Əhməd Rəşidov
Əhməd Rəşidov (1918–1982) — tanınmış jurnalist, “Bakı” axşam qəzetinin redaktor müavini. Daha əvvəllər bir sıra qəzet və jurnal redaksiyalarında da çalışıb və “Mingəçevir inşaatçısı” qəzetinin ilk redaktoru olub.
Əhməd Rəşidov | |
---|---|
Rəşidov Əhməd İsmayıl oğlu | |
![]() | |
Əhməd Rəşidov, 1978-ci il. | |
Doğum tarixi | 23 sentyabr 1918 |
Doğum yeri |
Nuxa (indiki Şəki), Gəncə quberniyası, ![]() |
Vəfat tarixi | 13 noyabr 1981 (63 yaşında) |
Vəfat yeri |
Bakı, ![]() ![]() |
Vətəndaşlıq |
![]() |
Təhsili |
• V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu; • Sov.İKP MK yanında Ali Partiya Məktəbi(ru) (Moskva) |
Mükafatları |
![]() ![]() |
Haqqında məlumatlarRedaktə
23 sentyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
Bakıda V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində(ru) təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1939 – 1960-cı illərdə əvvəl 10 №-li Nuxa şəhər, sonra isə Kiçik Dəhnə kənd məktəblərində müəllim, Nuxa İpəkçilik Texnikumunda əvvəl müəllim, sonra direktor, Nuxa Rayon Təhsil Şöbəsinin direktoru, Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı, “Nuxa fəhləsi” qəzetinin məsul katibi, Azərbaycan SSR Radioverilişləri Komitəsində redaktor, “Mingəçevir inşaatçısı” qəzetinin redaktoru, Azərbaycan KP MK-nın “Kommunist” qəzetində məsul katib, o cümlədən, “Təbliğatçı” jurnalı redaksiyasında şöbə müdiri, Azərbaycan SSR Teleqraf Agentliyinin tərcümə şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb.
1958 – 1981-cı illərdə “Bakı” axşam qəzetinin redaksiyasında redaktor müavini olub.
Təltif və mükafatlarıRedaktə
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 20 iyul, 1956-cı il;
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, 10 yanvar 1968-ci il;
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı, 8 may 1975-ci il;
- Bakı şəhər Xalq Deputatları Sovetinin fəxri fərmanı, 3 oktyabr, 1978-ci il.
VəfatıRedaktə
13 noyabr 1981-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.
ƏdəbiyyatRedaktə
- Rəşidov İ., Rəşidov R., Sadiq F. Jurnalist ömrü (azərb.) // Mingəçevir işıqları : qəzet. — Mingəçevir, 2003. — В. 27 sentyabr. — № 31 (5961). — Səh. 5.
Həmçinin, bax:Redaktə
Rəşidovların nəsil şəcərəsiRedaktə
İsmayıl Rəşidov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məmməd İsmayıl oğlu Rəşidov | Münəvvər Mürsəl bəy qızı Rəşidova (Qaragözova) | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞəkillərRedaktə
Məmməd Rəşidov (1916–1988)
Əhməd Rəşidov (1918–1982)
Səyyarə Rəşidova (1923–1996)
Tofiq Kazımov (1947 – 2009)
- "Allah saxlayanda, saxlayır". modern.az (azərb.). modern.az. 6 Noyabr 2014. 5 Jul 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |