Əfsər Abdullayev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 33: Sətir 33:
  |Vikianbar        =  
  |Vikianbar        =  
}}
}}
'''Əfsər Abdullayev''' (''Abdullayev Əfsər Məmməd oğlu''; {{d.}} 17 dekabr 1926-cı ildə, [[Nuxa]], [[Şəki qəzası]],  Azərbaycan SSR, ZSFSR, SSRİ – {{ö.}} 6 may 2010-cu ildə, Şəki, Azərbaycan Respublikası) –  ticarəin və mühasibat uçotunun təşkil üzrə dövlət məmuru, Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər məsul  vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.
'''Əfsər Abdullayev''' (''Abdullayev Əfsər Məmməd oğlu''; {{d.}} 17 dekabr 1926-cı ildə, [[Nuxa]], [[Şəki qəzası]],  Azərbaycan SSR, ZSFSR, SSRİ – {{ö.}} 6 may 2010-cu ildə, Şəki, Azərbaycan Respublikası) –  ticarəin və mühasibat uçotunun təşkili üzrə dövlət məmuru, Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər məsul  vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.


==Haqqında məlumatlar==  
==Haqqında məlumatlar==  

22:15, 8 iyun 2020 versiyası

Əfsər Abdullayev
Abdullayev Əfsər Məmməd oğlu
Əfsər Abdullayev
Əfsər Abdullayev, 2000-ci il
Doğum tarixi 17 dekabr 1926(1926-12-17)
Doğum yeri Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 may 2010 (83 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

Əfsər Abdullayev (Abdullayev Əfsər Məmməd oğlu; d.  17 dekabr 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö.  6 may 2010-cu ildə, Şəki, Azərbaycan Respublikası) – ticarəin və mühasibat uçotunun təşkili üzrə dövlət məmuru, Nuxa rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri, Şəki rayon “Aqrar-sənaye Birliyi”nin təftiş-nəzarət şöbəsinin müdiri, ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər məsul vəzifələrdə işləmişdir. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilib.

Haqqında məlumatlar

1926-cu ildə Nuxada anadan olub.

1933 – 1943-cü illərdə Nuxadakı 12 №-li orta məktəbdə,

1943 – 1945-ci illərdə isə Nuxa İkiillik Müəllimlər İnstitutunda təhsil alıb.

1945 – 1953-cü illərdə Nuxa rayonunun kənd məktəblərində və şəhər 11 №-li orta məktəbində coğrafiya fənnini tədris edib.

1948 – 1953-cü illərdə Azərbaycan Dövlət Universitetində qiyabi təhsil alıb, mühasibat uçotu ixtisasına yiyələnib.

1953 – 1960-cı illərdə Nuxa rayonunun Baltalı, Aşağı Küngüt, ÇapağanBaş Zəyzid kəndlərindəki kolxozlarda mühasib və baş mühasib vəzifələrində çalışıb.

1960 – 1968-ci illərdə Nuxa rayon Kooperativlər İttifaqının İdarə heyətinin sədri olub.

1968 – 1977-ci illərdə Qışlaq kənd İstehlak cəmiyyətinin və Şəki rayon İctimai İaşə Birliyinin direktoru olub.

1977 – 2002-ci illərdə Şəki rayon “Aqrar-sənaye Birliyi”/“Aqrokombinat” da mühasib, təftişçi-mühasib və təftiş-nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.

2002-ci ildə təqaüdə çıxıb.

2010-cu ildə Şəkidə vəfat edib.

İctimai fəaliyyəti

Nuxa/Şəki Rayon Xalq Deputatları Sovetinin deputatı olub.

Mükafatları

  • “Azərittifaq”ın, “Sentrosoyuz”un və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları;
  • “Əla ticarətçi” döş nişanı ( “Sentrosoyuz” un İdarə heyətinin 1966-cı il tarixli qərarı ilə).

Ailəsi

  • Həyat yoldaşı: Abdullayeva Lətifə Mustafa qızı (1949 – 1962-ci illərdə), Abdullayeva Firuzə Məmməd qızı (1962-ci ildən sonra)
  • Övladları: Vaqif, Nəzakət, Rafiq, Nazim, Sevda, Azər.

Həmçinin, bax:

(“El ağsaqqalı – Əfsər Abdullayev” televiziya filmi. ARB Şəki, yanvar-2017-ci il.)

İstifadə edilmiş mənbələr

  • Qafar Cəfəroğlu, ”Əfsər kişi-Şəkililərin inandığı və güvəndiyi insan”. “Miras” elmi-kütləvi jurnalı. Mart, 2012.