Əhməd Əbdürrəhmanov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 23:19, 27 sentyabr 2022 tarixli redaktə
Əhməd Əbdürrəhmanov
Əbdürrəhmanov Əhməd İsa oğlu
Əhməd Əbdürrəhmanov
Əhməd Abdurəhmanov.
Doğum tarixi 1905(1905-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 21 fevral 1946 (41 yaşında)
Vəfat yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi qısamüddətli xəstəlik
Uşaqları Yusif və Hıkmət Abdurrahmanovlar, Vəzifə Əbdürəhmanova, Lətlfə və Qəribə
Təhsili Azərbaycan Ali Pedaqoji İnstitutu, riyaziyyat şöbəsi (1925–1927)
Mükafatları II dərəcəli "Vətən Müharibəsi" ordeni"Qafqazın müdafiəsinə görə" medalı

Əhməd Əbdürrəhmanov (1905–1946) — Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi, Nuxa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin rəyasət heyəti üzvü.

Haqqında məlumatlar

1905-ci ildə Nuxada zəhmətkeş ailəsində anadan olub.

Təhsili

1913 – 1923-cü ilərdə Nuxa şəhər 2 saylı məktəbində,

1923 – 1927-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1927 – 1938-ci illərdə Nuxa fabrika-zavod təhsili məktəbində, Nuxa kənd dəsərrüfatı texnikumunda, Stalin adına Nuxa Pedaqoji Məktəbində və başqa təhsil müəssisələrində müəllim və direktor vəzifələrində çalışıb. O cümlədən,

  • 2 yanvar 1938-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 7 saylı əmri ilə Nuxa Stalin adına Pedaqoji Texnikumu və onun ətraf təsərrüfatına müvəqqəti olaraq direktor təyin edilib.
  • 17 yanvar 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarı T.Hacıyevin əmrinə əsasən Stalin adına Nuxa Pedaqoji Texnikumunun və Kirov adına pedrabfaktın direktoru vəzifələrində saxlanılıb.
  • 16 avqust 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 3573 №-li əmrinə əsasən başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

1939-ci ildən Nuxa şəhər soveti icraiyyə komitəsi sədrinin müavini,

5 yanvar 1940-cı il tarixdən Nuxa şəhər soveti icraiyyə komitəsinin sədri,

1942-ci ildən Nuxa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri,

1944-cü ilin mart ayından isə Azərbaycan K(b)P Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1938-ci ildən ÜİK(b)P-nın üzvü,

1940-cı ildən Zəhmətkeş deputatlarının Nuxa rayon sovetin və Zəhmətkeş deputatlarının Nuxa şəhər sovetinin deputatı, Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin plenum üzvü idi.

Təltif və mükafatları

Vəfatı

21 fevral 1946-cı il tarixdə – qısamüddətli xəstəlidən sonra 41 yaşında, vəfat edib.

23 fevral 1946-cı il tarixli “Nuxa fəhləsi” qəzetində vəfatı ilə bağlı nekroloq dərc olunub.

Ədəbiyyat

  1. Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sessiyası // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 yanvar. — № 5 (2767). — Səh. 1.
  2. Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
  3. Əhməd Əbdürrəhmanov (nekroloq) = Әһмәд Әбдүррәһманов // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəəə, 1946. — В. 23 fevral. — № 23 (3783). — Səh. 4.
  4. Şükürov R., Orsər R. Əbdürəhmanlı Əhməd İsa oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 113. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Həmçinin, bax:

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri