ Qarnizonun ruh yüksəkliyi əla idi, ancaq belə güclü qalanın qorunması üçün altı zəif rota kifayət etmirdi. Xoşbəxtlikdən bizə yardım üçün yerli Şuşalı ermənilər gəldilər, onlar əskər tüfənglərilə silahlanmış 1500 nəfər idilər, divar boyu düzülərək qalanın qorunmasını gücləndidilər. Onların üzərində rəisliyi Reut Ağabəy Kələntərovu təyin etmişdi. ...Başqa ermənilər bizə əllərində gələn yardım edirdilər. Bir nəfər Barutça Poqos bizim barıtımızın olmadığını eşitcək gündə pulsuz 20-30 funt barıt hazırlamağı boynuna götürdü: başqaları güllə hazırlayır yaxud köhnə güllələri əridirdilər, kəndlilər beş-yüzdən- altı yüzə qədər öz malqarasını əskərlərin yedizdirilməsi üçün bağışlayırdılr. ...Gecələr ermənilər bir çox hallarda İran gülləbaranının altında bizim buğdamızı üyüdürdülər. Abbas Mirzə bir neçə dəfə zəhləsi getdiyi dərəni ələ keçirməyə cəhd eləmişdi, ancaq onun bütün cəhdləri Safar və Rostom Tarxanovların başçılıq etdikləri ermənilərin güclü müqavimətinə rast gəlmişdi. Düşmənlərin hücumunun qarşısını almaqla yanaşı, ermənilər bəzi hallarda özləri onlara basğınlar edib narahat edirdilər. Bu kəndin qadınları belə qəhrəmanlıqlar göstərirdilər, Xatai adlı bir qadını bütün Qarabağ tanıyırdı.”

Bəzi igidlər isə risk edərək düşmənlərdən xəbər çatdırmaqla, yaxud komandanlığın məxfi tapşırıqlarını yerinə yetirməklə orduya böyük xidmət göstərirdilər. Zəbt olunmuş ŞUŞA qalası komendantının tapşırığını Tiflisdəki general Yermolova çatdırmağı boynuna götürmüş və onun göstərişini geriyə aparmış A.Altunyanın hərəkəti dillər əzbəri olmuşdu.

Bürakan kəndinin sakini olan və elə əlaqələndirici rolunu ifa edən İ.Aslanyanın da hərəkəti məlumdur. Onu yolda tutmuş İran sərbazları onun burnunu kəsmiş, gözlərini çıxarmışlar, ancaq ondan söz ala bilməyərək nəhayət dilini də kəsmişdilər, ancaq buna baxmayaraq o bütün gücünü toplayaraq komandanlığın tapşırığını yerinə yetirmişdi.

“Erməni ordusunun yaranması fikrini” əsaslandıraraq N.Muravyev ordunu yerli iqlim şəraitinə uyğunlaşmış yeni qüvvələrlə möhkəmləndirmək və gələcəkdə “ bütün yer kürəsində səpələnmiş erməni xalqını bir yerə toplamaq” məqsədini də gizlətmirdi. O milli döyüşçü dəstələrin başında Ermənistanda, Gürcüstanda böyümüş yerli başçıların olmasının vacib hesab edirdi.

1827-ci il kompaniyasının başlandığı gündən üç erməni silahlı döyüşçü dəstəsi yaranmışdı. Zabit Sumbatovun başçılıq etdiyi 150 nəfərdən ibarət birinci dəstə Calal oğlu-da rus ordusuna birləşdi. İkinci dəstəyə başçılığı kiçik zabit Akimov öz üzərinə götürmüşdü. İrana qarşı hərəkət edən rus ordusuna bütün Zaqavqaziya xalqları kömək edirdilər.

Gürcüstanda birinci xalq müqaviməti ordusunu siqnahlar təşkil etmişdilər. Onlar Kizix rayonundan 2220 nəfər piyada, 400 nəfər atlı çıxarmışdılar, mülkədarların kəndlərindən isə 93 piyada, 27 atlı var idi. Telavi bölgəsindən də tezliklə ordu dəstələri yaranmışdı. Kaxetiyalıların köməyinə pşavlar, xevsurlar, tuşinlər qoşulmuşdular.

Bütün qorxulu yerlərdə kəndlilər tüfənglə silahlanmışdılar. Təkcə Siqnax bölgəsində 3545 piyada, 530 atlı var idi. Kaxetiyalılar düşmənə öz torpaqlarına daxil olmaq imkanı vermədilər, bununla da onlar müharibənin uğurlu gedişatına təsir etmiş oldular.

Bundan başqa Gürcüstanın hər bölgəsindən atlı dəstələr təşkil olunmuşdu. Məsələn Siqnax bölgəsindən iki yüz nəfərdən ibarət Zurab Andronikovun (Andrikaşvili) başçılığı altında atlı dəstəsi avqustun 14-də artıq Tiflisdə idi. Telavi bölgəsindən İvan Eristavinin başçılığı ilə təşkil olunmuş atlı dəstəsində 250 nəfər var idi.

Avqustun 15-də hər iki dəstə şəhərdən çıxmaq və gen. Mədətovun dəstəsinə qoşulub onun tapşırığı ilə hərəkət etmək əmrini almışdı[24].

Buna oxşar əmri Hərbi Gürcüstan yolu ətrafında yaşayan dağlılardan ibarət dəstə də almışdı. O əsasən gürcülərdən və osetinlərdən ibarət olaraq cəmi 593 nəfər həm piyadalar həm atlılar var idi.

Avqustun 15-də bu dəstə barəsində gen. Mədətova məlumat verən Yermolov yazırdı: “ Podpolkovnik Kananov tərəfindən idarə olunan həm atlılar həm piyadalar gələcəklər, onların arasından siz çox yaxşı və mənfəətli atıcılar tapacaqsınız”.

Qori müqavimət ordusunun tərkibində adamların sayı az idi. Təqribi hesablamalara görə onun tərkibində iki minə qədər adam var idi. Bu dəstənin başçısı David Tarxnişvili idi. Bu dəstənin vəzifələrinə “Əhalini yırtıcıların hücumundan qorumaq, düşmən dəstələrini aşkar etmək və yerli əhalini taxılı yığmağa məcbur etmək” daxil idi. Belə göstəriş fəaliyyətdə olan orduya daxil olmaq arzusunda olan döyüşçülərin mənliyini təhqir etməyə bilməz idi, və bunu görən Tarxnişvili Yermolova yazırdı:

“Əlahəzrətliyinizə müraciət edərək xahiş edirəm, bizləri tənbəllik vəziyyətində saxlamayıb lazım olduğumuz yerə getməyimizə əmr verəsiniz, çünki bizim cəmiyyətimizin arzusu döyüş meydanında şəxsən iştirak edib düşmənləri məhv etməkdir.”

Ancaq erməni və gürcülərin rus ordusuna köməyi təkcə döyüşdə aşkar olunmurdu. Onlar ölkə daxilinə hərəkət etdikcə yerli əhali də onlara kömək etməyə çalışırdı. Milli hissələr könüllülərin və düşmən ordusundan Rusiya ordusuna keçənlərin hesabına getdikcə güclənirdi. Yaşayış məntəqələrində rus ordusunu adətən mühüm hərbi-strateji obyektləri qorumaq kimi tapşırıqları icra etməli olan silahlı insanlardan ibarət dəstələr qarşılayırdılar.

Calaloğlu düşərgəsində belə bir dəstənin hərəkətini təhlil edərkən fəaliyyətdə olan ordunun Mərkəzi qərargah rəisi vəzifəsini icra edən gen. Muravyev qeyd etmişdi ki, “Gümri ermənisi Martiros... bir çox hadisələrdə əsl igidlik və fədakarlıq göstərmişdir”. Muravyev həm də yerli əhalinin,”qocalar və cavanların” Calaloğlu ətrafında qala istehkamlarının yaradılmasında fəal iştirakını, ordu hissələrinə azuqə və yemlə təchiz edilməsində köməklik göstərilməsi kimi mühüm faktı qeyd etmişdir.

Zaqavqaziyada yaşayan azərbaycanlı əhali də gürcülər və ermənilər kimi İran və türk istilasından qurtarmaq arzusunda idi və rusların sifətində xarici işğalçılardan xilaskarları görürdü. Qriboyedovun yol yazılarında müsəımanların hörmətçiliklərindən, azərbaycanlı əhalinin rus ordusunu sevinclə qarşılanmasına sübut kimi Mollanın dediyi sözlər qeyd olunur.

Rus ordusunun əskərləri də öz növbəsində əhaliyə kömək edirdilər. Qaçqınların yerləşdirilməsi, azuqə ehtiyatlarının qorunması və b. hərbi rəislərin vəzifəsi sırasına daxil idi. Məsələn Eçmiadzin uğrunda Uşaqan (Oşakan) ətrafında gen. Krasovskinin komandanlığı ilə baş tutmuş döyüşdə çox saylı döyüşçülərin itirilməsi yadda qalan epizodlardan biri olmuşdur.

Müharibə qurtarandan dərhal sonra həmin döyüş getdiyi məkanda həlak olanların xatirəsinə abidənin qoyulması mərasiminin gedişatı rus və erməni xalqları arasındakı dostluğun bariz nümunəsi olmuşdur. Bu mərasim bütün əhalinin iştirakı şəraitində baş vermişdi[25].

Doğma torpaqların azadlığı uğrunda çıxış edən erməni zəhmətkeş xalqı əsirlərlə başları üzərində hökmranlıq edən İran işğalçılarının zülmkarlığını atmaq, rus çarlığının müstəmləkəçilik siyasətini heç cür bölüşməyərək , rus xalqı ilə yaxınlaşmaq arzusunda idi.

Erməni burjuaziyası və dini başçılar İran və Türk zülmündən xilas olmuş erməni xalqının gələcəyini özləri bildiyi kimi təsvir edirdilər. Çar idarə üsulu xalq azadlıq hərəkatından 1826-28 -ci illər müharibəsində düşmənlərə qalib gəlməsində yardım etdiyinə görə istifadə edirdi. Bunların hamısının nəticəsi isə Zaqavqaziya xalqlarının böyük rus xalqı ilə yaxınlaşması olmuşdu.

Rus ordusunun tərkibində çiyin-çiyinə ermənilər, gürcülər, azərbaycanlılar, osetinlər döyüşürdülər. Ordubad əməliyyatını yad edərkən Müravyev yazırdı: “ermənilər Gürcüstan batalyonunda gürcü alayıyla birlikdə farslara qarşı gözlənildiyi kimi savaşırdılar.” Yelizavetpol ətrafında aparılan əməliyyatı yad edərkən (13 aprel 1826 il) zabit İ. Qrjeqorjevskiy belə bir hadisəni xatırlayır: dərənin qabağında dayanmış düşmənin çaşqınlığı sol cinahda dayanmış azərbaycan və gürcü milisinin 1-ci xəttinin gözündən qaçmamışdı, və onların atlıları dərənin ətrafından dolanıb Nijni Novqorod iki draqun alaylarının köməkliyilə sürətli hücumla düşməni qaçmağa məcbur etmişdi. 1812-ci il müharibəsinin şöhrətli qəhrəmanı Denis Davıdovun başçılıq etdiyi döyüşlərdə də hərbi dostluq öz böyük əhəmiyyətini göstərmiş oldu.

1827-ci il kompaniyasının başa çatmasıyla əlaqədar hərbi hissələr üzrə əmrdə gürcü birləşmələri “ Qalibiyyətli rus ordusunun şanlı işçiləri” adlandırılmışdı. İranla müharibədə erməni silahlı dəstələrinin iştirakından danışarkən gen. Sipyagin qeyd etmişdi, “ bir çox hallarda onlar xidmət yolunda canlarından keçməyə hazır idilər...və buna görə sozsüz ki vətəndaşların və dövlətin təşəkkürünə layiq olmaq hüququnu qazanmışlar”[26].

Zaqavqaziya xalqları oğullarının müharibədə iştirak etməsi onların tarixi talelərinin oxşarlığını sübut edir və rus xalqı ilə il-ildən daha da möhkəmlənən sarsılmaz dostluğynun bariz sübutudur.

Burjuaziya- dindarlıq yönümdə çalışan tarixşünüslar rus ordusuna bütün kütlə tərəfindən yardım edilməsində baş rolu məhz din amilinə və zadəganlar təbəqəsinin təsirilə izah edirlər. Təsadüfi deyil ki çar höküməti qavqazdakı döyüşlərdə iştirakına görə ən çox dvoryanları, knyazları və ali din xadimlərini təltif edirdi və onların simasında yeni torpaqlarda müstəmləkələrini möhkəmləndirəcək qüvvəni görürdü. Ancaq tarix şahiddir ki, şahlıq İranına və sultanlıq Türkiyəsinə dağıdıcı zərbənin vurulmasında yardım edən kütləvi hərəkatın başında zəhmətkeş kəndlilər dayanmışdılar.

Qriboyedovun milli döyüşçülər dəstələrinin formalaşmasında bilavasitə iştirakı ona Zaqavqaziya xalqlarının məişəti və xüsu-siyyətlərilə tanış olmaq imkanını yaratmışdı. Səfərə hazırlaşarkən o Tiflis erməni orta təhsil məktəbinin məzunlarından ibarət, rus və Zaqavqaziya xalqlarının dilini mükəmməl bilən güclü tərcüməçilər dəstəsi toplamışdı.

“Milli tarix üçün materiallar” kitabının müəllifi Q.Şermazanyan Qriboyedovun bu məktəbə tez-tez baş çəkdiyindən yazırdı.

O zaman hər hərbi hissənin öz tərcüməçisi olurdu. Ən güclü tərcüməçiləri öz yanında saxladıqdan sonra Qriboyedov Paskeviçin qərargahına qoşulmuşdu. Səfər boyu gördüklərini Qriboyedov “ Yol təəsüratları” adıyla dəftərinə qeyd edirdi. Səfər həyatının ən yadda qalan hadisələrini o qısa şəkildə dəftərində əks etdirirdi. Bu səfər N. Muravyev tərəfindən daha təfsilatlı şəkildə yazılmışdır. General Eristovun yanında tərcüməçi kimi qulluq edən M.A. Yenikolopovun xidməti siyahısında hadisələrin qısa siyahısı verilmiş və qeyd edilmişdir ki:” 1827-ci il mayın 12-dən iyunun 8-nə kimi Şulaverı kəndindəki toplanma məntəqəsindən Eçmiadzin kilsəsinə doğru Akızbuyuk və Bezobdal keçidlərindəki yolda səfərdə olmuşuq “. Qriboyedovun dəftərindəki səfər yazıları da həmin təqvimdən başlayaraq 1827-ci ilin iyulun 1-də başa çatır.

Qriboyedov təbiətin təsvirinə çox yer ayırırdı. Yazılarının lap başlanğıcında o qeyd edirdi: “qabaqda bizi boz səhralar gözləyir- qaynar və azuqəsiz. “ Bəzən əsas marşrutdan bir neçə verst kənara çıxan Qriboyedov, ölkənin xüsusilə seçilən, yaxud qoruq bucaqlarilə maraqlanırdı. Belə ki o mayın 22-də Lorinin dağıntılarına baş çəkir, gur çayın üzərindən salınmış iki körpünün memarlığı ilə vəcdə gələrək qədim inşaatçıların cəsarətli fikirlərini qeyd edir, kilsə və qəsrlərin dağıntılarını diqqətlə öyrənir, və X11 əsrdə burada hökmranlıq etmiş “Qüvvətli Tayi sülaləsinin” tarixilə maraqlanır. “Gözəl Aştarak kəndinin” yaxınlığında üçmərtəbəli üç tağın üzərində tikilmiş körpüsündən vəcdə gəlir.

Birinci səfərində olduğu kimi Ararat dağı Qriboyedovu öz gözəlliyi və ucalığı ilə təəcüb edir. İyunun 6-da o yazmışdı: “Ararat açılır. Dağ hündürlüyündən Arazın gözəl və geniş vadisi görünür. Ararat Gözəldir- deyə o ertəsi gün təkrar edir. “ Ayın 3-də yenə : “Ararat yenə gözəldir” –deyə qeyd edir. Yolda Qriboyedov bir sıra diplomatik məsələləri də qeyd etməli olurdu. Onun “yazılarında” Türkiyə nümayəndəsinin gəlib qayıtmasından, Abbas Mirzənin nümayəndəsinin gəlməsi barədə məlumatlar yer almışdır. Xarici işlər Kollegiyası tərəfindən Paskeviçin himayədarlığına diplomatik tapşırıqlarla göndərilmiş Obrezkov barəsində də deyilirdi. Obrezkov özü ilə İranla sülh Müqaviləsinin mətni layihəsini gətirmişdi. Obrezkovun yüksək rütbəsinə baxmayaraq Paskeviç diplomatik məsələlərində həmişə Qriboyedova müraciət etməyə üstünlük verirdi.

Səfər zamanı Qriboyedovun yol təəsüratları barədə yazdığı qeydlər çox şeydən xəbər verirdi: “Ən güclü köçəri kürd tayfalarından olan “sadaxlı və millinlərə” göndərilmiş vərəqələr....”Sultan Şadimskiy və onun 4 tayfası bizim tərəfdədir. “ Və MehdiQulu xan öz 3000 ailəlik tayfasıyla birlikdə bizim tərəfə keçib.” Qriboyedovun yorulmadan diplomatik fəaliyyətinin nəticəsində əvvəllər İrana tabe olan tayfalar Rusiyaya doğru istiqamətlənir.

Yermolov üsul-idarəsindən təngə gələn Qarabağı tərk edib İrana köçən Qarabağlı Mehdiqulu xan 1822-ci ildən İranda məskunlaşmışdı. Ancaq Qriboyedovun sayəsində ona tam bağışlanacağı barədə söz verildikdən sonra o 3000 nəfərdən ibarət tayfasıyla birlikdə Qarabağa qayıtmışdı. Həmin günlərdə Gəncə ətrafında əsir düşmüş Uğurlu xan da bəraət alaraq xidmətə qəbul edilmişdir.

Yol təəsürtlarına dair yazılardan görünür ki, Qriboyedov baş tərcüməçi Abas Qulu ağa Bakıxanovla, Ulan dəstəsinin komandiri, sonralar Azərbaycanın Müvəqqəti idarə heyətinin rəisi general-mayor D.Osten-Sakenlə, 1813-cü ildə Peterburqda çapdan çıxmış “Ararat dağınıın yaxınlığındakı Vaqarşapat kənd sakini Artemiy Araratskinin həyatı, körpəlikdən orta yaşlarına gədər başına gələn əhvalatlar; vətənindən Gürcüstana, oradan Rusiyaya, sonra Persiyaya sürgün edilməsi, sonda Xəzər dənizi vasitəsilə Rusiyaya qaytarılması; onun vətənində və Persiyanın müxtəlif yerlərində bir çox əşyalar barədə məlumatların qələmə alınması “- geniş yazının müəllifi A.Araratskilə maraqlı görüşləri olmuşdur.

1821-ci ildə bu kitab alman dilinə,bir ildən sonra ingilis dilinə tərcümə olunmuşdu.

Uzun illər boyu səyahətlərdən sonra A.Araratskiy qocalan vaxtı vətənə qayıtmış və Eçmiazdzində məskunlaşaraq yazmaqda davam edirdi. Qriboyedov da onunla məhz burada görüşmüşdü.

Eçmiadzində qərargah, buralarda Yerevanda vuruşan döyüşçülər üçün əsas ərzaq ambarı yaratmaq məqsədi bir qədər yubandı. Ancaq özünün -Yerevana hücum edib qalanı zəbt etmək ilk planını Paskeviç dəyişməli oldu, çünki qalanı hər tərəfdən dövrəyə almış əskərlər arasında yoluxucu xəstəlik yayılmışdı, və onu iri çaplı silahlardan istifadə etmədən almaq mümükünsüz idi. Onda o Naxçıvana hücum etməyi qərara aldı- bu halda Yerevan qarnizonunun döyüşçüləri bu tərəfdən heç bir yardım ala bilməyəcəkdilər.

1827-ci il iyunun 11-də dekabrist V.Vjlxovskiy öz atasına məktubunda yazırdı: “ ayın 9-da general Paskeviç Yerevan Qalasının blokadasına baxırdı, bu zaman mən ilk dəfə düşmən güllələrinin vıyıltısını eşidirdim, ancaq onlar hələ heç kəsi oldürməmişdilər, ona görə əskərlər qalanın bu oyuncağa bənzər güllələrin uğursuz hərəkətinə ürəkdən gülürdülər...

Düşmən qalaları bizə nisbətən zəif silahlandığından müqavimət göstərmək fikrində də deyillər- bizim əsas düşmənimiz iqlim və azuqə çətinliyidir. Sakinlərin hamısı Arazın o tayına, dağlara keçiriliblər, varlı əkinlər bu yerlər üçün vacib olan suvarlanmadığından məhv olur, özüdə burada çörəyi yetişən kimi biçmək lazımdır... Sakinlər çox təhlükəli olmasına baxmayaraq öz kəndlərinə gizlincə gedir, az da olsa çörək ehtiyatı toplamağa çalışırlar. ...əgər yerli əhali çıxarılmasaydı- indi bizim azuqəmiz bol olardı, ancaq indi özümüzlə nə gətirmişiksə odur.”[27].

İyunun 15-dən 28-nə qədər Qriboyedov qərargahla birlikdə Eçmiadzindən Naxçıvana doğru yolda olmuşdur. Elə bu vaxt Sipyaqindən onun şəxsi rəyilə birlikdə məxfi agentlərdən əldə edilmiş Təbrizdəki vəziyyət və İran ordusunun hərəkəti barədə mühüm məlumatlar daxil omuşdu . Bu xəbərlərlə tanış olduqdan sonra Paskeviç onun üzərinə dərkənar qoymuşdu: “Gen. Sipyaginin rəyilə razıyam. A.S.Qriboyedova ötürülsün.” Həmin gün iyunun 22-də Qriboyedov Paskeviçin adından Vediçaydan “Qarabağ, Şəki və Şirvan vilayətlərinin valisi, polkovnik və süvari cənab Abxazova belə bir göstəriş göndərir:

“Təcili olaraq dərhal düşmənin mövcud olduğu Təbrizə şah tərəfindən yığılmış ordu üzvlərinin sayını, xalqın əhvalını, bizə olan münasibətin vəziyyətini öyrənmək məqsədilə inanılmış adamları göndərməyi Sizə həvalə edirəm. Əyər sizin qalanın komandarmı Abbas Abadla münasibətləriniz kəsilməyibsə -onunla sıx əlaqə saxlamağınız vacibdir.. Düşmən ordusunun kimin tabeçiliyində olduğunu dəqiqləşdirin, onların gələcəyə dair fikirləri nədir, bizə qarşı qüvvələri harada saxlamaq fikrindədirlər. Mehdiqulu xanın mənim hüzuruma təhlükəsiz gəlməsi üçün onu qoruyucularla təmin edərək münasib şərait yaradın ki, ona heç bir xəta dəyməsin.”

Paskeviçin bu göstərişində Qriboyedov diplomat kimi Yermolovun baxışlarına tam zidd siyasət aparırdı. Yermolov öz siyasətilə xanları bütöv obasıyla birlikdə İrana köçməyə məcbur edirdisə, Qriboyedov əksinə hər yolla onları özünə tərəf çəkməyə çalışır, onların ölkə xaricinə köçməsinin qarşısını almağa çalışırdı. Belə ki,Abxazova müraciət edərək o xaricdən yenicə qayıtmış Qarabağlı Mehdiqulu xanı Ali Komandarmın Qərargahına dəvən edir, Qalanın (Yerevan qalası nəzərdə tutulur) komandarmı Abbas Abadla “yaxın münasibətlər” qurmağı tapşırmışdı.

General Abxazova göndərilən tapşırıqdan əlavə, Qriboyedov inanılmış adamını Naxçıvan xanlarının yanına göndərir. Bu barədə biz sonrakı yazışmalardan öyrənə bilirik. Paskeviç Qriboyedova yazırdı: “Naxçıvan sakini Cafraz Saakov mənə müraciət edib xahiş edir ki, ...siz onu 1827-ci ildə Arazın o tayına göndərərək Naxçıvanı tərk etmiş xanların qayıtmalarını təşkil etsin, və həmin tapşırığın yerinə yetiriləcəyi təqdirdə onun təltif olunacağını söz vermisiniz.” Sonra Paskeviç Qriboydovdan bu hadisənin baş verdiyini təsdiq etməyini onun hansı səviyyədə təltif olunması barədə məsləhət gözləyir. 29 noyabr 1828-ci tarixli Təbrizdən göndərilmiş cavab məktubunda Qriboyedov məlum edirdi “ Doğrudan da həmin Safraz Saakovdan keçən kompaniyada Abbas Abadın alınmasından əvvəl sizin müraciətinizi Naxçıvan xanlarına çatdırmaq məqsədilə istifadə olunmuşdu, o da o məktubu çatdırmışdı. Bu barədə sizin alicənablığınızın dəftərxanasında tərcüməçi qismində fəaliyyət göstərən Şamil Bəylərova məlumdur.”[28].

1827-ci il iyunun 27-də Naxçıvan zəbt edilmişdi. Həmin günlər A.S.Qriboyedov öz tanışı P.N.Haqveridyevaya yeznəsi N.Muravyevun iyirmi nəfər kazaklarla birlikdə Naxçıvandan 8 verstlik məsafədə yerləşən Abbas Abad qalasının kəşfiyyatının necə aparılması və onun özünün bu hadisəni öz otağından müşahidə borusu ilə izləməsi barədə məlumat verirdi.

Naxçıvanı öz əlində həmişəlik saxlamaq üçün Paskeviç ondan cənub-qərb istqamətində Araz çayından solda yerləşən Abbas Mirzə tərəfindən ingilis mühəndislərinin rəhbərliyilə inşa edilmiş və qəsrlik sənətinin bütün tələblərinə cavab verən, hündür səngər hasarına və ətrafında dərin xəndəklə təchiz olunmuş Abbas Abad qalasını zəbt etməliydi. Qala o zaman bir neçə min döyüşçüdən ibarət qarnizona malik idi, qala divarlarında isə 18 iri çaplı silahı var idi. Rusiya ordusu bütün diqqətini bu mühüm strateji obyektin alınmasına yönəltmişdi.

Qalaya baş tutan hücum hər anda qalanın ətrafında aparılan kəşfiyyat işləri və Qriboyedovun şəxsi iştirakıyla baş tutan müxtəlif nöqtələrdə ayrı-ayrı döyüşlərin aparılmasıyla müşahidə olunurdu. Bu barədə o Həmin xanım Haqverdiyevaya yazdığı məktubda (1827 il 3 iyun) bildirirdi :”Bunların hamısı məni əyləndirir və mən tədricən buna bağlanıram, şəhərlərdə paslanmaqdansa bu yaxşıdır.”


Qriboyedovun qorxmaz hərəkətləri Paskeviçin diqqətini cəlb etmişdi və bu barədə onun anasına yazdığı məktubda qeyd etmişdi: “Bizim kor (yaxından görən) mənim sözümə heç baxmır, güllələrin qabağında gəzir, vəssəlam.”

Cavanbulaq ətrafında İran ordusu üzərində qələbə qazanmaqlarına baxmayarq Abbas Abad qalası təslim olmurdu və iri çaplı silahların gətirilməsinə qədər hücumu dayandırmaq lazım idi. Abba Abad qalasının ələ keçirilməsində mühüm əhəmiyyət kəsb etmiş Qriboyedovun əsas diplomatik qələbələrindən biri də elə bu zamana aiddir.

General Abxazova göndərilmiş sərəncamdan göründüyü kimi, Qriboyedov qala qarnizonuna başçılıq edən Ehsan xanla əlaqə yaradaraq qalanın təslim olunmasına nail olur. Ehsan xan atasının gözlərini çıxartdığına görə şaha sonsuz nifrət bəsləyirdi və ona görə çox tərəddüd etmədən Rusiyaya təslim oldu. İyulun 6-da Ehsan xanın tərəfdarları müqavimət göstərən qarnizon üzvlərini silahsızlaşdırdılar və iyulun 7-si səhər ertə qalanın darvazası açıldı. Beləliklə Qriboyedovun yüksək səviyyəli diplomatik qabiliyyəti nəticəsində qalanı fəth etmək mümkün oldu.

Tezliklə Paskeviçin qərargahına Qarabağ xanı Mehdiqulu xan öz əsabələri, təsərrüfatı və 300 nəfərdən ibarət qohum-əqrəbasıyla birlikdə təşrif buyurdular. Bu hadisə də Qriboyedovun diplomatik çalışmalarının uğurlu nəticələrindən biri idi.

Abbas Abad qalasının təslim olunmasından sonra Abbas Mirzə hüquqi katibi Mirzə Salehin vasitəsilə Paskeviçə məktub göndərdi. İran taxtı varisinin təklifləri rus silahlı qüvvələri komandanlığının tələblərinə cavab vermədiyindən, danışıqların davam etdirilməsi üçün Qriboyedov İrana ezam olundu. Paskeviçin Abbas Mirzəyə göndərdiyi məktubda deyilirdi:” ...Bizim bugünkü şərtlərimizin dəyişməyəcinə inandırmaq məqsədilə ...mən sizin hüzurunuza Mirzə Salehlə birlikdə dövlət xarici işlər kollegiyasının saray müşaviri cənab Qriboyedovu göndərirəm.”

1827-ci il iyulun 19-da Qriboyedov baş tərcüməçi Bakıxanovla birlikdə Abbas Mirzənin düşərgəsinə yola düşdü və həmin günün axşamına oraya çatdı. Bir neçə gün davam edən sülh danışıqları Qaraziaddin yaşayış məntəqəsində aparılırdı. Öz komandanlığının təlimatına əsasən Qriboyedov İrandan hərbi konrtbusiyanın - məcburi verginin ödənməsini və Rusiyaya Naxçıvan və Yerevan vilayətlərinin verilməsini tələb edirdi; Abbas Mirzə isə on ay müddətinə hərbi hərəkatlarının dayandırılmasını tələb edir və müharibənin dayandırılmasının hər-yansı bir şərtlərinin müzakirə edilməsindən boyun qaçırırdı. Qriboyedovun səmimi qəlbdən məsələnin müsbət həll olunmasına çalışdığına baxmayaraq,danışıqlar uğur gətirmədi.

Abbas Mirzə ilə aparılmış danışıqların bütün gedişatını Qriboyedov Paskeviçə təqdim etdiyi “hesabatda” izah etmişdi.

İlk dəfə bu sənəd mətbuatda “Donesenie” (“hesabat”) adı altında ancaq 1873-cü ildə “Russkaya starina” ( “Rus köhnələri” ) dərgisində, mətnində bəzi dəyişikliklər edilməklə, çap olunmuşdur. Dərginin redaktoru geniş yayılmış siyahılardan istifadə etmişdi.

Sonralar (1889il) Qriboyedovun əsərləri külliyatının baş redaktoru prof. Şlyapkin “hesabatın” “Qavqaz Arxeoloji komisiyasının aktları”nda dərc olunmasına baxmayaraq “Russkaya starina” dərgisinin səhvlərini təkrar etmişdi. Qriboyedovun əsərlərinin Akademik toplusu (1911-1917illər) əvvəlki nəşriyyatların redaksiyasını qəbul etmişdir; beləliklə səhv yazılmış mətn öz yerini möhkəmlətmiş oldu. Baxmayaraq ki,1826-28-ci illər kompaniyasının gedişatına səthi nəzər saldıqda belə adların özü təəcüb doğurur. Məsələn, İran kişi adlarının içində Marus, Kanum adları haradan yarana bilərdi?

Bir sıra mətn məsələlərini “Qarabaqdan saray müşaviri Qriboyedovun Abbas Mirzənin hüzuruna danışıqların aparılması üçün yola düşməsi”[29] sərlövhəsi ilə arxiv “işi” həll edir - burada Qriboyedovun Abbas Mirzəylə apardığı danışıqlar barədə Qriboyedovun verdiyi məlumatın tam mətni nin surəti verilmişdir.

Bir zamanlar Qavqaz canişini Vorontsov bu “işlə” tanış olduqdan sonra mətndən, ömrünün son günlərini yaşayan Yermolovu aşağılayan yazıları çıxarmaqla, nəşr etmək fikrinə düşmüşdü. Ancaq o zaman (1851 il) Xarici İşlər Nazirliyi ona məlum etdi ki, dövlət kansleri Nesselrode bu sənədin xalq arasında yayılmasını məsləhət görmür.

“Donoşeniye” nin (“hesabat”ın) öyrənilməsi Qriboyedovun irsini öyrənən şəxslərə dəyərli material verir.

Danışıqlarda Qriboyedovun ilk rast gəldiyi, ürəkdən nifrət etdiyi və ehtiyatla qəbul etdiyi “yaltaqlıq” idi ki, hər göstərmə hörmətin arxasında ürəkdən gələn acı nifrəti , barbarlığı və zorakılığı görürdü.

Abbas Mirzənin zənn edilən peşimançılığını sakitcə dinləyib sonradan Paskeviçə çatdıran Qriboyedov “farsların xasiyyətinə” yaxşı bələd olan rəisinin bu peşimançılığın nə dərəcədə səmimi olub olmaması barədə rəyini öz ixtiyarına buraxırdı.

Abbas Mirzə şəxsən Qriboyedovun özünə yaltaqlanmağa cəhd edərək onu özünün münasibətini şahidi etməyə çalışaraq:

- “Deyin cənab Qriboyedov, Siz Təbrizdə olarkən mən sizinlə dost münasibətdə olmaq naminə nə etmədim? Məni nədə qınaya bilərsiniz, müqaviləyə qarşı hansı hərəkətimdə?”

Ancaq Qriboyedov burada da düşmənin çevikliyini lazımınca qiymətləndirərək özünə məxsus mərdanəliklə baş vermiş hadisələri faktlar əsasında olduğu kimi açıqlamağa və qınamağa başladı. Əlbəttə o İran başçılarının əlindən rus əsirlərini hansı çətinliklərlə və zorla qopardığı barədə hadisəni də yada sala bilərdi, ancaq o başqa misallarla kifayətlənmişdi.

Uzun sürən danışıqlardan, heç bir ümumi nəticəyə gəlmədikdən sonra Qriboyedov fikirləşmək və barışıq sazişi layihəsini hazırlamaq məqsədilə bir neçə saat istirahət verilməsini xahiş etdi, Abbas Mirzə isə buna qəti etirazını bildirdi:

- “Xeyir! İndi qərar qəbul edin,mən sizin yazmağınızı istəmirəm. Siz Allah, yazmayın, çünki sonra heç bir kəlmənizdən imtina etməyəcəksiniz”.

Buradan görünür ki, Abbas Mirzə Qriboyedovu diplomat kimi yaxşı tanıyır, onun sərtliyinə, mərdanəliyinə bələd idi, ona baxmayaraq o danışıqlarla uğura nail olmaq ümidini itirmirdi.

Altı saat danışıqlardan sonra Qriboyedov ayağa qalxdı. Həmin an hər tərəfdən onun ünvanına sağlıqlar, təriflər, müxtəlif yaltaqlıqlar çay kimi axmağa başladılar. Bu hadisə barədə o yazırdı :” Bu dumanın içində mən baş əyib çıxdım.”

Sonralar, gələcəkdə Abbas Mirzənin “peşimançılğına “ qayıdarkən o qeyd edirdi ki, “tək mən yox,başqaları da belə qənaətə gəlmişlər ki, farsların çox vaxt sözü ilə əməli bir-birilə yola getmir.”

Tək qalaraq təlimatın əsasında sazişin layihəsini yazıb hazırladı və tərcüməçilərə təhvil verdi. Sonradan, hər ehtimala qarşı tərcümə olunan mətni şəxsən özü əslilə müqayisə edəndən sonra, onu Abbas Mirzəyə təqdim etdi.

Həmin günlər o xəstələnib yatağa düşdü, xəstəliyin səbəbini isə “pis iqlim şəraitilə izah edirdi. ”

Vəziyyəti bir qədər düzələndən sonra danışıqlar bərpa olundu. Abbas Mirzə şahla məsləhətləşəndən sonra barışıq barədə sazişin öz layihəsini üzə çıxardı ki, onun əsasında ruslar təkcə Abbas Abadı deyil, həm də Naxçıvan vilayətini və Eçmiadzini azad etməlidilər. Sonradan bu tələb silinmişdi. Əsl ziddiyəti İran tərəfinin 10 aylıq müddətinə barışıq elan edilməsi barədə maddə yaratmışdı.

Qriboyedov eşitdirdi ki bu maddə İran tərəfinə sərf edir, ancaq indi Rusiya açıq aydın qələbə əldə etdikdən sonra o özünə sərf edənlər barədə düşünmək ixtiyarına malikdir. Nəhayət o elan etdi ki, Rusiya komandanlığı hərbi hərəkətlərin dayandırılmasına yönəlmiş səbəbləri görmür və qarşısına qoyulmuş şərtlərin qəbul edilib edilməməsi İran rəhbərliyinin öz ixtiyarındadır.

Abbas Mirzə hər vəchlə Qriboyedovu öz düşərgəsində daha artıq saxlamağa çalışırdı, o isə düşmənin məqsədini anlayaraq tezliklə buradan uzaqlaşıb yola düşməyə tələsirdi.

İyulun 25-də Abbas Mirzə ətrafındakı əsabələrilə birlikdə Qriboyedovu qəbul etdi. Onların arasında Yerevan sərdarının qardaşı Həsən xan da var idi, ancaq Qriboyedov onu tanımamışdı. Ancaq sonralar məlum olduğu kimi Həsən xan ruslarla yaxınlaşmanın əleyhinə olmuş, Qriboyedov düşərgədə olan bütün günlər ərzində bir neçə dəfə şahın hüzuruna gedərək Yerevan qalasını qorumaq məqsədilə ondan pul istəmişdir.

Bütün danışıqlar boyu Qriboyedov ona verilən tövsiyyələri yerinə yetirməyə çalışmışdır, ancaq Abbas Mirzəylə söhbətlər əsnasında bəzən onun Rusiyanın qüvvəsi və nüfuzuna, onun köklü maraqlarına dair öz fikirləri də üzə çıxırdı. O öz çıxışında “bizdə padşahın namusu-xalqın namusudur “ kəlməsini ışlətdiyinə baxmayaraq, eyni zamanda o vaxtlar mümkün olan dərəcədə rus xalqının mənafeini qoruduğunu qeyd etmişdir.

Abbas Mirzə tərəfindən “kontribusiyaya” -pulla ödənilən ziyan vergisinin ödənilməsinə, dair şərtin ancaq simiclik, acgözlük kimi dərk edildiyini anlayan Qriboyedov ona izah etdi ki “ bu alver deyil...heç baş ermiş itkilərə görə mükafat da deyil; biz pul tələb edərkən düşməni bizə daha artıq ziyan vurmaq imkanını əlindən almış oluruq.“ Beləliklə Qriboyedov öz şəxsi fikrini- ölkənin maliyyə gücünün hərbi uğurlarının qazanılmasında mühüm faktor olduğunu ifadə etmişdir.

Abbas Mirzə söhbəti başqa istiqamətə yönəltməyə çalışır, müharibənin başlanması səbəblərini axtarır, İran nümayəndələrini şəxsən söhbət aparmaq üçün rus padşahının hüzuruna buraxmamaqda Yermolovu günahlandırırdı. Belə söhbətin bir saat artıq uzandığını görən Qriboyedov ərz etdi ki, müharibənin başlanması məsələsini müzakirə etmək səlahiyyəti yoxdur. Ancaq yenə də, həmin Abbas Mirzənin özünün bütün məsələləri silah gücünə həll etməyi qərara aldığını qeyd etdi.. Bu zaman Qriboyedov ös xalqını, Rusiyanı doğrudan da sevən, qabaqcıl ziyalı adamın deyə biləcəyi bir kəlməni tətbiq etmişdi:

“Kim müharibəni birinci başlayırsa onun nə ilə qurtaracağını əvvəlcədən deyə bilməz”.

Sonrakı söhbətlərin birində Qriboyedov Abbas Mirzəyə Napoleonun taleini yada saldı – “ O rus ərazisinə müharibəni gətirdi və nəticədə taxt-tacını itirdi”. Eyni zamanda Qriboyedov haqsız başlamış müharibənin xüsusiyyətindən törəyən çox əhəmiyyətli bir fikir söylədi:

“Bizimlə başlayan hər haqsız müharibə nəticəsində biz həm öz sərhədlərimizi, həm də onları keçməyə cəhd edən düşmənlərimizi uzaqlaşdırırıq”.

Abbas Mirzənin söhbətə iki, eyni səviyyəli dostlar söhbəti kimi aparılmasına və təqdim olunmuş şərtlərdən yan keçməyə çalışmasına baxmayaraq, Qriboyedov son dərəcə təmkinli, diplomatik nəzakət və qətilik nümayiş etdirərək, şərtlərin müzakirə olunmasını təkidlə tələb etdi və eşitdirdi ki, bu şərtlər İrana nisbətən daha yüksək səviyyədə idarə olunan və qalib ölkə tərəfindən hazırlanmışdır.

Bütün şərtlər təqdim olunandan sonra Abbas Mirzə özündən çıxdı:

- “Budur sizin şərtləriniz! Siz onları öz nökəriniz kimi İran şahına təqdim edirsiniz !! İki vilayətin bağışlanması, pulla ödəniş edilməsi! Siz harda görmüsünüz ki İran Şahı başqa hökmdarın nökəri olsun? O özü tac paylayırdı...”

Burada Qriboyedov, belə hallarda olduğu kimi özünü Şərq xalqları tarixinin bilicisi kimi göstərə bildi və yerindəcə Abbas Mirzəyə cavab verdi:

“Persiya da özünün yüksək şöhrətli günlərini də görmüşdür; ancaq mən siz əlahəzrətlərin yadına əfqanlar tərəfindən məğlub edilmiş və taxt-tacından məhrum olmuş Hüseyn Şah Sufiyəni salmaq istərdim. İndi mən sizin təhsil almış ağlınıza etibar edib rusların əfqanlardan nə dərəcədə güclü olduğunu fikirləşməyinizi öz məsləhətinizə buraxıram.”

Abbas Mirzənin düşərgəsindən Qriboyedovun çadırına qədər fəxri qarovul düzülmüşdü. Bütün nəzakət qayda-qanunlarına rəayət edildiyinə baxmyaraq, Qriboyedov yaxşı başa düşürdü və yazırdı: ” təbiidir ki bu həm də mənim üzərimdə nəzarətdir”. Ancaq Abbas Mirzənin adamları Qriboyedovu hərtərəfli “hörmətlə” əhatə etdiklərinə baxmayaraq, onun müşahidəçilik qabiliyyəti öz bəhrəsini vermişdi. Bir çox sözləri elə Abbas Mirzə özü də saxlaya bilməyib danışırdı.

Qriboyedov belə nəticəyə gəlmişdi ki, Mehdi Hüseyn xanın rusların tərəfinə keçməsi Abbas Mirzəni və başqalarını çox narahat etmişdi bu da Risuya qanadının altına keçmək istəyənlərin hamısına təsir edə bilərdi. Qriboyedov Abbas Mirzənin sözlərini misal gətirərək:

- :General Paskeviçin ən güclü silahı onun müsəlmanlara və bizimkilərə göstərdiyi insanpərvərliyidir. Biz hamımız onun Erivandan Naxçıvana qədər köçəri tayfalarla özünü necə apardığını görürdük, -əskərlər heç kəsi incitmirdilər, o da hamını dostcasına qəbul edirdi. Özgə xalqlarda özünə qarşı inam yaratmaq üsulu mənə də məlumdur, çox təəsüf edirəm ki bütün Persiyada bunu ancaq tək mən anlayıram.”

- :Özünü göstərməkdə davam edən və təriflər yağdıran Abbas Mirzə boynuna almışdı ki, rus komandanlığının bu mərhələdə yürütdüyü siyasət İran şahını çaşdırdı. Əyər rus hərbçiləri Yermolovun üsulu ilə rəftar etsəydilər “Azərbaycanın üçdə ikisi dövlətdən nə məvacib, nə ərzaq tələb etmədən silahlanardı.”

- :Beləliklə düşmən düşərgəsində ola-ola Qriboyedov öz diplomatik fəaliyyət xəttinin, xalqlar və tayfalarla yaxınlıq etmək siyasətinin düzgün yol olduğuna əmin olmuşdu.

Siyasi nəticələr və gumanlar edərkən, Qriboyedov vuruşan tərəfin nümayəndəsi olduğunu da unutmurdu. Ona görə də o iti müşahidələr aparır və sonradan gördükləri, bildikləri əməliyyatlar barədə Paskeviçə göndərdiyi məktublarda onu məlumatlandırırdı:

“Çur düşərgəsi genişdir, ancaq Persiya çadırları daha artıq genişlik tələb edir. Mən zənn edirəm ki, burada onların 7 mindən 10 minə qədər əskəri mövcuddur, o cümlədən tam dolu olmayan 4 batalyon sərbazlardan ibarətdir. Mən 10 ədəd top görmüşəm. Düzənlik çox geniş deyil; onun girişində sol tərəfdəki dərə Gerger tərəfə aparır- onu kürdlərlə birlikdə Həsən xan qoruyur, sağda Mərənd yolunda - Əlinağı mirzə, onunla Xoy arasındakı yolu- Abbas Mirzənin düşərgəsidir. Qaraziaddindən birinci suya qədər yol 1,5 saat çəkir, ordan Çursun hündür sərhəddinə - suya qədər 3 saatdır; ordan Abbas Abaddan 4 verst hündürlükdə Araza qədər 2,5 saatlıq yoldur.”

Qriboyedov Abbas Mirzənin düşərgəsini “xoş duyğularla tərk etdi, onda elə təəsürat yarandı ki düşmən müharibə istəmir, o onunçün həm ağır həm qorxuludur”. İran ordusunda mənəvi dəyanətliyi və ordudakı əhval ruhiyyəni öyrənərkən o belə nəticəyə gəlmişdi ki, burada süstlük, narazılıq hökm sürür.” Abbas Mirzənin yanına gələn gün on nəfər atlı kazakları görərkən iranlılardan ibarət dəstələrin dərhal dörd tərəfə səpələndikləri və onları zorla yığmaq mümkün olduğu da Qriboyedovun nəzərindən yayınmamışdı.

Qarovulçu qismində ona təhkim olunmuş sərbazlarla söhbətlər əsnasında Qriboyedova onların narazı olduqları, ac saxlandıqları barədə şikayətlərini eşitmişdir. Bir söhbətcil əskər isə səmimilik göstərərək demişdir ki, onların rəisləri axmaqdır və onların başçılığı ilə ancaq itib-batmaq mümkündür. Qriboyedovun nəzərini cəlb etmiş bir xarakterik xüsusiyyət də qeyd edilmişdir: “Güclü nəzarətə baxmayaraq bir neçə dəfə atlılar mənim tərcüməçimə yaxınlaşaraq ondan soruşurdular: sülh nə vaxt olacaq? Biz nə üçün onları narahat edirik? Müharibə onları cana gətirib.”

Hacı Maxsud ağa ilə söhbət əsnasında Qriboyedov ona rus komandanlığının Tsitsianovun yanında qulluq edən adam kimi xüsusi hörmət etdiyini demişdir. Hacı Maxsud ağa bu sözlərə çox şad olmuş və dərhal ruslara qulluq etməyə hazır olduğunu bildirmişdi. Sözlərini təsdiq etmək üçün o İran hərbi hissələrinin çatışmayan və zəif cəhətlərini təfsilatlı göstərmişdir. Onun barəsində Qriboyedov Paskeviçə yazırdı: “Bu adam bizə lazım ola bilər; o bizdən qaçmamışdı, ancaq general Yermolovun icazəsilə Persiyaya getmişdi və indi də Abbas Mirzənin adyutantıdır.”

Beləliklə Qriboyedovun düşmən düşərgəsində olması təkcə barışıq söhbətlərilə bitmirdi. Bacarıqlı diplomat olaraq o şah istismarına məruz qalmış və Rusiyaya xilaskar kimi baxan insanlarla ünsiyyət yaradırdı. Mirzə Məhəmmədəlinin şah rejiminin əhaliyə rus ordusundan daha artıq zülm və qorxu gətirməsi, Xoy vilayətində satın almaq bəhanəsilə hər vətəndaşa 12000 xəlbir buğda rüsum qoyulması barədə and-amanlıqla sohbətini də Qriboyedov öz dəftərində qeyd etmişdi. Şah əhalidən bir xəlbir buğdanı 1 tümənə almağı əmr etmişdi, halbuki özü əhaliyə bir xəlbiri 5 tümənə satırdı.

Qriboyedov öz tərcüməçisinə qayıdan baş onun qoruyucuları olan kürdlərlə əlaqəyə girməyi tapşırmışdı. Onlar da xəlvətdə xahiş edirdilər ki rus baş komandiri onların xanına bir kəlmə xoş söz yazsın ki onlar hamısı ruslar tərəfinə keçsinlər.

“Ordunun əhvalı belədir”-deyə Qrioyedov nəticə çıxarır.

Abbas Mirzəylə danışıqlardan sonra Qriboyedov belə nəticə çıxarır ki, İran hakimiyyəti Rus ordusunun üstünlüyünü gördüyünə baxmayaraq iki vilayətin itirilməsinə könüllü razılıq vermək fikrində deyil. Bundan başqa hərəkətsiz vəziyyətdə olan silahlı qüvvələrinin daxilində hərc-məcliyi aydın görərək, Qriboyedovun kənardan öyrəndiyi kimi, İran komandanlığı Abbas-Abad qalasına hücum etmək fikrinə düşmüşdü.

Bunun nəticəsi olaraq, Qriboyedovun rəyinə görə, Yerevana hücumu tezləşdirmək lazımdır ki, onun itirilməsindən sonra şah təklif olunmuş şərtləri qəbul etmək məcburiyyətində qalsın.

Abbas Mirzə ilə danışıqların uğusuzluğunu Muravyev ordunun dözülməsi mümkünsüz olan iyul ayının istisindən gizlənərək Qarababa kəndinə getməsilə əlaqələndirir. Qalada bir balaca qarnizonu qoyaraq ordunun əsas fəaliyyətdə olan korpusun hissələri iyulun 19-da Abbas abaddan çıxaraq 23-də Qarababa məntəqəsinə çatdılar və istirahət etmək üçün orada qaldılar.

Bu arada Abbas Mirzə əsas qüvvələrinin böyük hissəsilə Yerevana yaxınlaşmaq imkanı qazanmış oldu. Qalanın istelası üçün saxlanılmış rus dəstəsi geriyə çəkilməyi qərara aldı. Bundan sonra İran ordusu Eçmiadzinə tərəf yürüş etdi və burada döyüş baş tutdu.

Düşmənin hücumu rus ordusunun komandanlığını narahat etməyə bilməzdi və onlar Təbrizdən əvvəl Yerevan qalasını almaq qərarına gəldilər. Bu qərar Peterburqdan alınmış xüsusi sərəncamla dəstəklənirdi—Abbas Abad qalası kimi, Türkiyə ilə gələcək müharibədə əsas əməliyyat xəttinin son nöqtəsi olan Yerevan qalasını almaq.

X1V əsrdən bəri Dvina şəhərinin süqutundan sonra Ararat vilayətinin əsas şəhərinə çevrilən Yerevan şəhərinin əhəmiyyəti günü gündən artırdı. Buradan rus hərbçiləri tərəfindən Yerevan qalasının və bütün erməni vilayətinin alınmasının, İrandan və Türkiyədən ermənilərin buraya köçürülməsinin nə boyda əhəmiyyət kəsb etdiyi başa düşünəndir.

Rus ordusunun əsas qüvvələri yenicə Tiflisdən gətirilmiş iri çaplı silahlarla səfərə çıxdı.

Zahirən Yerevan tamamilə yenilməz görünürdü. Zəngi çayının sildırımlı sahilində o heyranedici şəkildə möhkəm qaya daşlarından hörülmüş, bir neçə istehkamlara və qüllələrə malik qala divarlarıyla əhatə olunmuşdu. Quru tərəfdən isə o su ilə doldurulmuş dərin arxlarla müdafiə olunurdu. Qalada başçılığı sərdarın qardaşı Həsən xan edirdi.

Yaşlı vətəndaşların dilindən Yerevan qalasının götürülməsini qələmə alan K.Şulgin yazırdı: “Yerevanda qala möhkəmləniridi və mümkün hücumu dəf etməyə hazırlaşırdı. O zaman ermənilər əhalinin əhəmiyyətli dərəcədə böyük hissəsini təşkil edirdilər; Persiya hökümətindən narazıların və rus ordusu tərəfə keçməyə meyilli əhalinin sayını azaltmaq məqsədilə, sərdar bir neçə erməni ailəsini Matasa ağa adlı şəxsin başçılığı ilə Persiyaya göndərilməsinə sərəncam vermişdi. Bu sərəncamı icra etməkdən imtina edilənlər ləğv olunmuşdu.

Xalq arasında söhbətlər gəzirdi ki, bu məcburi köçkünlər Araza çataraq onun sularına qərq olmaqdan ehtiyat edərək elə oradaca məskunlaşmışlar və qala təslim olandan sonra qayıtmışlar.

Hələ 1827-ci ilin aprel ayında şəhər əhli şəhəri tərk edərək qalaya sığınmışdılar, burada ermənilər farslardan aralı mövqe tutmuşdular. Atlılara başçılıq edən sərdar Həsən xan kiçik Cəfər-abad qalasında yerləşmişdi, Yerevanın təsliminə qədər orada qalmış, təslimdən sonra Persiyaya qaçmışdır.”

Yerevana gedən yolun üzərində hələ başqa qala - Sərdar-abad qalası da var idi və birinciyə çatmaq üçün əvvəlcə onu zəbt etmək lazım idi. Paskeviçə verilən məlumata görə o vaxtlar Sərdar- abadda külli miqdarda taxıl ehtiyatı var idi və onun ələ keçirilməsi ay yarım ərzində bütün rus əskərlərini çörəklə təmin etməyə imkan verirdi. Belə ehtiyatla Yerevanın zəbt olunmasını uğurla başa çatdırılacağına əmin olmaq mümkün idi.

Avqustun 27-də əsas qüvvələr Qarababadan çıxdılar. Qriboyedovda onlarla birlikdə hərəkət edirdi. Qaqbaba da qalməş hərbi hissələrin komandanlığı general Eristova tapşırılmışdı, qəragah rəisi isə N.Muravyev idi.

Sərdar- abadın zəbti asan və qısamüddətli oldu. Qala qarnizonu iri çaplı silahlardan qorxub qaçmışdılar, sentayabrın 25-də isə dəqiq yerdəyişmələrdən sonra iri çaplı silahlardan və çol silahlarından istifadə olunaraq Yerevana hücum başladı. Təpələrdə səngərlər qurulmuşdu. Rus hərbi hissələri şəhəri üç tərəfdən əhatəyə götürdülər. K. Şulginin dediyinə görə ermənilər Paskeviçlə sözdəşmişdilər və Persiya qüvvələrinin harada yerləşdiklərini, haraya atmaq lazım olduğunu ona göstərirdilər. Persiyalılar cavab atəşi açırdılar,ancaq yaxşı topçuların olmaması səbəbindən nişana düz ata bilmirdilər, bir də toplara ermənilər qoşulmuşdu və onların atdıqları elə öz qala divarlarına dəyirdi.

Ordu qabağa çıxmağa hazırlaşırdı. Arada rus ordusunun bir hissəsi şəhərin qərb hissəsini Təpəbaş adlı yeri tutmaq üçün ayrılmışdı. Dəstə Şənkavid kəndi yaxınlığına (şəhərdən 5-6 verst aralı) Zəngi çayını keçərək Təpəbaşda səngər qurdu və Səvzikara doğru endi. Buradan qala divarının bir hissəsi partladıldı...”

Qalanın 6 günlük hücumundan sonra ilk olaraq şəhərə seçilmiş qvardiya alayının 1825-ci il dekabr hadisələrinin iştirakçılarından yığılmış altı rotası daxil oldu. Oktyabrın 1-də Yerevana hücumun uğurla başa çatması onların adına yazılır.

Dekabristlərin hərakatına qoşulan bir çox məşhur şəxslər- V.Volxovskiy, N.Rayevskiy, İ.Burtsov, M.Puşşin, P.Konovnitsın, V.Laçinov, N.Semiçev, N.Orjitskiy, A.Qanqeblov, D.İskritskiy, V.Suxorukov və başqaları kimi şəxslər sürgünə göndərildikləri Gürcüstanda və Ermənistanda olduqları qısa müddətdə öz xeyirxah arzularına, Qavqaz xalqlarının dərdlərinə və ağır güzəranlarına həssas, diqqətli münasibətlərilə xalqlar arasında dərin hörmət qazanmışdılar. 1826-cı il dekabrın 26-da Tiflisdən atasına göndərdiyi məktubda V.Volxovskiy yazırdı “ Dağları biz Nijni Novqorod draqun alayının komandanı təyin olunmuş polkovnik Raevskilə birlikdə aşdıq”.

1828-ci ilin bütün İran müharibəsini Rayevski və Volxovski birlikdə keçmişdilər ; hər ikisi orduda yüksək vəzifə tutmuşdular. Beləliklə tale həm Puşkinə həm Qriboyedova yaxın olan iki şəxsi bir-birinə bağlamışdı. Volxovskinin özünün dediyinə görə o 1818-ci ildən artıq “Rifahlıq İttifaqının” üzvü olmuşdur. Hələ “Şimal cəmiyyəti”nin üzvü olarkən o Puşşinin təşkil etdiyi iclaslarda, Rıleyev tərəfindən hazırlanmış Konstitusiyanın oxunuşunda iştirak etmişdir. N.Rayevski “Cənub cəmiyyətinin” üzvlərilə birlikdə çar nökərləri tərəfindən həbs edilmişdi.

Xoş təsadüf nəticəsində Rayevski və Volxovski cəzadan kənarda qala bilmişdilər,ancaq hər zaman “nəzarət” altında saxlanılırdılar. Dekabrist A.Rozenin dediyinə görə 1 Nikolay Rayevskini “Borodino döyüşünün qəhrəmanı olmuş” atasına olan hörmətinə görə bağışlamışdı.” Volxovski isə son illər uzaq ekspedisiyalarda olmasıyla əlaqədar hadisələrdə fəal iştirak etmədiyinə görə bağışlanmışdı.

Müharibəyə gələrkən Rayevski Nijni Novqorod draqun alayının komandanı vəzifəsini qəbul edib, İran və Türkiyə ilə döyüşlərdə fərqləndiyinə görə 26 yaşında general adına və bir sıra təltiflərə layiq görülüb.

Paskeviç tərəfindən göstərilən hörmətdən və münasibətdən, sərbəst hərəkət etmək imkanından istifadə edən Rayevskiy, burada, mərkəzdən uzaqlarda dekabristlərə xoş münasibət göstərmək imkanını yaradırdı. Dekabrizmliyə aid edilənlərdən onun alayına ilk olaraq Depreradoviç, və Puçkinin qadağan edilmiş “Andrey Şenye” şeirini qorunmasında təqsirləndirilən Molçanov göndərilmişdilər. Rayevski onları qısa bir müddətdə ayırd edə bilmişdi və çox keçməmiş hər iki zabit mükafat landırılaraq Peterburqa yola salınmışdı. Onun yanına “ özünü əla göstərmək” məqsədilə göndərilmiş dekabrist N.N.Orjitskiy də Rayevskinin təqdimatılə tezliklə zabit rütbəsinə layiq görülmüşdü.

14 dekabr hadisələrilə hər hansı bir şəkildə əlaqədar olan şəxslərə Rayevskinin belə yumşaq rəftarı tezliklə hərbi Nazirə məlum oldu və o Rayevskiyə “ Onun alayında az sayda olmayan belələrilə (dekabristlərlə) münasibətlərin dəyişdirilməsinə dair” “nəsihət “ göndərməyə tələsdi.

Rayevskinin dekabristlərə olan yumşaq münasibətdən xəbərdar olan onların qohumları da cəzalandırılmışlara yardım edilməsini xahişilə ona müraciət edirdilər (Xrapovitskilər, Vadkovskaya və başqaları). Raevskinin Vətən müharibəsinin iştirakçısı N.N.Semiçevə görə Paskeviçə müraciəti məlumdur. Bunların hamısı Rayevskinin ətrafıda alicənablıq şöhrəti yaratmış və ətrafına dekabrizmə görə bütün zərərçəkmişlərin başçılıq etdiyi alaya qulluq etməyə can atmasına səbəb olmuşdu.

Ermənistanda olarkən Rayevskiy - nə vaxtlar isə Taşir-Dzoraget şahlığının pytaxtı olmuş Lori qalasının yerli dağıntılarlilə, kürdlərin köçlərilə, Eçmiadzinin yerləşdiyi məkanla maraqlanmışdır. Bu təəsüratlarını o məktublar vasitəsilə atasıyla bölüşürdü. Ölkəni hərtərəfli öyrənmək məqsədilə o Ermənistan tairxi və coğrafiyasını öyrənmək məqsədilə Sen- Martenin kitabından (fransız dilində) istifadə edir, ondan çıxarışları özündə qeyd edir. Qriboyedov uzun illər boyu Rayevskilə dostluq münasibətlərində olmuşdur. Dekabristlərin işilə əlaqədar onlar birlikdə Hərbi Qərargah binasında dustaqlıq həyatı keçirmişlər. 1827-ci ildə Yerevana səfəri zamanı qısa “Yol təəsüratlarında “ Qriboyedov tez-tez dostunun adını çəkmişdir.

Du qeydlərin arasında 6 iyun tarixdə belə yazı gedir “Rayevskilə birlikdə səhər yeməyi”. Bir neçə gün keçəndən sonra - “Rayevskilə birlikdə gecələmə. Andre Chenier”, ayın 30-da “Axşam düşərgəyə Rayevskini yanına getmək.”

Andre Şenyenin adının çəkilməsi o zaman çox səs- küyə səbəb olmuş zabit Molçanov tərəfindən Puşkinin qadağan olunmuş şeirinin gizlədilməsilə əlaqədardır. Buna görə zərər çəkmiş Molçanov o zaman Rayevskinin komandanlıq etdiyi alayda qulluq edirdi. Orada o özünün əsl əqidəsi barədə danışa bilirdi.

Qriboyedovu Rayevskiyə bağlayan siyasi baxışlarının ümumiliyindən, ədəbi zövqlərindən başqa general Yermolova olan ümumi narazılıq hissi idi. Rayevskinin atası oğluna ünvanladığı məktublarında o zaman hələ Qavqazda baş komandan vəzifəsində olan general Yermolovla necə rəftar etməyinin lazım olduğu barədə xəbərdarlıq edirdi: “Yermolova sənin barədə yazmıram. Buna səbəbim var” və onun xoş münasibətinə çalışmağı məsləhət görmürdü. Paskeviçlə Yermolov arasında münaqişələr başlandıqda və hələ nəticəsi məlum olmadığı zaman Rayevskinin atası yazırdı: “Mən Yermolovu sevmirəm, ona görə ona sənin barəndə yazmırdım”. Yermolov vəzifədən xaric edildikdən sonra Rayevskinin atası yazırdı: ” O heç vaxt hərbi adam olmayıb,həmişə öz hiyləsinə ümid edib; yalanların üstü geci -tezi açılır – onlara ümid etmək olmaz.”

Vladimir Dmitriyeviç Volxovskiy Qavqaza Mərkəzi qərargahın kapitanı rütbəsində gəlmişdir, əvvəlcə İranla (əsasən diplomatik tapşırıqları yerinə yetirmişdir, məsələn Tehrana getmişdir) sonradan Türkiyə ilə - korpus mənzil təsərrüfatı üzrə rəis vəzifəsində müharibələrdə iştirak etmişdir. Onun vəzifə borcu hərbi hərəkatlar gedən rayon, orada yaşayan xalqlar barədə, hərəkət üsulları və b. barədə komandanlığa məlumat vermək idi. Ona görə Volxovskinin orduda tutduğu təsirli vəziyyəti başa düşünəndir. Onu yaxşı tanıyanlar yazırdılar ki “o Qavqaza sıravi əskər kimi gəlmiş çoxsaylı dekabristlər ailəsinin qoruyucu mələyi olmuşdur”. Doğrudan da Puşşin müharibəyə gələndə Volxovskiy onu əvvəlcə öz yanında saxlamışdı, sonradan 20-ci diviziona təyin olunmuş həm Puşşini həm Konovnitsını əsas ordu hissəsi olan 8-ci “pioner”(o zaman atıcı-“sapyor” hissələri belə adlanırdı) batalyonuna keçirilmələrinə nail olmuşdu. Gürcüstan muzeyinin fondalrından tərəfimdən aşkar olunmuş, vaxtilə Volxovskiyə göndərilmiş məktublar onun dekabristlərə - Musin-Puşkinə, Miklaşevkiyə, Şernvala, Lemana olan xoşməramlı insani münasibətini tam aydınlıqla göstərir. P.Konovnitsının qohumlarının Volxovskiyə yazdıqları məktublar ona sərhədsiz minnətdarlığın və ona olan ümidlərin bəruz təcəssümüdür.

Volxovskinin litsey dostları da ondan razılıqlarını ifadə edirdilər, Vl.Palçikov ona ünvanladığı məktubunda yazırdı -“litseydə tərbiyə almış bütün tələbələr heç kəsdən görmədikləri əvvəlki yoldaşlıqları sizdən görməyi adət etmişlər .”

Volxovskinin 1825-ci il 14 dekabr siyasi sövdələşmənin iştirakçılarına belə hörmətcil münasibət Paskeviçə çatmaya bilməzdi, bəzi hallarda o özü də o insanlara xüsusi imtiyazla yanaşırdı; məsələn o Kononitsın ailəsilə yazışma münasibətlərində olaraq onların oğlu Pyotrun taleini yüngülləşdirəsək şəraitlər yaradırdı. Belə hörmətçililiyi, əlbəttə Qriboyedovun və Volxovskinin müsbət təsirilə izah etmək olar.

Həm Volxovskiy həm Qriboyedov Moskva Universitetinin yetişdirmələridir ; ancaq onlar Qavqazda Yerevan uğrunda yürüşdə hər ikisi baş komandanın yanında qulluqda olarkən daha çox yaxınlaşmışdılar. Qriboyedov yol təəsüratlarını yazaraq 1827-ci il iyunun 9-da qısaca Volxovskini də yad edir; sonralar isə Təbrizdən Volxovskinin özünə yazdığı məktubda o dostuna ona həvalə olunmuş məsuliyyətli “kontributsiya” -vurulmuş ziyanı pulla ödənilməsi vəzifəsinin icrasında müəyyən məsləhətlər də verir. Yerevan qalasının əhatə edilib hücumla ələ keçirilməsində Volxovski bilavasitə iştirak etmişdir.

Fərz etmək olar ki, A. Volxovski məhz həmin döyüşlər zamanı hadisələrin iştirakçısı olmuş A. Çavçavadze ilə də dostlaşmışdı. “Gürcüstan və Qavqaz haqqında xatirələrin” müəllifi Tornau Çavçavadzeni Volxovskinin “qədim dostu” adlandırmışdı.

Tiflisə gələn kimi Volxovskiy yerli dillərin, o cümlədən azərbaycan dilinin öyrənilməsilə məşqul olur, Qavqaza çatan kimi o atasına məktubunda yazırdı: “Mənim boş vaxtım olmalıdır ki, mən tatar (azərb.) dilini öyrənə bilim, burada onu bilmək vacibdir.”[30] Qavqaza sürgün olunmuş dekabristlərin arasında Mixail İvanoviç Puşşin öz hərbi fədakarlığı ilə xüsusən böyük şöhrət tapmışdı. Gürcüstana ilk gələnlərdən biri olaraq o istehkamçı hissəsinə göndərilmişdi və onunla birlikdə qabaqda gedən dəstə ilə birlikdə səfərə çıxmışdı.

Bu dəstə (rəisi gen. Benkendorf olan) Yerevan qalasına hücumu hazırlamaq tapşırığını almışdı. Puşşin istehkamçıları Yerevan bağlarında yerləşdirib “üzüm tağlarını qıraraq onlardan çubuq dəstələri düzəltməsi, torpaq daşımaq üçün səbətlərin hörülməsi, payaların hazırlanması və qarşıdakı hücum üçün material hazırlanması, məkanın və Yerevan istehkamlarının geniş planının şəxsən özü çəkməsi barədə danışırdı. “Mən tez-tez axşamlar farsların paltarını geyinərək qalaya gedirdim –deyə o davam edir. Yerevan ətrafında dayandığımız iki ayın ərzində mən qalanın hər tərəfdən mühasirəyə alınması üçün lazım olan bütün materialları hazırladım” Ancaq dözülməz istidən gizlənmək üçün qalanın mühasirəsini açmaq lazım gəldikdə, Puşşinin hücuma hazırladığı bütün materiallar da atılmalı oldu. Abbas-abad və Sərdar-abad qalalarına hücumun hazırlanmasında bütün mühəndis işləri Puşşin tərəfindən köməklik üçün cəlb edilmiş dekabrist Konovnitsın və vəzifəsindən kənarlaşdırılmış R.Doroxovun iştirakı ilə həyata keçirilirdi.

Yerevan istehkamlarının yerləşməsini əla bilən Puşşinə hələ sentyabrın 25-də - növbəti mühasirə zamanı hücumun vaxtını oktyabrın 1 olmasını dəqiqliklə müəyyən etmək imkanı vermişdi.

Yerevanın alınmasına görə Puşşin baş zabit vəzifəsinə layiq görülmüşdü. Hərbi nazirə göndərilən təqdimatda Paskeviç yazmışdı: “səngərlərin açılması zamanı Doroxov, Puşşin və Konovnitsın özlərindən kiçik rütbələrdə olanlara nümunə göstərərək öz vəzifələrini qısqanclıq törədəcək dərəcədə fədakarlıqla yerinə yetirirdilər”.

Dekabrist Qangelov Puşşin barəsində yazırdı: ” Əskər şinelini geyinən Puşşin dəstədə öz evində olduğu kimi göstərişlər verirdi,həm zabitləri həm generalları bir yerdən başqa yerə keçirir; həm kiçik həm böyük işlərə rəhbərlik edirdi- çubuq toplularını yığmaq, səbətlərin toxunmasından, külüng və kürək işlətməkdən başlayaraq körpü və körpülərin qurulmasına, yol çəkib istehkamların bərkidilməsinə, dolama xəndəklərin qazılmasına qədər bütün işlərə başçılıq edir, bunlardan başqa bir çox vacib tapşırıqları icra edirdi. Həmin əskər şinelində o baş komandanın yanında keçirilən müşavirələrdə də iştirak edir, həmişə də orada onun dediyi rəy üstünlük qazanırdı.”

Sibirdən Tiflisə köçürülmək icazəsini alan Pyotr Konovnitsın yolun böyük hissəsini Puşşinlə birlikdə fəth etmişdi. Tiflisdə hər ikisi Volxovskinin qonağı oımuşdu, o isə öz növbəsində onları Paskeviçə təqdim etmişdi. Qəbuldan sonra onları yola salan Paskeviç Kononitsına müraciət edərək:- “Sən ananın göndərdiyi məktubları və pulu almaq üçün mənim yanıma gələrsən.”

Bu məktubların məzmununu Volxovskinin arxivindən bilmək mümkündür, onların böyük hissəsi Volxovskinin özünə müraciətlərdən ibarətdir. Konovnitsınlar ailəsinin həyatı ağır keçmişdir. Pyotrdan başqa ailənin kürəkəni də həbs edilmişdir. Az bir müddət keçəndən sonra onun həyat yoldaşı Yelizaveta - Pyotrun bacısı da ərinin dalıyca Sibirə yaşamağa getmişdi. Onun anası Volxovskiyə yazmışdı: “ mayın 10-da mən qızımı əsəbı yola saldım, görünür mən onu bir daha görməyəcəyəm.”

Pyotrun vəziyyətini yüngülləşdirmək məqsədilə onun qardaşı İvan işini Qavqaza dəyişir.

Yerevanın azad edilməsindən sonra Pyotr Konovnitsın orada “mühəndis işlərinin aparıcısı” qismində bir müddət orada qalmışdı. Boş vaxtlarında o rəsmlər çəkirdi, “Ararat dağının bir neçə görünüşlərini kağıza köçürmüşdü.” Anasının xahişilə padşah ona 28 günlük məzuniyyət icazəsi vermişdi, ancaq tapşırığa əsasən ehtiyatdan ona mütləq qoruyucu qismində etibarlı zabit təhkim olunmalı idi. Belə qoruyucu qismində onunla gənc istehkam zabiti Dikler getməyə razılıq vermişdi. Anasıyla görüşəcəyinə sevinən Kononitsın elə onunla birlikdə yola düşmüşdü. Qayıdan baş onların hər ikisi yatalaq (tif) xəstəliyinə tutularaq bir gündə həlak olmuşdular.

Konovnitsının yaxın dostu İzmailov alayının “leyb-qvardiya poruçik” zabiti (saray qoruyucuları hissəsinin zabiti) A.S.Qangeblov bir neçə ildən sonra Gürcüstana sürgün olunmuşdu.

O da Zaqavqaziyaya göndərilmiş başqa zabitlər kimi Yerevanın alınmasında iştirak etmişdir və elə oradaca qulluq etməkdə davam edərək qalmışdı. Öz xatirələrində Qangeblov yazırdı: “ Uzun sürən sərkərdanlıq həyatından sonra Yerevan mənə paytaxtı xatırladırdı. Burada mən artıq 5-6 nəfərdən ibarət kiçik ünsiyyət cəmiyyəti tapmışam. (Koşkarev, A.Filosofov və b.) Bizim dəstənin ümumi xahişilə mən və Filiosofov Qriboyedovun özü (deyirlər ilk dəfə) əsərini F.P.Lvovun evində oxuduqdan az sonra, mənim hələ Peterburqda köçürdüyüm “Ağıldan bəla”nın nüsxəsini oxuduq.”

Qavqaza sürgün olunanların içində “1X dərəcə dövlət cinayətkarı” Axtır qusar alayının istefada olan ştabs-rotmistri (jandarmeriyada zabit rütbəsi) Nikolay Orjitskiy və həmin alayın rotmistri Nikolay Semiçev də var idilər. Onların hər ikisi Nijni Novqorod draqun alayına təyinat almışdılr. Semiçev “Cənub cəmiyyətinin” üzvü, dekabrist kimi həbs edilmiş, Petropavlovsk qalasına salınmış və orada 6 ay yatmışdı. 1827,1828,1829-cu illər kompaniyalarında iştirak etmişdir.

Rayevskinin Semiçeva olan xoş münasibəti onu eskadron komandiri vəzifəsinə təyin edilməsi üçün çalışmasından məlum olmuşdu. Nikolay Orjittski də “özünü tam əla göstərənə qədər ”Nijeqorodsk” alayına təyinat almışdı. Özünü göstərəndən sonra o zabit rünbəsinə layiq görülmüşdü.

Orjitskinin Qriboyedovla köhnə dostluğundan dekabrist Zavalaşin məlumat vermişdir: Orjitskinin evində nahar vaxtı Qriboyedovun iştirakı ilə Zavalişinin gətirdiyi “Ağıldan bəla” nın nüsxəsi oxunmuşdu.

Ondan bir gün əvvəl dekabrın 14-də Qriboyedovun Bestujevə yazdığı məktubdakı bir kəlmə onun dekabristlərlə yaxın münasibətdə olduğuna dəlalət edir: “ Orjitskiy sənə bizim Krımda baş tutmuş görüşümüz barədə danışıbmı? Səni də Rıleevi də yad etmişdik ,onu məndən əvəz səmimi qəlbdən, respublikaçı kimi qucaqla!”

Sürgündən əvvəl Cənubi Rusiyada yerləşən 2-ci ordunun mənzil məsələləri üzrə köməkçi vəzifəsində çalışmış E.Laçinovun Zaqavqaziyadakı fəaliyyəti xüsusilə maraqlı olmuşdur. O məhkəmə yolu ilə sıravi əskər rütbəsinə keçirilmişdir və 1827-ci ildə general Krasovskinin ixtiyarına göndərilmişdir. Laçinov Uşaqan ətrafında baş vermiş məşhuir döyüşdə iştirak etmişdir. Onun “mənim həyatımın etirafı” yazısında oxuyuruq: “...Ən qızğın döyüş 1827-ci il avqustun 17-də baş vermişdi. 3 min rus əskəri Eçmiadzin monastırını dağılmaqdan qorumaq üçün onu azad etməyə gedirdilər, Uşaqan kəndidnin yanında onları 30 mindən ibarət fars ordusu gözləyirdi. Qaynar günəşin doğmasından batmasına qədər igidlik çoxluqla vuruşurdu; general Krasovskiy öz nümunəsilə tabeçiliyində olanları ruhlandırırdı,əldən düşənlərə yeni güc verirdi. ...İndi heç bir əhəmiyyət kəsb etməyən kiçik kəndin adı tarixin vərəqlərində qalacaq; çünki onun düzənlikləri birinci dəfə deyil ki qan rənginə boyanır: birinci dəfə deyil ki Uşaqan həyatın sarsılmaz xatirə lövhəsinə yazılır”.

Çamçyanın tarixindən məlumatları toplayaraq, Bronevskinin və b. kitablarından bəhrələnən Laçinov Ermənistanın qədim tarixindən misallar gətirir. Ermənistanın tarixinə aid materialları toplamaqda Laçinova 1828-ci ilin əvvəllərində gen. Krasovski tərəfindən ona Yerevan vilayətinin, Laçinovun sözlərilə desək bu “, qədim dünyanın beşiyi adlandırdığı klassik ölkənin” təsnifatlı statistik məlumatlarının toplanmasına dair verilmiş tapşırıq olmuşdur.

“ Mən heç vaxt belə coşqun həvəslə işləməmişəm, çünki heç vaxt belə həvəsləndirilməmişəm” - deyə Laçinov xatırlayır- “ İnsana lazım olan yuxu saatlarından başqa mən istirahət etməmişəm, hətta nahar vaxtı da mən işimi əldən qoymurdum, özü də bu iş elə həvəslə görülürdü ki,özümü məcbur etməyə ehtiyac qalmırdı...

Tiflisə gedərkən general məni də özüylə apardı ki, orada mən erməni alimi, professor, Şərqə aid əsərlərin müəllifi Çirbetlə görüşüb həm onun rəyini öyrənə bilim həm də məsləhətlərini eşidə bilim.”

“Daimi yaşayış yerindən çox uzun sürən düşərgəyə bənzər bu kəndin” sakinlərinin həyatını qələmə alarkən Laçinov ucadan söyləyir: “ Ey vaxtilə böyük olmuş, qüc və qüvvənin, təcəssümü olan incəsənətin, indiyə qədər bizləri heyrətə gətirən misilsiz abidələrini bizə miras qoymuş Ermənistan - səni nə gözləyir? Sən yenidən öz şöhrətinə qayıdacaqsanmı, yoxsa sənin qəmli oğullarına daimi məyusluq qismət olacaq?”

Qavqaz ordusunun Volxovskiy, Rayevskiy, Burtsov, Semiçev, Konovnitsın və başqaları kimi bacarıqlı zabitlərə ehtiyacı var idi,ancaq Peterburqdan onların “əxlaqına” dair suallar daxil olurdu.

Baş komandanı dekabristlərə məsul vəzifələri tapşırdığına görə qınayırdılar ,ancaq o cavab verirdi ki “ Bu korpusda bacarıqlı, qabiliyyətli, mənfəət verə biləcək adamların nisbətən az olması səbəbindən mən öz məsul tapşırıqlarımı bunlar kimi məmurlara verməyə məcburam.”

Gürcüstanda və Ermənistanda olan dekabristlərin bir çoxunun həyatı Qriboyedovun gözü qarşısında keçirdi. Burada onlar öz hüquqsuz həyatının nisbətən yüngüllüyünü tapmışdılar, hətta hərbi rütbələrə də layiq görülmüşdülər.

Əyər Baş ali komandanın bütün yazışmalarının Qriboyedovun yaxud onun müavini, yaxın dostu P.Saxno-Ustinoviçin əlindən keçdiyini nəzərə alsaq, onda dekabristlərə aid bütün sərəncamları o zaman Paskeviçə həll edici təsirə malik Qriboyedovun fəaliyyətinə aid etmək olar.

Vəzifədən uzaqlaşdırılmış zabit Korqanov Raevskiyə məktubunda yazmışdı: “ Mənə qarşı soyuqlaşmış Aleksandr Sergeeviçin ürəyini yumşaltmaq mümkün deyil, görünür Rayevskiyə müraciət etməli olacam ki,ona təsir etsin.” Bu kiçik sətir Ali Komandanlıq Qərargahında Qriboyedovun məsələlərin həll olunmasına təsir qüvvəsinin nə dərəcədə böyük olduğunu sübut edir.

Böyük şöhrətpərəstliyilə seçilən və bütün iri hərbi qələbələri öz adıyla əlaqələndirməyə çalışan Paskeviç, artıq oktyabrın 3-də Sipyaginə ünvanladığı göstərişdə Yerevan qalasının alınmasını “bütün vilayətlərə bildirməyi “ təklif etmişdir. Bununçün o dərhal əsas döyüşlərin gedişatını bütün təsnifatlarılə yazmışdır”:

“ Əhatə olunma işləri gözlüklərə qədər aparılmış və onları da üstələmişdi, artilleriya təəcüblü uğurla hərəkət edir və böyük dağıntılar yaradırdı. Erivanın alınmasının son gecəsi düşmən hücumdan ehtiyatlanaraq güclü atəş açmışdı, ancaq bizim artilleriyanın uğurlu atəşləri hər iki divarda heç nəyə baxmadan qarnizonları iri qırmalı toplarla atəşə tutmaqda davam edərək ona əhəmiyyətli zərbə vurdular , susmağa məcbur etdilər və iki tərəfdən qoruyucu qurğuları məhv etməklə, güllələrdən böyük ziyan çəkmiş və təslim olmağı tələb edən sakinlərin qışqırığı ilə düşmən qüvvələrinin başıpozğunluğuna gətirib çıxartdılar.

Sabahı günü səhər dəhşət və çaşqınlıq bütün şəhəri əhatə etmişdi, sakinlər evlərin damına çıxaraq papaqlarını və yaylıqlarını havada yelləməyə başlamışdılar, bizim əskərlər bunu görərək qala divarlarındakı boşluqlardan şəhərə daxil oldular ,düşmən qarnizonunun bir hissəsi xilas olmaq naminə silahlarını ataraq təslim olmağa başladılar, bəziləri isə müdafiə olmağa çalışırdılar, ancaq bir neçə dəqiqədən sonra qala qapıları daş-kəsəkdən təmizlənərək açılandan sonra, hamı təslim oldu və qala sonda bütövlükdə müqavimətsiz təslim oldu. ”

Həsən xan, qalanın valisi Sübhanəli xan və daha beş xan, onların yaxınlığında olan bütün İran məmurları gizlənmək istədilər, ancaq tapılaraq əsir götürüldülər. Hərbi trofey şəklində 35 top və bir buynuzlular, 2 qaubitsa, 9 mortir, 4 bayraq əldə edilmişdir. Paskeviçin məlumatına görə rus ordusu bir zabit və 4 əskər itirmiş,iki yüksək rütbəli zabit və 36 kiçik rütbəli zabit yaralanmışdır[31].

Yerevanın azad olunmasında ermənilərin milli müqavimət dəstələri fəal iştirak etmişdilər. Çox xarakterik haldır ki Tiflisdə təşkil olunmuş 117 döyüşçüdən ibarət erməni dəstəsi həll edici döyüş yerinə sayca xeyli artmış vəziyətdə gəlmişdi. A Yeritsyanın yazdığına görə “yol üstü erməni kəndliləri erməni alayını sevinclə qarşılayır, özləri də ona qoşulurdular , belə ki dəstənin Yerevana gəlib çatmazdan əvvəl onun tərkibindəki döyüşçülərin sayı mini keçmişdi.”[32]

Həmin mənbədən öyrənirik ki, Yerevan sakini Astvatsaturyan Nerses Aştarakskinin yazdığı rus ordusuna yardım edilməsinə çağıran vərəqələri əhali arasında paylayarkən İran cəlladlarə tərəfindən həbs edilimşdir. Onlar bu cəsarətli insanı topun qülləsinə soxaraq onu atıblar.

Yerevan qalası alındıqdan sonra silahlı qüvvələr üzrə xüsusi əmrlə Yerevan uğrunda döyüşlərdə iştirak etmiş gürcü müqavimət dəstələrinə təşəkkür elan edilmişdir. Ayrı-ayrı, xüsuisi igidliyilə fərqlənmiş döyüşçülər, məsələn podporuçik (kiçik zabit) Q.Orbeliani, praporşşiklər M.Vəkilov və Q.Kələntaryan təltif olunmaq üçün təqdim edilmişdilər. Kəndli- partizan Ağasının adı geniş şöyrət tapmışdır, onun surəti “Ermənistanın yaraları” kitabında aydın göstərilmişdir.

Yerevanın azad olunması şəhərin erməni əhalisi tərəfindən böyük coşquyla qarşılanmışdır. X.Abovyanın “Ermənistanın yaraları” kitabında əhaliinin bu münasibətinin bariz sübutları göstərilmişdir.

“Rusların gəlişini salamlayın”- deyə Abovyan romanının ilk sətirlərindən müraciət edir. Və sonra öz sözlərini belə əsaslandırır: “qoy biz hələ rusun sifətini də görməmişik, ancaq biz yenidən Yerevana daxil olacayıq: bura bizim vətənimizdir, burada bizim babalarımız yaşayıblar, burada onlar hökmranlıq ediblər, vəfat ediblər və dəfn olunublar, - onda biz rusların qədrini biləcəyik, və öz xoşbəxtliyimizi qiymətləndirəcəyik”.

Bu xoşbəxtlik şəhərin azad olunmasıyla gəlmişdi. “Əskərlər qalaya daxl olmağa başlamışdılar, ancaq minlərlə evlərdə, minlərlə pəncərələrdə insanların ağızlarını açmağa halı yox idi, onları qəhər boğurdu. Ancaq hər kəsin sinəsində ürəyi döyünürdüsə bu donmuş əllər, daşlaşmış, göylərə zillənmiş gözlər sözsüz də danışırlar, hətta cəhənnəmin darmadağın edilməsi günah sahibləri üçün ermənilərə Yerevanın azad edilməsi qədər əhəmiyyətli deyildi.”

Böyük erməni humanist-yazıçı öz əsərində qocaların, uşaqların, qızların, qoca qadınların “ əskərlərin boynuna atılaraq qəlbinin döyüntüsü ilə onların sinələrinə yapışıb qaldığı” səhnəni əks etdirmişdir.

X.Abovyan Ermənistanın Rusiyaya birləşməsi tərəfdarlarının birincilərindən olmuşdur.

“Asiyalılar ancaq dağıda bilirdilər, indi biz sülh və quruculuq gördük”- yazaraq o müqayisə etməkdə davam edir: “Başqa avropalılar Amerikanı dağıtdılar, onu yerlə-yeksan etdilər - ruslar Ermənistanı bərpa etdilər, kobud vəhşi Asiya xalqlarına insanpərvərlik və yeni ruh bəxş etdilər.”

Qriboyedovun Yerevanın alınması uğrunda döyüşlərdə iştirakını ancaq döyüş səhnəsini görmək arzusu kimi qiymətləndirmək olmaz. Görünür hərbi-strateji planların işlənib hazırlanmasında onun iştirakı da az olmamışdır.

Bu gümanı A.P.Yermolov da təsdiq etmişdir: “Mən Qriboyedovun təltifini görmüşəm, görünür bu iş hərbi işlərə görə olub”.

Qavqaz canişinliyində diplomatik kargüzarlıq işlərinə səthi də olsa nəzər yetirmək rəhbərliyə göndərilən yazıların, sərəncamlar və göstərişlərin qaramalarının böyük hissəsinin məhz Qriboyedov tərəfindən hazırlandığını sübut edir.

“Paskeviçin rəhbərliyə göndərdiyi məktublardan birinin qaralama-sında o yazırdı: –Görürəm ki düzgün qurulmuş mühasirəsiz və haradasa boşluq yaratmadan hücum etməyə cürət etmək olmaz. Qalanın iki hündür parallel divarı var, onların arasındakı dar keçid qalanı əhatə edən arxın özündən daha çətin səddir. Daxili divar qapalı qüllələrdə quraşdırılmış iri çaplı silahlarla təchiz olunmuşdur; xarici divar bacalarla təmin edilmişdir, tüfənglər və kiçik çaplı toplarla müdafiə olunur. Əyər çöl sılahlar qülləni dağıtmış olsa da, bu boşluğa hücum etmək çoxlu çətinliklər yaradardı, çünki onun arxasında elə qüllələrlə təchiz edilmiş daxili divar dururdu. Belə şəraitdə uğur qazanmaq olmazdı, çünki mənim mühasirə silahlarım yoxdur, artilleriya - iri çaplı silahları isə Naxçıvan xanlığında həll edici döyüşlər üçün qorumaq lazım idi.”

Yerevan alınan gün Qriboyedovun hazırladığı “Rusiyanın gücünə və böyüklüyünə dəstək verdiyinizə görə o sizə minnətdar olacaq” sözlərilə bitən əmr oxunmuşdu.

Abbas abad alındıqdan və Yerevan azad edildikdən sonra 1827-ci il oktyabrın 6-da 3 nəfərdən ibarət müvəqqəti vilayət idarəsi təsis edilmişdi : onlar vilayətdə yerləşdirilmiş ordu hissələrinə komandanlıq edən general Krasovski, erməni keşişi Nerses və Yerevan qalasının komendantı podpolkovnik Borodindən ibarət idi. Bu idarə hər hansı hüquqi dövlət qurumu deyildi, onun vəzifəsi müvəqqəti olaraq İranla sülh müqaviləsi bağlanana qədər sərdarın hökmranlığını əvəz etməli, vilayətdə müharibə ilə əlaqədar pozulmuş sakitliyi bərqərar etməli, və orada vətəndaş qurumlarının yaradılmasına şərait hazırlamalı idi. Naxçıvan xanlığı və Ordubad dairəsinin daxili idarə olunması isə, görünür əvvəlcədən Paskeviçlə razılaşdırıldığı kimi, vilayət idarəsinin nəzarəti altında Ehsan xana və onun qardaşı Şix-Əli bəyə tapşırılmışdı.

Qriboyedov oktyabrın ortalarına qədər Paskeviçin yanında qalmışdı. Paskeviç Yerevanda “qələbəni qeyd edən səsli-küylü əhalinin əhatəsində kef məclislərində vaxt keçirərkən” general Eristovun komandanlığı altında Qarababda qoyub getdiyi dəstə müvafiq nümayişlərlə Abbas Mirzənin diqqətini Yerevandan yayındırmalı idi. Bu məqsədlə Paskeviç Eristova qüvvəsini Naxçıvan ətrafında toplamağı məsləhət gördü. Müqavimətə rast gəlməyən Eristov heç özü də hiss etmədən düz Təbriz yoluna çıxdı, onun qərargah rəisi olan Muravyev isə Paskeviçin oktyabrın 12-də Təbrizə hücum etmək məqsədilə Naxçıvana gəldiyini eşidərkən, özü onu almağa tələsdi, və oktyabrın 13-də şəhər artıq rusların əlində idi.

Şəhəri şəxsən özü zəbt etmədiyinə görə Paskeviçin qəzəbi sonsuz idi. Ancaq olan olmuşdu, indi onun şəhərə dəbdəbəli şəkildə girişini təşkil etməkdən və gələcəkdə Tehrana hərbi səfərə hazırlaşmasından başqa əlacı qalmamışdı.

Təbrizdə hərbi komandanlıq tərəfindən müvəqqəti Azərbaycan İdarəçiliyi təşkil olunmuş və vilayətin idarə olunması yollarını təlqin edən xüsusi “Nizamnamə” hazırlanmışdı. “Russkiy invalid”- “rus əlili”(1861) qəzetinin redaksiyasına P.Saxno-Ustimoviç tərəfindən yazılmış məktubdan göründüyü kimi, həmin “nizamnamə” Qriboyedov tərəfindən hazırlanmışdı. İdarənin rəisi Osten-Saken Paskeviçə təqdim etdiyi 22 fevral 1828-ci il tarixli hesabatda rus hərbçiləri tərəfindən zəbt edilmiş məkanlarda vəziyyət və müvəqqəti idarə tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verərək, bütün görülən işləri həmin “nizamnamənin” uğurlu nəticəsi kimi qələmə verirdi.

İdarə heyəti ilk olaraq Təbriz qalasını mexaniki emalatxanaya çevirdi və bu da qısa zamanda bütün artilleriyanı yeniləşdirmək, topların köhnəlmiş taxta hissələrini yeni quru ağaclarla əvəz etmək, 7 ədəd yeni top hazırlamaq, iranlılardan əldə olunmuş bəzi silahları təmir etmək imkanı verdi.

İdarənin əsas tədbirlərindən biri Təbrizdə hərbçilər üçün xəstəxananın (hospitalın) açılmasıdır. Azərbaycan vilayətinin gəlirlərinin kiçik hissəsindən, həm də “sakinlərin, xüsusən də ermənilərin” topladıqları vəsaitdən istifadə edilərək bu hospitalı yaxşı təchiz etmək mümkün oldu.

Bu diyarda “sakitliyin bərpa edilməsi” məqsədilə evlərinə qayıtmış bütün İran əskərlərinin silahları əllərindən alındı.

Təbriz şəhərinin idarəçiliyi rus ordusunun daxil olmasından əvvəl idarə edən adamlara tapşırılmışdı, ancaq onlardan şəhər komendantına tabe olmaq, rusların bu şəhərdə bərqərar etdiyi qayda qanuna rəayət etmək tələb olunurdu. “Ancaq bu yolla ışlərin gedişatrında uğur qazanmaq , əhalini köhnə idarəçilərlə firavan yaşamaqçün qoyulmuş qaydalara reayət etmələri kifayət etdiyinə ınandırmaq mümkündür” deyə Osten -Saken öz mövqeini izah edirdi.

Başçılar -kəndxudalar rus hərbçiləri olan müddətdə hər gün toplaşar və “ rus rəislərinin göstərişilə şəhərin problemlərini qərəzsiz və təcili həll edirdilər.” Bu kəndxudaların məvacibləri təxminən İran dövləti zamanı aldıqları miqdarda Azərbasycan xəzinadarlığı tərəfindən verilirdi, ancaq fərq ondan ibarət olurdu ki, hər məmur üçün gördüyü işin müqabili nəzərə alınırdı.

Polisin saxlanılması xəzinə üçün çətinlik törətmirdi, hər dükan hər ay qoruqçu saxlamaq üçün müəyyən məbləğ ödəyirdi, ancaq Təbrizin bütün əsas küçələri elə dükanlardan ibarət olduğundan onların qorunması elə bütün şəhərdə qayda-qanunun qorunmasına bərabər idi.

Göndərilən malların yanında daimi müşayiətçilərin olduğundan rabitə qovşağının yaradılması şəhər sakinlərini təsadüfi kağızların göndərilməsi üçün xüsusi adamların, yaxud malı müşayiət adən komandanın yaradılmasından azad etmişdi.

“ Hərbi idarənin qaydalarına uyğun olaraq, bütün sərəncamları qəbul olunan ölçüləri, məmurların təyinatlar və yerdəyişmələrini, təltif olunmalarını, cəzalandırılmalarını və b xalq qarşısında əmr şəklində agah etmək məqsədilə, idarə fars dilində çapxana təşkil etdi.

“ Rusiyaya bu hələ az tədqiq olunmuş diyar barəsində düzgün məlumatların çatdırılması məqsədilə“ statistik məlumatların toplanmasına xüsusi diqqət yetirilirdi. Ancaq gündəlik işlərin çoxluğundan, statistika işlərilə məşqul olacaq işçilərin və hər hansı hazır materialların olmaması səbəbindən, tam olmayan məlumatlarla kifayətlənməyə gətirib çıxarırdı. Bunlara baxmayaraq, Təbriz şəhəri barədə tam, İranın müxtəlif xanlıqları barədə isə xırda məlumatlar toplanmış, və “dövlət gəlirlərinin bütün təbəqələr və bütün vilayətlər arasında bölünməsi qaydaları” barədə dəyərli materiallar əldə olunmuşdu.

Osten-Sakenin dediyinə görə, vətəndaşların şəxsi mülkiyyəti hər hansı bir iddialardan bütün ciddiliyilə tək Təbrizdə deyil, başqa vilayətlərdə də tam qorunurdu. Müharibə dövrünün olmasına baxmayaraq “hətta əskər düşərgələri heç bir vətəndaşı narahat etmir, çünki hərbi hissələr dövlətə məxsus, yaxud ölkəni tərk etmiş İranlı məmurların binalarında yerləşdirilirdi.

Hər yerdə yerli əhalıdən pulsuz nə isə almaq qadağan idi. Bütün hərbi rəislər yerli əhalilə haqq-hesab çəkmək üçün hazırlanmış xüsusi blanklarla (vərəqələrlə) təmin olunmuşdular. Bu vərəqələr rus dövlətinin pul əskinasını əvəz edəcək qüvvəyə malik olduğundan,sonradan vergi təşkilatları tərəfindən pul əvəzi qəbul edilirdi. Əskər mükəlləfiyyəti qiymətinin miqdarından artıq olan haqq-hesablar nağd pulla ödənilirdi.

Idarəyə daxil olmaq bütün vətəndaşlar üçün heç bir fərq qoyulmadan əhalinin bütün təbəqələri üçün mümkün idi, “bir çox hallarda kasıbların şikayətləri əsasında xanlar, məhəllə və kənd rəisləri həbs edilirdilər..” Rüşvətdə günahlandırılanlar aldıqları pulları idarənin iclasında qaytarır, yaxud bütün cəmiyyət qarşısında cəzalandırılırdılar. Nəticə çıxararaq Osten Saken qeyd edirdi ki, beləliklə “xalq görürdü ki şər işlər dözülməzdir”, əyər hardasa şər işlər gizlədilirsə, bu ancaq rus rəislərinin diqqətinə çatdırmayan İran məmurlarının günahı üzündən baş verir.

İranlılarla ruslar arasında hər hansı bir mübahisə baş verdikdə qaydalar onların hər ikisinə eyni münasibət göstərilməsini nəzərdə tutur. Hərbi zəmanə olduğuna baxmayaraq idarə heyəti Rusiyada tətbiq edilən cəzalandırma səviyyəsini qaldırmırdı. Bütün cəzalar aşkar və ancaq məhkəmə qərarıyla həyata keçirilirdi.

Burada xatırlamaq lazımdır ki, hələ 1819-cu ildə sərhəddi keçərkən Qriboyedov vəhşi qisas hadisəsiylə, heç bir məhkəmə qurulmadan tam hüqüqsuzluq faktlarıyla rastlaşmışdı. Ona görədir ki, Müvəqqəti İdarə üçün nizamnamə hazırlayarkən o qaydalara və mövcud qanunlara ciddi rəayət edilməsinə xüsusi diqqət ayırmışdı. Bu da az bir zamanda iranlıların etibarını qazanmaq və hərb zamanında ölkədə qayda qanuna rəayət olunmasına, ölkədə tək daxili deyil, həm də xarici ticarətin genişlənməsinə təkan vermiş oldu.

Sonralar Zaqavqaziya diyarının iqtisadi və mədəni islahatlar məsələsini qaldırarkən, Qriboyedov Zavileyskilə birlikdə hazırladığı layihədə yazırdı: Ola bilsin başqa Asiya xalqlarının içində Persiya özünü kiməsə oxşatmaqda və yeniliyi qəbul etməkdə ən qabiliyyətli ölkə olaraq yeni idarəetmə üsulunu və bu diyarın təhsilini mənimsəyəcək. Biz abad ölkə ilə qonşu olmağın üstünlüyünü artıq hamı tərəfindən qəbul olunmuş həqiqət hesab edirik.”

Qriboyedov öz düşüncələrində Zaqavqaziyanı bütün şərq ölkələri üçün, xüsusən də İran üçün nümunə ola biləcək çiçəklənən diyara çevirmək fikrindəydi. Yerevanda həyat tədricən öz məcrasına düşəndən sonra Qriboyedov öz ölməz əsəri olan “Ağıldan bəla”komediyasının ilk və sonuncu dəfə tamaşasını səhnədə görmək xoşbəxtliyinə nail olmuşdu.

Hərbçilərin arasında Qriboyedovun çoxsaylı pərəstişkarları var idi.

Yerevanın İran istelasından azad olunduğundan sonra 7-ci Karabiner (atlılar) alayının zabitləri müəllifin göstərişlərindən istifadə edilərək “Ağıldan bəla” komediyasını həvəskar tamaşaya qoymaq qərarına gəldilər. Bu barədə “Erivan alayının tarixi”ndən (qalanın alınmasılə əlaqədar karabiner adı dəyişdirilmişdir), 1832-ci il “Tiflis xəbərləri “ (Tiflisskiye vedomosti”) qəzetində və gen. Krasovskinin dilindən A.Veselovskinin dediklərindən məlum olur.

Şəhərinn yaşlı sakinlərindən biri bu hadisə barədə belə söhbət etmişdir: “ 1827-ci ildə bir dəstə ordu zabitləri vaxtilə iran sərdarlarının sarayı olmuş binanı uydurma səhnəyə çevirərək “Ağıldan bəla”dan parçalar ifa etdilər, ancaq müəllifi əlbəttə ki bu dost sürprizləri qane edə bilməzdi, ziyalı hərbçilərin bu ürkək təşəbbüsü Qriboyedovun mənəvi əzablarını daha çox artırmış oldu.”

Bu tamaşanın qoyulduğu saray öz yerini boz bazaltdan tikilmiş binaya vermişdir. Onun yan tərəfindəki lövhədə belə yazı mövcuddur: “Burada 1827-ci ildə müəllifin iştirakıyla ölməz rus yazıçısı Aleksandr Sergeeviç Qriboyedovun “Ağıldan bəla” əsəri tamaşaya qoyulmuşdur.”

“Ağıldan bəla” komediyası o zamanlar əlyazamalarda geniş yayılmışdı. Komediyanın ilk aşkar nəşr olunduğu zamanə qədər 40 mindən artıq əldə köçürmə nüsxələri Rusiyada xalq arasında əldən-ələ gəzməkdə idi. Komediyanın ən qısqanc təşviqatçıları dekabristlər idi. L.İ Zavalişinin dediklərinə görə, “Şimal cəmiyyəti”nin ədəbi xadimləri Qriboyedovun komediyasının “aşkar nəşr edilməsinə ümid etməyərək xalq arasında əlyazmalarında yayılması məqsədilə zabitlərin gələcək məzuniyyət-lərindən istfadə etmək qərarına gəlmişdilər. Bir neçə gün davamlı surətdə imla ilə müəllif tərəfindən oxunan komediyanı hamı eyni vaxtda yazmaq məqsədilə Qriboyedovun yaşadığı Odoyevskinin mənzilində toplaşırdılar.” İlk dəfə komediyanı Moskvaya və Qazana gətirən də elə Zavalişin özü olmuşdu.

Həmin günlərdə də general - qubernator Miloradoviç Peterburq teatr məktəbi tələbələrinin “Ağıldan bəlanı” müəllifin nəzarətilə öz səhnələrində tamaşaya qoymaq arzusunun qarşısını almışdı. Tamaşa son məşq günü qadağan olmuşdu. İki il keçdikdən sonra komediyanı Asiyanın sərhəddində, səhnədə göstərmək təşəbbüsü ordu zabitləri tərəfindən təkrar olunmuşdu, ancaq bu tamaşalar da uzun müddət davam edə bilmədi.

Rus ordusu tərəfindən Təbriz zəbt olunduqdan sonra İran Höküməti Rusiyaya Yerevan və Naxçıvan vilayətlərini güzəşt etməklə sülh bağlamaq arzusunda olduğunu bildirdi. Paskeviç bu şərtlərlə razılaşaraq özünün baş qərargahınıın yerləşdiyi Deykarqanda danışıqlar aparmaq qərarını qəbul etdi.

Danışıqlar sənəd dəqiqliyilə “Türkmənçayda Persiya ilə sülhün bağlanması “ arxiv işində mövcuddur. (Gürcüstan SSRİ-nin MDA,f.11 iş nöm.67). Rəsmi olaraq danışıqlar 1827-ci il noyabrın 6-da, sərhədlərin dəqiq bölüşdürülməsi məqsədilə xüsusi komissiyanın yaradıldığı gün başlanmışdır.

İlk müşavirəni noyzbrın 10 saat 12-yə təyin etmişdilər. Rusiya nümayəndə heyətinə xarici İşlər kollegiyasından general Paskeviç, Obreskov, Vlanqali, Abbas Qulu ağa (Bakıxanov), müşavirə protokollarının redaktoru A. Qriboyedov, köməkçiləri Amburger, Kiselyev ilə birlikdə daxil idi. İran tərəfi Abbas Mirzənin özü, kaymakam (haşiyə-istisnalar çıxan məmur) Mirzə Əbdül Qasım, Mirzə Məhəmməd Əli,və tərcüməçi Mirzə Məsudla təmsil olunmuşdu.

Konfransda Paskeviç tərəfindən təqdim edilmiş tələbnamənin şərtləri bunlardan ibarət idi: 1) Rusiyaya iki xanlığı- Yerevan və Naxçıvan xanlıqlarını güzəştə getmək. 2 ) İran tərəfindən Talış xanlığının təmizlənməsi. 3) 15 qurur (gümüşlə 30 mln rubl) məbləğində xərclərin ödənilməsi. Paskeviç həmin şərtin yerinə yetirilməsılə əlaqədar haşiyə çıxmışdı- əyər pulla ödəmək mümkünsüz olarsa onda bütün Azərbaycan vilayətinin Təbrizlə birlikdə Rusiyaya verilməsi nəzərdə tutulsun.

Nümayəndə heyətlərinin sabahkı görüşü bu məsələlərin müzakirəsinə həsr olunmuşdu. Ən çətin həll olunan məsələ kontribusiyanın - xərclərin ödənilməsinin məbləği olmuşdu, və Paskeviç bir qədər onu azaltmağa məcbur olmuşdu.

İki müşavirənin nəticələri barədə İran tərəfi son təlimatları almaq məqsədilə Tehrana məlumat göndərmişdi. Üçüncü müşavirədə noyadrın 26-da İranın təkilfləri müzakirəyə çıxarılmışdı. Şah Rusiyanın əsas tələblərini, ancaq kontribusiya məbləğinin 10 kurur olmaq şərtilə. icra etməyə razılaşmışdı. Dördüncü və beşinci müşavirələr (noyabrın 29, dekabrın 9-u) ikinci dərəcəli məsələlərin müzakirəsinə həsr edilmişdi və heç bir mübahisə törənmədən sakit keçirdi. Bu vaxt Tehrandan oraya rus komandanlığı tərəfindən ezam olunmuş kapitan Volxovskidən xəbər gəldi ki, kontribusiyanın ilk yarısı 5 qururu İran dövləti rus hərbçilərinin Azərbaycandan tam çıxarılmasından sonra ödəyəcək. Danışıqların xoş keçən zamanında və sülh şərtlərinin yerinə yetirilməsi başlandığı bir anda törəmiş bu xəbər (ilk pul köçürülməsi artıq yolda idi) tək rus tərəfi üçün deyil, həm Abbas Mirzənin özü üçün də gözlənilməz oldu. Şah hökümətinin bu qərarı danışıqların uzadılması və vaxt qazanmaq məqsədini güdürdü, çünki o zaman Rusiya ilə münasibətlərini pozmuş Türkiyə İrana təcili yardım etməyə söz vermişdi. Eyni zamanda Şahın oğlu,Xorasanda şücaət göstərmiş və bir az əvvəl öz ordusuyla Tehrana təşrif buyurmuş Həsən Əli Mirzə, işlərin nə yerdə olduğunu öyrəndikdə ölkədən heç bir qızılın da çıxarılmasına razılıq verməmişdir.

Bu səbəbdən dekabrın 21-də nümayəndələr altıncı müşavirəyə toplanarkən yaranmış vəziyyətə görə danışıqları yarımçıq qoymalı oldular.

Həmin il qış çox sərt keçirdi, çoxlu qar yağmışdı, yollar buz bağlamışdı; buna baxmayaraq iranlıları şərtlərlə razılşmağa məcbur etmək məqsədilə rus komandanlığı dərhal hərbi əməliyyatları bərpa etmək qərarına gəldi.

Vilayətlərə səpələnmiş rus silahlı qüvvələri irəliyə hərəkət etmək və əsas qüvvələrlə birləşmək məqsədilə Tehran yoluna çıxmaq əmrini aldılar. Mərkəzi cərgə Təbrizdən Mianaya doğru getdi. Burdan dağı aşıb üzü Tehrana doğru aparan yol açıq olacaqdı. İranlılar belə tezliklə hücumun başlanacığını gözləmirdilər, ona görə qorxu ölkəni elə bürüdü ki, rus hərbçilərinə heç yerdə güclü müqavimət göstərilmədi.

Elə həmin günlərdə professor Senkovskiy qərargah rəisi qraf Dibiçə “ persiyalılardan onların kitabxanalarında saxlanılan qədim şərq əlyazmalarını əldə etmək barədə layihəsilə” müraciət etdi. Qraf Dibiç Senkovskinin layihəsini Paskeviçə göndərərək “bu xahişi diqqətdən kənar qoymamasını və həmin dəyərli materialların tapılmasında Qriboyedovdan istifadə etməyi “ arzu etmişdi. Bu tapşırığı Qriboyedov heç cür yerinə yeirə bilmirdi, çünki nə Yerevanda nə Naxçıvanda belə əlyazmaları yox idi; Təbrizdə isə Abbas Mirzənin kitabxanasındakı kitablar əsasən müasir ədəbiyyatdan ibarət idi. Qədim, nadir hallarda tapılan əlyazmaların böyük hissəsi Ərdəbildəki şah sülaləsinin təməlini qoyan Şeyx Səfi məqbərəsində saxlanılırdı. Hələ vaxtilə bu yerlərə səyahət etmiş Adam Oleariy öz kitabında o barədə bir sıra maraqlı məlumatlar vermişdir.

Səfəvilər sülaləsi endikdən sonra Ərdəbilin də əhəmiyyəti itmişdir. Sonrakı sülalə İran xalqının qəlbində Sefevilər sülaləsinin beşiyi barədə xatirələr saxlamaq niyyətində olmadığından məscid və orada saxlanılan varidatları ruhanilərin ixtiyarına vermişdir. 1812-ci ildə məşhur “Hacı-baba “ romanının müəllifi C.Moriyer Ərdəbilə gələrək kitabxana ilə maraqlanmış və o dəyərlərin necə səliqəsiz vəziyyətdə saxlanıldığını görmüşdü. Bir çox kitablar rəflərə yığılmamış, sadəcə yerdə səpələnmiş vəziyyətdə olmuşlar.

Qriboyedov isə əlbəttə bu kitabxananın qiymətini bilərək onun qorunub saxlanılmasının nə boyda əhəmiyyət kəsb etdiyini yaxşı anladığına görə, yaranmış şəraitdən istifadə edərək Dibiçin tapşırığını yerinə yetirmək, professor Senkovskinin xahiş etdiyi əlyazmaları ələ keçirmək qərarına gəldi. Bu məqsədə nail olmaq üçün Qarabağda yerləşdirilmiş xüsusi dəstədən istifadə etməli oldu və həmin dəstəyə Ərdəbili tutmaq əmri verildi.

1828-ci il yanvarın 25-də general Suxtelen Ərdəbilə daxil oldu və şəhər din xadimlərini çağıraraq onlara general Paskeviçin arzusunu çatdırdı. Mollalar və hacılar bir neçə etirazlarını bildirərək tələb olunan dəyərlərin qiymətinin ödənilməsini tələb etdilər. Ruhanilərin tələbləri dərhal yerinə yetirildi və fevralın əvvəllərində əlyazmalar iki rota piyadalarıın müşayiətilə Tiflisə doğru yolda idi.

O arada İranda hərbi hərəkətlər davam edirdi: Ərdəbildən başqa rus hərbçiləri Urmiyanı, Marağanı tutmuşdular, Paskeviç heç bir müqavimətlə rastlaşmadan Miana yaxınlaşırdı. Ucan sarayına çatınca onu Tehrandan gəlmiş ingilis dövlətinin səlahiyyətli nümayəndəsi Makdonalds qarşılayaraq İran şahının Rusların bütün şərtlərini qəbul etdiyini xəbər verdi. Buradan belə nəticə çıxarmaq mümkün idi ki, İngiltərə özü də rus ordusu hücumalarının genişlənəciyindən ehtiyat edir.

Miananın yaxınlığında Tehrana aparan yolun üstündə Türkmənçay adlı bir balaca yaşayış məntəqəsi mövcuddur. Bu balaca məkana tarixdə ad qoymaq qismət olmuşdur.

Sülh danışıqlarını bu kənddə davam etmək qərara alınmışdı və fevralın 6-da rus diplomatik korpusu bu kəndə təşrif buyurmuşdu. İran tərəfindən sülh müqaviləsinə imza atmaq üçün Deykarqan konfransının üzvləri, hədsiz hüquqa malik olan Manuçar xan və Mirzə Əbdülhəsən xan göndərilmişdilər.

Komissiyanın yarımçıq qalmış müşavirəsi fevralın 10-da baş tutdu. Konfrans materiallarının redaktə edilməsi kimi məsul vəzifə yenə də Qriboyedovun boynuna düşmüşdü. O günə qədər mübahisə törədən bütün məsələlər indi öz həllini asan tapırdılar. Ruslar tərəfindən konsulluqların yaradılmasına dair məsələ də etirazla qarşılanmadı. Paskeviç şahın Manuçar xanın vasitəsilə çatdırdığı Miandakı rus hərbçilərinin çıxarılmasına dair xahişini dərhal yerinə yetirdi. 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında sülh müqaviləsi imzalandı.

Müqavilənin şərtlərinə görə Yerevan və Naxçıvan xanlıqlarının əraziləri Rusiyaya verilirdi, Rusiya Xəzər dənizində hərbi Donanma saxlamaq hüququnu və 20 million rubl gümüş pulla ödəmə qazandı.

Türkmənçay sülh müqaviləsinin Rusiya üçün çox böyük əhəmiyyəti olmuşdur. Onun bağlanması Rusiyanın Zaqavqaziyada mövqeini bərkitməklə yanaşı orta Asiya ölkələrinə də siyasi və iqtisadi təsirini gücləndirilməsinə şərait yaratmış oldu. Nəhayət, Türkmənçay sülh müqaviləsi Böyük Oktyabr Sosialist İnqilabına qədər Rusiyanın İranla münasibətlərinin inkişafı və möhkəmləndirilməsinin əsasını qoymuş oldu.

Deykarqan və Türkmənçay danışıqları konfranslarında iştirak etmiş bütün rus səlahiyyətli nümayəndə heyətlərində iştirak edənlərin arasında Qriboyedov danışıqlar aparılmasında ən çox bilik və təcrübə nümayış etdirmiş şəxs idi. Xarici İşlər kollegiyası tərəfindən səlahiyyət almış Obreskov və Paskeviç özü diplomatiyanın incəliklərindən bixəbər olduqlarını göstərərək bütün mühüm məsələlərin həllini Qriboyedova həvalə etmişdilər, eyni zamanda müqavilə mətninin hazırlanması və redaktə edilməsi kimi məsuliyyətli iş də onun vəzifə borcu idi.

Hətta başqalarını tərifləməkdə simiclik göstərən Paskeviç Qriboyedovun mühüm xidmətini qeyd edərək bağlanmış müqavilə barəsində padşaha göndərdiyi hesabatda yazırdı: “ Mən onu siyasi məsələlərdə mənim üçün çox xeyirli olan insan kimi təqdim etməyə cəsarət edirəm. Ödəniləcək vəsaitin bir hissəsini almadan traktata qol çəkməmək məsləhətinə görə mən ona borcluyam; sonrakı hadisələr sübut etdi ki, belə şərt qoymasaydıq arzu olunan uğuru əldə edə bilməyəcəkdik.”

Türkmənçay sülh müqaviləsinin 1 Nikolaya təqdim edilməsi kimi şərəfli vəzifəni də Paskeviç məhz Qriboyedova həvalə etmişdi. Peterburqa yola düşərkən Qriboyedov bir qədər Tiflisdə yubanmışdı. “O Sipyaginin evinə daxil olarkən raketa ilə verilmiş işarəylə Metx malikanəsi silahlarından atəş açıldı. Bu xəbər hər yerdə böyük sevinclə qarşılanmışdı.”- deyə Muravyev öz yazılarında qeyd etmişdir.

Peterburq da Qriboyedovu böyük təntənə ilə qarşıladı.

Türkmənçay müqaviləsilə yaxından tanış olduqdan sonra xarici işlər Naziri Nesselrode qeyd etməyə məcbur olmuşdu ki : “Traktatın bütün bəndləri cox ciddi təhlil olunaraq yüksək dəqiqliklə yazılmışdır.” Onun sözlərinə görə “ Qriboyedov xidmətlərinə uyğun təltif edilmişdir və bundan sonrada gələcəkdə İran məsələlərində bizə faydalı olacaqdır. Bu hadisələrdə Qriboyedov növbəti rütbə, orden və dörd min manat mükafat almışdır. Paskeviçə isə “ padşahın hörməti” Erivan qrafı adının verilməsi və bir million manatla mükafatlandırılmasıyla ifadə oldu.

Müqavilə bağlandıqdan sonra Qriboyedov rütbələrin və padşah mükafatlarının qiymətini bildiyindən istefa vermək və bütünlüklə özünü elmlərə, dilçiliyə həsr etmək fikrində idi. Hələ Yerevan səfərindən qabaq Paskeviçin dəftərxana kağızlarının içinə daxil olduqda acı hisslərlə Bulqarinə yazırdı: ” “Mən başqa sahə üçün doğulmuşam”.

Ancaq onun həyatı başqa cür quruldu. Həm də Mazaroviç vəzifəsindən çoxdan azad edilmişdi, onu əvəz edəcək başqa səlahiyyətli nümayəndə isə hələ tapılmamışdı. Məhz indi, sülh müqaviləsi bağlanmasıyla əlaqədar Rusuyaya ölkəni yaxşı bilən diplomat lazım idi.

Bir tərəfdən də Rusiyanın Türkiyə ilə münasibətləri günü-gündən gərginləşirdi. Yeni müharibənin başlanması xofu yaranırdı və İranda Rusiya nümayəndəsinin əhəmiyyəti günü gündən artırdı.

Qriboyedovun yenidən İrana qayıtmaq səfərindən kənar qalmaq çalışmaları baş tutmadı. Sonralar o Begiçevə danışmışdı: “ Mən bu səfirlikdən yaxa qurtarmağa çalışdım. Nazir əvvəlcə mənə səlahiyyətli nümayəndə vəzifəsini təklif etdi. Mən cavab verdim ki orada İngilis səfirindən geri qalmamaq üçün səlahiyyətli Səfirlik lazımdır. Nazir gülümsədi və mənim şöhrətpərəstliklə yüksək vəzifə tutmaq arzusunda olduğumu zənn edərək, dinmədi. Mən fikirləşdim ki, bulud məndən ötdü və məndən yüksək rütbədə olanlardan kimisə təyin edəcəklər, ancaq bir neçə gün ötəndən sonra Nazir məni çağırır və elan edir ki, mən Padşahın hökmüylə Səlahiyyətli Səfir təyin olunuram. Başqa əlacım qalmadı...” Məktub çox mənalı kəlmə ilə başa çatmışdı:”əvvəlcədən hiss edrəm ki Persiyadan sağ qayıtmayacağam.”

Qriboyedovun təyinatı senatın 25 aprel tarixli sərəncamıyla qeydə alınmışdı. Bu barədə Paskeviçi məlumatlandıran nazir Nesselrode yazırdı: “ Nazir vəzifəsinə saray məsləhətçisi Qriboyedov təyin edilmişdir və onun üçün müvafiq təlimat da təsdiq edilmişdir ki, onun nüsxəsini məlumat üçün bu məktuba əlavə etməyi özümə borc bilirəm....Qriboyedovun fars dilindəki bilikləri, yerli şəraitlərlə qısa tanışlığı, keçmiş danışıqlar vaxtı göstərdiyi təbii vergi və çalışqanlığı bizi əmin edir ki seçimimiz yüksək vəzifəni daşımağa qadir olan bir məmurun üzərində dayanmışdır...”.

Təbrizdə baş konsul vəzifəsinə İranda diplomatik işlərdə artıq təcrübəsi olan, sarayəhli məsləhətçisi (pridvornıy sovetnik) Amburger, onun katıbı vəzifəsinə rütbələr üzrə məsləhətçi (titulyarnıy sovetnik) İvanov təyin edilmişdilər. Səlahiyyətli Nazir Qriboyedovun birinci katibi rütbələr üzrə məsləhətçi Maltsov, ikinci protokolçu Adelunq təyin olunmuşdu. Nümayəndəliyin nəzdində fəaliyyət göstərəcək tərcüməçilər dəsdəsini Qriboyedov özü seçməliydi.

Ona əvvəldən, hələ Səfir təyin olunmamışdan Şərq siyasətilə yaxından tanış olan mütəxəssis kimi, gələcəkdə İranda diplomatik vəzifəyə göndəriləcək şəxs üçün təlimatın layihəsini hazırlamaq tapşırılmışdı. Hazırlanmış layihə o vaxtkı beynəlxalq münasibətləri nəzərə alaraq bir sıra dərin proqnozlar və gözlənilən nəticələri nəzərdə tuturdu. O kontribusiya üzrə ödəmələrin müddətini bir qədər uzatmaqla Abbas Mirzəylə bir qədər yaxınlaşmağı, Rusiyanın Türkiyə ilə münasibətlərində İranın bitərəf qalmasını təmin etməyi təklif edirdi ki, bu da İranda İngilislərin təsir gücünü bir qədər azaltmış olardı. Ancaq Xarici işlər üzrə kollegiya Qriboyedovun təklif etdiyi təlimatın çox uzaqgörənliklə yazıldığını bəhanə edərək onun bir çox maddələrini ləğv etdi. Təlimatın birinci “ Sülh münasibətlərinin möhkəmləndirilməsi” başlıqlı bölməsində nümayəndəliyin ümumi vəzifələri və fəaliyyət proqramı verilmişdi: “ Persiya dövlətində Rusiya nümayəndiliyinin təsis edilməsinin özü Rusiyanın iki dövlət arasında müvəqqəti yaranmış və müharibəyə səbəb olmuş, hal-hazırda başa çataraq Türkmənçay müqaviləsinin imzalanmsıyla başa çatan narazılıqların aradan qaldırmaq məqsədini göstərir. Ancaq bu traktatın imzalanması, nə qədər dəbdəbəli olsa da, bir çox hallarda hər iki tərəfin hüquq və vəzifələrinin düzgün dərk olunmaması səbəbindən mübahisə mövzusuna çevrilərək yeni münaqişələrin yaranmasına səbəb olur.-- Sizin şahın hüzurunda olmanız onun nazirliyinin fəaliyyətini yaxından və səhvsiz izləyərək sizə belə narazılıqların qarşısını almaq, orada yaşayan və sizinlə təmasda olan dövlət insanlarına Traktatın yerinə yetirilməsində İranın öz mənafei xətrinə daha əliaçıq olmasının vacibliyini izah etmək imkanı yaradır; çünki onun daxilində çəkişmə toxumları mövcuddur, şah sarayını özündə rəqabətlər, bəzə Dövlətin səlahiyyətlərindən üstün olan ruhanilərin özbaşınalıqları, həmişə üsyan etməyə hazır olan köçəri tayfaların başıpozğunluğu; bunların hamısı bu dövləti başqa iri Dövlətlə münaqişədə həmişə öz gücündən tam istifadə etmək imkanından məhrum edib və gələcəkdə də məhrum edəcək. Sizin də fəaliyyətinizi bu məsələlər müəyyənləşdirəcək. ”

Burada qeyd etmək lazımdır ki,Qriboyedov həmişə İran dövlətində mərkəzləşmənin olmadığını, onun müxtəlif xanlıqlar və köçəri tayfalar arasında parçalanmasını və didişməsini göstərirdi. Hələ 1827-ci ildə Abbas Mirzəylə görüşlərində Qriboyedov açıq şəkildə İran dövləti barəsində öz fikrini ona bildirmişdi, burada bir şahlılıq ayrı-ayrı mülkiyyətçilər, hətta səhralardan- Kərbalaidən gəlmişlər tərəfindən müxtəlif dini hərəkətlərlə pozulur və dövlət uçurumla bitəcək müharibəyə cəlb edilir. Elə onda Qriboyedov bu parçalanmanı Rusiya dövlətindəki mərkəzləşdirlməyə diqqəti cəlb edərək “hamının bir padşahın iradəsinə tabe olduğu” dövlətlə müqayisə etmişdi.

Qriboyedovun özünün padşah mütləqiyyət qurumuna nifrət etdiyi və onun mülkədarlıq mahiyyətini aşkarladığı və onun şəxsiyyətinin şahlıq üsul-idarəsinin qurbanı olduğu məlumdur, onun azad sözü boğulur və senzura çərçivəsindən kənara çıxa bilmirdi. Bununla bərabər,Qriboyedov qabaqcıl yazıçı və dövlət xadimi olaraq irəliyə baxdıqda parçalanmış, tayfalar arası didişməyə son qoya bilməyən dövlətlə müqayisədə mərkəzləşdirilmiş milli dövlət üsul idarəsinə daha artıq üstünlük verirdi. Qriboyedovun bu baxışları F.Engelsin “Rusiya Şərqə nisbətən doğrudan da proqressiv rol oynayır” kəlamı ilə üst-üstə düşür[33].

Fransadakı krallıq üsul-idarəsini dəyərləndirən Engels onu proqressiv element hesab edirdi -“ O qaydasızlıq mühitində qaydanın nümayəndəsi, üsyançı vassallar dövlətlərinə parçalanmanın əksi idi”[34]

Məhz bu nöqteyi-nəzərdən çıxış edən Qriboyedov padşah üsul-idarəsinə nifrət etməsinə baxmayaraq,şərq ölkələrilə münasibət yaratdıqda Rusiyanın hörmətini yüksək tutur, onun üstünlüyünü qeyd edirdi.

“Rusiya mərkəzləşdirilmiş dövləti Rus, Ukraina, Belorus və ölkəmizin başqa xalqlarının tarixi taleində çox böyük rol oynamışdır. Yarandığı gündən o qardaş xalqlar üçün cazibə mərkəzinə və xarici istismarçılara qarşı dayağa çevrilmişdir.”[35]

Diplomata yönəlmiş təlimatda Qriboyedov öz humanist baxışlarına sadiq qalaraq gücsüzlüyü,tələbatı yerinə yetirmək mümkünsüzlüyünü gizlin düşmənçilikdən ayırd etməyi bacarmağı və bundan asılı olaraq birinci halda güzəştə getmək, ikincidə isə- inadçılıq göstərmək lazım olduğunu məsləhət görür. Təlimatda sonra deyilir:

“Hərəkətlərinizin həmişə düzgün və eyniliyilə, uzunmüddətliyi və səmimiliyilə asiyalılara məxsus inamsızlığa qalib gələ və persiyalıları bu müqavilənin imzalanmasını ən düzgün yol olduğunu inandıra bilərsiniz.

Təlimatın ikinci hissəsi Rusiya ilə Türkiyə arasında yaranmış münaqişədə İranın bitərəf qalmasına həsr olunmuşdur.

“Kontribusiyanın ödənilməməsi” adlanan bölmədə İranın Rusiyaya ödəyəcəyi məbləğin 4 millionunu şəxsən şahzadə Abbas Mirzə özü verməli olduğu qeyd edilmişdir, çünki şah qəti surətdə bu pulu ödəməkdən boyun qaçırmışdır. Bu bəndlə Abbas Mirzənin “ gəlirləri bu müqdarla uzlaşmadığı halda bu cərimənin azaldılması yaxud tam bağışlanması “ kimi müəyyən istisna da nəzərdə tutulmuşdu. Diplomatın vəzifələrindən biri də Abbas Mirzəyə bu “ istisnanın ancaq onun Rusiyaya qarşı xoş münasibət, səmimi rəftar göstərdiyi və Traktatın bütün başqa maddələrini tam və dəqiq yerinə yetirəcəyi halda tətbiq ediləcəyini izah etməsi idi.”

Təlimatda başqa, mülki, ancaq sonradan vacib olacaq iki məsələyə diqqət yetirilmişdi:

Türkmənçay sülh müqaviləsinə görə Rusiya dövləti sülh bağlanana qədər onun ordusu tərəfinə keçmiş və İran höküməti tərəfindən izləmək arzusunda olduğu İran vətəndaşlarını öz müdafiəsi altına götürür . Ancaq bu məsələdə xüsusi həssaslıq olmalıydı ki, bu maddədən istifadə etmək əslində cəzaya layiq olan insanlar istufadə edə bilməsin. Təlimatın bu hissəsi kiçik ölkələrin müstəqilliyinə dərin hörmətin təzahürü idi. O aşağıdakı kimi yazılmışdı:

“Sizin yardımınızı axtaran, əvvəllər ruslar qarşısında özünü göstərməyə çalışan, ancaq sonralar öz rəftarı ilə yerli qanunları pozmaqla qəzəbə gəlmiş şəxs köhnə xidmətlərinə görə heç cür rusların müdafiəsinə ümid etməməlidir . Əyər siz Asiyada yerli adətlər və sərəncamlarla belə tez-tez təhqir olunan bütün insanlığı belə müdafiə edəsi olsanız da , başqa ölkənin dövlətin daxili işlərinə qarışması çox pis qarşılanır və sizi pis vəziyyətə sala bilər.” İkinci mülki məsələ sərhəd və yazışmalar məsələlərinə aiddir.

Davamında təlimat şah vəfat etdiyti halda Abbas Mirzəyə olan münasibətləi təhlil edir. Əyər o zamana qədər o sülh müqaviləsini pozmayacağı və Rusiyaya ikiüzlülük göstərmədiyi halda ona kömək etmək nəzərdə tutulmuşdu. Bunların hamısını Rusiya dövləti Qriboyedovun fikrinə görə, bütün hallarda Asiya üzrə tərəfindən bir dəfə qəbul olunmuş bütün Şərq ölkələrinə özünün və xəzinəsinin gücünü göstərmək sistemi üzrə dərhal ekspedisiya silahlandırıb yola salacaq” Ost-Hind Kompaniyasından qabaq etməli idi.

Bu sətirlər başqaları,”əyər beynəlxalq vəziuyyətə uyğun olaraq Avropa işləri başqa yola düşərsə və Rusiya siyasəti İngiltərə siyasətilə ziddiyət təşkil edərsə, onda rus diplomatının fəaliyyəti də başqa istiqamət qəbul edəcək “ kimi rəsmi təlimatdan çıxarılmışdır.

Rusiya höküməti İngiltərə ilə münasibətlərin gərginləşməsindən qaçaraq Şərq xalqlarıyla fəal yaxınlaşmaqdan ehtiyat edirdi,Qriboyedov isə İngiltərənin çalışmalarının əksinə olaraq yaxın Şərqdə Rusiyanın mövqeini bərkitmək məqsədini güdürdü.

Sülh müqaviləsi bağlanarkən “ticarətə dair” xüsusi sənədlə İran ərazisində rusiya vətəndaşları arasında, yaxud onlarla başqa ölkələrin vətandaşları arasında yarana biləcək hər hansı bir münaqişələr zamanı Rusiya vətəndaşlarının Rusiya diplomatik nümayəndəliyinin himayəsinə verilməsi qəbul edilirdi. Bununla əlaqədar olaraq təlimat diplomata Rusiya vətəndaşlarının İranda baş verən münaqişələrini təhlil edərkən böyük səbr və xarakter sabitliyi nümayiş etdirərək onların hüquqlarının qorunmasını, eyni zamanda “həddindən artıq coşmaqla dövlət qəzəbinə tuş gəlməməyi “ məsləhət görmüşdü.

Təlimatda “ticarət yollarının, elmi səyahətlərin“ kəşfiyyatlarının aparılmasına xüsusi yer ayrılırdı. Bu sahədə diplomatların qarşısında geniş fəaliyyət imkanları açılırdı. Onlar Rusiya istehsalı olan malların ə satışa çıxarılması məqsədilə “yeni üsulların və bu günə qədər öyrənilməmiş yolların “ axtarışı ilə məşqul olmağa çağırılırdı. Bundan başqa diplomatlar “burada istehsal olunan xalq sənayesi malları sahəsi barədə, bizim Zaqavqaziya vilayətlərində yetişdirilməsi mümkün olan və Asiyada yüksək tələbat olan ərzaqlar barədə” öz fikirlərini Tiflisə və Peterburqa məlumat verməlidilər. Təlimatda deyildiyi kimi “Hökümət məmnuniyyətlə bu sahədə çalışan, zəhmətlərinin nəticəsini və müşahidələrini təqdim etmiş səyyahlara və diplomatik məmurlara “ pul vəsaitilə yardım göstərməyə hazırdır. ”

Təlimatın son bölmələri həddndən artıq maddiyyət tələb edən xərclərə və hədiyyələrə aiddir. “Bizə özümüzü çoxlu vəsaitlər xərcləyən və Persiya dövlətinin bir çox məmurlarını təmin edən infgilislərə oxşatmaq yaraşmaz”, deyə verilən xəbərdarlıq çox maraqlıdır.

Burada Qriboyedov İran sarayının adətlərini yaxşı bildiyini və İngilis siyasətinin Şərqdəki siyasətini çox incə istehza ilə qeyd etmişdir.

Yeni işlərin təşkilatilə əlaqədar olaraq nazirlikdə müxtəlif danışıqların aparılması çox vaxt apardığından Qriboyedov iki aya yaxın Peterburqda qalmışdı, nəhayət bütün rəsmi işlər başa çatdıqdan sonra o iyun ayının əvvəllərində Moskvaya gəldi.

O günə qədər Türkiyə ilə müharibə artıq elan olunmuşdu və Qriboyedov Moskvada ancaq bir neçə gün qala bilmişdi.Ayın 27-də o Stavropola çatmışdı. ANAPA-nın alınması barədə xəbəri o burada eşitdi, Vladiqavqazda isə Qarsa hücum və təslimi barədə eşitdi.

“Əsl vətənpərvər kimi Anapanın alınmasına sevinirəm,...”,”Mənim arzularım əvvəlcədən görənliyim həyata keçdi...Qars hücumla alınıb...Məlumatı oxu və onu xalq arasında təbliğ et”...İyunun 27-30-da Qriboyedov yazırdı ..”Burada şöhrətdən hamı dəli olur”...Bu uğurlar onu bir də ona görə son dərəcə sevindirir ki, bu xəbərlərin İranda necə təəsürat yaradacağını bilirdi.

Qriboyedovun səyahəti onun iş və yol yoldaşı olmuş Adelunq tərəfindən təfərrüatı ilə qələmə alınmışdır.

İyulun 5-də axşam saat 9-a yaxın Qriboyedov Tiflisə çatır və Paskeviçin evində gecələyir.

Baş komandan şəhərdə deyildi və Qriboyedov onun yanına fəaliyyətdə olan dəstənin düşərgəsinə getməli olur.

Yola düşməzdən əvvəl Qriboyedovun həyatında mühüm hadisə baş verir: o Nina Çavçavadze ilə nişanlanır. Qriboyedovun onunla tanışlığı Tiflisə gələn ilk günlərdən başlamışdı. O bütün boş vaxtlarının Çavçavadzelərin və onların yaxın qohumu və dostları olan Axverdovların evlərində keçirməyi xoşlayırdı. Ninanın atası Aleksandr Qarsenoviç Çavçavadze o vaxtlar erməni vilayətinin rəisi, 11 İrakliyin zamanında məşhur diplomat olmuş, 1783-cü ildə Rusiya ilə müqavilə bağlamış Qarsen Çavçavadzenin oğlu idi.

1812-ci il Vətən müharibəsi iştirakçısı olmuş və bir sıra hərbi yürüşlərdə iştirak etmiş A.Q.Çavçavadze öz hərbi xidmətini vətənində Nijni Novqorod süvari alayın tərkibində davam edir. Davamlı olaraq bir sıra komandan vəzifələrini tutaraq o həm də böyük ictimai xadim kimi də seçilir. Aleksandr Qarsenoviç həm də gürcü ədəbiyyat tarixində də fəxri yerlərdən birini tutmuşdur; anadangəlmə şair olaraq o gürcülərdən ilk olaraq Puşkinin, Rasinin, Volterin əsərlərini tərcümə edir, gürcü oxucularını rus və qərbi avropa ədəbiyyət nümunələrilə tanış etmişdir.

Ninanın anası- Salome İvanovna, anadangəlmə Orbeliani kiçik evladlarının tərbiyəsilə məşqul olduğundan böyük qızı Ninanın tərbiyəsilə Axverdova məşqul olmuşdu. Xanım Axverdova barədə Berje “qeyri adi ağıla malik, ləyaqətli və yüksək təhsil təcəssümü olan xanım” deyə yazırdı. Qabaqcıl gənclər üçün qapısı həmişə açıq olan xanım Axverdovanın evində Qriboyedov da daimi qonaqlardan biri idi, Nina Aleksandrovna ilə ilk görüş də məhz bu evdə baş tutmuşdu. Nina Çavçavadze 1812-ci ildə anadan olmuşdu. O zahiri gözəllikllə, qeyri adi qabiliyyəti ilə seçilirdi. Qriboyedov onunla musiqiylə məşqul olur, ədəbiyyat və elm barədə söhbətlər aparırdı: beləliklə hiss olunmadan sevgi hissləri yaranmışdı. Nina da uşaqlıqdan Qriboyedovu özünə yaxın insan hesab edir və qəlbən ona bağlanmışdı.

Öz elçiliyi barədə Qriboyedov Bulqarinə 24 iyul tarixli məktubunda təfsilatıyla yazmışdı.

İrana yola düşməzdən əvvəl Qriboyedov mövcud olduğu məkandan dəqiq xəbər olmayan Paskeviçlə necə də olsa görüşməli idi. İyulun 13-də o Maltsevin müşayiətilə baş komandanla görüşə yollandı. Şulaverdən Qriboyedov Paskeviçə yazırdı: “ Mən baş qərargaha getməyə hazırlaşırdım,çünki nə general Sipyagindən nə sizin dəftərxananızdan bizim Təbriz və Tehranla son zamanlardakı münasibətlərimizdən heç bir məlumatlar əldə edə bilmirdim. Sonradan Tiflisdən çıxan məqamlarda mənə çatdırılan borclar haqqında şəhadətnamələr məni çətin vəziyyətə salmaya bilməzdi: mən bilmirdim bunları necə həll edim. Mən sizə Şulaverdən, Cəlal –oğlu yolundan, mənim səfərimin son məqsədimdən uzaq məkandan yazıram... Sizə çatmalı olan mühüm məlumatları çatdırmaq məqsədilə xahiş edirəm mənimlə görüşməyincə şah tərəfindən ratifikasiya edilmiş müqavilənin ratifikasiya olunmuş nüsxələrinin dəyişdirilməsi tədbirini yubandırasınız, mən isə özümü mümkün qədər tez çatdırmağa çalışacam.”

Iyulun 20-də Cəlalabada çatarkən Qriboyedov Paskeviçdən məlumat aldı ki o Axalxalaki tərəfə getməyə hazırlaşır. Ayın 22-də Qriboyedov artıq Gümridə idi, ertəsi gün isə əhatə olunmuş Axaltsıx ətrafındakı baş qərargaha yola düşdü. Burada o Paskeviçlə görüşlər keçirərək İrana dair məsələləri müzakirə etmək üçün bir neçə gün qalmalı oldu.

Gümridən şair Axverdovaya bütövlükdə Ninaya həsr olmuş məktub göndərir: “ Ninaya deyin ki bu çox davam etməyəcək, çox çəkməz iki ildən sonra mən Sinandali dustağı olaram. Mənim kuryerim gəlmir, o məni harada, necə tapa bilər? Mən çadırda gizlənmişəm, güclü külək əsir,elə bilirəm ki o bizim hamımızı aparacaq. Biz Maltsevlə birlikdə Tiflisdə aldığımız atların bir qismini tam əldən salmışıq. Biz nə üçün tələsirdik? Mənim ən mülayim dostum, siz mənim barəmdə Ninayla çox söhbət edin, hər dəfə, başqa, daha yaxşı məşqulatınız olmadıqda! Yadınızda saxlayın ki biz hər ikimiz sizi zərif anamız kimi sevirik ! Sizin qəbul edilmiş evladlarınız - O və mən! ”

Bulqarinə göndərdiyi məktubda isə Qriboyedov yazırdı “- “Gümridə mən kn. Çavçavadzedən –atadan Erivandan məktub almışam; o bizə- mənə və Ninaya xeyir-dua verir və bizim məhəbbətimizə sevinir. Mən yaxşı etmişəmmi? Mənim əziz Varvara Semyenovnadan və Aqndreydən soruş. Ancaq Rodofinikinə demə, o zənn edə bilər ki məhəbbət mənim bütün başqa vəzifələrimi unudacaq. Nağıldır, mən bundan sonra daha artıq çalışqan olacam,həm onun həm özümün yerinə![36]

Orduda epidemiyanın yayılması barədə məlumat Qriboyedovu Tiflisə qayıtmağa məcbur etdi. Avqustun 4-də o artıq şəhərdə idi. Burada onu zalım lixoradka- (malyariya) nın tutması təkrar olundu. Bu səhərə qədər davam edən ən uzur və çox ağır tutma idi. Bir həftədən artıq yorğan –döşəkdə yatdıqdan sonra, o arıqlamış və zəifləmiş vəziyyətdə uzun müddət gənc nişanlısının gözünə görünməkdən yayınır, Axverdovanın vasitəsilə onu hər cür sakitləşdirməyə çalışırdı, ancaq nəhayət, xəstə olduğunu boununa alası oldu və Nina Aleksandrovna xəstəyə qulluq etməyə başladı.

Bir qədər sağalmağa başlayan kimi o toya hazırlaşmağa başladı. Nigah mərasimi avqustun 22-də baş tutdu. Həmin gün Gen. Sipyagin rus ordusunun Türkiyə üzərində qələbələrin şərəfinə rəsmi nahar təşkil etmişdi, axşam isə Sion kilsəsində1 Aleksandr Sergeeviçin Nina Aleksandrovna ilə nigah mərasimi baş tutdu.

Qriboyedovun evlənməsi barədə Nümayəndəliyin ikinci katibi K.F.Adelunq öz atasına 16 avqust 1828-ci il tarixli məktubunda yazmışdı: “ O (xanım) qeyri-adidir,ona gözəl demək olar ...çox yaxşı tərbiyə almışdır, həm rusca həm fransızca danışır, musiqilə məşqul olur...”. ...”Bütün Tiflis bu ittifaqa çox böyük maraq göstərir; onu (bəyi) hamı sevir və istisnasız hamı hörmət edir; xanım isə çox zərif mülayim mələkdir, sanki uşaqdır...”.

Adelunqun məktublarında Qriboyedovun toy mərasiminin gedişatı barədə də məlumat verilir.

Bazar günü gen. Sipyagin yeni evlənənlərin şərəfinə təntənəli ziyafət təşkil etmişdi və ilk polonezi Nina Aleksandrovna ilə ifa etdi. Gəlin çox gözəl idi. Qriboyedov nahaq yerə onu “madonna Murilyo” adlandırmırdı.

Tiflisdə olduğu qısa müddətdə Qriboyedov Rusiya Zaqavqaziya kompaniyasının yaradılmasına aid yazı üzərində gərgin işləyirdi.

1 Qriboyedovun nigaha daxil olunması barədə Sion kilsəsinin kitabı Gürcüstanın Ədəbiyyat muzeyində saxlanılır.

O Zavileyskiylə birlikdə həmin yazını başa çatdıraraq sentyabrın 7- nə qədər onu Paskeviçin təsdiqinə göndərmişdi.

Sentyabrın 9-da o arvadı və Səfirliyin bütün işçilərilə birlikdə Təbrizə yola düşür.

Eçmiadzini keçəndən sonra Nümayəndəliyin üzvləri yolda Adelunqun sözlərinə görə” indi Eçmiadzində olan və bu gün (18 sentyabr) gələcək” Qriboyedovu gözləmək məqsədilə bir qədər yubanmalı olur.

Qriboyedovun Eçmiadzində olması barədə məlumatlar bununla bitir . Ancaq onun Eçmiadzini son dəfə ziyarət etməsinin məqsədi aydınlaşmamış qalmışdır. Fərz etmək olar ki, bu dəfə o Xaçatur Abovyanla görüşmüşdür.

Q. Şermazyanın yazdığına görə Qriboyedov öz ictimai fəaliyyətilə əlaqədar olaraq Abovyanla ilk dəfə hələ Tiflisdə erməni məktəbində tanış ola bilərdi. St.Nazaryantsın sözünə görə Abovyan bu məktəbdən “elmlərə qarşı böyük məhəbbət və vətənə xidmət etmək arzusu ilə dolu yanar ürəklə” çıxmışdı.

1827-ci ildə Abovyan Rus hərbçilərilə birlikdə Ermənistana doğru gedirdi. Onun bioqrafı Abovun yazdığına görə “Bu dövrdə Eşmiadzin rus hərbçiləri tərəfindən tutularaq İrana qarşı hərbi hərəkatlar mərkəzlərindən birinə çevrilmişdi. Abovyan katalikosun katibi və tərcüməçisi kimi yəqin ki rus dövlət adamlarıyla görüşmüşdür ki, onlardan biri də A.S. Qriboyedov ola bilərdi.”[37]

1828-ci ildə də Abovyan Eşmiadzində tərcüməçi qismində çıxış edə bilərdi və Qriboyedovun erməni kilsəsi nümayəndələrilə danışıqlarda iştirak edə bilərdi. O zaman hər iki tərəfi maraqlandıran və günün ən aktual məsələlərindən olan ermənilərin İrandan Rusiya vilayətlərinə köçürülməsi idi.

1832-ci il iyulun 30-da Abovyan artıq Derptə olarkən öz gündəliyində Depr universitetində oxumağa gəlmiş Karamzinin iki oğlu, onlarla İran və Qriboyedov barəsində apardığı söhbətlər barəsində qeydiyyat aparmışdır.

Eçmiadzində N.A. və A.S. Qriboyedovlar cəmi bir gün qaldıqdan sonra Yerevana yola düşdülər.

Yerevan sakinləri onları hər yerdə olduğu kimi yüksək coşqunluq və şəmimi mehribanlıqla qarşıladılar.

Üriboyedova Məhəmməd xanın evində alay musiqisini çaldırdıqdan sonra otaqlar ayırdılar.

Bu gəlişində o şəhərdə böyük dəyişikliklər olduğunu gördü. Onun vaxtında yaradılmış müvəqqəti idarə etmə buraxılmış, onun əvəzində idarə etmə Aleksandr Çavçavadzenin sədrlik etdiyi vilayət İdarəsinin ixtiyarına verilmişdi. Üç nəfər müşavirdən, vilayət prokurorundan və müxtəlif rütbəli məmurlar və tərcüməçilərdən ibarət olan Vilayət İdarəsi xüsusi olaraq Peterburqda hazırlanmış vətəndaş idarəetmə layihəsi əsasında fəaliyyət göstərirdi. Bu idarənin məğzi aşadıkalırdan ibarət idi: üç əyalətlərin birləşməsindən iki qəzalara (uezdlərə) - Erivan və Naxçıvan qəzalarına bölünmüş Erməni vilayəti yaradılmışdı. Hər qəzada – məhkəmə - polis idarəçiliyi kimi şəhər idarələri, əyalət məhkəmələri yaranmışdı. İdarənin seçkilər əsasında yaradılması ancaq kağız üzərində mövcud idi. Məhkəmələr bütün işlərində ancaq Rusiya qanunvericiliyinə əsaslanmalı idilər. Əyər mübahisə edənlər öz çəkişmələrini adətləri üzrə gazilər tərəfindən həll olunmaları arzu edərlərsə - belə halda onların mübahisəsini dövlət tərəfindən təsdiq olunmuş gazilər həll edirdilər. Polisin özbaşınalığı əhalinin haqlı narazılığına səbəb olurdu. Bununla əlaqədar olaraq Qriboyedov erməni vilayətin işlərini dərindən öyrənmək qərarına gəldi, və öz müşahidələrinin nəticəsində 1828-ci ilin payızında bir sıra məktub və “münasibətlərlə” Paskeviçə müraciət etdi. Əhalinin baş alıb getmiş özbaşınalıqdan bezdiyini göstərən Qriboyedov yazırdı: “ Yeganə əsas bizim qaydasız idərəçiliyimizdir- yəni Gürüstanda olduğu kimi”.

“Biz bəylərin və xanların əlindən hökmranlığı alırıq, əvəzində isə xalqa bizim qanunların qatma-qarışığını veririk. Bizə inanlara və öz vətənini qoyaraq bizim tərəfimizi tutanlara, bizə vacib yardımları edənlərə biz dilənçi kimi baxırıq. Biz Azərbaycana daxil olduqda İlk dəfə bizim tərəfimizi tutan marand xanının qardaşları məskən salmaq məqsədilə bizdə həddindən artıq bol olan boş torğaqları əldə edə bilmirlər. İlk vaxtlarda biz bu yerlərin əhalisi arasında uzun müddət hörmət və etibar qazanmış nəsil başçılarından, ruhanilərdən istifadə etmədən özümüzə qarşı bu xalqda hörmət qazana bilmərik. Mən bahar çağında prapoşşikin (kiçik zabit rütbəsi) gazıya çevrilməsi barədə gülməli əhvalatı yazmışdım, ancaq bu indiyə qədər davam edir. ”

Qriboyedov ilk dəfə deyil idi ki yerli adətlərə uyğunlaşmağı təklif edir və məktubu bu sözlərlə bitirdi : “mənim bütün bu qeydlərimi bağışlayın, ancaq mən köhnə adətim üzrə nə fikirləşirəmsə onu da yazıram”.

Yerevandan keçərək yol üstü Qriboyedov çoxlu müşahidələr aparmışdı.

Sentyabrın 19-da onun şərəfinə böyük ziyafət təşkil olunmuşdu, sabahı günü onun qaynatası A.Çavçavadze Bayazetdən qayıtmışdı. Bir neçə gün onunla birlikdə keçirərək Qriboyedov bir sıra xidməti məsələləri onunla müzakirə etmək imkanından istifadə etdi. Sentyabrın 25-də o Yerevandan çıxdı. Yolda onu üşütmə-qızdırma tutdu və səyahəti istədiyi sürətlə başa vurmağa mane oldu. Onu Yerevan hospitalının ordinatoru Malberq müşayiət edirdi. Təbrizə Qriboyedov ancaq oktyabrın 6-da çatdı və dərhal sabahısı günü onun Abbas Mirzə ilə rəsmi görüşü oldu. Bu görüş zamanı Qriboyedov ilk dəfə səlahiyyətli səfir qismində Abbas Mirzəyə Türkmənçay traktatının ratifikasiya olunmuş nüsxəsini təqdim etdikdən sonra bir sıra mübahisəli məsələlərin müzakirəsinə başladı. Onların arasında Abbas Mirzəni həddindən artıq narahat edən “sonu görünməyən pul məsələsi də var idi.”

Sülh müqaviləsilə nəzərdə tutulmuş 20 milyon rubl gümüş pul təşkil edən 10 qururun 6-sını İran Dövləti müqavilə bağlanan kimi dərhal ödəmişdi.

Yeddinci qururun ödənilməsi əvəzinə Paskeviç Urmiya vilayətini, 8-ci qurur əvəzinə isə Xoy vilayətini tutmuşdu. Qalan iki qurur 1830-cu ildə ödənilməli idi ki,o məsələ hələ qaldırılmırdı. Qriboyedovun Təbrizdə olduğu müddətdə yeddinci qurur da hissə-hissə ödənilmişdi, həmin günlərdə İran dövlətinin kontribusiyanın ödənilməsini tapşırdığı Manuçar xan Rusiya hökümətinə məlumat vermişdi ki, qalan pulu onlar Abbas Mirzədən tələb etməlidirlər. Bundan sonra rus hərbi hissələri Urmiya vilayətini təmizləmişdilər. Səkkizinci qururun böyük hissəsini 300 min tüməni Rusiya dövləti Abbas Mirzədən almışdı; qalan 200 min tüməni də alınması üçün xarici işlər kollegiyası çox təkid edirdi.

Çar höküməti lap ilk günlərdən kontribusiya məsələsinə çox vacib və təxirəsalınmaz məsələ kimi baxırdı, ona görə də Peterburqdakı rəislər, xüsusən də K.Rodofinikin Qriboyedovu hələ Tiflisdə olarkən Tehrana Şahın hüzuruna getməsini tələsdirirdi. Peterburqda hətta söz söhbət gəzirdi ki, şairin məbbətə başı qarışıb, xidməti vəzifələri unudub. Narahtçılıq keçirən Bulqarin hətta məktublarında yalvarırdı ki, Qriboyedov vaxtında Tehrana getsin. Hətta Paskeviç Nesselrodeyə İran Dövlətində səlahiyyətli səfirin evlənməsinə dair izahat verməli və bu evliliyə icazə verilməsini öz boynuna götürməli oldu. Ancaq Qriboyedov inanırdı ki, Təbrizə gedənədək Tiflisdə olaraq İran dövlətinə təsir edib bütün qarşıda duran məsələləri daha tez və uğurla həll etmək mümkündür. Tehrandan Rudofinikinə göndərdiyi məktubda o istehzayla tikanlı sözlər yazmışdı: ” Mənə tapşırılmış işlərin yerinə yetirilməsinin uğuru üçün mən bura çox tez gəlmişəm və bunu əvvəlcədən bilirdim, ancaq rəislərin qarşısında məsuliyyətdən qorxurdum, axı onlar tapşırılmış işlərin uğurunu və çalışqanlığını məmurların yol getməsi sürətilə ölçürlər. Tiflisdən mən Abbas Mirzəyə xəbərdarlıq edə bilərdim ki,əyər o borclu olduğu məbləği vaxtında ödəməsə mən ora heç gəlməyəcəm, o da ehtiyat edərək və mənim burada olmadığımı onun təhlükəsizliyinin sığortalanmadığını və Rusiyanın havadarlığının olmamasını hiss edərək, borcunu ödəməyə tələsəcəkdi; ancaq indi nə oldu? Məni səhərdən gecənin yarısına qədər mənasız təkliflərlə incidirlər, fasiləsiz olaraq onlara əvvəlcə iki yüz, sonra yüz,daha sonra əlli min tümənin bağışlanmasını xahiş edirlər”.

Qriboyedov nazirlikdən işlərin əslində nə vəziyyətdə olduğunu gizlətmirdi. Çar hökümətinin ağır siyasətini yeritməyə məcbur olan Qriboyedov yazırdı: “Mənim qəti cavabım öz təsirini göstərdi. 50 min tümən qızılda və gümüşdə dərhal Xoy şəhərinə gətirildi. Məbləğin tam dolması üçün Abbas Mirzə hərəmxanadakı qızıl qəndilləri və başqa əşyaları əridib qızıl külçə şəklinə saldıraraq borcunu ödəmiş oldu, halbuki o qəndillərin zərgərlik naxışlanma işləri qızılından baha idi. Bu olay şahın doğrudan da nə səviyyədə pulsuz olduğunu göstərmiş oldu.”

Ancaq çar höküməti Qriboyedovun məlumatlarına diqqət yetirməyərək Tehran faciəsindan dərhal sonra Qriboyedovu və səfirliyin bütün tərkibini qurban verərək 1 Nikolay İrandan alınacaq kontribusiyanın miqdarını 2 million manat azaltdı.

Həmişə müqavilələrə dəqiq rəayət edən Qriboyedov kontribusiya məbləği ödənikdikcə girov kimi saxlanılan Xoy vilayətindən rus ordusu hissələrinin çıxarılması məsələsini qaldırmışdı.

A.S.Qriboyedov beynəlxalq vəziyyətlə də daim maraqlanırdı. 1828-ci ilin sentyabrın 3-də Paskeviçə imzaladığı məktubda “ “Siz bizim Avropa işlərimiz barədə nə düşünürsünüz?” sualını verərkən o bu məsələyə öz nöqteyi-nəzərini bildirir. Sonra o “xarici işlər və naməlum işlər üzrə nazirliyi tərpədərək yuxudan ayıltmağı və Abbas Mirzənin türklərə olan ziddiyyətli münasibətindən istifadə etmək üçün şəxsən öz adından padşaha müraciət etməyi “ xahiş edir. “Mən xüsusi təsdiq olmadan bu məsələni öz boynuma götürə bilmərəm - deyə Qriboyedov ərz edir. “ 1821-ci ildə mən bu işi uğurla həyata keçirdim və Nesselrode tərəfindən danlanıldım, baxmayaraq ki Yermolov bu məsələdə mənə bəraət qazandırmışdı. İndi də bu təkrar oluna bilər. Siz tərifləyirsiniz, şeytanlar isə məni didişdirirlər.”

Nesselrodenin nöqtei -nəzərini və İrana göndərilən diplomat üçün nəzərdə tutulmuş təlimata edilən dəyişiklikləri bilərək Qriboyedov bu sözlərlə öz rəislərinə meydan oxuyurdu. Ancaq vətənpərvər kimi Rusiya –Türkiyə müharibəsində Abbas Mirzənin bitərəf qalmasına nail olmuş, İngilislərin Abbas Mirzəni Rusiyaya qarşı qaldırmaq təşəbbüslərini heçə endirməyi bacarmışdı. Bunun əsasında N.Muravyev yazmışdı ki, Qriboyedov “ tək öz şəxsiyyəti ilə İranda Rusiyanın iyirmi minlik ordusunu əvəz edir”.

Qriboyedov zənn edirdi ki, əyər qışda Türkiyə ilə sülh olmayacaqsa Avstriya sərhəddlərdə böyük hərbi qüvvə toplayacaq və Rusiyanı da özünə qarşı həmin əməlin görülməsinə vadar edəcək.

Qriboyedov Rusiya imperatoru ilə şəxsi münasibət yaratmaq arzusunda olan Abbas Mirzənin Peterburqa gəlməsinə və şah tacına yeyələndikdən sonra ona dəstrək olmaq ehtimalına müsbət yanaşırdı.

Bunun nəticəsində Qriboyedov “Rusiyanın Asiyaya təsiri bütün başqa ölkələrə nisbətən xeyli üstün olacağına” əmin idi.

DÖRDÜNCÜ FƏSİL

Ermənilərin İrandan Rusiya daxilinə köçürülməsi. Zaqavqaziya diyarının iqtisadi dəyişdirilməsi layihəsi. Qriboyedov və Zaqavqaziya xalqlarının mədəniyyəti. Qriboyedovun yaradıcılığında faciəvi niyyətlər.


Ermənilərin İrandan Rusiya daxilinə – Ararat vadisinə, köçürülməsinə Qriboyedov xüsusi diqqət yetirirdi və bununla Rusiyanın Şərqdə bərkidilməsinini bir sübutunu görürdü.

Fərz etmək olar ki, ilk dəfə ermənilərin köçürülməsi planı hələ 1827-ci ildə Qriboyedovun rəhbərlik etdiyi Zaqavqaziya diplomatik dəftərxanasında hazırlanmışdı. Erməni-rus münasibətləri ona hələ XV111 əsrdən ermənilərin Türkiyə əsarətindən Qavqazda azad olmuş torpaqların sərhədlərində yerləşdirilməsi zamanından məlum idi.

Erməni-rus münasibətlərinin yaranması X əsrə, Kiyev Rusiyasının Don çayı ətrafına və Tamana qədər uzanan dövrlərə aiddir. Sonralar artıq XV11 əsrdə erməni rus siyasi münasibətləri başlamışdı. Rus padşahı Aleksey Mixayloviçə İran Şahının ermənilərə qarşı sərt münasibətinin qarşısının alınmasına yönəlmiş ölçü götürülməsi xahişilə müraciət daxil olmuşdu. Bir neçə vaxt keçdikdən sonra erməni xadimləri 1 Pyotra, sonra isə 11 Yekaterinaya müraciət edərək İran şahına qarşı mübarizədə yardım istəmişdilər. O zamandan erməni xalqının içində belə inam yaranmışdı ki Şərq istismarına qarşı mübarizədə qələbə ancaq Rusiyanın yaxından dəstəklənməsi, Zaqavqaziya xalqlarının xarici işğalçılara qarşı sıx birləşməsi nəticəsində mümkündür.

Ermənilərin köçürülməsi məsələsi barədə danışıqların aparılması üçün Paskeviç xüsusi olaraq Peterburqdan polkovnik Lazarevi çağırtdırmalı oldu. Oktyabrın əvvəlində Lazarev “Azərbaycan ermənilərilə münasibət yaratmaq tapşırığı “ ilə artıq dəstədə idi. Təbrizi,sonradan isə sülh danışıqları aparıldığı Deykarqanı tutan zaman, Lazarev bu yerlərin komendantı təyin olunmuşdu. Köçürülmə planınnı həyata keçirilməsində keşiş Nerses ( sonralar erməni katalikosu olmuş) də öz yardımını göstərəcəyinə söz vermişdi.

Tərəfimizdən öyrənilmiş arxiv yazışmaları erməni xalqının ürəyindən olan köçürülmə məsələsi çar hökümətinin mühüm tədbirlərindən olmuşdur. Onun nəticəsində əvvəllər nəzərdə tutulmuş İran sərhəddinə 80 min kazakların köçürülməsi məsələsi artıq kənarda qalır. Qriboyedov özü də bu layihənin əleyhinə idi və bu torpaqların yerli əhalilə doldurulmasını daha əlverişli sayırdı.

Paskeviçin gen. Sipyaginə göndərdiyi rəsmi məktubda (dekabr 1827 il) deyilirdi ki, “Urmiya gölü ətrafında yaşayan yunan və ermənilərin nümayəndə heyəti gələrək 15 min ailənin rus vilayətlərinə köçürülməsini xahiş edirlər. “Təsəvvür edin ki bu miqdarda sülhpərvər, zəhmətkeş insanların qəbul edilməsinin bizə nə boyda faydası vardır”[38].

Deykarqan konfransında qaldırılmış ermənilərin köçürülməsi məsələsi Türkmənçay Müqaviləsinə imza atmaqla həll olunmuişdu və müqavilənin 15-16 maddələrində qeyd olunmuşdu. Bundan az bir müddət keçdikdən sonra Paskeviç müvəqqəti İdarəsinə “köçkünləri əsasən Yerevan, Naxçıvan bölgəsində, bir hissəsini isə Qarabağda yerləşdirilməsinə göstəriş vermişdi[39].

1828-ci il 29 fevral tarixli bu göstəriş belə sözlərlə başlayır, “İran Azərbaycanının müxtəlif vilayətlərində yaşayan ermənilər bizim vilayətlərə köçməyə hazır olduqlarını bildirdilər”. Erməniləri və Urmiya yunanlarının könüllü olaraq köçmələri bir neçə dəfə qeyd olunmuşdur.

İki gün əvvəl məhz polkovnik Lazarevə ünvanlanmış göstərişdə Paskeviç qeyd etmişdi ki, əyər qış aylarının sərt şaxtası və Azərbaycanın bütövlükdə Rusiya ərazisində qalması ehtimalı öz nümayəndələri vasitəsilə bu vilayətlərə köçmək arzusunda olan ermənilərin qarşısını alırdısa, indi artıq yazın gəlməsi və rus ordusunun müqaviləyə əsasən yaxın zamanlarda Azərbaycanı təmizləmək əmrini aldıqdan sonra – ermənilərin köçməsinə heç bir çətinlik qalmır və mən şübhə etmirəm ki, Rusiya ərazisinə köçmək istəyənlərdən kimsə İranda qalmayacaq. Hamının inandığına baxmayaraq, Paskeviç Lazarevə və onun tabeçiliyindəki məmurlara ermənilərin əsl niyyətlərini öyrənmək, “və onların doğrudan da biz tərəfə köçmək arzusunda olduqlarına əmin olmağı, sorğu zamanı heç bir məcburiyyətə, güc tətbiq edilən tədbirlərə əl atmamaq, ancaq inandırıcı üsullardan istifadə edərək Rusiya vətəndaşlığına keçməyin sərfəli olduğunu izah etməyi tapşırmışdı”.

Ermənilərin İrandan Rusiyaya köçməsi könüllü şəkildə baş verirdi. General Pankratyev yazırdı “ermənilərin köçünün şahidi olaraq mən gözümlə gördüm ki onlar öz hərəkətləri və ağlı ilə öz vətənlərini layiqli yaşayış tapmaq naminə tərk edirlər”. Bu hadisə barədə belə sözləri A.Çavçavadze də deyirdi. Bunu hətta Təbrizin bəylərbəyi Fətəli xan da təsdiq edirdi[40]. Arqutinsk–Dolqorukovun sözlərinə görə “ailə başçıları uşaqlarını başı üzərinə qaldıraraq deyirdilər ki,onları qurban verməyə də hazırdılar, təki Rusiya höküməti altında yaşasınlar”.

Uzun illər boyu Türkiyə - Iran çəkişmələrinin qurbanı olan Ermənistan XV11 əsrdə Türkiyəylə İran arasında Qərb və Şərq hissələrinə bölünərək erməni xalqını qırmaqda və istismar etməkdə davam edən iki şərq zülmkarlarına tabe edilmişdi.

Rus hərbçiləri tərəfindən Şərqi Ermənistanın İran şahının istismarından azad edilməsi erməni xalqının həyatında dönüş mərhələsi, bu xalqın bir millət kimi varlığının həyatı məsələsi olmuşdur.

Ermənilərin İrandan və Türkiyədən köçməsi və erməni ərazilərinin bir hissəsinin boşaldılması erməniləri İ.V.Stalinin dediyi kimi “Yüz illərlə erməni və gürcü xalqlarını doğrayıb, didişdirən”[41] İran və Türk milliyətçiləri tərəfindən milli dəyərlərinin itirilməsindən xilas etmişdir.

Erməniləri İrandan köçürərkən Lazarevə və onun məmurlarına dövlət adından köçkünlərə “ticarətlə məşqul olanlar şəhərlərdə yerləşə bilərlər və oradakı ticarətçilərlə bərabər tutulacaqlarını, kəndlilərin isə lazım olan ölçüdə rahat torpaqla təmin ediləcəklərini, altı il ərzində torpaq vergisindən, üç il ərzində isə dövlət vergisindən azad ediləcəklərini” əmin etmək tapşırılmışdı.

Bütün köçkünlər üçün yerlərdə bu tədbir üçün xüsusi hazırlanmış forma üzrə siyahılar tutulmalıydı, həddindən artıq kasıb, yardıma ehtiyacı olan ailələr üçün xüsusi qeydiyyat nişanları nəzərdə tutulmuşdu.

Köçürülmə ilk növbədə rus ordusunun çıxarılması nəzərdə tutulmuş vilayətlərdən başlanmalı idi, onlardan birincisi Marağa vilayəti idi. İran hökümət işçilərinə köçmək istəyən ailələrə maneçilik törədə bilməməsi üçün, onlara dərhal rus hərbçilərin arxasıyca çıxmaq məsləhət görülürdü.

Rus hərçilərirnin hələlik saxlanılan vilayətlərdə köçürmələri bir qədər gec- may ayının sonuna qədər yubandırmaq məsləhət görülmüşdü. Bir çox hallarda köçürmələrin müddəti İran dövləti tərəfindən kontribusiya borcunun ödənilməsilə tənzimlənirdi.

Köçməyə hazırlanmış ailələrə yaxud bütöv bir kənd əhlinə “təhlükəsiz getmək üçün açıq yol vərəqələri və vergilərdən azad olunması barədə qoruyucu vərəqələr “ verilirdi.

Hər köçən kəndə qalmış əmlakını müqavilədə nəzərdə tutulmuş müddət ərzində satması üçün bir nəfər inanılmış nümayəndəsini kənddə saxlamaq hüququ verlmişdi. Təbrizdəki rus missiyası işçilərinə belə “inanılmış” adamlara hər cür yardım etmək tapşırılmışdı.

Qriboyedov köçkünlərə dair müqavilədə nəzərdə tutulmuş bütün öhdəlikləri İran dövləti tərəfindən dəqiqliklə yerinə yetirilməsini tələb edirdi. Ermənilərin köhnə yaşayış məskənlərində müvəqqəti qoyub getd

  1. “Rusiyaya köçməyi arzulayan alman vətəndaşları – sektantlar.
  2. Tərcümədə “Qədim Ermənistan səhralarının ortasından”
  3. Stefan Tsmind- Kazbek dağı.
  4. İ.Şopen Erməni vilayətinin Rus imperiyasına birləşməsi zaman vəziyyətinin tarixi abidəsii,SPB, 1852.
  5. Albion- İngiltərənin qədim adıdır.
  6. K.Marks və F.Engels, əsərləri , XI cild, I hissə, səh. 162.
  7. Qriboyedovun şəxsən öz əliylə köçürdüyü Notanın surəti heç bir dəyişiklik edilmədən “Persiyada Rusiya Nümayəndəliyinin müxtəlif məslələrə dair dövlətə göndərilmiş məktubları” sənədlər toplusunda Gürcüstanın Dövlət sənədləri tarixi arxivində saxlanılır. Ondan sitat ilk dəfə bu kitabda verilir.
  8. Gürcüstan SSR-nın MDİA, 2 f. Sənəd 927 . səh.26.
  9. “Qafqaza dair məlumatlar toplusu” t.2.səh.343 Artsruninin xatirələri.
  10. Konstantinopoldan.
  11. Gürcüstan SSR-nın MDİA- f .2 nömrə 927.
  12. Redut Qala-Kuləvi şəh.
  13. Gürcüstan SSRİ-nin MDİA f.16 nöm. 3625.
  14. “Attestaın qaralaması Gürcüstan SSRİ-nin MDİA-də saxlanılır.
  15. Haqverdiyva Praskovya Nikolayevna –Arsenyeva ata soyadlı 1851-ci ildə vəfat etmişdir.
  16. Çavçavadze David Aleksandroviç – N.A.Qribayedovanın qardaşı.
  17. “Ağıldan bəla” nın bu siyahısı Gürcüstanın Dövlət muzeyində saxlanılır.
  18. Gürcüstan SSRİ-nin dövlət arxivi f.2 n.9202.
  19. Gürcüstan SSRİ-nin Dövlət arxivi f.16 N-r 3823.
  20. Rus nəşrilə yanaşı qəzet həm rus (S.Dodaşvilinin baş redaktorluğu ilə) həm də fars dilində çap olunurdu.
  21. Suxorukova 1828-29-cu illərin kampaniyası tarrixinə dair statistik və başqa materialların toplanması tapşırılmışdı.
  22. Gürcüstan SSRİ-nin dövlət arxivi , iş n.3544. f.16
  23. “Qafqazda rus hökmranlığının təsdiq olunması “IV cild, I hissə, səh. 97-99.
  24. Milli hissələrin yaranması və hərəkətlərinə dair məlumatlar Gürcüstan SSRİ-nin Mərkəzi Dövlət arxivindən götürülmüşdür , f 16, nömrələr 3331,3332,3333,3536.
  25. Gürcüstan SSRİ-nin MDA f 11 nöm. 137.
  26. Gürcüstan SSRİ-nin MDA f.16 nöm.3762.
  27. V.Volxovskinin arxivi . Gürcüstan muzeyi. İlk dəfə çap olunur.
  28. Gürcüstan SSRİ DMA. f 11. Nöm. 66 Sənəd ilk dəfə çap olunur.
  29. Gürcüstan SSRİ-nin MDA f.11 nöm.3932.
  30. Volxovskinin 20 dekabr 1826-cı il tarixli nəşr edilməmiş məktubundan.
  31. ?
  32. A.Yertsyan “Bütün ermənilərin katalikozluğu və X1X əsrdə qavqaz erməniləri .“ 1894. Səh.284 (erməni dilində).
  33. 1 K.Marks,F.Engels Əsərləri t.XX1 səh.211.
  34. K.Marks,F Engels Əsərləri t.XV1 h.1 səh 445.
  35. ?
  36. Varvara Semyenovna -Miklaşeviç, Andrey-A.A.Jandr, Rodofinikin- Xarici işlər Kollegiyasının Asiya departamentinin rəisi.
  37. Prof. Q.A. Abov. Xaçatur Abovyan . Həyat və yaradıcılığı. Yerevan 1948.il səh. 27-28.
  38. Gürcüstan SSRİ-nin MDA f2.n-r 1846.
  39. Gürcüstan SSRİ-nin MDA f.1105 n 55 “Xarici vətəndaşlar olan ermənilərin İrandan Qarabağa və başqa vilayətlərə köçürülməsinə dair. Sənəd ilk dəfə qısaldılmış şəkildə nəşr olunur.
  40. Gürcüstan SSRİ-nin MDA f.2 n-r1969. Səh.49.
  41. İ.Stalin əsərləri t.11. səh 348.