Əhməd-Cabir Əhmədov

Əhməd-Cabir Əhmədov (1942–2021) — yeyinti məhsulları əmtəəşü­naslığı üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Əhməd-Cabir Əhmədov
Əhmədov Əhməd-Cabir İsmayıl oğlu
Əhməd-Cabir Əhmədov
Əhməd-Cabir Əhmədov.
Doğum tarixi 6 fevral 1942(1942-02-06)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 8 mart 2021 (79 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı professor
Təhsili

D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, əmtəəşünaslıq fakültəsi (1964 – 1968)

(qiyabi, 1968 – 1971)
Atası Hacı İsmayıl Əhmədov
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı
"Əmək veteranı" medalı

Haqqında məlumatlar

6 fevral 1942-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1948 – 1958-ci illərdə Şəki şəhər 2 №-li orta məktəbində,

1958 – 1960-cı illərdə Bakı Ticarət-Kulinar Şagirdliyi məktəbində,

1964 – 1968-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində – ərzaq malları əm­tə­­əşünaslığı və ticarətin təşkili ixtisası üzrə,

1968 – 1971-ci illərdə isə aspiranturada (qiyabi) təhsil alıb.

Hərbi xidmət

1960 – 1964-cü illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1960 – 1961-ci illərdə Şəki Yeyinti kombinatında qənnadıçı ustası və eyni zamanda Şəki şəhər 3 №-li orta məktəbində 9-cu sinif şagird-qızlarına qənnadıçılıq üzrə istehsalat təlimindən dərs deyib.

1961 – 1964-cü illərdə hərbi sanatoriyada aşpaz işləyib.

1968 – 1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun laborant, laboratoriya müdiri,

1971 – 1988-ci illərdə assistent, baş müəllim, dosent vəzifəsində işləyib.

1977 – 1983-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində qiyabi şöbənin dekan müavini,

1989 – 1991-ci illərdə dekanı,

1989 – 1991-ci illərdə kafedra müdiri əvəzi olub.

1991-ci ildən Azərbaycan Texnologiya İnstitutunun Bakı əmtəəşünaslıq fakültəsində,

1996-cı ildən isə Bakı Dövlət Əmtəəşünaslıq – Kommersiya İnstitutunda ərzaq malları əmtəəşünaslığı kafedrasının müdiri vəzifəsində işləyib.

2020-ci il tarixədək Azərbaycan Dövlət İqtisad Universitetində istehlak mallarının ekspertizası kafedrasının dosenti olub.

Elmi fəaliyyəti

1973-cü ildə Tbilisi Dövlət Universitetində Ş.K.Çokovanın rəhbərliyi ilə “Azərbaycanda becərilən zəfəranın əmtəəlik xassələrinin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1978-ci ildə dosent,

2000-ci ildə isə professor elmi adını alıb.

1150 çap vərəqindən çox olan 325-dən çox elmi əsər, o cümlədən 10 dərslik, 15 dərs vəsaiti, 38 kitab və monoqrafiya, 40-dan çox tədris-metodiki vəsait və proqram nəşr etdirmişdir. Azərbaycan Sovet Ensiklopediyasındakı müxtəlif ərzaq məhsulları haqqında 72 məqaləni hazırlayıb. 60-dən çox kitabı çap olunub.

Kitabları

Kitabları
  1. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan kulinariyası [Mətn]: fotoalbom /C.Ə.Əhmədov, foto. H.Hüseynzaadə. Bib-ID. vtls000239172.- Bakı: İşıq, 1987.- 230, [1] s.: şək.
  2. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan üzümündən qidalı ərzaq məhsulları [Mətn]: monoqrafiya /Ə.İ.Əhmədov.- B.: Azərnəşr, 2009.- 265, [1] s.: cədv., sxem, şək., 21 sm.
  3. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan çayı [Mətn]: [monoqrafiya] /Ə-C.İ.Əhmədov.- Bakı: [Gənclik], 2010.- 177, [1] s.: portr., şək., cədv., 21 sm. 2010/411.
  4. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan çörəyi [Mətn]: monoqrafiya /Ə.Əhmədov, A.Qurbanova; elmi red. N.X.Musayev; rəyçi. A.Ə.Hüseynov, A.H.Xəlilov, E.M.Ömərova.- Bakı: Gənclik, 2010.- 258 s., [8] v.: cədv., 21 sm. 2010/1268.
  5. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Dadlı və ləzzətli xörəklərin sirri [Mətn] /Ə.-C. İsmayıloğlu; Red. və ön sözün müəllifi. S. Əliyev.- B.: Azərbaycan ensiklopediyası, 1995.- 280 s.
  6. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ədviyyələr və tamlı qatmalar [Mətn]: monoqrafiya /Ə-C. İ.Əhmədov.- Bakı: [Azərnəşr], 2009.- 419 s.
  7. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq mallarının ekspertizası: Ali məktəb tələbələri üçün dərslik. Bitki mənşəli məhsulların ekspertizası: I hissə /Ə.İ.Əhmədov N.X.Musayev.- B.: Çaşıoğlu, 2005.- 568 s.
  8. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq məhsullarının ekspertizasının üsul və vasitələri [Mətn] : dərs vəsaiti /Ə. İ. Əhmədov ; elmi red. : Ə. P. Həsənov, R. M. Rzayev ; Azərb. Resp. Təhsil Naz., Azərb. Döv. İqt. Un-ti.- Bakı: [İqtisad Universiteti], 2018.- 288, [2] s.: portr., ill., cədv., 24 sm
  9. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı [Mətn]: ali məktəblər üçün dərslik /Ə.Əhmədov; Rəy verənlər. V.A.Əliyev, M.Ə.Məhərrəmov; İxtisas red. S.H.İsfəndiyarov.- B.: Təfəkkür, 1996.- 324 s.
  10. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı. [Mətn]: Dərslik /Elmi red.: Musayev N.X.- B.: İqtisad Universiteti, 2006.- 480 s.
  11. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı dərslik /Ə-C.İ.Əhmədov; elmi red. N.X.Musayev; rəyçilər A.H.Xəlilov, R.A.Əliyev.- Bakı: [İqtisad Universiteti], 2012.- 479, [1] s.
  12. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq məhsullarının konservləşdirilməsi [Mətn]: dərs vəsaiti: [ali məktəblər üçün dərs vəsaiti] /Ə-C. İ. Əhmədov ; elmi red. N. X. Musayev ; [baş red. İ. Səfərov ; red. İ. Hüseynova] ; Azərb. Resp., Təhsil Nazirliyi, Azərb. Dövl. İqtisad Un-ti.- B.: [İqtisad Universiteti], 2017.- 233, [1] s.: cədv.
  13. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak mallarının ekspertizası və marketinqinin tarixi və metodologiyası [Mətn]: Dərs vəsaiti.- B.: İqtisad Universiteti, 2019.- 154, [1] s.: 24 sm.
  14. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak mallarının funksional və erqonomik xassələri [Mətn]: Dərs vəsaiti.- B.: İqtisad Universiteti, 2019.- 200, [1] s.: 24 sm.
  15. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak malları istehsalının ümumi texnologiyası [Mətn] : Ərzaq məhsullarının istehsal texnologiyası : [ali məktəblər üçün dərslik] /Ə. Əhmədov, F. Quliyeva, L. Quliyeva ; elmi red. Ə. P. Həsənov ; Azərb. Resp. Təhsil Naz., Azərb. Döv. İqt. Un-ti.- Bakı: İqtisad Universiteti, 2018.- 310, [2] s.: portr., cədv., 24 sm.
  16. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Qənnadı mallarının əmtəəşünaslığı. dərslik. Bakı: İqtisad un-ti nəşriyyatı , 2010.- 372 s.
  17. İsmayıl oğlu Əhməd-Cabir. "Qurani-Kərim"-də qida məhsulları və islamda qidalanma [monoqrafiya] /Ə. C. İ. Əhmədov; məsləhətçi H. S. Musayev; rəyçi H. M. Meybullayev.-B.: [İqtisad Universiteti], 2013.- 378, [2] s.
  18. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Meyvə və tərəvəzin əmtəəşünaslığı [Mətn]: dərslik /Ə. İ. Əhmədov; N. T. Əliyev; rəyçilər. A. H. Xəlilov M. A. Əhmədov.- B.: [İqtisad Universiteti], 2009.- 442, [1] s., şək., cədv.
  19. Əhmədov Əhməd-Cabir İsmayıloğlu. Tamlı malların əmtəəşünaslığı [Mətn]: Ali məktəblər üçün dərslik /Ə.C. İsmayıloğlu; Rəyçilər. A.S. Qaraşarlı, F.H. Axundov, F.İ. Babazadə.-B.: Maarif, 1993. -300 s.
  20. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Tamlı malların əmtəəşünaslığı [Mətn]: ali məktəb tələbələri üçün dərslik /Ə.Əhmədov; elmi red. N.X.Musayev, rəyçi. R.A.Əliyev, A.H.Xəlilov, N.K.Rəhimov.- Bakı: ADİU, 2010.-452, [1] s.
  21. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Zəfəran. Təbiətin möcüzəsi - min bir dərdin dərmanı [Mətn] /Ə.-C. İ. Əhmədov, M. R. Hüseynov ; elmi red. H. A.
  22. İsrafilov.- Bakı: Elm, 2020.- 110, [2] s.: cədv., şək., rəngli fotoşək., portr., 20 sm.

Əhmədov Əhməd-Cabir İsmayıloğlu. 1001 şirniyyat [Mətn] /Əhməd-Cabir İsmayıloğlu; Red. T.Muxtarova.- Bakı: Gənclik, 1993.- 304 s. , ill. ; 20 sm.

Təltif və mükafatları

Vəfatı

8 mart 2021-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Əhməd-Cabir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 198-200. — 1.000 nüsx.
  2. "prof. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu". http://unec.edu.az (azərb.). Azərbaycan Dövlət İqtisad Universiteti. 13 Sep 2016 – 30 Jul 2020 tarixində arxivləşdirilib.