Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Əlövsət Sadıqov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 39: Sətir 39:
  
== Həyatı ==
 
== Həyatı ==
[[21 dekabr]] [[1906]]-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.
+
21 dekabr 1906-cı il tarixdə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.
  
Əlövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.
 
22:26, 8 dekabr 2020 versiyası

Əliövsət Sadıqov
Əlövsət Şirəli oğlu Sadıqov
Əliövsət Sadıqov
Əliövsət Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1906(1906-12-21)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 17 oktyabr 1970 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Səs tembri lirik tenor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf Nişanı" ordeni "Şərəf Nişanı" ordeni
http://www.sadihov.az/

Əlövsət Sadıqov — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956).[1]

Həyatı

21 dekabr 1906-cı il tarixdə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.

Əlövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.

Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

17 noyabr 1970-ci il tarixdə Bakıda vəfat edən Əlövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.

Ədəbiyyat

  • Rəhimli İ. Azərbaycan teatr tarixi / Əfəndiyev T. (elmi redaktor). — Azərbaycan Respublikası Təhsil Nazirliyi. — Bakı: Çaşıoğlu, 2005.
  1. Təhmirazqızı, S. Sənətin Əliövsət zirvəsi /S.Təhmirazqızı //Mədəniyyət.-2010.- 22 dekabr.- S. 12.