Əli Məsimli
Əli Məsimli | |||||||
---|---|---|---|---|---|---|---|
Əli Əhməd oğlu Məsimli | |||||||
Əli Məsimli. | |||||||
|
|||||||
Sələfi | Rəhim Hüseynov | ||||||
Xələfi | Pənah Hüseynov | ||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 3 yanvar 1953 | ||||||
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ | ||||||
Təhsili |
• Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, siyasi-iqtisad fakültəsi (–1975) Azərbaycan SSR EA İqtisadiyyat İnstitutu, aspirantura (–1980) |
||||||
Elmi dərəcəsi | elmlər namizədi | ||||||
Təltifləri | |||||||
facebook səhifəsi |
Əli Məsimli — peşəkar iqtisadçı, iqtisadiyyat elmləri namizədi, ictimai-siyasi xadim və dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının baş nazirin sabiq birinci müavini, sabiq iqtisadiyyat naziri və sabiq baş nazir əvəzi. I–VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizəd olmuş və III–VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
3 yanvar 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1975-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi-iqtisad fakültəsini,
1980-cı ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspiranturasını bitirib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1985-ci ildə “Məhsulun keyfiyyətinin stimullaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən artıq elmi-nəzəri araşdırmanın, o cümlədən, elmi-kütləvi çalışmaların, təhlillərin, məqalələrin, açıqlamaların, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşüranın həmmüəllifidir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə, Ukrayna, Latviya, Litva və digər ölkələrdə nəşr olunub. Aktual iqtisadi problemlərə dair ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Avstriya, Belçika, Hollandiya, Türkiyə, Macarıstan, Malayziya, Bolqarıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Moldovada məruzə və çıxışlar edib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1980 – 1991-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
1991 – 1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.
1993 – 2005-ci illərdə isə “Müstəqil İqtisadçılar Birliyi” İctimai Təşkilatının prezidenti olub. 2010-cu ildən “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” ictimai birliyinin həmtəsisçisi və rəhbəridir.
2005-ci ildən sonra 4 dəfə – bir dəfə 113 saylı Şəki Şəhər Seçki Dairəsindən, sonra iki dəfə dalbadal 114 saylı Şəki Kənd Birinci seçki dairəsindən, daha sonra isə 113 saylı Qax-Şəki Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Şöhrət” ordeni (2023).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Evlidir, 2 övladı var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Məsimov Əli Əhməd oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 407-408. — 1.000 nüsx.
- "Müstəqil Azərbaycanın üçüncü Baş naziri - Əli Əhməd oğlu Məsimli + DOSYE" (azərb.). enter.news. 2017-05-21. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış dövlət xadimləri
- Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları
- 113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)
- 3 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1953-cü ildə doğulanlar
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə