Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əli Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əli Əliyev
Əliyev Əli Yusif oğlu
Əli Əliyev
Əli Əliyev, 1975-ci il
Doğum tarixi 10 oktyabr 1930(1930-10-10)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 noyabr 2001 (71 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Sənaye İnstitutu (1947 – 1953)
Mükafatları "Şərəf Nişanı" ordeni Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Əli Əliyev (Əliyev Əli Yusif oğlu; d.  10 oktyabr 1930-cu il, Nuxa, Azərbabaycan SSR, ZSFSR, SSRİ – 6 noyabr 2001-ci il, Şəki, Azərbaycan Respublikası) – energetik-mühəndis, 1957 – 1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur; 1985-ci ildə Şəki Şəhər Partiya Komitəsinin birinci katibi Hadi Rəcəbli Finlandiya Respublikası prezidentinin Marxala gözlənilən gəlişi ilə əlaqədar, Əli Əliyevdən 24 saat ərzində ora şəhərdən ikinci ehtiyat elektrik xəttinin çəkilməsini tələb etdikdə, Əli Əliyev bu işin 24 saat ərzində həyata keçirilməsininin texniki cəhətdən mümkün olmadığını bildirərək işdən çıxmaq ərizəsini yazmışdır. Bundan sonra əmək fəaliyyətini Şəki İstehsal İpək Birliyində davam etdirib.

Haqqında məlumatlar

1930-cu ildə Nuxada anadan olub.

1947 – 1953-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində təhsil alıb.

1953-cü ildə təyinatla Mingəçevir SES-in tikintisinə göndərilib; əvvəl enerqokombinatın elektrik laboratoriyasının rəisi, sonra 35 kv-luq yarımstansiyanın rəisi, elektrik şəbəkəsi rəisi, 1955-ci ildə SES istismara verildikdən sonra isə bir müddət istismar şöbəsində böyük mühəndis vəzifəsində işləyib.

1955-ci ildə Azərenerjinin Nuxa Rayonlararası İstismar Şöbəsinə texniki rəhbər (texnoruk),

1957-ci ildə Azərenerjinin Qərb Elektrik Şəbəkəsindəki 110 kv-luq Nuxa yarımstansiyasına rəis,

1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub.

1985-ci ildən əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi vəzifəsində işləyib.

2001-ci ildə Şəkidə vəfat edib.

Ailəsi

Bir qızı, iki oğlu var. Qızı və bir oğlu həkim, digər oğlu isə energetik-mühəndisdir.

Mükafatları

  1. “Şərəf nişanı” ordeni;
  2. Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı;
  3. SSRİ Energetika Nazirliyinin Fəxri fərmanı.