Ələddin Rəsulov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ələddin Rəsulov
Rəsulov Ələddin Ziyəddin oğlu
Ələddin Rəsulov
Ələddin Rəsulov.
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1954(1954-12-08)
Doğum yeri Baş Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 avqust 2019 (64 yaşında)
Vətəndaşlığı SSRİ Azərbaycan
Ləqəbi Ələddin Şəkili
Təhsili Şəki Orta İxtisas Musiqi Məktəbi, muğamat və xalq çalğı alətləri şöbəsi (1971–)
youtube kanalı
bloqu
(bloqunun arxiv versiyası)

Ələddin Rəsulov (1954–2019) — tanınmış musiqiçi, “İlkin” instrumental ansamblının təsisçisi, rəhbəri və solisti.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

8 dekabr 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1961 – 1970-cu illərdə Baş Zəyzid kənd orta məktəbində,

1970 – 1972-ci illərdə Bakı şəhər 1 №-li fizika-riyaziyyat təmayüllü orta məktəbində təhsil alıb.

1972-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmaq üçün imtahan verib, lakin müsabiqədən keçə bilməyib.

1977-ci ildə Şəki Orta İxtisas Musiqi Məktəbinin muğamat və xalq çalğı alətləri şöbəsinə daxil olub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1972 – 1977-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında xor solisti olub.

1994-cü ildə “İlkin” instrumental ansamblını yaradıb və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik edib.

Yaradıcı fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Sözləri və musiqisi özünə aid olan bir neçə mahnı bəstələyib və bir neçə mahnısı nota köçürülüb. Bu mahnıları ilk dəfə özü solisti olduğu “Səbuhi”, “İlkin” ansamblarının müşayiəti ilə ifa edib.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

3 avqust 2019-cu il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib.

Videolar və audiolar[Vizual redaktə | HTML redaktə]

Audiolar[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Təhmirazqızı S. Ələddin Rəsulov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  144. — Səh.: 126. — 500 nüsx.
  2. Təhmirazqızı S. Ələddin Rəsulov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 150. — 300 nüsx.
  3. Rəhmanlı Ə. Ələddinin sehrli səsi : [arx. 06.03.2023] // Hurriyyet. — 2023. — 4 mart. — Müraciət tarixi: 06.03.2023.