Əli Əliyev (1930–2001) — tanınmış mühəndis-energetik; 1957 – 1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur. Daha sonra əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib.

Əli Əliyev
Əliyev Əli Yusif oğlu
Əli Əliyev
Əli Əliyev, 1975-ci il.
Doğum tarixi 10 oktyabr 1930(1930-10-10)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 6 noyabr 2001 (71 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası mühəndis-energetik
Təhsili Azərbaycan Sənaye İnstitutu, energetika şöbəsi (1947–1953)
Mükafatları "Şərəf Nişanı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Haqqında məlumatlar

10 oktyabr 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1947 – 1952-ci illərdə Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1952-ci ildə təyinatla Mingəçevir SES-in tikintisinə göndərilib; əvvəl enerqokombinatın elektrik laboratoriyasının rəisi, sonra 35 kv-luq yarımstansiyanın rəisi,

1953-cü ildən elektrik şəbəkəsi rəisi,

1955-ci ildə SES istismara verildikdən sonra isə bir müddət istismar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb.

1955-ci ildə Azərenerjinin Nuxa Rayonlararası İstismar Şöbəsinə texniki rəhbər (texnoruk),

1957-ci ildə Azərenerjinin Qərb Elektrik Şəbəkəsindəki 110 kv-luq Nuxa yarımstansiyasına rəis,

1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub.

1985-ci ilin sentyabr ayından əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi olub.

Təltif və mükafatları

Vəfatı

6 noyabr 2001-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Bir qızı, iki oğlu var. Qızı və bir oğlu həkim, digər oğlu isə energetik-mühəndisdir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Əli // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 91-92. — 600 nüsx. — ISBN 5-8066-1708-4.