Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əliyar Əmircanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əliyar Əmircanov
Əmircanov Əliyar bəy Hacı bəy oğlu
Əliyar Əmircanov
Əliyar Əmircanov.
Anadan olub (17)  29 may 1897(1897-05-29)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib +1945
Vəfat etdiyi yer Zaparojye, Flag of the Ukrainian Soviet Socialist Republic (1949–1991).svg Ukrayna SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Bakı kişi realnı məktəbi (1907/1908–1915)

 • Moskva Ali Texniki Məktəbi (1915–1917, natamam)

 • Berlin Ali Texniki Məktəbi (1922–1927)

Əliyar Əmircanov (1897–+1945) — avtomobil hissələri üzrə tanınmış sovet mühəndisi; 1932-ci ildən Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləmişdir. 1922-ci ildə Berlində təhsil alarkən, Məhəmmədəmin Rəsulzadənin ona məktub yazdığı və onu etibarlı şəxs hesab etdiyi də məlumdur[1]. General-polkovnik Tofiq Ağahüseynovun dayısıdır.

Haqqında məlumatlar

29 (17) may 1897-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Əliyar bəy Əmircanov Moskvada təhsil alarkən, 1917-ci il.

1907/1908 – 1915-ci ilərdə 1-ci Bakı kişi realnı məktəbində oxuyub.

1915-ci ildə attestatların müsabiqəsi üzrə Petroqrad Politexnik İnstitutunun elektromexanika bölümünə qəbul olunsa da, arzusuna uyğun olaraq Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsində təhsil almağa başlayıb.

1917-ci ilin 7 noyabrında Rusiyada baş vermiş Oktyabr nqilabından sonra təhsilini yarımçıq buraxaraq geri qayıtmağa məcbur olub.

2 avqust 1919-cu ildə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına məktub yazaraq İsveçrədəki məşhur Sürix Politexnikumunun mexanika bölməsində dövlət hesabına təhsil almasına imkan yaradılmasını xahiş edib.

Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarında isə təhsilini dövlət hesabına davam etdirməsi üçün onun İsveçrəyə yox, Rusiya göndərilməsi məqbul sayılmışdır.

5 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına ikinci məktubunu yazaraq Rusiya əvəzinə İsveçrəyə göndərilməsini təkrarən xahiş edib.

25 noyabr 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin adına yazdığı ərizəsində isə təhsilini Xarkov şəhərində davam etdirməkdən ötrü Rusiyaya getmək üçün ona çatası pulların verilməsini xahiş edib.

29 noyabr 1919-cu il tarixli Azərbaycan Cümhuriyyəti xalq maarif nazirinin təliqəsində göstərilir ki, “Rusiyaya ali təhsilini davam etdirmək üçün getməkdən ötrü tələbə Əliyar bəy Əmircanova 21 min manat yazmağınızı təklif edirəm; həmin məbləğdən 18 min manat bugünkü gündən 6 aylıq dolanışıq üçün və 3 min manat yolpuludur”.

Lakin pulu alsa da həmin vaxt oxumağa gedə bilməyib və Bakıda qalıb.

1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilini davam etdirmək məqsədi ilə xaricə getmək üçün rəsmi icazə alıb.

1922 – 1927-ci illərdə Berlin Ali Texniki Məktəbində təhsil alıb. İlk iki ili orada yaşayan dayısı İsmayıl Əlizadənin hesabına yaşayıb və oxuyub. Sonradan isə Azərbaycan SSR Xalq Maarif Komissarlığından təqaüd almağa başlayıb.

Əmək fəaliyyəti

1918-ci ildə qısa müddət ərzində türk hərbçilərinin sürücüsü,

1919-cu ildə Bakıda təcrübəçi tələbə kimi əvvəl 2 ay dəmiryol emalatxanasında, sonra isə avtomobil təmiri emalatxanasında işləyib.

12 aprel 1919-cu il tarixdə Azərbaycan Cümhuriyyəti Ticarət, Sənaye və Ərzaq Nəzarəti dəftərxanasının ümumi şöbə kargüzarının müavini təyin edilib.

1920-ci ilin mart ayında Azərbaycan Cümhuriyyəti Xariciyyə Nəzarətinin ümumi şöbəsində, Azərbaycan sovetləşdikdən sonra isə Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində 1921-ci ilədək kargüzar vəzifəsində çalışıb.

1927-ci ilin iyun – dekabr aylarında Almaniyadakı “Yunkers” zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi-mühəndis,

1928-ci ilin yanvar – sentyabr aylarında XTŞ Azərdövlətmetalsənaye 5-ci zavodunda mühəndis-konstruktor,

1928-ci ilin oktyabr ayından 1932-ci ilin noyabr ayınadək Azərneftin avtomobil təmiri zavoduna mühəndis-konstruktor işləyib.

1932-ci ilin noyabr ayından Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunun dəvəti ilə Leninqrad şəhərinə köçmüş və həmin institutda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləməyə başlamışdır.

Siyasi ittihamla həbsi

Əliyar Əmircanov həbsdə olarkən, 1935-ci il.

1922-ci ildə Məhəmmədəmin Rəsulzadə Finlandiyada olarkən Sədri Maqsudi Arsala yazdığı məktubunda Əliyar Əmircanovun adını çəkib və onun həmin vaxt Berlində təhsil aldığndan məlumatlı olduğunu, ona məktub yazdığını və ona etibar etdiyini göstərib[1].

6 fevral 1935-ci ildə əks-inqilabçı “Qafqaz-Türk Xalq Partiyası”nın üzvü olması ittihamı ilə Leninqradda həbs edilib.

21 may 1935-ci ildə əks-inqilabi təşkilata mənsub olması ittihamı sübuta yetirilmədiyi üçün həbsdən azad edilib.

Vəfatı

Həbsdən azad edildikdən sonra Leninqradda işinə davam etmişdir.

1945-ci ildən sonra Zaporojyedə ezamiyyətdə olarkən, orada ağır xəstələnib; Zaporojyedə vəfat etmiş, orada da dəfn edilmişdir.

Ailəsi

Əmircanov Fərid Əliyar oğlu.

Atası: Hacı bəy Süleyman bəy oğlu Əmircanov Nuxa rus-tatar ibtidai məktəbinin müəllimi, Bakı 4-cü rus-türk məktəbinin müdiri olub (1907/1908-ci ilədək). Sonra qardaşı Musa bəy Əmircanovun kontorunda hesabdar işləyib (1920-ci ilin mayınadək).

Bacıları: 1935-ci ildə Leninqradda həbs edilərkən istintaq materiallarında bacıları haqqında aşağıdakı məlumatlar daxil edilib:

  • Ağahüseynova Hüsniyyə, 40 yaş, evdar, Bakı şəhəri;
  • Əmircanova Hökumə, 33 yaş, Bakı şəhəri, XMK, katibə;
  • Dadanova Zivər, 29 yaş, evdar, Bakı şəhəri;
  • İbrahimova Cavahir, 27 yaş, Bakı, Azərneft, kimyaçı mühəndis;
  • Əmircanova İsmət, 24 yaş, Bakı, teleqrafçı;
  • Əmircanova Şövkət, 21 yaş, makinaçı, Bakı.

Həyat yoldaşı: Səkinə.

Oğlu: Fərid; çox gec evlənib, 49 yaşında, evladı olmayıb.

Əmircanovların nəsil şəcərəsi

Əmircanovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Abdulla bəy Əmircan bəy oğlu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mustafa ağa Şəkixanov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əliəşrəf bəy
 
Əliəkbər bəy
 
Süleyman bəy
 
Dostuxanım
 
Əliəsgər bəy
 
Qafar bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bala bəy Əlibəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Fatma xanım
 
Şirəli bəy
 
Lütfəli bəy
 
Firuzə
 
Cavad bəy
 
Nazəli
 
Vahid bəy
 
Nəsrulla bəy
 
Rüstəm bəy
 
Sitarə
 
Möhsün bəy
 
Yusif
 
Abdulla
 
Musa
 
Əzizə
 
Hacı bəy
 
Abbas bəy
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət xanım
 
Əbdüləli bəy
 
Lütfəli bəy
 
Haşım bəy
 
Bilqeyis xanım
 
Dilaram xanım
 
Xanım xanım
 
Əliyə
 
Dostan
 
RübabəPərvizXosrov
 
Allahyar Əmircanov
 
Hüsniyyə Ağahüseynova
 
Səkinə
 
Əliyar Əmircanov
 
Yaqub Ağahüseynov
 
Hökumə Əmircanova
 
Zivər DadanovaCavahir İbrahimovaİsmət ƏmircanovaŞövkət Əmircanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rüstəm
 
Belma
 
Fuad
 
Məhəmməd
 
Valiyə
 
Ziyad Ebüzziya
 
Məryəm
 
Emil Qurr
 
Rəşid
 
Murad
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zemfira
 
Fərid
 
 
 
Tofiq Ağahüseynov
 
Rəhim Ağahüseynov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tülin
 
 
 
 
 
 
 
Talha
 
Alev Ebuzziya-Siesbye
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sevil Axundova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elmira Ağahüseynova
 
Leyla Ağahüseynova


Şəkillər
Nəsil şəcərəsinnin mənbələri
Ədəbiyyat
  1. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 455–463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
  2. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
  3. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 473–476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
  4. Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 477–482. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
  5. Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
  6. Alev Ebüzziya Siesbye : [arx. 18 Sep 2013 - 8 Jan 2022] : [tur.] // [istanbulkadinmuzesi.org İstanbul Kadın Müzes]. — 2016. — 13 Şubat. — Müraciət tarixi: 17.01.2022.
  7. Исмаилов Э.Э. Азербайджанцы в конвое российских императоров. — Библиотека «Старого Цейхгауза». — Москва: Фонд «Русские Витязи», 2018. — Səh.: 223 – 224.
  8. Samet Ağaoğlu ile bir çocukluk arkadaşını ziyaret (türk.). https://mahmuttolon.wordpress.com/. Mahmut Tolon. Arxivləşdirilib (1 iyul 2021).
  9. Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 17.01.2022.

İstinadlar

  1. 1,0 1,1 Tanyeri C., 1995, p. 30.

Ədəbiyyat

  1. Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
  2. Tahirzadə Ə. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar / Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli; red. Ə.M.Quliyev; ön sözün müəl. K.K.Şükürov; Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi.- Bakı : TEAS Press, 2016. - 1222 s.
  3. Tanyeri C. M.E.Resulzade'nin Sadri Maksud Arsal'a Hitaben yazdığı Iki Mektub (türk) // Kardaş Edebiyatlar : rüblük jurnal. — 1995. — № 30. — Səh. 30.