Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əhməd Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat) tərəfindən edilmiş 20:05, 13 noyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əhməd Əbdürəhmanlı
Əbdürəhmanlı Əhməd İsa oğlu
Əhməd Əbdürəhmanlı
Doğum tarixi 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 21 fevral 1946 (40 yaşında)
Vəfat yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Yusif Abdurrahmanov və Vəzifə Əbdürəhmanova
Təhsili Azərbaycan Ali Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1923–1927)

Əhməd Əbdürəhmanlı(1906–1946) — pedaqoq, sovet və partiya işçisi və rəhbər kadr. Müxtəlif illərdə Stalin adına Nuxa Pedaqoji Məktəbinin direktoru, Nuxa rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

1906-cı ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

1913 – 1923-cü ilərdə Nuxa şəhər 2 saylı məktəbində,

1923 – 1927-ci illərdə isə Azərbaycan Ali Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1929 – 1938-ci illərdə Stalin adına Nuxa Pedaqoji Məktəbində müəllim işləyib.

2 yanvar 1938-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 7 saylı əmri ilə Nuxa Stalin adına Pedaqoji Texnikumu və onun ətraf təsərrüfatına müvəqqəti olaraq direktor təyin edilib.

17 yanvar 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarı T.Hacıyevin əmrinə əsasən Stalin adına Nuxa Pedaqoji Texnikumunun və Kirov adına pedrabfaktın direktoru vəzifələrində saxlanılıb.

16 avqust 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 3573 №-li əmrinə əsasən başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

1939 – 1940-cı illərdə Nuxa rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri,

1940-cı ildən sonra Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışıb.

Vəfatı

21 fevral 1946-cı il tarixdə – 40 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Şükürov R., Orsər R. Əbdürəhmanlı Əhməd İsa oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 113. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.