Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Əfsər Abdullayev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 34: Sətir 34:
 
  |Vikianbar        =  
 
  |Vikianbar        =  
 
}}
 
}}
'''Əfsər Abdullayev''' (1926–2010) — ticarətin və mühasibat uçotunun təşkili üzrə dövlət məmuru, Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər məsul  vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.
+
'''Əfsər Abdullayev''' (1926–2010) — sovet dövründə Şəkidə ticarət və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş şəxs; Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.
  
 
==Haqqında məlumatlar==  
 
==Haqqında məlumatlar==  
Sətir 67: Sətir 67:
  
 
===Vəfatı===  
 
===Vəfatı===  
6 may 2010-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib.
+
6 may  
  
 
===Ailəsi===
 
===Ailəsi===

02:51, 6 may 2021 versiyası

Əfsər Abdullayev
Abdullayev Əfsər Məmməd oğlu
Əfsər Abdullayev
Əfsər Abdullayev, 2000-ci il
Doğum tarixi 17 dekabr 1926(1926-12-17)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 may 2010 (83 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Nuxa İkiillik Müəllimlər İnstitutu (1943–1945);

Azərbaycan Dövlət Universiteti, (1948–1953)

Əfsər Abdullayev (1926–2010) — sovet dövründə Şəkidə ticarət və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş şəxs; Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.

Haqqında məlumatlar

17 dekabr 1926-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1933 – 1943-cü illərdə Nuxa şəhər 12 №-li orta məktəbində,

1943 – 1945-ci illərdə isə Nuxa İkiillik Müəllimlər İnstitutunda,

1948 – 1953-cü illərdə Azərbaycan Dövlət Universitetində (qiyabi, mühasibat uçotu ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1945 – 1953-cü illərdə Nuxa rayonunun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib.

1953 – 1960-cı illərdə Nuxa rayonunun Baltalı, Aşağı Küngüt, ÇapağanBaş Zəyzid kəndlərindəki kolxozlarda mühasib və baş mühasib vəzifələrində çalışıb.

1960 – 1968-ci illərdə Nuxa rayon Kooperativlər İttifaqının İdarə heyətinin sədri olub.

1968 – 1977-ci illərdə Qışlaq kənd İstehlak cəmiyyətinin və Şəki rayon İctimai İaşə Birliyinin direktoru olub.

1977 – 2002-ci illərdə Şəki rayon “Aqrar-sənaye Birliyi”/“Aqrokombinat” da mühasib, təftişçi-mühasib və təftiş-nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2002-ci ildə təqaüdə çıxıb.

İctimai fəaliyyəti

Nuxa/Şəki Rayon Xalq Deputatları Sovetinin deputatı olub. Yeni Azərbaycan Partiyası Şəki təşkilatının yaradıcılarından biridir, vəfatına qədər keçirilən YAP-ın qurultaylarının və Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.

Mükafatları

  • “Azərittifaq”ın, “Sentrosoyuz”un və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları;
  • “Əla ticarətçi” döş nişanı (1966).

Vəfatı

6 may

Ailəsi

  • Həyat yoldaşı: Abdullayeva Lətifə Mustafa qızı (1949 – 1962-ci illərdə), Abdullayeva Firuzə Məmməd qızı (1962-ci ildən sonra).
  • Övladları: Vaqif, Nəzakət, Rafiq, Nazim, Sevda, Azər.

Həmçinin, bax:

(“El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. ARB Şəki, yanvar-2017-ci il.)

Ədəbiyyat

  • Qafar Cəfəroğlu, Əfsər kişi – şəkililərin inandığı və güvəndiyi insan. Miras (elmi-kütləvi jurnal). Mart, 2012.

Şablon:Yaxşı məqalə