Əlövsət Sadıqov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Sətir 44: Sətir 44:
1926-cı ildə atası ilə birlikdə Nuxadakı 3 №-li fabrikdə fəhlə işləyirdi.
1926-cı ildə atası ilə birlikdə Nuxadakı 3 №-li fabrikdə fəhlə işləyirdi.


1927-ci ildən Bakıda Opera və Balet Teatrında çalışmağa başlayıb.
1927 – 1963-cü illərdə Bakıda Opera və Balet Teatrının solisti olub.


===Təhsili===
===Təhsili===

15:23, 20 dekabr 2020 versiyası

Əliövsət Sadıqov
Əlövsət Şirəli oğlu Sadıqov
Əliövsət Sadıqov
Əliövsət Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1906(1906-12-21)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 17 oktyabr 1970 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ

Səs tembri lirik tenor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Şərəf Nişanı" ordeni "Şərəf Nişanı" ordeni
http://www.sadihov.az/

Əlövsət Sadıqov — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956).[1]

Haqqında məlumatlar

21 dekabr 1906-cı il tarixdə Nuxada anadan olub.

Əmək və yaradıcılıq fəaliyyəti

1926-cı ildə atası ilə birlikdə Nuxadakı 3 №-li fabrikdə fəhlə işləyirdi.

1927 – 1963-cü illərdə Bakıda Opera və Balet Teatrının solisti olub.

Təhsili

Yaradıcı fəaliyyəti

Həyatı

21 dekabr 1906-cı il tarixdə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.

Əlövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.

Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

17 noyabr 1970-ci il tarixdə Bakıda vəfat edən Əlövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Sadıqov Əlövsət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 494. — 1.000 nüsx.
  • Rəhimli İ. Azərbaycan teatr tarixi / Əfəndiyev T. (elmi redaktor). — Azərbaycan Respublikası Təhsil Nazirliyi. — Bakı: Çaşıoğlu, 2005. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Sep 2010 - 7 May 2019.
  • "Sadıqov Əliövsət Şirəli oğlu". http://mugam.musigi-dunya.az/ (azərb.). Muğam Ensiklopediyası. 20 Dec 2020 tarixində arxivləşdirilib.
  • Təhmirazqızı S. Sənətin Əlövsət zirvəsi / Zöhrabov R. (redaktor). — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. — Bakı: “El” Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2007. — 500 nüsx. — ISBN 978-9952-8101-8-9. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 May 2009 - 23 Feb 2020.
  1. Təhmirazqızı, S. Sənətin Əliövsət zirvəsi /S.Təhmirazqızı //Mədəniyyət.-2010.- 22 dekabr.- S. 12.