Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əhməd-Cabir Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əhməd-Cabir Əhmədov İsmayıl oğlu
Əhməd-Cabir Əhmədov İsmayıl oğlu
Doğum tarixi 6 fevral 1942(1942-02-06)
Doğum yeri Şəki, Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan Respublikası
Elm sahəsi İstehlak mallarının ekspertizası
Elmi dərəcəsi «İstehlak mallarının ekspertizasıı» üzrə professor
Elmi adı «Azərbaycan Dövlət İqtisad Universitetinin» «İstehlak mallarının ekspertizası» kafedrasının professoru
Mükafatları “Əməkdar müəllim” fəxri adının döş nişanı.jpg "Azəzrbaycan Respublikasının Əməkdar müəllimi" (2002), "Qızıl Qələm" (2010), "Əsrin ziyalısı" (2012), "Elm fədaisi" (2012), "Qabaqcıl Təhsil İşçisi" (2015)

Əhməd-Cabir İsmayıl oğlu ƏhmədovAzərbaycan Dövlət İqtisad Universitetinin "İstehlak mallarının ekspertizası" kafedrasının professoru, texniki elmlər namizədi (1973), professor (2001), Əməkdar müəllim (2002), Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı (2010). 355-dən çox elmi əsərin, o cümlədən 73 kitabın müəllifidir.

Bioqrafiya

1942-ci ilin fevralın 6-da Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra (1958) Bakı Ticarət Kulinar Şagirdliyi məktəbində oxumuş, 7-ci dərəcəli qənnadçı ixtisasına yiyələnmişdir (1960). 1960-cı ilin noyabrından 1964-cü ilin avqustunadək Sovet Ordusunun sıralarında xidmət etmişdir.

İnstituta qəbul olunduqdan əvvəl (1964) Şəkidə qənnadçı və hərbi santoriyada aşpaz işləmişdir. 1968-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1968-ci ilin dekabrından 1971-ci ilin dekabrınadək «Yeyinti məhsulları əmtəəşünaslığı» ixtisası üzrə aspiranturada oxumuş, 1973-cü ildə «Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq xassələrinin öyrənilməsi» mövzusunda texniki elmlər üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1971-ci ildən ali məktəbdə assistent, baş müəllim, dekan müavini (1977-1983), dekan (1984-1987) və kafedra müdri (1983-1984, 1989-2001, 2006-2015) işləmişdir. 2001-ci il iyun ayının 5-də “Azərbaycan Dövlət İqtisad Universiteti” Elmi Şurasının qərarı ilə Ə.Əhmədova “Ərzaq malları əmtəəşünaslığı” kafedrası üzrə professor elmi adı verilmişdir.

2006-cı ilin dekabrında, Məkkədə Həcc ziyarətində olmuşdur. İki oğlu və beş nəvəsi var.

Yaradıcılıq

355-dən çox elmi iş, o cümlədən 44 kitab və monoqrafiya, 12 dərslik, 17 dərs vəsaiti və 50-dən çox tədris-metodik vəsaitin müəllifidir. 2002-ci ilin iyununda Azərbycan Respublikasının prezidenti – H. Əliyevin fərmanı ilə, Ə.Əhmədova «Əməkdar müəllim» fəxri adı verilmişdir. Ə.Əhmədov «Azərbaycan jurnalistlər birliyinin» (2003) və "Azərbaycan Yazıçılar Birliyinin" (2012) üzvüdür. Hal-hazırda «Azərbaycan Dövlət İqtisad Universitetində» «İstehlak mallarının ekspertizası» kafedrasının professorudur.

2003-cü ildən «Azərsun Holding» şirkətinin müşaviridir. 2010-cu ilin iyun ayının 5-də Ə.Əhmədov «Qızıl Qələm» media mükafatına layiq görülmüşdür. 2012-ci ildə «Əsrin ziyalısı» və «Elm fədaisi» fəxri diplomları ilə təltif olunmuşdur. 2015-ci ilin oktyabrında Ə.Əhmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə "Qabaqçıl Təhsil İşçisi" döş nişanı ilə təltif olunub.

«Azərbaycan kulinariyası» kitab albomu 15-dən çox xarici ölkələrə yayılmış, Türkiyədə nəşr olunmuşdur. 10 cildlik «Azərbaycan Sovet Ensiklopediyasında» ərzaq mallarına dair 72 məqaləsi nəşr olunmuşdur. M.F.Axundov adına Milli Kitabxananın fondunda Ə.İ.Əhmədov müəllifi olduğu 70 kitabı saxlanılır.

Əhməd-Cabir Əhmədov tərəfindən yazılan irihəcmli kitabların siyahısı

Dərsliklər siyahısı

  1. "Tamlı malların əmtəəşünaslığı" (1993)
  2. "Ərzaq malları əmtəəşünaslığı" (1996)
  3. "Yeyinti yağları, süd və süd məhsullarının ekspertizası" (2002)
  4. "Bitki mənşəli məhsulların ekspertizası" (2005)
  5. "Heyvanat mənşəli məhsulların ekspertizası" (2005)
  6. "Ərzaq malları əmtəəşünaslığı" (2-ci nəşri - 2006)
  7. "Meyvə - tərəvəzin əmtəəşünaslığı" (2009)
  8. "Qənnadı malların əmtəəşünaslığı" (2010)
  9. "Tamlı malların əmtəəşünaslığı" (2-ci nəşri - 2010)
  10. "Ərzaq malları əmtəəşünaslığı" (3-cü nəşri - 2012)
  11. "Ərzaq məhsullarının konservləşdirilməsi" (2017)

Dərsliklərdən başqa 17 dərs vəsaiti nəşr edilmişdir. Bunlardan əlavə 3 dərsliyin və 8 dərs vəsaitinin elmi redaktorudur.

Monoqrafiyalar

  1. "Ədviyyələr, qatmalar" (1998)
  2. "Azərbaycan üzümündən qidalı məhsullar" (2009)
  3. "Ədviyyələr və tamlı qatmalar" (2009)
  4. "Azərbaycan çayı" (2010)
  5. "Azərbaycan çörəyi" (2010)
  6. "Qurani-Kərimdə qida məhsulları və islamda qidalanma" (2013, 2015)
  7. "Yeyilən bitkilərin müalicəvi xassələri" (2014)
  8. "Milli Azərbaycan şərbətləri və sərinləşdirici içkilər" (2014)
  9. "Zeytun və Zeytun yağı" (2015)
  10. "Susuz Həyat Yoxdur" (2018)

Elmi-kütləvi kitablar

  1. "Azərbaycan kulinariyası" (на азербайджанском, русском, английском яз.) (1987, 1990, 1997)
  2. "1001 şirniyyat" (1993)
  3. "Dadlı və ləzzətli xörəklərin sirri" (1995)
  4. "Evdə konservləşdirmə" (1996, 2010)
  5. "Azərbaycan kulinariyasının inciləri" (1997)
  6. "Müasir Azərbaycan mətbəxinin xörəkləri" (2006)
  7. "Блюда современной азербайджанской кухни" (rus dilində) (2006)
  8. "Азербайджанская кухня" (rus dilində) (2008)
  9. "1002 şirniyyat" (2010)
  10. "Tortların hazırlanması" (2010)
  11. "Novruz süfrəsi" (2011)
  12. "Azərbaycan mətbəx ensiklopediyası" (2011)
  13. "Ərzaq mallarının adları" (Azərbaycan, rus və ingilis dillərində) (2012)

Bunlardan başqa 20-dən çox xırdahəcmli (2.5 - 4.5 ç.v.) kitablar nəşr etdirmişdir.

Publisistik kitablar

  1. "Həcc ziyarətində" (2007)
  2. "Hacı İsmayıl – 100" (2007)
  3. "50 il əmək cəbhəsində" (2008)
  4. "Yaddaşlarda iz qalanda…" (2012)
  5. "Elmi-pedaqoji fəaliyyət - 70" (2012)

Xarici keçidlər (linklər)


Əhmədov Əhməd-Cabir İsmayıloğlu. 1001 şirniyyat [Mətn] /Əhməd-Cabir İsmayıloğlu; Red. T.Muxtarova.- Bakı: Gənclik, 1993.- 304 s. , ill. ; 20 sm.

Kitabları

Kitabları
  1. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan kulinariyası [Mətn]: fotoalbom /C.Ə.Əhmədov, foto. H.Hüseynzaadə. Bib-ID. vtls000239172.- Bakı: İşıq, 1987.- 230, [1] s.: şək.
  2. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan üzümündən qidalı ərzaq məhsulları [Mətn]: monoqrafiya /Ə.İ.Əhmədov.- B.: Azərnəşr, 2009.- 265, [1] s.: cədv., sxem, şək., 21 sm.
  3. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan çayı [Mətn]: [monoqrafiya] /Ə-C.İ.Əhmədov.- Bakı: [Gənclik], 2010.- 177, [1] s.: portr., şək., cədv., 21 sm. 2010/411.
  4. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan çörəyi [Mətn]: monoqrafiya /Ə.Əhmədov, A.Qurbanova; elmi red. N.X.Musayev; rəyçi. A.Ə.Hüseynov, A.H.Xəlilov, E.M.Ömərova.- Bakı: Gənclik, 2010.- 258 s., [8] v.: cədv., 21 sm. 2010/1268.
  5. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Dadlı və ləzzətli xörəklərin sirri [Mətn] /Ə.-C. İsmayıloğlu; Red. və ön sözün müəllifi. S. Əliyev.- B.: Azərbaycan ensiklopediyası, 1995.- 280 s.
  6. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ədviyyələr və tamlı qatmalar [Mətn]: monoqrafiya /Ə-C. İ.Əhmədov.- Bakı: [Azərnəşr], 2009.- 419 s.
  7. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq mallarının ekspertizası: Ali məktəb tələbələri üçün dərslik. Bitki mənşəli məhsulların ekspertizası: I hissə /Ə.İ.Əhmədov N.X.Musayev.- B.: Çaşıoğlu, 2005.- 568 s.
  8. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq məhsullarının ekspertizasının üsul və vasitələri [Mətn] : dərs vəsaiti /Ə. İ. Əhmədov ; elmi red. : Ə. P. Həsənov, R. M. Rzayev ; Azərb. Resp. Təhsil Naz., Azərb. Döv. İqt. Un-ti.- Bakı: [İqtisad Universiteti], 2018.- 288, [2] s.: portr., ill., cədv., 24 sm
  9. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı [Mətn]: ali məktəblər üçün dərslik /Ə.Əhmədov; Rəy verənlər. V.A.Əliyev, M.Ə.Məhərrəmov; İxtisas red. S.H.İsfəndiyarov.- B.: Təfəkkür, 1996.- 324 s.
  10. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı. [Mətn]: Dərslik /Elmi red.: Musayev N.X.- B.: İqtisad Universiteti, 2006.- 480 s.
  11. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı dərslik /Ə-C.İ.Əhmədov; elmi red. N.X.Musayev; rəyçilər A.H.Xəlilov, R.A.Əliyev.- Bakı: [İqtisad Universiteti], 2012.- 479, [1] s.
  12. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq məhsullarının konservləşdirilməsi [Mətn]: dərs vəsaiti: [ali məktəblər üçün dərs vəsaiti] /Ə-C. İ. Əhmədov ; elmi red. N. X. Musayev ; [baş red. İ. Səfərov ; red. İ. Hüseynova] ; Azərb. Resp., Təhsil Nazirliyi, Azərb. Dövl. İqtisad Un-ti.- B.: [İqtisad Universiteti], 2017.- 233, [1] s.: cədv.
  13. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak mallarının ekspertizası və marketinqinin tarixi və metodologiyası [Mətn]: Dərs vəsaiti.- B.: İqtisad Universiteti, 2019.- 154, [1] s.: 24 sm.
  14. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak mallarının funksional və erqonomik xassələri [Mətn]: Dərs vəsaiti.- B.: İqtisad Universiteti, 2019.- 200, [1] s.: 24 sm.
  15. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak malları istehsalının ümumi texnologiyası [Mətn] : Ərzaq məhsullarının istehsal texnologiyası : [ali məktəblər üçün dərslik] /Ə. Əhmədov, F. Quliyeva, L. Quliyeva ; elmi red. Ə. P. Həsənov ; Azərb. Resp. Təhsil Naz., Azərb. Döv. İqt. Un-ti.- Bakı: İqtisad Universiteti, 2018.- 310, [2] s.: portr., cədv., 24 sm.
  16. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Qənnadı mallarının əmtəəşünaslığı. dərslik. Bakı: İqtisad un-ti nəşriyyatı , 2010.- 372 s.
  17. İsmayıl oğlu Əhməd-Cabir. "Qurani-Kərim"-də qida məhsulları və islamda qidalanma [monoqrafiya] /Ə. C. İ. Əhmədov; məsləhətçi H. S. Musayev; rəyçi H. M. Meybullayev.-B.: [İqtisad Universiteti], 2013.- 378, [2] s.
  18. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Meyvə və tərəvəzin əmtəəşünaslığı [Mətn]: dərslik /Ə. İ. Əhmədov; N. T. Əliyev; rəyçilər. A. H. Xəlilov M. A. Əhmədov.- B.: [İqtisad Universiteti], 2009.- 442, [1] s., şək., cədv.
  19. Əhmədov Əhməd-Cabir İsmayıloğlu. Tamlı malların əmtəəşünaslığı [Mətn]: Ali məktəblər üçün dərslik /Ə.C. İsmayıloğlu; Rəyçilər. A.S. Qaraşarlı, F.H. Axundov, F.İ. Babazadə.-B.: Maarif, 1993. -300 s.
  20. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Tamlı malların əmtəəşünaslığı [Mətn]: ali məktəb tələbələri üçün dərslik /Ə.Əhmədov; elmi red. N.X.Musayev, rəyçi. R.A.Əliyev, A.H.Xəlilov, N.K.Rəhimov.- Bakı: ADİU, 2010.-452, [1] s.
  21. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Zəfəran. Təbiətin möcüzəsi - min bir dərdin dərmanı [Mətn] /Ə.-C. İ. Əhmədov, M. R. Hüseynov ; elmi red. H. A. İsrafilov.- Bakı: Elm, 2020.- 110, [2] s.: cədv., şək., rəngli fotoşək., portr., 20 sm.