Əliş Məmmədov
Əliş Məmmədov | |
---|---|
Məmmədov Əliş Zabit oğlu rus.: Мамедов Алиш Забид оглы | |
![]() | |
Əliş Məmmədov. | |
Doğum tarixi | 10 fevral 1958 |
Doğum yeri |
Oravan (indiki Oraban), Nuxa (indiki Şəki) rayonu, ![]() ![]() |
Uşağı | Elvin Məmmədov |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, sənaye və mülki tikinti ixtisası (1974–1979) |
https://www.alishmamedov.ru/ |
Əliş Məmmədov — tanınmış tikinti mühəndisi və iş adamı, Rusiya Federasiyasının Saxa Respublikasının əməkdar inşaatçısı, Saxa Respublikasının fəxri vətəndaşı və Saxa Respublikasında fəaliyyət göstərən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktoru. Şəki rayonunun Baş Küngüt kəndində bir sıra abadlıq-quruculuq və xeyriyyə işləri görmüşdür.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
10 fevral 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
1980 – 1981-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Təhsili[redaktə | HTML redaktə]
1974 – 1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1979 − 1980-cı illərdə təyinatla “Yakutpromstroymaterialı” İstehsalat Birliyinin (Moxsoqollox qəsəbəsi, Yakutiya Muxtar Respublikası, RSFSR) təmir-tikinti sexində usta,
1981 − 1982-cı illərdə “Lenageolstroy” Tikinti İdarəsində (Bestyax (indiki Verxni Bestyax) kəndi, Xanqalas rayonu, Yakutiya MSR, RSFSR) prorab işləyib.
1982 − 1987-cı illərdə “Yakutpromstoymaterialı” (indiki “Yakutsementin” ASC) müəssisəsində əsaslı tikinti şöbəsinin rəisi,
1987 − 1989-cı illərdə isə əsaslı tikinti üzrə direktorun müavini vəzifəsində çalışıb.
1989-cı ildən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktorudur.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Мамедов Алиш Забид-оглы : [arx. 06.04.2022] : [rus.] // Партия «Единая Россия». — Müraciət tarixi: 06.04.2022.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |