Əhməd Əbdürrəhmanov
Əhməd Əbdürrəhmanov | |
---|---|
Əbdürrəhmanov Əhməd İsa oğlu | |
Əhməd Abdurəhmanov. | |
Anadan olub | 1905 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 21 fevral 1946 (41 yaşında) |
Vəfat etdiyi yer | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | qısamüddətli xəstəlik |
Uşaqları | Yusif və Hıkmət Abdurrahmanovlar, Vəzifə Əbdürəhmanova, Lətlfə və Qəribə |
Təhsili | Azərbaycan Ali Pedaqoji İnstitutu, riyaziyyat şöbəsi (1925–1927) |
Mükafatları |
Əhməd Əbdürrəhmanov (1905–1946) — Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi, Nuxa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin rəyasət heyəti üzvü.
Haqqında məlumatlar
1905-ci ildə Nuxada zəhmətkeş ailəsində anadan olub.
Təhsili
1913 – 1923-cü ilərdə Nuxa şəhər 2 saylı məktəbində,
1923 – 1927-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1927 – 1938-ci illərdə Nuxa fabrika-zavod təhsili məktəbində, Nuxa kənd dəsərrüfatı texnikumunda, Stalin adına Nuxa Pedaqoji Məktəbində və başqa təhsil müəssisələrində müəllim və direktor vəzifələrində çalışıb. O cümlədən,
- 2 yanvar 1938-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 7 saylı əmri ilə Nuxa Stalin adına Pedaqoji Texnikumu və onun ətraf təsərrüfatına müvəqqəti olaraq direktor təyin edilib.
- 17 yanvar 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarı T.Hacıyevin əmrinə əsasən Stalin adına Nuxa Pedaqoji Texnikumunun və Kirov adına pedrabfaktın direktoru vəzifələrində saxlanılıb.
- 16 avqust 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 3573 №-li əmrinə əsasən başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
1939-ci ildən Nuxa şəhər soveti icraiyyə komitəsi sədrinin müavini,
5 yanvar 1940-cı il tarixdən Nuxa şəhər soveti icraiyyə komitəsinin sədri,
1942-ci ildən Nuxa rayon zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri,
1944-cü ilin mart ayından isə Azərbaycan K(b)P Nuxa Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışıb.
İctimai-siyasi fəaliyyəti
1938-ci ildən ÜİK(b)P-nın üzvü,
1940-cı ildən Zəhmətkeş deputatlarının Nuxa rayon sovetin və Zəhmətkeş deputatlarının Nuxa şəhər sovetinin deputatı, Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin plenum üzvü idi.
Təltif və mükafatları
- II dərəcəli “Vətən Müharibəsi” ordeni ;
- “Qafqazın müdafiəsinə görə” medalı .
Vəfatı
21 fevral 1946-cı il tarixdə – qısamüddətli xəstəlidən sonra 41 yaşında, vəfat edib.
23 fevral 1946-cı il tarixli “Nuxa fəhləsi” qəzetində vəfatı ilə bağlı nekroloq dərc olunub.
Ədəbiyyat
- Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sessiyası // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 yanvar. — № 5 (2767). — Səh. 1.
- Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
- Əhməd Əbdürrəhmanov (nekroloq) = Әһмәд Әбдүррәһманов // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəəə, 1946. — В. 23 fevral. — № 23 (3783). — Səh. 4.
- Şükürov R., Orsər R. Əbdürəhmanlı Əhməd İsa oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 113. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1905-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 21 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1946-cı ildə vəfat edənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə