Əhməd Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Aidiyyəti linklər) tərəfindən edilmiş 00:39, 6 iyul 2020 tarixli redaktə
Əhməd Rəşidov
Rəşidov Əhməd İsmayıl oğlu
Əhməd Rəşidov
Əhməd Rəşidov, 1970-ci il
Doğum tarixi 23 sentyabr 1918(1918-09-23)
Doğum yeri Nuxa, Nuxa qəzası, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 13 noyabr 1981 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu;

Sov.İKP MK yanında Ali Partiya Məktəbi(ru) (Moskva)
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Əhməd Rəşidov (Rəşidov Əhməd İsmayıl oğlu; d. 23 sentyabr 1918-ci ildə, Nuxa, Nuxa qəzası, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti, – ö. 13 noyabr 1982-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – jurnalist, 1948-ci ildə nəşrə başlamış “Mingəçevir inşaatçısı” qəzetinin ilk redaktoru. Bır sıra qəzet və jurnal redaksiyalarında işləmiş, 1959 – 1981-cı illərdə “Bakı” axşam qəzeti redaktorunun müavini olmuşdur.

Haqqında məlumatlar

1918-ci ildə Nuxada anadan olub.

Təhsili

Bakıda V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində(ru) təhsil alıb.

İş yerləri

1939 – 1960-cı illərdə əvvəl 10 №-li Nuxa şəhər, sonra isə Kiçik Dəhnə kənd məktəblərində müəllim, Nuxa İpəkçilik Texnikumunda əvvəl müəllim, sonra direktor, Nuxa Rayon Təhsil Şöbəsinin direktoru, Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı, “Nuxa fəhləsi” qəzetinin məsul katibi, Azərbaycan SSR Radioverilişləri Komitəsində redaktor, “Mingəçevir inşaatçısı” qəzetinin redaktoru, Azərbaycan KP MK-nın “Təbliğatçı” jurnalı redaksiyasında əvvəl şöbə müdiri, sonra məsul katib, Azərbaycan SSR Teleqraf Agentliyinin tərcümə şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb.

1959 – 1981-cı illərdə “Bakı” axşam qəzetinin redaksiyasında redaktor müavini olub.

Təltifləri

Ədəbiyyat

  • Rəşidov İ., Rəşidov R., Sadiq F. Jurnalist ömrü (azərb.) // Mingəçevir işıqları : qəzet. — Mingəçevir, 2003. — В. 27 sentyabr. — № 31 (5961). — Səh. 5.

Şablon:Yaxşı məqalə

Aidiyyəti linklər

  • "Allah saxlayanda, saxlayır". modern.az (azərb.). modern.az. 6 Noyabr 2014. 5 Jul 2020 tarixində arxivləşdirilib.